18 mar 11:09divizion, gundem

Futbolçular İK-nın qərarını ədalətsiz sayır

Futbolçular İK-nın qərarını ədalətsiz sayır
Rövnəq Abdullayevin AFFA-nın Hesabt Konfransında birinci divizionda oyun alğı-satqısı ilə bağlı səsləndirdiyi fikirlər bir andaca aydın səmada şimşək effekti yaratdı. Artıq aşağı dəstənin “açıq bazar” olduğuna heç kim şübhə ilə yanaşmadı. Bir halda ki, ölkə futboluna rəhbərlik edən şəxs bu cür xoşagəlməz halın yaşandığını açıq-aydın söyləyir, deməli, bu günə kimi “birinci divizonda çıxış edən klubların əksəriyyəti matçları bukmeker kontorlarına qoyular” şəklində səslənən fikirlər heç də əsassız deyilmiş. “Heç bir cinayət cəzasız qalmamalıdı, əks halda cəmiyyətdə özbaşınalıq baş alıb gedər” prinsipini əldə tutan AFFA yaşananlarla bağlı radikal qərarlar qəbul etməliydi ki, dünən İntizam Komitəsi bu addımı atdı. Adı oyun alğı-satğısında daha çox hallanan 2 klub çempionatdan uzaqlaşdırıldı. Cari mövsümdə aşağı dəstədə müxtəlif komandaların şərəfini qoruyan 9 futbolçu da komitə tərəfindən cəzalandırılıb. Adını qeyd etdiklərimiz 2016/17 mövsümünün sonuna kimi yaşıl meydanlardan kənarda qalmaq məcburiyyətindədi.
İK-nın verdiyi qərarla bağlı adı “9-luq”da olan futbolçuların bəziləri ilə əlaqə saxlayıb fikirlərini öyrəndik. Elvin Əliyev dəlil-sübut olmadan cəzalanmasını absurd addım kimi dəyərləndirdi: “İntizam Komitəsinin barəmdə belə qərar qəbul etməsi xəbərini eşidəndə çox məyus oldum. Danışılmış oyunlarla bağlı izahat da vermişdim və düşünürdüm ki, heç bir problem yoxdu. Amma indi görürəm ki, onlara düzgünlük, haqq-ədalət lazım deyil. Əsəbimdən nə deyəcəyimi bilmirəm. Belə də qərar olar? Bu addımı atanların yeganə məqsədi mənə ləkə yaxmaqdı. Bildiyimə görə, Cəmşid də eynə cəzaya məruz qalıb. Görün ölkə futbolu nə günə düşüb ki, yığmanın sabiq üzvləri aşağı dəstədə oynamalı olurlar. Belə qərarlarla futbolumuzu məhvə sürükləyirlər. Mənə böhtan atmaq nəyə lazımdı? Hamı bilir ki, mən belə işlərdən uzaq adamam. Başımı aşağı salıb 3-5 manat çörək pulumu qazanırdım. İndi məcburam mövsümün sonunu gözləməyə. Cəza müddəti mövsümün sonuna kimi nəzərdə tutulub. Bu o deməkdi ki, yeni “futbol ili”ndən karyeramı bərpa edə biləcəm. Bu həm də günahsız olduğuma işarədi. Hər bir kəsi nədəsə ittiham edəndə ortaya onun günahkar olduğunu sübut edən dəlillər qoyulmalıdı. Bunlar isə heç nə sübut etmədən məni cəzalandırdılar. Belə ədalətsizlik olmaz. Əsas odu ki, hər kəsin qarşısında alnım açıqdı və heç kim ondan pul aldığımı deyə bilməz”.
Adı “qara siyahı”da olan “Energetik”in futbolçusu Kamran Lalayev də özünü təqsirkar bilmədi və bir məqama peşman olduğunu söylədi: “Cari mövsümün əvvəlində karyeramı başa vurmaq istəirdim. Həmin vaxt məşqçilər korpusu mənə ehtiyaclarının olduğunu söləyib, futbol oynamağımı istədilər. Kaş ki, həmin vaxt fikrimdən dönməzdim və adıma belə söz-söhbət çıxmazdı. Nəyə desəz, and içərəm ki, mən heç vaxt belə çirkin oyunlarda iştirak etməmişəm. Qol vurub sevinmədiyinə görə futbolçunu oyun alğı-satqısında ittiham etmək olar. Allah ümidinə irəli gedib təsadüfən bir qol vurmuşam. Deyirlər ki, ortada anlaşma olmasaydı, sən qol sevincini büruzə verərdin. Hansı günümüzə sevinim? Autsayder olmağımıza, yoxsa qəpik-quruşa futbol oynamağımıza? Xasiyyətim də elədi ki, çox atdanıb-düşməyi xoşlamıram. Bu məsələdə yeganə təsəllim odu ki, bütün Mingəçevir mənə inanır və dəstək olurlar. Azarkeşlərimiz də bilir ki, mən heç vaxt adımın ləkələnməsinə imkan verməmişəm, bundan sonra da vermərəm”.
“Şahdağ”ın cəzalandırılan oyunçusu İqrar Səmədov yaşananlardan xəbərsiz olduğunu bildirdi: “Bu xəbəri ilk dəfə sizdən eşidirəm. Hazırda Qusarda olduğumdan mətbuatı izləmək imkanım məhduddu. İlk dəfə bu məsələ gündəmə gələndə AFFA-ya gedib izahat vermişəm. Orda mənə bir neçə sual verdilər. Onlara bildirdim ki, heç vaxt oyun alğı-satqısında iştirak etməmişəm və bu haqda heç bir məlumatım yoxdu. Günahsız olduğumu başqa necə sübut etməliydim? Fikirləşirdim ki, hər şey yoluna qoyulacaq, barəmdə düzgün qərar veriləcək. Görünür, yanılmışam. Günahım olsaydı, bu qədər narahat olmazdım, deyərdim ki, səhvimin cəzasını çəkirəm. Adam etmədiyi əmələ görə “yanan”da çox pis olur”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar