14 mar 13:35divizion

“Turan Tovuz” bəyanat yaydı

“Turan Tovuz” bəyanat yaydı
“Qorxu sözü bizə yaddı"

"Səbail"lə oyun ərəfəsində “Turan Tovuz”un bəzi futbolçularının zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi haqda xəbərin yayılması, oyun günü isə komandanın baş məşqçisi Əsgər Abdullayevin təbirincə desək, həmin 5-6 futbolçunun (çox maraqlıdı ki, mütəxəssis qəzetimizə açıqlamasında zəhərlənənlərin sayını dəqiq söyləyə bilməmişdi) adının “18-lik”də olması, onlardan bəzilərinin meydana çıxması futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmadı. Bir çoxları hətta “zəhərlənmə olayı”nı Əsgər bəyin növbəti qrossmeyster gedişi kimi dəyərləndirdi. İlk günlər bütün bu söz-söhbətə biganə qalan, kuluarlarda söylənilənlərə reaksiya verməyən qərb təmsilçisinin rəsmiləri “Səbail”lə qarşılaşma başa çatandan sonra yaşananlara münasibət bildirmək, “zəhərlənmə olayı”nın gerçəkliyini sübut etmək fikrinə düşüb. Bu məqsədlə bəyanat yayan “Turan Tovuz” rəhbərliyi, həkim arayışını təqdim etməyi özünə borc bilib. Sözügedən bəyanatı sizə təqdim edirik:
"Dünən komandamız ən yaxın izləyicisi olan "Səbail”lə səfərdə heç-heçə edərək aradakı 5 xallıq fərqi və zirvədəki yerini qorudu. Heç-heçə bizi qane etsə də, meydana qələbə üçün çıxmışdıq. Klub olaraq oyundan öncə yaşananlara və yayılan "dedi-qodular”a məhz oyundan sonra reaksiya vermək istədik və aşağıda bir çox mətləblərə aydınlıq gətirəcəyik. İlk olaraq onu bildirək ki, martın 6-sı gecə saatlarında bəzi futbolçularımız özlərini pis hiss etdiyindən dərhal təcili tibbi yardıma zəng olunub və futbolçularımız Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə çatdırılıblar. Hadisə Tovuz Rayon İcra Hakimiyyətinin, şəhər rəhbərliyinin, eləcə də Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun diqqət mərkəzində saxlanılıb, həkimlərə futbolçulara ciddi nəzarət olunması tapşırığı verilib. Martın 7-də PFL və "Səbail” klubuna hadisə ilə bağlı rəsmi məlumat verilib və oyunun 9-dan 11 mart tarixinə keçirilməsini xahiş etmişdik. PFL və "Səbail” klubu cavab vermək üçün 2 saat vaxt istəmiş, sonra canlı yayına görə oyunun tarixini dəyişməyin mümkün olmayacağını bildirmişdi. Biz də öz növbəmizdə futbolçuların səhhətini nəzərə alıb oyuna U-19 komandası ilə çıxmaq istəsək də, gecəni xəstəxanada keçirən futbolçularımız təkidlə bu matça çıxmaq istədiklərini bildirdilər. Martın 8-də komandamız Bakıya yola düşən ərəfədə gecəni həkim nəzarətində keçirən Mirkamil Haşımlı, Eltay Tağıyev, Orxan Lalayev, Azər Məmmədov, Rəhman Musayev və başqaları komandaya qoşuldular. Bakıda oteldə yerləşdikdən sonra həkimlər gecə futbolçuları daim nəzarət altında saxlamış və oyun saatına kimi hazır etmək üçün əllərindən gələni etmişlər. Vəziyyətləri daha ciddi olan futbolçularımızdan ikisi – Mirkamil Haşımlı və Eltay Tağıyev martın 9-da saat 11.00-dan 16.00-a kimi "Baku City Hospital”da yenidən müayinə edilib və oyunun başlamasına təxminən 1 saat qalmış komandaya qoşulublar. Oyundan öncə komanda rəhbərliyi, futbolçu və məşqçi heyətnin birlikdə keçirdiyi toplantıda klub rəhbərliyi nəticədən asılı olmayaraq, futbolçuların arxasında olduğunu bildirmiş, xal və ya xalların yox, onların səhhətinin vacib olduğunu bir daha vurğulamışdı. Hadisələrin axarı belə olub. Lakin sosial şəbəkələrdə və bəzi saytlarda həqiqəti əks etdirməyən yalan və hətta qərəzli xəbər və ittihamlar səslənilirdi:
1. "Komandada işə peşəkar yanaşma yoxdu və zəhərlənmə "pomidor-yumurtadan” olub”.
Klubumuzda qidalanma nəzarət altındadı. Futbolçular xüsusi pəhriz və həkimin icazəsi ilə müvafiq menyuya uyğun qidalanır. Monitor arxasında barmaq şaqqıldadan bəzi yoldaşlar buyurub, Tovuz Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət edib lazımi informasiyanı əldə edə bilərlər.
2. "Turan Tovuz” qorxduğundan bu oyunun təxirə salınmasını istəyir”
Gülməli ittihamdı. "Turan Tovuz” gücünü hər zaman meydanda göstərib və heç kimdən qorxmadığı turnir cədvəlində əksini tapıb. "Zəhərlənmə bəhanə”si ilə oyunu təxirə saldıqda heç bir komandaya 3 xal verilmir. 3, 5, 50 gün sonra da olsa, oyun keçirilir. Biz sadəcə, iynə, dərman altında olan futbolçularımızın özünə gəlməsi üçün oyunun 2 gün sonraya çəkilməsini xahiş etmişdik. Lakin görünür, futbolçu sağlamlığı bəziləri üçün lağ obyektinə çevrilib.
Bir məqamı da qeyd edək ki, "Bayıl Arena”ya 500-ə yaxın tovuzlu azarkeş toplaşmışdı. "Oyun verməyə”, "antifutbol” oynamağa gedən bir komanda 90 dəqiqə ərzində dayanmadan qələbəyə səslənməz! Tovuz azarkeşini aldatmaq mümkün deyil! Nə "Turan Tovuz”, nə də yeni yaradılmış, heyəti gənc və perspektivli, milli üzvlərindən qurulmuş "Səbail” rəhbərliyinin və futbolçularının oyun alıb-verməyə ehtiyacı var.
3. "Qorxaq və "antifutbol”
Oyunu izləyən qərəzsiz və bir az da savadlı insan “antifutbol” kəliməsinə müraciət etməz! Diqqət yetirsəz, oyun ərzində özünü pis hiss edən hər üç futbolçumuz məşqçilər korpusu tərəfindən dərhal əvəzləndi. Son saniyəyə qədər vuruşduq və xalımızı qazandıq.
"Turan Tovuz”un arxasında minlərlə azarkeşi, aslanlar kimi futbolçuları var. Odu ki, qorxu sözü bizə yaddı".
RƏŞAD hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
“Qəbələ” üçün “Şüvəlan sindromu” davam edir 19:15“Kəpəz” yenidən Avroliqa mübarizəsinə qoşuldu 19:12“Rəvan” Elxan Məmmədovla Apellyasiya və Ekspert Komitəsinə məktub göndərib 19:01Yığma üzvləri penaltiləri boşa vermədi 18:56“Qaradağ Lökbatan” üçüncü pilləyə yüksəldi 18:55“Neftçi” yubiley məclisində jurnalistləri görmək istəmir! 18:52Ölkə kubokunun finalı Naxçıvanda keçiriləcək 18:50Azarkeşlər almanlara qarşı birləşdi 18:48“Neftçi”dən “Neftçi”yə yubiley hədiyyəsi 13:30İzləyiciləri büdrədi, lider “taxtını bərkitdi” 13:28Bayrama bayram qatanlar 13:24“Qarabağ” fürsəti qaçırdı 13:23Almanlar “Hilton”da məskunlaşacaq 13:18“Məğlub olmasaq, Azərbaycan yaxşı mənada partlayacaq” 13:16Məşqçilər yenə Rəsul Çunayevlə Həsən Əliyev arasında seçim edəcək 13:13İslam Həmrəyliyi Oyunlarının biletləri satışa çıxarıldı 13:10“Marafon”da idmançılar dalaşıb 13:05“Formula-1” üçün “İdman Azərbaycan”dan 400 min avro tələb olunub 13:03"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27 Bütün xəbərlər
Ən çox oxunanlar