14 mar 13:24divizion

Divizionun iddialıları, demək olar, hazırdı

Divizionun iddialıları, demək olar, hazırdı
“Turan Tovuz” sponsor tapmalıdı!

Mövsüm sona yaxınlaşdıqca narahatlıq da artır. Yox, söhbət təkcə çempionun kim olacağından, kuboku hansı komandanın qazanacağından, avrokuboklara kimlərin yollanacağından, ya da elitanı kimin tərk edəcəyindən getmir. Həssas məqamlardan biri də birinci diviziondan elitaya hansı komandaların yüksələcəyidi. Yayda təsdiqlənən Əsasnamənin şərtlərinə görə, premyer-liqanı bir komanda tərk edəcək, əvəzində aşağı dəstədən 3-ü yüksələcək. Hər halda, yazılanlar belədi. Bunun üçün isə mövsümü təkcə ilk “3-lük”də başa vurmaqla iş bitmir. Lisenziya şərtlərinə cavab vermək, yəni AFFA-nın tələblərini yerinə yetirmək vacib şərtdi.
Ötən sayımızda məsələyə toxunaraq qurumun Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovla əlaqə saxlamışdıq. Elçin bəy bir neçə klubun müraciət etdiyini bildirsə də, indidən ad açıqlamağın düzgün olmadığını demişdi. Elitaya yüksələcək komandaların adlarına mayda aydınlıq gətirəcəyini də gizlətməmişdi. Madam ki, Məmmədov ad açıqlamağı məqsədəuyğun saymadı, belədə üz tutduq klublara. Daha doğrusu, növbəti mövsümdə premyer-liqada çıxış edəcəyi deyilənlərə.
Süleyman Tağıyev, “Turan Tovuz”un mətbuat katibi: “Klub olaraq, tələb olunan bütün sənədləri təqdim etmişik. Aidiyyatı şəxslər gəlib hər meyar üzrə yoxlama da apardılar. İdman və hüquq meyarları – hamısı qaydasındadı. İnfrastruktur və aşağı yaş qruplarından ibarət komandalarla bağlı da çətinliyimiz yoxdu. Bircə qalır maliyyə məsələsi. Prosesin başa çatmasına hələ vaxt var. O vaxta qədər həll olunmalıdı”.
Yusif Həsənov, “Səbail”in İdarə Heyətinin sədri: “Lisenziya tələblərinin, demək olar, 95 faizinin öhdəsindən gəlmişik. Yaxın günlərdə qalan 5 faizini də həll edəcəyik. Aşağı yaş qruplarından ibarət iki komandamız var. Növbəti mövsümün başlamasına qədər bütün komandalar hazır olacaq. Yəni bu baxımdan hansısa problemlə üzləşəcəyimizi düşünmürəm. Yetər ki, əsas komanda tapşırığın öhdəsindən gəlsin”.
Bəxtiyar Musayev, “Zaqatala”nın idman direktoru: “Düzü, bu işlərlə Musa Qurbanov (klubun İdarə Heyətinin sədri – H.) məşğul olur. Mənim vəzifəm sırf idmanla bağlı məsələlərin həlli, çatışmazlıqların aradan qaldırılmasıdı. Musa müəllim mətbuata açıqlamasında işə başlanıldığını və heç bir problemin olmadığını demişdi. 16 yaşına qədər komandalarımız var. Yerdə qalan yaş qruplarını da ən qısa vaxtda yaradacağıq. Məşqçilər kateqoriyalara sahib çıxmaq üçün kurslarda iştirak edirlər. AFFA-dan da gəlib baxmışdılar, elə bir problem olmadı”.
Vaqif Əliyev, “Şəmkir”in idman direktoru: “Beş meyar tələb olunur ki, onlardan 3-nü yanvar ayında təhvil vermişik. Qalan ikisini də 80-90 faiz işləmişik. Martın son gününə qədər onları da təhvil verəcəyik. Maliyyə və kadrlar meyarları üzərində işləyirik. Hazırda bu yöndə işlər görülür. Bank zəmanəti, sponsorluq məsələsi – bunlar tam göstərilib. Aşağı yaş qruplarından ibarət dörd komanda tələb olunur ki, 3-ü var, 1-i də hazırdı, sadəcə, qeydiyyatdan keçirilməsi qalıb. Komanda premyer-liqaya yüksəlsə, lisenziya tələbləri ilə bağlı problem olmayacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar