13 mar 11:44divizion

Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür

Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür
Aqil Məmmədov isə uşaq səhvlərini qabartdı

Oyundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı keçirildi. Əvvəlcə mikrofonlar önünə qonaqların çalışdırıcısı Şaban Şirdanov keçdi. Oyunla bağlı fikirlərini bölüşən mütəxəssis ardınca sualları cavabladı.
- Oyundan əvvəl uşaqlara tapşırıq verəndə də qeyd etdim ki, rəqib çempionatda maraqlı və müasir futbol oynamağa çalışan komandadı. İlk görüşdə böyük hesabla qalib gəlməyimizə baxmayaraq, bu gün bizi gərgin mübarizə gözləyirdi. Aqil müəllim doğrudan da yaxşı komanda formalaşdırıb. Biz süni meydanda məşq etdiyimizdən belə bərbad örtükdə oynamaqda çətinlik çəkirik. Məqsədimiz 3 xal idi və onu da qazandıq. Bura qələbə üçün gəlmişdik. Düşünürəm ki, Aqil məndən inciməz, amma oyuna görə biz qələbəyə daha çox layiq idik.
- Bir müddət öncə istefanız gündəmdə idi. Komandanı “qara zolaq”dan çıxarmaq üçün hansı addımı atdız?
- Azərbaycan reallığında bilirik ki, komandaların sayı azdı və iş tapmaq çətindi. Heç vaxt kiminsə yerini tutmaq istəməmişəm, daim ləyaqətlə yaşamaq istəmişəm. “Turan Tovuz”a, “Şəmkir”ə uduzduq. Tovuzdakı oyunu nəinki uduzmalıydıq, hətta qalib gəlməliydik. Amma uşaq səhvindən qol buraxdıq. “Şəmkir”in meydanında oynamaq isə mümkün deyil. Musa Qurbanovla münasibətlərimiz hamıya məlumdu. “Qarabağ”da Kintana yoxdu və 2 oyundu qələbə qazana bilmirlər. Bizim də iki oyunçumuz yox idi. “Mil-Muğan” sistemli, maraqlı oynayan komandalardan biridi.
- Mövsümün sonunda medal qazanmaq şanslarınızı necə dəyərləndirirsiz?
- Tapşırıq belədi: bu gündən sonra bütün oyunları uduruqsa, minimum 2-ci yeri təmin edirik. Tovuz təmsilçisinin qarşıdakı oyunlarda qazanacağı nəticədən asılı olaraq, çempionluq şanslarımız da var.
- Emin Mehdiyevin aqressiv olduğu aşkar görünürdü. Onunla bu mövzuda söhbət etdiz?
- Mən, ümumiyyətlə, aqressiv futbolçuları xoşlayıram. Amma futbolçuda özünə münasibətdə aqressivlik olmalıdı.
- “Zaqatala”, adətən, qol vurmağı xoşlayan komandadı. Amma bu gün o qədər də təhlükəli vəziyyət yarada bilmədiz.
- İlk hissədə Oruc iki dəfə əlverilşli imkandan yararlana bilmədi. İkinci yarıda da şansı oldu. Bombardir olmasına baxmayaraq, bu gün ondan o qədər də razı qalmadım. Cərimə meydançasının daxilində daha çox hərəkət etməlidi.
- Bəxtinizin gətirdiyini demək olar? Son dəqiqələrdə cərimə meydançası daxilində əllə oyun vardı. Penalti verilmədi...
- Mən həmin anı görmədim, görsəydim, nəsə deyə bilərdim. Ramil Diniyev bizim başqa oyunlarımızı da iadrə edib. Məncə, normal hakimliklə yadda qaldı.
- Həqiqətən xal itirdiyiniz oyunlarda meydan günahkardı, yoxsa komandanın da günahı var?
- Ən çox meydan amilini və iki futbolçunun yoxluğunu önə çəkərdim.
- Musa Qurbanovun “Zaqatalaya gedib Şirdanovdan hesabat tələb edəcəm” deməsi nə dərəcədə düzgündü?
- Mövqeyim belədi ki, bizim şəxsi münasibətlərimiz burda işə başlayana qədər idi. Bundan sonra klub rəsmisi və məşqçi münasibətidi. Klub rəhbərinin baş məşqçidən hesabat tələb etməsi normaldı. Musa Qurbanov hər şeyin ən yaxşısını istəyir və biz də bunu bilirik və çalışırıq. “Səbail”lə “Turan Tovuz”un oyununa baxdıq və düşündük ki, ilk pillələrdə qərarlaşan komandalara qarşı daha yaxşı çıxış edə bilərdik.
- Kapitanınız Hacı Əhmədovdu. Zədədən sonra Amil Ağacanov oldu. Həmin 4 oyunda 2 məğlubiyyət qeydə alındı və qayıtdıqdan sonra yenidən qələbə qazandız. Məğlubiyyətlərdə bu məqamın nə dərəcədə rolu var?
- Amil ən təcrübəli oyunçularımızdandı və onun kapitanlığının məğlubiyyətə dəxli yoxdu. Kapitanlıq xüsusiyyətləri Amildə daha güclüdü. Sadəcə, Hacının meydanda olmaması komandaya təsir edir.
- Dediz ki, Musa Qurbanov hər şeyin ən yaxşısını istəyir. Düşünmürsüz ki, ən yaxşısını istəmək üçün əvvəlcə normal şərait yaratmaq lazımdı.
- Qurbanov bununla bağlı münasibət bildirmişdi. Qış fasiləsinə qədər 8 oyunluq qələbə seriyamız oldu. Görünür, Musa müəllim həmin futbolçuları gələcəkdə premyer-liqada görmək istəyir. Amma minimum 2-ci yer uğrunda mübarizə aparacağıq.
- Kimin hansı yeri tutacağı məlum deyil. Amma söhbət gəzir ki, “Səbail” nəticədən asılı olmayaraq, elitaya çıxacaq. Bu sözlər “Zaqatala” və başqa komandalar üçün deyilmir. Bu amil işinizə necə təsir edir?
- Dünən “Turan Tovuz”un oyununa baxdım. Bir epizodda hakim kömək etmək istəsəydi, “Səbail”in xeyrinə penalti verə bilərdi. Futbolda belə söz-söhbət olur. Belə şeylərə əhəmiyət versək, işimizdə axsamalar olacaq. Ən yaxşısı bütün diqqəti öz oyunlarımıza yönəltməkdi.
- Hazırki “Zaqatala”nı premyer-liqadakı hansı komandayla müqayisə edərdiz?
- Biz qış fasiləsində buna cavab verdik. “Kəpəz” və AZAL-la başabaş mübarizə apardıq.
Qonaqların çalışdırıcısının ardından Aqil Məmmədov konfrans zalına daxil oldu. “Mil-Muğan”ın baş məşqçisi bunları söylədi:
- Uduzsaq da, hər iki komandanın oyunçularına təşəkkür edirəm. Çünki belə meydanda kombinasiyalı, sürətli, maraqlı oyun getdi.
- Qış fasiləsindən sonra qələbələr sıralanırdı və ilk “üçlüy”ə yaxınlaşmışdız. Ancaq sonradan nəsə baş verdi və artıq 3 matçdı məğlub olursuz. Düşərgədə nə baş verir?
- Sözün düzü, aşağı dəstədə o qədər də güclü futbolçular top qovmur. Həm də onlarda sabitlik çatmır. Uduzduğumuz oyunlarda belə udmalı olsaq da, sonda məyus oluruq. Hər dəfə səhvlərin üzərində işləyirik, amma yenə də uşaq səhvləri buraxırıq.
- “Mil-Muğan”ın qarşısına hansı məqsəd qoyulub?
- Heç bir məqsəd qoyulmayıb, sadəcə, bacardığımız qədər yüksək yerdə qərarlaşmağa çalışırıq.
- Meydan amilini qeyd etdiz. Belə çıxır ki, növbəti ev oyunlarında da xal itirəcəksiz?
- Bu o demək deyil ki, meydanımız həmişə belə bərbad durumda olacaq. Buna baxmayaraq, çalışacağıq ki, növbəti turlarda vəziyyətdən çıxaq.
- Penalti vəziyyəti ilə bağlı fikirlərinizi bilmək istərdik...
- İndiki anda bu haqda nəsə deyə bilmərəm. Çünki gərək videoyazıya baxılsın və sonra qərar verək.
- Görsəz ki, hakim penaltini verməyib, Ramin Musayevə şikayət edəcəksiz?
- Bəzi oyunlardan sonra əsəbləşib fikir bildirmişəm. Demişəm ki, hakimlər səhv ediblər. Ancaq sonda bu heç nəyi dəyişməyib. Çünki nə oyun yenidən keçiriləcək, nə də penalti veriləcək. Amma futbolçular kimi, hakimlər də səhvlərdən nəticə çıxarmalıdı.
- Maaşın verilməməsinin futbolçunun çıxışına təsiri var?
- Mən də futbolçu olmuşam. Nə qədər desələr də, cüzi olsa da, futbolçunun fikri orda qalır. Bu gün divizionda olan futbolçular pul dalınca qaçıb, 50-100 manatı fikirləşirsə, ömürboyu aşağı dəstədə qalacaqlar.
- Növbəti turda Şəmkirə yollanacaqsız. İlk dövrədəki oyundan sonra söz-söhbətlər oldu. Qisas olacaqmı?
- Biz rəqibi adına görə dəyərləndirmirik. Hər oyuna eyni qaydada hazırlaşırıq. Onların da meydanı yaxşı vəziyyətdə deyil. Bu oyun da bizim üçün adi oyunlardan biridi.
- Mövsümün əvvəlində iddia olunurdu ki, “Mil-Muğan” premyer-liqaya daha ciddi hazırlaşır. Ola bilər ki, yayda biz sürpriz qərar görək?
- “Mil-Muğan” infrastruktur baxamından premyer-liqada oynamağa hazırdı. Yayda necə olacağını deyə bilmərəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar