10 mar 20:18divizion

"Bayıl Arena"da verilməyən penalti, “qırmızı” və işləməyən tablo

"Bayıl Arena"da verilməyən penalti, “qırmızı” və işləməyən tablo
Elman Sultanov tovuzlu futbolçuların zəhərlənməsinə inanmır

Dünən birinci divizionun liderləri – “Turan Tovuz”la “Səbail” ikincilərin meydanında üz-üzə gəldi. Saat 19.00-da başlan qarşılaşmanın maraqlı keçəcəyi gözlənilirdi. Qış fasiləsindən sonra nəinki məğlub olmayan, hətta xal itirməyən qərb təsmilçisi Bakıya iddialı yollanmışdı. Divizionun debütantı isə liderlə oyunda qələbəni bayram etməklə aradakı məsafəni qapamaq niyyətində idi. Xaıtrladaq ki, bu rəqiblərin ilk duelində “Turan Tovuz” 2:1 hesablı qələbə qaznamışdı. Matçı maraqlı edən məqamlardan biri isə bu oyundan öncə yaşananlar idi. Xatırladaq ki, Əsgər Abdullayevin yetirmələrindən bir neçəsi zəhərlənmişdi. Buna görə qərb klubu həm PFL-ə, həm də “Səbail”ə müraciət edərək, qarşılaşmanın 2 gün sonraya təxirə salınmasını xahiş etmişdi. Lakin “Turan Tovuz”un istəyi gerçəkləşmədi. Səbəb kimi “CBC Sport”un oyunu canlı yayınlaması əsas gətirildi.
Hər iki komandanı təxminən eyni sayda azarkeş dəstəkləyirdi. Ancaq müqayisədə "Turan Tovuz"un fanatları daha fəal idi. Üç iri bayraqla "silahlanan" qonaq azarkeşlər komandaya güclü dəstək nümayiş etdirdilər. Lakin bu o demək deyil ki, "Səbail"in tərəfdarları oyunu sakit izləyirdi. Meydan sahiblərinin azarkeşləri də sevimliləlirini irəli səsləyirdi.
Matçı izləyənlər arasında iki tanış sima da gözümüzə dəydi. Bunlar Rəhman Hacıyev və Mirhüseyn Seyidov idi. Oyuna maraq premyer-liqada top qovan yarımmüdafiəçiləri də "Bayıl Arena"ya gətirmişdi.
Oyuna gəlincə, hiss olunurdu ki, qonaqların əsas məqsədi uduzmamaqdı. "Səbail" isə qələbə üçün ilk dəqiqələrdən irəli atıldı. "Turan Tovuz" əks-hücumlar haqda düşünürdü. Matçın 9-cu dəqiqəsində meydan sahibləri hesabı açmağa yaxın oldu. Ramazan Abbasovun başla zərbəsindən sonra müdafiəçi komandasını qoldan xilas etdi. Az sonra Anar Babayev topa cüzi toxuna bilsəydi, hesab açılacaqdı. Rəqibin qapısına doğru "yüklənən" Elman Sultanovun yetirmələri 17-ci dəqiqədə Ramazanla qola yaxın oldu. Bu dəfə yarımmüdafiəçinin zərbəsini qapıçı zərərsizləşdirdi. Tovuzlular isə, demək olar, rəqibin qapısı qarşısında ciddi təhlükə yarada bilmirdi. 36-cı dəqiqədə Orxan Qurbanlıya qarşı cərimə meydançası daxilində rəqib kobud oynasa da, hakim penalti təyin etmədi. Təbii, bu "Səbail" tərəfinin narazılığına səbəb oldu. Nəhayət, 44-cü dəqiqədə "Turan Tovuz" Aqşin Muxtaroğıu ilə yaddaqalan həmlə təşkil etdi. Daha doğrusu, adıçəkilən futbolçunun cərimə zərbəsi təhlükəli alınsa da, dəqiq deyildi.
Yeri gəlmişkən, ilk yarının gedişində "Turan Tovuz" azarkeşləri şüarlar səsləndirdilər. Əvvəlcə "Şəhidlər ölməz, vətən bölünməz" sözlərini xorla səsləndirən fanatlar ardınca "Qarabağ bizimdi, bizim olacaq" hayqırdılar.
Fasilədən sonra da meydanda eyni ssenarinin şahidi olduq: "Səbail" hücum edir, "Turan Tovuz" müdafiə olunmaqla yanaşı, əks-hücumlara bel bağlayırdı. İkinci hissə başlar-başlamaz Mirzağa Hüseynpur əla ötürmə etsə də, Anar əlverişli fürsəti qaçırdı. Ümumiyyətlə, oyunun sonlarına kimi üstünlük meydan sahiblərinin tərəfində olsa da, sonluğu gətirmək mümkün olmurdu. Az qala 1-ci uzatma dəqiqəsində "Turan Tovuz" hesabı açacaqdı. Rəhman Musayev qola yaxı oldu. Ardınca Saşa Yunisoğlu Rəhmanı cərimə meydançasının həndəvərində yıxdı və buna görə qarşısında qırmızı vərəqə gördü. Müdafiəçinin başqa çarəsi də qalmamışdı. Əks halda, Musayev qapıçı ilə üzbəüz qalacaqdı. Azlıqda qalmasına baxmayaraq, bakılılar qalan müddətdə də irəli atıldılar. Lakin tərəflər sonda meydandan bir xalla ayrıldı.
Onu da qeyd edək ki, dördüncü hakimin əvəzetmələri və hissələrə əlavə olunan dəqiqələri göstərən tablosu oyunun gedişində xarab oldu. Bu da futbolçu dəyişikıiyi zamanı ehtiyat referini jestlərdən istifadə etməyə və səsinə güc vürməyə vadar edirdi.
Stadiondan ayrılarkən maraqlı mənzərənin şahidi olduq. "Turan Tovuz"a məxsus avtobus işə düşmürdü. Belədə ətrafdakılar nəqliyyat vasitəsini əvvəlcə irəli, ardınca geri itələdilər. Yalnız bundan sonra sürücü avtobusu işə sala bildi.
Reaksiyalar
Əsgər Abdullayev: "Bəzi futbolçularda nasazlıqlar var idi. Şükür, komandamız xal fərqini qoruyub saxlaya bildi. Əlbəttə ki, komandamızın məqsədi birinci divizionda çempion olmaqdı. Bəli, bunun çox çətin olduğunu başa düşürük. Birinci yerə çıxmaq çətindisə, orda qalmaq, yeri qorumaq ondan da çətindi. Düzdü, xal fərqimiz var. Evdəki matçda daha yaxşı oyun nümayiş etdirdik. Bugünkü gündə komandam əsl döyüşkənlik göstərir, sona qədər mübarizə aparır. Qarşıda işlərimiz çoxdu, bunların üzərində işləmək lazımdı. Hər bir məşqçinin məqsədi odu ki, işinin nəticəsini görsün. Məqsədimiz birinci divizionda çempion olmaqdı. Maliyyə məsələləri-filan mənə aid olmadığından bu haqda nəsə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, komandamız çempion olmaq istəyir”.
Elman Sultanov: "Bu gün biz udmalı idik. Çünki hər iki hissədə bir qapı istiqamətində futbol getdi. "Turan Tovuz”un qapısı qarşısında çoxlu qol imkanı yaratdıq. Sadəcə, şanslardan istifadə edə bilmədik. Çempionat davam edir. Həm bizim, həm də "Turan Tovuz”un qarşıda ağır oyunları var. Mübarizəmizi sona qədər davam etdirəcəyik. Çünki məqsədimiz çempionluqdu. Sanki idman xoşbəxtliyi də yanımızda olmadı. Neçə dəfə qol imkanlarımız oldu? Xoşunuza gəldi oyunumuz? Sürətli, maraqlı oyun getdi. "Turan Tovuz”un futbolçuları tez-tez yıxılırdı, həkimi çağırırdılar. İki hissə ancaq biz futbol oynadıq, "Turan Tovuz” müdafiədə oturdu. Penalti epizodu ilə bağlı şübhə yox idi. Penalti var idi. Sadəcə, baş hakim həmin epizodu görmədi. Bir az sol tərəfdə olsaydı, görərdi. Biz oyunda oluruq və həmin epizodda məncə, penalti verilməliydi. Amma baxandan sonra hamı görəcək penaltidi, ya yox... Zəhərlənmə məsələsinə mən inanmıram. Çünki bizimlə matçda həmin zəhərlənmiş oyunçular oynayırdılar. Zəhərlənən futbolçu bir gün sonra oyuna çıxa bilər? Qarşılaşmanın gedişində tez-tez yerə yıxılırdılar, biri ayağını tuturdu, biri başqa yerini... Olmaz axı belə. Rəqib "Səbail”dən qorxdurdumu? Bu sualı mənə yox, Əsgər Abdullayevə verin. Mən bu haqda nəsə deyə bilmərəm. Saşa Yunisoğlunun qırmızı vərəqə alması növbəti turlarda oyunumuza təsir göstərəcək. Amma bizdə Saşanı əvəz edəcək oyunçular var. O, komandamızın kapitanıdı və "Səbail”i qabağa dartır. Yunisoğlu da komandamızın premyer-liqaya çıxmasını istəyir. İndi duraq Saşaya deyək ki, niyə belə etmisən, niyə belə oldu? Artıq oldu keçdi. Biz gələcəyi fikirləşməliyik".
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri 27-04-2017, 17:51 Şəhriyar liderliyini davam etdirir 27-04-2017, 17:49 Yaşar Vahabzadə yekun qərarını 29-dan sonraya saxladı 27-04-2017, 17:48 Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib 27-04-2017, 17:47 Şimali İrlandiya ilə “Tofiq Bəhramov”da qarşılaşacağıq 27-04-2017, 17:38 PFL “İnter”ə “Qarabağ” və “Qəbələ”dən az medal verdi 27-04-2017, 17:35 Premyer-liqanın bombardiri kim olacaq? 27-04-2017, 15:59 İlk oyunda məğlubiyyət 27-04-2017, 15:58 Mövsümün ən az qol vurulan turu 27-04-2017, 15:49 İlk altı çempionatla bağlı əcaib mənzərə 27-04-2017, 15:47 “Qəbələ” Tiflisdə 6-cı oldu 27-04-2017, 15:45 FİFA referiləri İslamiadada! 27-04-2017, 15:39 “Gümüş”lə “bürünc”ün taleyi qərbdə həll olunur 27-04-2017, 15:38 İntizam Komitəsi “Neftçi”nin məğlubiyyətini rəsmiləşdirdi 27-04-2017, 15:36 TURUN MƏŞQÇİSİ 27-04-2017, 15:35 TURUN SİTATI 27-04-2017, 15:33 TURUN OYUNÇUSU 27-04-2017, 15:32 HAKİMLƏRİN MÜHAKİMƏSİ 27-04-2017, 15:31 Xaqani Məmmədovun köməkçisi qovuldu 27-04-2017, 15:29 Maşallah Əhmədovla bağlı DGK-ya sorğu göndərilib 27-04-2017, 15:28 “İnter”lilər mayın 10-na qədər gözləyəcək 27-04-2017, 15:27 “Neftçi”yə yeni rəis gəlir 27-04-2017, 15:25 “Neftçi” rəhbərliyi məşqçilər korpusunu cərimələdi 27-04-2017, 15:23 “Forza Neftçi” qərarını verdi 27-04-2017, 15:20 Teymur Rəcəbov Olimpiadadakı uğursuzluqdan danışdı 27-04-2017, 15:18 Şəhriyar Məmmədyarov Rusiya klubuna keçib 27-04-2017, 15:16 Yunanıstana geniş heyətlə 27-04-2017, 15:12 Pevtsov iki pillə irəlilədi 27-04-2017, 15:11 Ən güclü boksçular müəyyənləşdi Bütün xəbərlər
Ən çox oxunanlar