Araz Abdullayev divizionda qol vurdu
Dünən birinci divizionda 13-cü tura yekun vurulub. İlk dövrənin sonuncu turunda maraqlı nəticələr qeydə alınıb. İlk növbədə lider MOİK-in "Qaradağ Lökbatan"a uduzduğunu vurğulayaq. Lökbatanlılar qarşılaşmanın taleyini ilk hissədə vurduqları qollarla həll edib. Belədə "nazirlik təmsilçisi"nin ikinci yarının əvvəlində fərqi azaltması məğlubiyyətdən xilas olmağa yetməyib. Bu nəticə "hərbçilər"in zirvəni təhvil verməsinə yol açıb. Belə ki, paralel keçən görüşdə "Zirə-2"ni darmadağın edən "Sumqayıt-2" 1-ci yeri ələ keçirərək "qış çempionu" olub. "Şüvəlan" - "Keşlə-2" matçının taleyini 1 qol həll edib. İkinci hissənin əvvəlində fərqlənən əvəzedicilərdən ibarət komanda 5-ci pilləyə yüksəlib. Düzdü, hesabında 20 xal olan "Qaradağ Lökbatan", "Şüvəlan" və "Qarabağ-2" də 5-8-ci yerləri bölüşür. Yeri gəlmişkən, Ağdam təmsilçisi dünən "Sabah-2"ni 2 cavabsız qolla yenib ki, görüşdə hesabı əsas komandanın və yığmanın üzvü Araz Abdullayev açıb. "Ağsu" ilə "Kəpəz"in duelində qapılara qol vurulmayıb və beləliklə, qalib müəyyənləşməyib. "Səbail-2" - "Turan Tovuz" və "Neftçi-2" - "Zaqatala" qarşılaşmalarının hər birində isə azarkeşlər 5 qol izləyib. Bayıl təmsilçisi 3 xalı darmadağınla əldə edibsə, "Neftçi"nin əvəzediciləri dramatik keçən oyunda minimal hesabla məğlub olub. Bölgə təmsilçisinin heyətində dubl edən Cavad Kazımov həm də bombardirlərin yarışında vahid liderliyi ələ alıb.
Birinci divizion
1-ci dövrə, 13-cü tur
Şüvəlan - Keşlə-2 0:1
Qədir Bayramlı, 53.
Sumqayıt-2 - Zirə-2 4:0
Elvin Dəmirov, 15. Fərid Kərimzadə, 32. Murad Xaçayev, 40. Məhəmməd Alıyev, 75.
Səbail-2 - Turan Tovuz 4:1
Rubin Seyidov, 15. Əsədulla Heydərov, 60. Nazim Kərimli, 82. Xəyal Bədirli, 90 - Əli Bağırov, 55.
Ağsu - Kəpəz 0:0
Qarabağ-2 - Sabah-2 2:0
Araz Abdullayev, 52. Eldost Qiyasbəyli, 90+4-öz qapısına.
MOİK - Qaradağ Lökbatan 1:2
Məmməd Məmmədov, 56 - Aqşin Muxtaroğlu, 8; 45+2.
Neftçi-2 - Zaqatala 2:3
Hüseyn Hüseynzadə, 26. Elcan Hafizli, 40 - Roini İsmayılov, 9. Cavad Kazımov, 56; 90+4.
1. Sumqayıt-2 13 10 0 3 29-10 30
2. MOİK 13 9 2 2 22-11 29
3. Neftçi-2 13 7 2 4 16-15 23
4. Zaqatala 13 5 6 2 22-13 21
5. Keşlə-2 13 6 2 5 21-16 20
6. Qaradağ Lökbatan 13 6 2 5 13-15 20
7. Şüvəlan 13 5 5 3 16-14 20
8. Qarabağ-2 13 6 2 5 23-15 20
9. Sabah-2 13 5 4 4 12-8 19
10. Səbail-2 13 4 1 8 13-26 13
11. Turan Tovuz 13 4 1 8 17-24 13
12. Kəpəz 13 2 5 6 7-14 11
13. Ağsu 13 2 4 7 9-23 10
14. Zirə-2 13 2 0 11 11-27 6
Bombardirlər: Cavad Kazımov (Zaqatala)- 10, Elvin Nəsibov (Sumqayıt-2) - 8, Raul Yaqubzadə (MOİK) - 7.
Qeyd: İntizam Komitəsinin qərarına əsasən 6-cı və 8-ci turda "Səbail-2"yə, 10-cu turda isə "Zirə-2"yə texniki məğlubiyyət (0:3) verilib.