09 dek 13:32divizion

Baş məşqçilər uçurumun səbəblərini açıqladı

Baş məşqçilər uçurumun səbəblərini açıqladı
Limit divizion klublarının əl-qolunu bağlayıb
Elita ilə birinci divizion arasındakı uçurumun səbəbini aşağı dəstə təmsilərinin baş məşqçilərindən soruşmaq qərarına gəldik. Təbii, kütləviliklə bağlı da onların düşüncələri maraqlı idi. Ötən sayımızda “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyevin fikirlərini diqqətinizə çatdırdığımız üçün qalan çalışdırıcılarla əlaqə saxladıq. Onu da qeyd edək ki, “Ağsu” - “Sabah” görüşündən sonra bölgə təmsilçisinin baş məşqçisi Rüfət Quliyevin halı pisləşdiyi üçün mətbuat konfransına qatılmayıb. Onu köməkçisi Arif Rizvanov əvəzləyib.
Etibar İbrahimov (Kəpəz): “Nəticə komandaların gücünə görə idi. Uşaqlar da əllərindən gələni etdilər ki, hesab arasındaskı fərq daha böyük olmasın. Ümumiyyətlə, komandamız rəqabət aparmağa çalışırdı. Bunu hardasa bunu bacarırdılar. Lakin sürət və fərdi bacarıq sayəsində rəqib ələ düşən fürəstləri lazımınca dəyərləndirdi. Bizim də qol epizodlarımız oldu, yararlana bilsəydik, hesab başqa cür ola bilərdi. Lakin rəqib oyunçukarın ustalıq səviyyəsi yüksək idi. Hər halda, bu bizim oyunçular üçün böyük təcrübə idi. İstərdim ki, daim belə rəqiblərə qarşı oynayaq. Yüksək sürət olduqda uşaqlıar daha çox inkişaf edir. Birinci divizion matçlarında futbolçularımız rahat oynayırdısa, bu matçın sonlarına yaxın yorğunluq hiss olunurdu. “Səbail”lə matça 15 yaşlı futbolçunu da meydana buraxdıq. Həm onun, həm digər futbolçular üçün yaxşı təcrübə idi. İstəyimiz premyer-liqaya bir neçə gəncəli futbolçunu qazandırmaqdı. Ora yol isə belə oyunlardan keçir. Uşaqlar belə matçlarda möhkəmlənir, təcrübə qazanır, diqqət mərkəzinə düşür. Futbolda iki cür sürət var: görünən və görünməyən. Topla və topsuz hərəkət gözə görünəndisə, oyunu oxumaq, qərar vermək görünməyən sürətdi. Birinci divizionda topu qəbul etdikdən sonra futbolçuların düşünməyə hardasa vaxtı olur. Ancaq elita iştirakçısı ilə dueldə bu belə deyil. İstədiyim odu ki, futbolçumun topu qəbul edib ötürmə anı iki saniyədən çox olmasın. Ancaq təəssüf ki, bunu bacarmırdılar. O da uşaq yaşlarından gələn bir şeydi… Deməzdim ki, futbolçularımda motivasiya yox idi. İnanın ki, hətta 15 yaşlı futbolçu da deyirdi ki, məni meydana buraxsaz, canımı da qoyaram. Uşaqlarda motivasiya yüksək səviyyədə idi. Sadəcə, bbirinci divizionla premyer-liqa arasındakı fərq bizim elita ilə Avropa arasındakı fərq qədərdi. Özünüz də görürsüz ki, Avropa klublarına və ya yığmalara qarşı oynayanda təmsilçilərimiz geri qalır. Bilirsiz ki, biz komandanı formalaşdırarkən limiti də nəzərə almalıyıq. Bu da təbii ki, çətinlik yaratdı. Lakin gələcəyi düşünürüksə, gənc futbolçulara şans verməliyik. Bununla belə, bəzi futbolçular 24-25 yaşında parlayır. Onları kənarda qoymaqla nə qazanırıq?! Təxminən, birinci divizionun 14 klubunda 21 yaşdan yuxarı ümumilikdə 70-80 futbolçu var. Halbuki onların sayı daha çox ola bilər. Sadəcə, limit zamanı 18-19 yaşlı futbolçular daim oynayır, oyun təcrübəsindən əziyyət çəkmir. Lakin reallıq budu ki, birinci divizion klubları elita ilə ayaqlaşacaq gücdə deyil… Tutaq ki, Almaniyada çoxlu sayda liqa var. Bizim üçün də əvvəlcə Region Liqası komandası ilə oynayıb, o mərhələni adlayıb, daha sonra premyer-liqa təmsilçiləri ilə qarşılaşmaq daha yaxşı olar. Nəinki birbaşa elita iştirakçıları ilə üzləşmək. Komanda sayı çox olsa, oyun sayı da artacaq. Mən komandaların həftədə iki dəfə oyun keçirməsinin tərəfdarıyıq. Hansısa məşq heç vaxt oyunu əvəz edə bilməz. Halbuki həftədə iki dəfə oynasaq, həmin sürətə uyğunlaşarıq, belə durumlarda problemlə üzləşmərik”.
Aqil Nəbiyev (Şüvəlan): “Açığı, daha yaxşısına ümid edirdim. Ancaq məğlubiyyət qaçılmaz oldu. Özünüz də bilirsiz ki, premyer-liqa ilə birinci divizion arasında böyük uçurum var. Limit məsələsi var. Lakin istəyirdim ki, futbolçular istək, əzm göstərsinlər. İki fərqli hissə oldu. İlk yarıda daha çox əzmkarlıq və xarakter göstərdi. Amma premyer-liqanın adı bəzi futbolçuları qorxudurdu. O başqa məsələ ki, meydanda adlar rol oynamır. Əzmkarlıq, istək, xarakter göstərən komanda qalib gəlir. Bununla belə, uşaqlara bəzi şeylər çatmadı. Amma komandamdan narazı qalmadım. Biz boyumuzdan yuxarı tullana bilmərik. Məlum olduğu kimi, çempionata bir həftə qalmış yığışdıq, yavaş-yavaş komandanı bu həddə çatdırmışıq. Əlimizin altında güclü “material”ın olduğunu da deyə bilmərəm. Futbolda isə “material” önəmlidi. Düzdü, çox çalışmaqla komandanı hansısa səviyyəyə gətirmək olar. Yadınızdadısa, çempionatın startında yaxşı təsir bağışlamırdıq, indi isə 4-cü yerdəyik. Birinci divizion üçün komanda istədiyim səivyyəyə yaxınlaşıb. Ancaq kubok oyununda futbolçuların ustalıq səviyyəsi yetərli olmadı. Ötən mövsüm bu mərhələdə “Səbail”lə qarşılaşmışq və başabaş mübarizə aparmışdıq. Onlardan heç də geri qalmadıq. Penaltimiz verilmədi, əksinə, qapımıza 11 metrlik cərimə zərbəsi təyin olundu. Bəlkə də mərhələni keçə bilərdik. Limit dəyişikliyi komandalara təsir etdi. Gördünüz ki, premyer-liqa iştirakçıları hansı hesabla məğlub oldu. Bu komandalardakı uşaqlar hansısa elita komandasına qarşı oynamayıb, böyük təzyiq görməyiblər. İstər-istərməz, premyer-liqa klubları ilə qarşılaşanda psixoloji təzyiqdən çıxa bilmirlər. Yaş limiti “Keşlə”yə qarşı istənilən səviyyədə mübarizə aparmağımıza imkan vermədi. Ancaq dediyim kimi, uşaqlardan narazı qalmadım, bacardıqları qədər çalışdılar. İlk hissədə gücümüz çatdı, ancaq ikinci yarıya avtoqolla başladıq. Bir qədər limit imkan versəydi, istənilən səviyyədə mübarizə apara bilərdik. Ustalıq səviyyəsinin aşağı olması da təsirsiz ötüşmür. Bizim problemlər uşaq məktəblərinin lazımı səviyyədə olmamasından qaynaqlanır. Bunu hamısına şamil etmirəm. 1998-99 təvəllüdlü uşaqlar gəlir ki, onlara ötürmə verməyi öyrədirik. Halbuki bu, futbolun bönüvrəsidi. Əvvəlki kimi uşaqlar yetişmir. Hamını demirəm, ancaq 95 faiz aşağı yaş qruplarında lazımi səviyyədə hazırlanmır. Yuxarı qalxdıqca isə bunun acısını çəkir… Komanda sayı nə qədər çox olsa, ümumi futbolumuza yaxşı mənada təsir edəcək. Bkıda keçirilən çempionat matçları zamanı tribunlardakı vəziyyəti özünüz görürsüz. Bölgələrdə futbolun olması bu idman növünün inkişafı üçün mühüm məqamdı. Təbii ki, Region Liqasından da klublar iştirak etsəydi, klubların sayı çox olsaydı, daha yaxşı olardı. Ancaq onların kuboka qatılmamasının səbəbini bilmirəm. Bəlkə də komandalarının şəraitinin olmamasına görə bu addımı atıblar. Hər halda, dəqiq səbəbi təşkilatçılar daha yaxşı bilər”.
Rüfət Quliyev (Ağsu): “Təzyiqim aşağı düşmüşdü. Buna görə oyunsonrası mətbuat konfransında iştirak edə bilmədim. Dördüncü hakim İnqilab Məmmədov idi. Onunla məsləhətləşdim, dedim ki, mənim əvəzimə köməkçim konfransa qatıla bilərmi? O da bildirdi ki, heç bir problem yoxdu. Çıxan kimi həkim iyənə vurdu, 15 dəqiqə uzanılı vəziyyətdə qalmağımı istədi. Daha sonra da vəziyyətim yaxşılaşdı. Sadəcə, təzyiqlə bağlı idi. Maraqlandığınız üçün də təşəkkür edirəm… Bizim hal-hazırdakı durumumuzu turnir cədvəli də göstərir. Həmçinin “Sabah” premyer-liqa təmsilçisidi, sıralamada 4-cüdü. Yaxşı komanda olduqları dərhal göründü. Bir məqamı qeyd edim. Səhv eləmirəmsə, birinci divizionun püşkatmasına 5 gün qalmış çempionatda iştirakımız təsdiqləndi. Sifariş vərəqini istədilər, limiti də nəzərə alıb, ancaq sayı düzəltdik. Rayon yeridi, futbolçu tapmaq çətin məsələdi. Qış fasiləsində vaxtımız var, yenidən komandanı formalaşdırmalıyıq. Çünki uşaqlar etimadı doğrultmadı. Hazırda birinci divizionda axırınca yerlərdən birindəyik. Bu da bizi qane etmir. Çünki əvvəlki mövsümlərdə daim yuxarı pillələrdə qərarlaşmışıq. Haızrkı yer bizə yaraşmır. Fərqli-fərqli versiyalar səsləndirirlər. İnandırım sizi, hamısı böhtandı. Əsassız dəlillər səsləndirirlər. Komanda zəif ola, uduza bilər. Evdə oynayan komandanın böyük hesabla uduzmasına daha öncə də rast gəlinib. Bu o demək deyil ki, biz hansısa oyunda çirkin işlərə əl atırıq. Hamısı boş söhbətlərdi. Bizə aidiyyatı yoxdu. Futbol aləmində hamı bir-birini yaxşı tanıyır. Fikimiz yalnız uşaq futbolunun inkişafına çalışmaq, rayonun komandasını qorumaq, yaxın nbölgələrdə olna uşaqları cəlb etməkdi. Böyük şəhər deyil, balaca bir rayondu. Futbolçu tapmaq olduqca çətindi. Ağsunun kəndlərinə gedirik, məktəblərdə yarış keçiririk, ordan uşaqları dəvət edirik. Avtobus təşkil edirik, uşaqları məşqə gətirib evə aparır. Sonra da haqqımızda yazılanları eşidəndə narahat oluruq, təəssüflənirik. Sadəcə, hazırkı yerdə olmağımızın səbəbi tez-tələsik oyunçu sayını düzəldib çempionata qatılmağımızdı. Limitlə bağlı da çətinliyimiz var. Əvəzedici komandaların 1998-2001 təvəllüdlü futbolçuları var. Heç kimi də kənara buraxmırlar. Onlara lazım olmayanları da bakı komandaları götürür. Nəhayət, bu klubların da istəmədiklərini biz heyətə qatırıq. Nəticədə belə bir yerdəyik… Kubokdakı məğlubiyyət sırf səviyyə fərqli ilə bağlıdı. İldə 500 min alanla, 5 min alan futbolçu arasında uçurum olmalıdı da. Hər bir futbolçu bacardığını meydanda qoyur. Performasına görə futbolçunun qiyməti də fərqli olur, əldə etdiyi nəticə də. Nə qədər həvəsin, istəyin olsa da, bacarığın çatmırsa, xeyri yoxdu… Düşünürəm ki, Region Liqası təmsilçiləri peşəkar klub statusu daşımadığı üçün kuboka buraxılmayıb. Ancaq o da var ki, futbol azarkeşlər üçündü. Nə qədər çox komanda bu yarışlarda bir araya gəlsə, o qədər də çox ortaya futbolçu çıxararıq. Region Liqasında çox yaxşı futbolçular var. Hansı ki, birinci divizionda rahat oynaya bilər. Elə “Ağsu Siti”nin heyətində olan oyunçular əvvəlki mövsümlərdə bizdə çıxış etmiş, ancaq hazırda limitə uyğun gəlməyənlərdi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-01-2019, 22:41 MOK rəsmisi ilə görüş də nəticəsiz qaldı 21-01-2019, 22:40 Rəcəbov qələbə hesabını parlaq oyunla açdı 21-01-2019, 22:38 “Araz” “Neftçi”ni darmadağın etdi 21-01-2019, 22:36 AFFA bolqar mütəxəssisi “hədəfə alıb” 21-01-2019, 22:35 Veteranlar “Kəpəz”in xilası üçün hərəkətə keçir 21-01-2019, 22:34 Ağasəlim Mircavadov on gündü müalicə olunur 21-01-2019, 22:32 Külək “Tofiq Bəhramov”un dam örtüyünü qoparıb 21-01-2019, 22:26 “Qarabağ” “Bohemians”ı “kəllələdi” 21-01-2019, 22:23 “Sabah” Antalyada məğlubiyyətin nə olduğunu bilmir 21-01-2019, 22:21 Məşqçilər Komitəsinin iki üzvü Antalyadadı 21-01-2019, 22:19 Aftandil Hacıyev Avropa çempionunu sınayır 21-01-2019, 22:17 “Sürix” “Səbail”in əlindən zorla qurtuldu 21-01-2019, 22:16 Bosniyalıların bəhanələri “Sumqayıt”ın “başında çatladı” 21-01-2019, 21:59 İlk yarının uğursuz legioner “11-liy”i 21-01-2019, 21:57 AFFA üç yığmanı ləğv etdi 21-01-2019, 21:56 "Sabah" "Zirə"nin stadionunda oynayacaq 21-01-2019, 21:54 Samir Əliyev ilk qələbəsini qazandı 21-01-2019, 21:53 Həftənin idman proqramı 21-01-2019, 21:51 Klublar 20 Yanvar şəhidlərinə biganə qalmadı 21-01-2019, 21:50 Ufuk “fərqləndi”, Ziya və Eddi kənarda qaldı 21-01-2019, 21:48 "Neftçi” "İstiqlal"la oyundan imtina etdi 21-01-2019, 21:46 “Qəbələ” qələbəni əldən verdi 21-01-2019, 21:45 “Keşlə” Serbiyanın autsayderinə uduzdu 21-01-2019, 21:42 "Zirə"nin hər iki rəqibi dəyişdi 20-01-2019, 22:16 Samit Nuruzadə danışmaqdan çəkindi 20-01-2019, 22:14 “Keşlə”dən qolsuz “sülh” 20-01-2019, 22:07 Fevralda UEFA-nın nümayəndə heyəti Bakıya gələcək 20-01-2019, 22:05 “Neftçi”nin futbolçuları faciədən “Qalatasaray”la oyundan sonra xəbər tutub 20-01-2019, 22:03 “Bundan sonrakı karyeram hakim-inspektorluqla bağlı olacaq” 20-01-2019, 22:02 Azərbaycanlı təşkilatçı Antalyadakı vəziyyəti şərh etdi 20-01-2019, 22:00 “Növbəti toplanışlara “Zaqatala”, “Qaradağ Lökbatan” və başqa komandalardan da çağırılanlar olacaq” 20-01-2019, 21:58 Tahir Süleymanov BTFİ-yə niyə getməyib? 20-01-2019, 21:55 Yoxlama oyunu ləğv olunan U-19 Antalyaya yollandı 20-01-2019, 21:53 "Zirə" yenə "Voluntari"dən güclü oldu 20-01-2019, 21:52 "Neftçi" rumınları darmadağın etdi 20-01-2019, 21:50 Amit Quluzadə yenə xaricdə oynamaq arzusundadı 20-01-2019, 21:48 Delarj əvəzedici komandaya göndərilməsindən narazı deyil 20-01-2019, 21:47 TRANSFER DOSYESİ 20-01-2019, 21:46 Rahid Əmirquliyevə “atan” dələduzlara hökm oxundu 20-01-2019, 21:44 Əvvəl çempionat, sonra kubok 20-01-2019, 21:43 “Araz”ın yeni transferinin debütü gecikəcək 20-01-2019, 21:41 “Yasamal” İSK yenilənib 20-01-2019, 21:39 “Kəpəz”in çalışdırıcısı mətbuat katibinin göstərişi ilə hərəkət edir 20-01-2019, 21:37 PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib 20-01-2019, 21:34 Pits: “Azərbaycan reallıqlarından həqiqətən də təsirləndim” 20-01-2019, 21:33 Tovuzda danışılmış oyunlarla bağlı seminar 19-01-2019, 17:52 Petrov çempion olmaq istəyir 19-01-2019, 17:47 Elşad Əhmədov futbolçulardan razı, küləkdən narazı qalıb 19-01-2019, 17:45 Hikmət Abdullayev oyun təcrübəsizliyini qabartdı 19-01-2019, 17:41 Divizion məşqçiləri Obradoviçin siyahısından narazıdı 19-01-2019, 17:39 Küveyt millimizlə görüşdən imtina etdi 19-01-2019, 17:36 “Azərbaycanlı olduğuma görə fars təmsilçilərinin təklifini geri çevirdim” 19-01-2019, 17:31 Hacıağa zədəyə görə kənarda qalıb 19-01-2019, 17:27 Qurban Qurbanov Delarjı əvəzedici komandaya göndərdi 19-01-2019, 17:20 Sayt rəhbəri Qazaxıstandakı pullardan danışdı 19-01-2019, 17:10 Adil Şükürov “Zirə”dən ayrılmasının səbəbini açıqladı 19-01-2019, 17:04 "Zirə" afrikalıların yolunu gözləyir Bütün xəbərlər
Ən çox oxunanlar