08 mar 18:11divizion

Əfqan Talıbov “Şərurspor”un həbsdə olan prezidentiylə telefonla danışır

Əfqan Talıbov “Şərurspor”un həbsdə olan prezidentiylə telefonla danışır
Kvaratsxeliya: “Turan Tovuz” matçboyu bir normal hücum qurub, iki dəfə qol vurdu”
Son turda aşağı dəstədə bütün diqqətlər qərb derbisinə yönəlmişdi. Təsadüfi deyil ki, Hakimlər Komitəsi “Turan Tovuz” – “Şəmkir” matçının prinsipiallığını nəzərə alıb, Tovuza FİFA referisi Əliyar Ağayevi göndərmişdi. 2000 azarkeşin izlədiyi derbini Əsgər Abdullayevin yetirmələri qazandı ki, bununla da tovuzlular birinci pillədəki mövqeyini bir qədər də möhkəmnləndirdi. “Səbail” və “Zaqatala” da rəqiblərini evə əliboş yola salmağı bacardı. Ötən tur “Bakılı”nı darmadağın edən “Ağsu”, deyəsən, qol vurmaqdan doymur. Ağsuluların budəfəki şikarı “Göyəzən” oldu. Ardıcıl 7 oyun qələbə qazanan “Mil-Muğan”ın son iki qarşılaşmada meydanı məyus tərk etməsi də düşündürücü məqamdı. İndi isə sizi məşqçi fikirləri ilə tanış edirik.
Badri Kvaratsxeliya, “Şəmkir”in baş məşqçisi: “Uduzduğumuza görə çox məyusuq. Müdafiəçilərimizin uşaq səhvlərindən sonra qapımızda qollar gördük. Fərqlənmək üçün bizim də imkanımız oldu. Lakin rəqibdən fərqli, futbolçularımız yaxaladıqları qol vəziyyətlərini dəyərləndirə bilmədilər. “Turan Tovuz” matçboyu bir normal hücum qurub, iki dəfə qol vurdu. Deyə bilmərəm ki, meydana çıxan oyunçularımızın hamısı zəif təsir bağışladı. Ancaq aralarında ümidləri doğrultmayanlar da oldu. Zədə səbəbindən oynaya bilməyən Rövşən Əmiraslanov artıq kollektivlə məşqlərə başlayıb. Cəza üzündən meydana çıxa bilməyən Cəmil Hacıyev də artıq növbəti oyunlarda bizə kömək edəcək. İnanıram ki, onlar da sıraya dönəndən sonra daha güclü təsir bağışlayacağıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Belə məqamlarda toparlanıb istədiyimizə nail olmaq üçün əlimizdən gələni etməliyik. Qarşılaşmadan sonra rəhbərliklə görüşdük. Qarşı tərəf mənə heç bir irad bildirmədi. Onlar da bilir ki, futbolda qələbə ilə yanaşı, məğlubiyyət də var. Qərb derbisində uduzmağımız o demək deyil ki, əllərimizi yanımıza salıb indidən “ağ bayraq qaldıracağıq”. Elitaya vəsiqə qazanmaq şansımızı saxlayırıq və sona qədər mübarizə aparacağıq”.
Aqil Məmmədov, “Mil-Muğan”ın baş məşqçisi: “Fürsətdən istifadə edib əvvəlcə rəqibi təbrik etmək istəyirəm. 90 dəqiqə ərzində 4 qol imkanı qazandılarsa, onun ikisindən maksimum istifadə etdilər. Bizim isə “Rəvan”ı meydanın mərkəzinə dəvət etmək üçün ən azı 10 imkanımız olsa da, yararlana bilmədik. 7 oyunluq qələbə seriyasından sonra ardıcıl 2 qarşılaşmada meydanı məyus tərk etmək heç də xoşagələn hal deyil. Bəlkə də komandada yer alan bəzi futbolçular uğurlu seriyadan sonra “ulduz xəstəliyinə yoluxublar” və elə başa düşürlər ki, turnir cədvəlinin aşağı pilləsində qərarlaşan kollektivləri asanlıqla udmaq olar. Ancaq futbol elə idman növüdü ki, burda “boşalmaq”, arxayınlaşmaq olmaz. Əks halda, cəzasını çəkəcəksən. İkinci yarının sonlarında mübahisəli qol vəziyyəti yaşandı. Futbolçularım həmin an topun qapı xəttini keçdiyinə işarə etsələr də, açığı, mən həmin anı yaxşı görə bilmədim. Və buna görə hakimləri qınamaq istəmirəm. Yalan danışıb kiminsə haqqını tapdalamaq istəmirəm. Videotəkrara baxandan sonra dəqiq nəsə söyləmək çətindi. Yəqin ki, futbolçular iki məğlubiyyətdən dərs çıxarıb, növbəti oyunlara daha məsuliyyətlə yanaşacaqlar.Bəlkə də onların arxayınlaşmasında mənim də günahım var. Hər halda, komandanı oyuna baş məşqçi hazırlayır. Lakin unutmayaq ki, baş məşqçinin nə deməsindən asılı olmayaraq, hər bir futbolçu özü-özünü oyuna hazırlamalıdı. Başa düşməlidi ki, çempionatın sonuna az qalıb, indiki məqamda hər xal itkisi komandaya baha başa gələ bilər. “Rəvan”la qarşılaşmadan öncə hamısına demişdim ki, bizi çox çətin görüş gözləyir. Görünür, kimlərəsə sözlərim çatmayıb və bunun da nəticəsi kimi vacib 3 xal itirdik”.
Əfqan Talıbov, “Şərurspor”un baş məşqçisi: “Oyun çox dramatik məcrada keçdi. Matçın əvvəli planlaşdırdığımız ssenari üzrə keçdi. Nə fikirləşmişdik? Düşünmüşdük ki, ilk dəqiqələrdən müdafiədə etibarlı oynayıb, rəqibi əks-hücumlarda yaxalayaq. Bilirdik ki, “Qaradağ Lökbatan” qələbə qazanmaq üçün gec-tez irəli atılacaq. İlk yarının son dəqiqələrinə kimi hər şey istədiymiz kimi idi. Lakin son dəqiqədə standart vəziyyətdən qapımızda qol görüdük. Kornerdən qapı önünə asmanı Allahquliyev dəqiq tamamladı. Fasilədən sonra hesabı bərabərləşdirmək üçün irəli atılınca, qapımızda ikinci qolu gördük. Qolkiperin səhvindən yararlandılar. Yenə də həvəsdən düşməyərək həmlələrimizi davam etdirdik. Bunun nəticəsi kimi rəqibin mərkəz müdafiəçisi təzyiqlərə dözməyərək qaydanı pozduğuna görə meydandan qovuldu. Azlıqda qalan rəqibi iki dəfə meydanın mərkəzinə dəvət etdik. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə, demək olar ki, bütün komanda ilə irəli atılıb “status-kvo”nu bərpa etmək istəyirdik ki, meydan sahibləri boşluqdan istifadə edib 4-cü qolu vurdu. Klub prezidentinin bu gün yanımızda olmaması mənəvi cəhətdən bizə təsir etsə də, maliyyə baxımından heç bir problemimiz yoxdu. Onunla hər oyundan sonra telefonla danışırıq. O da bilir ki, son nöqtəni qoymaqda çətinlik çəkirik. Bunun üçün düşərgədə “vuran ayaq” olmalıdı. Bütün planlarımız növbəti mövsümə hesablanıb. Yeni “futbol ili”ndə futbol ictimaiyyəti iddialı, çempionluq uğrunda mübarizə aparacaq “Şərurspor” görəcək”.
Bəhmən Həsənov, “Rəvan”ın baş məşqçisi: “Bakıya oyun günü gəldiyimdən futbolçularla geniş söhbət imkanım olmamışdı. Buna baxmayaraq, komanda çətinliklə də olsa, qələbə qazana bildi. “Mil-Muğan” bəyəndiyim komandalardan biridi. Yarımmüdafiə xətti güclüdü, hücumları da əsasən cinahlardan qururlar. Bunu bildiyimiz üçün həmin zonaları bağlayıb, onlara istədikləri oyunu göstərməyə imkan vermədik. Onu da bilirdk ki, rəqibin müdafiəsinin mərkəzi bir qədər axsayır. Həmin boşluqdan da yararlandıq. Qonaqların real qol şansları oldu, bunu dana bilmərəm. İkinci hissədə topun boş qapıdan keçməməsi möcüzə idi. Bu, futbolda yüz mində bir dəfə yaşanan hadisədi. O ki qaldı “Turan Tovuz”la qarşılaşmada yaşananlara, sizə söylədyim kimi, Tovuzda meydana çıxan qapıçı məşqlərdən uzaqlaşdırılıb. Səfərə yollanmayan futbolçularla bağlı isə qərarımı sabahkı toplantıdan sonra verəcəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar Bu gün, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək Bu gün, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu Bu gün, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb Bu gün, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı Bu gün, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... Bu gün, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi Bu gün, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi Bu gün, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı Bu gün, 20:00 Sumqayıtda mükafatlandırma Bu gün, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bu gün, 19:55 Avroliqada ikinci dövrə başlayır Bu gün, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı Bu gün, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür Bu gün, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı Bu gün, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı Bu gün, 19:40 Millinin heyəti açıqlandı Dünən, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı Dünən, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək Dünən, 19:17 Zaur Axundov Azərbaycana söz verdi Dünən, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi Dünən, 19:13 “Zirə” vətənə məğlub döndü Dünən, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı Dünən, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq Dünən, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” Dünən, 19:06 “Bursa BB”də qaldı Dünən, 19:05 Erməni baş məşqçidən etiraf Dünən, 19:03 Əsgərlərə açıq məktub yazdılar Dünən, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir Dünən, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma Dünən, 18:57 “Səbail” Emil Balayevi saxladı Dünən, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Dünən, 18:54 “Qəbələ” bu gün Bolqarıstan çempionuyla qarşılaşacaq Dünən, 18:52 Ölüm ayağında Fuad Musayevin yanında olan nəvəsi “Futbol+”ə danışdı Dünən, 18:49 Fuad Musayevin “üç” mərasimində 300-dən çox adam iştirak etdi Dünən, 18:46 Futzal yığmamızda “təmizlik”: Biro da getdi, Fineo da Dünən, 18:45 Hakimlərimiz Avroliqaya təyinat aldı Dünən, 18:43 Macarıstandan 7 medalla Dünən, 18:42 Daha bir tribunaya biletlər tam satılıb Dünən, 18:40 Yeddinci oldu Dünən, 18:39 Çini büdrədib, Vyetnamla bacarmadılar Dünən, 18:35 Natiq Aslanov “Qəbələ”lilərlə üzləşməyə hazırdı Dünən, 18:34 Şəhriyar Fransada yarışır 21-06-2017, 20:56 Kevin Maqnussen də BŞH-ni bəyənir 21-06-2017, 20:54 Marşalları “Qazelli” məhsullarıyla təmin edəcək 21-06-2017, 20:51 Zeynəb Məmmədyarova yığmamızın yüksəlişdə olduğunu düşünür 21-06-2017, 20:50 Tural Meksikada fərqləndi 21-06-2017, 20:47 Şahmatçılarımız ruslara şok yaşatdı 21-06-2017, 20:45 Türkiyədə ikinci oldu 21-06-2017, 20:42 Rəqiblərimiz bilindi 21-06-2017, 20:40 Eddi İsrafilov La Liqadan kənarda qaldı 21-06-2017, 20:39 Avrokuboklardakı duellər 21-06-2017, 20:38 “Samtredia”nın baş məşqçisi Svanadze ilə Tsxadadzedən məsləhət alacaq 21-06-2017, 20:36 Samir Məsimov "Fakel”də 21-06-2017, 20:35 “Mladost”un baş məşqçisi püşkdən məmnundu 21-06-2017, 17:38 Pevtsov bu dəfə Çində sözünü dedi 21-06-2017, 17:37 Həmyerlimiz Yaponiyada kəmər qazandı Bütün xəbərlər
Ən çox oxunanlar