07 mar 16:25divizion

Badriyə Əsgər “salam”ı

Badriyə Əsgər “salam”ı
Həftəsonu birinci divizionda 18-ci turun oyunları keçirilib. Startı cümə günü baş tutan turda bütün diqqətlər Tovuza yönəlmişdi. Lider “Turan Tovuz” qərb derbisində Badri Kvaratsxeliyalı “Şəmkir”i sınağa çəkirdi. İlk yarısı qolsuz tamamlanan dueldə bütün suallara fasilədən sonra aydınlıq gəlib. Əsgər Abdullayevin komandası iddialı rəqibini 9 dəqiqəyə diz çökdürüb. 51-ci dəqiqədə Rəhman Musayev komanda yoldaşının cinah asmasını başla tora qovuşdurub. 59-cu dəqiqədə isə Aqşin Muxtaroğlu əla hücumu qolla tamamlayaraq, yekun nəticəni müəyyənləşdirib. Beləliklə, tovuzlular ən yaxın izləyicisi ilə 5 xallıq fərqi qoruyub. Bu, Badrinin “Şəmkir”də 2-ci oyununda üzləşdiyi ilk məğlubiyyətdi. O, debüt matçında “Şərurspor”u yenməyi bacarmışdı.
“Zaqatala” isə son üç oyundakı uğursuzluqların acığını “Bakılı”dan çıxıb. Ardıcıl iki məğlubiyyət və bir heç-heçədən sonra qələbə qazanan Şaban Şirdanovun komandası rəqibini 5:1 yenib ki, qollardan ikisi penaltidən vurulub. Bu oyunda həmçinin dubl edən Oruc Balaşlı bombardir yarışında üstünlüyünü bir qədər də artırıb. Hücumçunun hesabında artıq 22 qol var və o ən yaxın izləyicisini 4 top üstələyir.
Şənbə günü baş tutan digər oyunlara gəlincə, “Şərurspor” – “Qaradağ Lökbatan” qarşılaşmasında azarkeşlər 6 qol izləyib. Lökbatanlılar səfərdə 2 top fərqiylə qalib gəlib. “Şahdağ” – MOİK matçında isə qol səsi çıxmayıb.
Tura dünən yekun vurulub ki, mövsümün ikinci yarısının uğurlu komandalarından olan “Mil-Muğan” “Rəvan”ın qonağı olub. Aqil Məmmədovun komandası payxatda gözlənilməz yenilgiylə üzləşib. “Sarı-qırmızılar” iddialı rəqibini minimal hesabla üstələyərək, turnir cədvəlində daha bir pillə irəliləyib.
Birinci divizion
2-ci dövrə, 18-ci tur
4 mart
Şahdağ – MOİK 0:0
Turan Tovuz - Şəmkir 2:0
Rəhman Musayev, 51. Aqşin Muxtaroğlu, 59.
Şərurspor - Qaradağ Lökbatan 2:4
Fuad Məmmədzadə, 74. Rəsul Babazadə, 75 - Sabir Allahquliyev, 44. Tural Rzayev, 55; 64. Rüfət Məmmədov, 90+3.
Zaqatala – Bakılı 5:1
Kənan Müslümov, 5. Oruc Balaşlı, 45; 71-p. Ruslan Cəfərov, 63. Osman Qurbanov, 86-p. - Elnur Abdulov, 42.
5 mart
Rəvan – Mil-Muğan 2:1
Meysam Cami, 7. Samir Abdulov, 57 - Mirqasım Cabbarlı, 10-öz qapısına.
Turun qalan oyunlarının nəticələri: Ağsu – Göyəzən 7:0 (Elnur Səmədov, 17; 51; 67; 81. İsa Cəbiyev, 23; 31. Elnur Mustafazadə, 64), Səbail – Energetik 3:0 (Bayram Budaqov, 11. Ramazan Abbasov, 53-p. Orxan Qurbanlı, 90).
1. Turan Tovuz 18 14 3 1 50-7 45
2. Səbail 18 13 1 4 59-20 40
3. Zaqatala 18 11 2 5 55-23 35
4. Qaradağ Lökbatan 18 11 1 6 42-21 34
5. Şəmkir 18 11 1 6 29-16 34
6. Ağsu 18 10 3 5 43-17 33
7. Mil-Muğan 18 8 4 6 27-22 28
8. MOİK 18 8 4 6 37-20 28
9. Şərurspor 18 7 3 8 33-30 24
10. Şahdağ 17 4 5 8 20-33 17
11. Energetik 18 2 3 13 15-70 9
12. Rəvan (-9) 18 6 0 12 21-47 9
13. Bakılı 17 2 1 14 21-69 7
14. Göyəzən 18 1 3 14 10-68 6
Bombardirlər: Oruc Balaşlı (Zaqatala) – 22, Rəhman Musayev (Turan Tovuz) – 18.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar