06 mar 18:39divizion

Elxan Muradov “açdı sandığı, tökdü pambığı”

Elxan Muradov “açdı sandığı, tökdü pambığı”
“Futbolçuların maaşları 50 manatdan da azdı”

Birvaxtlar SSRİ çempionatının 2-ci dəstəsinin 9-cu zonasında mübarizə aparan “Göyəzən”dən indi əsər-əlamət yoxdu. Hazırda birinci divizionda mübarizə aparan komanda, demək olar ki, son mövsümləri biabırçı şəkildə keçirir. Aşağı dəstədə elə komanda yoxdu ki, Qazax təmsilçisini məğlub etməsin. Komanda dünən “Ağsu”ya 0:7 hesabıyla məğlub olub. Bundan öncəki turda da Elxan Muradovun yetirmələri “Səbail”dən 7 cavabsız top buraxmışdı. Bir sözlə, durum həddən artıq ağırdı. Komandaya nə baxan var, nə də dəstək olan. Nə AFFA, nə də İcra Hakimiyyəti “Göyəzən”ə yaxın durur. Bütün bunlarla bağlı komandanın çalışdırıcısı Elxan Muradovla danışmağı lazım bildik.
- Elxan bəy, bu gün də 7 qol buraxmısız. Elə hey uduzursuz, bu komandanın sonu necə olacaq?
- Bəli, ağır məğlubiyyət aldıq. İndi yoldayıq, Qazaxa qayıdırıq. Komandanın axırının necə olacağını heç özüm də bilmirəm. Başqa nə deyim sizə? Olanımızı ortaya qoyuruq. Gücümüz bundan artığına çatmır. Çox istəyirik ki, qol vuraq, yaxşı nəticə qazanaq. Allaha and olsun, vəziyyətimiz çox ağırdı.
- Bəs belə durumda komanda saxlamağın nə mənası var?
- Niyə mənsı yoxdu ki? Mənası yoxdu deyə, komandanı dağıtmalıyıq? Oynayırıq da. Sadəcə zəifik, uduzuruq.
- Komandanı dağıtmağı təklif etmədik. Sadəcə, vaxtilə söz-söhbət gəzirdi ki, yeni icra başçısı kluba dəstək olacaq.
- Xeyr, elə şey olmayıb. Futbola çağırışlar edib marağı artırmaq olmur. Ötən illər AFFA bizə bir az baxdı, kömək etdi. Bunun da nəticəsi oldu. Ardıcıl 7 oyunda məğlub olmadıq. “Ağsu”, “Zaqatala” və “Neftçala” kimi komandalardan xal aldıq. Bir az təkan verən, əl tutan olsa, 7-8 top buraxmarıq. Bizə bir həvəsləndirən adam lazımdı. Maliyyə gərək yaxşı ola ki, nəticə verək. Normal, heç olmasa, 250-300 manat maaş versələr, futbolçular oynayar.
- Bu durumla bağlı AFFA-ya müraciət etmisizmi ki, bizə kömək edin, Qazaxda futbol ənənəsi olub?
- Yəqin ki, nə vaxtsa kömək edərlər. Biz həmişə müraciət edirik.
- Bəs nə deyirlər, nə cavab verirlər?
- Bu mövsüm də assosiasiyadan dəstək gözləyirdik. Amma kömək etmədilər.
- Bəs yerli resurslar necə, yoxdumu? Qazaxda hansısa şirkət və ya iş adamı ilə danışıqlar aparmaq mümkündü?
- Yox, yaxın duran yoxdu. Futbol adı çəkiləndə hamı qaçır.
- Axı Qazaxın futbolun ənənələri olub. Onu məhv etmək olmaz.
- Vallah, biz də bunu istəyirik. Stadionun ot örtüyü də pis vəziyyətdədi. Amma “Ağsu”nun stadionu yaxşı idi. Çünki onların pulu var, bizdə yoxdu. Biz hər yerə müraciət edirik. Deyirlər, yaxşı olacaq.
- Nə vaxta kimi gözləyəcəksiz?
- Deyə bilmərəm. Azarkeşlərə nə cavab verəcəyimizi də bilmirəm. Onlar da vəziyyətimizi yaxşı bilirlər.
- “Göyəzən”də maksimum əməkhaqqı nə qədərdi?
- Bunu deyə bilmərəm. Klub sirridi. Azdı.
- Az nəyə deyirsiz, 100, 50, yoxsa 20 manatdı?
- Lap azdı. 50 manatdan da azdı. Hamımız yaxşı maaş istəyirik. Pul olmayanda komanda formalaşdırmaq olur. Şükürlər olsun ki, heç olmasa, yolpulumuzu verirlər. Sponsorlar deyirlər ki, gələn ildən yaxşı olacaq.
- Hər mövsüm onsuz da bu cür sözlər deyirsiz.
- Yadınıza gəlirmi 2006, 2007-ci illər. Vəziyyət çox yaxşı idi. Qarşımıza çıxana 7-8 qol vururduq. AFFA bizə ayda 5 min manat verdi. Hər şey yaxşı gedirdi.
- Biz də ona görə deyirik ki, “Göyəzən” indi özü 7-8 qol buraxır. Bu klubun ad-sanı var.
- Siz elə bilirsiz ki, mən komandamın yaxşı oynamasını istəmirəm? Başım çat verir burda. Oyunçu seçə bilmirik. Maliyyə buna imkan vermir. Biz müraciət edirik, quru söz verirlər.
- Sizin rayonun deputatı, iş adamı yoxdu? Əvvəllər o bölgədə belə adamlar futbola dəstək verirdilər.
- Təbii ki, var. Bizim sponsorumuz “Turan Bank”dı. Onlar da deyirlər ki, gələn mövsüm yaxşı olacaq. Gözləməkdən başqa çarəmiz yoxdu. Çox pul da istəmirik. Bizimlə oynayan komandanın oyunçuları 500-600 manat maaş alır. Bir yerdə yemək yeyib, bir yerdə yatıb, bir yerdə məşq edirlər. Onların motivasiyası olur. Amma bizim belə şəraitimiz yoxdu. Fərq çoxdu. Bizim gücümüz yalnız “Energetik”ə çata bilər. Heç onları da uda bilmədik. 30 ildi futbolun içindəyik. Özüm 18 il maaş almadan futbol oynamışam.
- Amma razılaşarsız ki, indi həmin dövr deyil.
- İndiki uşaqları ancaq pul maralandırır. Maliyyə olmadan heç kim çıxıb meydanda can qoymaq istəmir. Hamının problemi var. Kreditin içində boğulub ölürük. Hamımızın borcu var. Çox şey deyəcəm, məni də qovacaqlar.
- Yerinizə kim gələcək ki? Ən azı siz komandaya baxırsız.
- O qədər adam var ki... Yoldan keçən biri gəlib işləyəcək. Allaha and olsun ki, güclə oyunçu axtarıram. Yeni gələn onu da etməyəcək. Biz bu komandanı dağıtmaq istəmirik. Hardasa ümidliyik. Ən azı qoymuruq ki, stadion dağılsın. Oranın ot örtüyünü saxlayırıq.
- Heç olmasa, futbolçulara yemək-içmək verirsiz?
- Bu baxımdan heç bir problemimiz yoxdu. Buna pul ayırırlar. Təsəvvür edirsiz, bu gün ürəyim partlayıb. 0:3-dən sonra oyuna 6 müdafiəçi buraxmışdım. Yenə də xeyri olmadı. Adama çox ağır gəlir. Bilsəm ki, fərasətim yoxdu, çoxdan gedərəm.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar