19 okt 14:02divizion

Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb?

Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb?
Etibar İbrahimov: “Həmin gün Şöhrət Quliyevlə fikir ayrılığımız olmuşdu və kiçik mübahisə etmişdik”
Birinci divizionda mübarizə aparan "Kəpəz”in baş məşqçisi Etibar İbrahimov döyülüb. Bu haqda dünən axşam saatlarında sport7.az saytı xəbər yaydı. Saytın Gəncədəki mənbələrindən redaksiyaya daxil olan məlumatda bildirilib ki, gənc çalışdırıcını "Kəpəz”in müdafiəçisi Şöhrət Quliyev vurub. Buna səbəb isə məşq zamanı çalışdırıcının Quliyevi ağır ifadələrlə təhqir etməsi olub. Məşqçinin söyüşlərindən sonra yumruqlar işə düşüb və İbrahimov Şöhrət Quliyev tərəfindən döyülüb. Məlumatda o da bildirilir ki, xəsarət alan çalışdırıcı xəstəxanaya müraciət etməyib və baş məşqçi ilə futbolçunun münasibətlərinin qaydaya salınması üçün işlər aparılır.
Əslində xəbərə inanmamaq olardı. Amma birinci divizionun 4-cü turunun “Zaqatala” – “Kəpəz”oyununda qırmızı vərəqə alan Eltac Mirzəyevin futbolkanı nümayişkəranə şəkildə yerə çırpası və bunun cəzası kimi bir müddət əsas komandadan uzaqlaşdırılması, yekunda üzr istəyərək yenidən kollektivə qoşulması faktını yada salanda xəbərin doğruluğuna inanmağa çalışırsan. Görünür, Eltacın bu şəkildə “sındırılması” komanda yoldaşlarında qıcıq yaradıb və onlar əvəz çıxmaq üçün Etibar İbrahimovda səhv axtarırmışlar. Həmin səhvi isə Şöhrət Quliyev gənc mütəxəssisə bağışlamayıb.
Əldə olunan məlumat və şübhələr öz yerində. İşin maraqlı tərəfi məsələdə adı çəkilənlərin deyəcəkləridi. Şöhrətlə danışmaq heç cür mümkün olmadığından, Etibar bəyi aradıq. Xəbərlə yeni tanış olduğunu deyən İbrahimov sözlərinə bu cür davam etdi: “Sizdən bir neçə dəqiqə əvvəl klubun mətbuat katibi Azad Musatafayev zəng vurub saytda bu haqda yazının dərc olunduğunu dedi. Açığı, bir xeyli güldüm. Və öz-özümə sual verdim ki, niyə Gəncə futbolunu düzəltmək istəyən məşqçi haqda bu cür şayiələr dolaşır, olmayan şeylər yazılır? Belə bir hal yaşanmayıb, yaşana da bilməz. Eltac Mirzəyev adlı futbolçunun bu yaxınlarda futbolkanı yerə çırpması, yəqin ki, yadınızdadı. Onu məşqlərdən kənarlaşdırdıq, daha sonra üzr istədi və əməlinə görə cərimə kəsildi. Sizcə, futbolkanı yerə çırpan futbolçunu komandadan kənarlaşdıran Etibar İbrahimov onu vurmaq istəyən futbolçunu komandada saxlayar? Şöhrət Quliyevin adı çəkilib. Halbuki bu futbolçu hər gün bizimlə məşq edir, oyuna hazırlaşır. Görürlər ki, get-gedə komanda özünə gəlir, müsbət nəticələr qazanmağa başlayır, ortaya bu cür söhbətlər çıxarırlar. Sanki Etibar İbrahimov Gəncə futbolunu düzəldib özü ilə harasa aparacaq”.
İbrahimova “od olmayan yerdən tüstü çıxmaz” məsəlini xatırladıb, başqasının yox, niyə Şöhrətin adının çəkildiyini soruşanda, cavabı belə oldu: ”Hər həftəsonu Gəncədəki “Təhsil” İdman Mərkəzinin stadionunda “Kəpəz”in aşağı yaş qruplarından ibarət komandalarının oyunları keçirilir. Təxminən üç həftə əvvəl əsas komandanı həmin oyunları izləməyə aparmışdım ki, azyaşlılar həvəslənsin, özlərinə diqqətin olduğunu görsünlər. Həmin gün Şöhrət Quliyevlə fikir ayrılığımız olmuşdu və kiçik mübahisə etmişdik. Açığı, heç mübahisə də demək olmaz. O öz fikrini dedi, mən də öz düşüncəmi, vəssalam, bitdi. Vurmaq nədi, söyüş nədi? Futbolçu məni vursaydı, sizcə, mətbuatın bundan üç həftədən sonra xəbəri olardı? Kimdi, hansı qüvvədi, nə etmək istəyirlər – anlaya bilmirəm. Futbolçu ilə məşqçinin fikirləri üst-üstə düşməyə bilər. Bu o demək deyil ki, sonu sillə-yumruqla başa çatmalıdı. “Kəpəz”ə gəldiyim ilk gündən əsas məqsədim sağlam kollektiv yaratmaq olub. Futbolçu öz yerində, eyni zamanda gələcəyin şəxsiyyətlərini və şərəfli insanlarını yetişdirirəm, yetişdirmək istəyirəm. Bu cür niyyəti olan məşqçi, sizcə, futbolçunu söyüb, təhqir edər? Saytda yazılıb ki, futbolçunu söymüşəm deyə mənə əl qaldırıb. Gəlib maraqlanın, bir nəfər desə ki, indiyə qədər Etibar İbrahimovun ağzından söyüş çıxıb, həmin dəqiqə nə desəz, edərəm. Elə bir şeyin olması mümkün deyil. Jurnalistin işi xəbər yaymaqdı, başa düşürəm. Amma bu cür məlumat əldə etdikdə dəqiqləşdirmək lazımdı. Hərə yalandan bir şayiə uydursun, jurnalist də onu qarşı tərəfdən dəqiqləşdirmədən yazsın. Sabah da xəbər təkzib olunsun. Məncə, bu normal deyil”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar