05 mar 14:51divizion, manset

Əsgər Abdullayev küsüb

Əsgər Abdullayev küsüb
“Elə etmək lazımdı ki, şahlığımızın müddəti bir-iki günlük yox, daha uzun olsun”

Əvvəlki illərlə müqayisədə cari mövsümdə azarkeşlər daha maraqlı mübarizəyə şahidlik edir desək, yanılmarıq. Təcrübəli məşqçilərin, elitada çıxış etmiş futbolçuların aşağı dəstəyə məcburi sürgünü istər-istəməz birinci diviziona rəng qatmalıydı ki, proqnozlar özünü doğruldur. Belə gərgin mübarizənin fonunda aşağı dəstədə bir klub var ki, çempionatın startından bu günə kimi sabit oyunu ilə seçilir, zirvəni heç kimə güzəştə getmək istəmir. Söhbət Əsgər Abdullayevin rəhbərlik etdiyi “Turan Tovuz”dan gedir. Çempionatın ilk dövrəsində olduğu kimi, tovuzlular ikinci yarıya da inamlı başlayıblar. Əsgər bəyin komandası qış fasiləsindən sonra xal itirməyən yeganə komandadı. Çox maraqlıdı ki, dövrələrarası fasilədə əksər iddialılar heyətlərini gücləndirsələr də, Abdullayev düşərgəyə kənardan yeni oyunçu dəvət etməyib. Əvəzində təcrübəli mütəxəssis daha çox tovuzlu gənclərə etimad göstərməyi lazım bilib. “Turan Tovuz”un uğur reseptinin sirrini bilmək və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün Əsgər bəylə danışmağı lazım bildik.
- Fasilədən sonra rəhbərlik etdiyiniz komanda daha inamlı təsir bağışlayır. Uğura aparan yolun sirrini bizimlə bölüşərdiz?
- Əvvəlcə onu bildirim ki, mətbuatdan bir qədər küsmüşəm. Bir ara komanda uğursuz çıxış etdi. Həmin ərəfədə, demək olar ki, “Turan Tovuz”, Əsgər Abdullayev mətbuatın əsas müzakirə obyekti idi. Ancaq indi qələbələr sıralansa da, sanki bizi unudublar. Heç kim “Turan Tovuz”a diqqət ayırmır. Sanki turnir cədvəlində ilk pillədə biz yox, başqa klublar qərarlaşıb. Mətbuat bizdən çox başqalarına yer ayırır ki, bu da bəzən mənə pis təsir edir. O ki qaldı uğurlu çıxışımızın sirrinə, burda qeyri-adi heç nə yoxdu. Mən həmişə demişəm ki, zirvəyə qalxmaq asandı, orda duruş gətirmək çətin. Elə etmək lazımdı ki, şahlığımızın müddəti bir-iki günlük yox, daha uzun olsun. Yaxşı olardı ki, mövsümün sonunda da burda olaq. Bununla bağlı tez-tez futbolçularla söhbət edir, durumumuzu onlara başa salıram.
- Fasilə zamanı sizinlə bir dəfə görüşəndə narazılıq etmişdiz. Demişdiz ki, kimlərsə danışıq aparıb razılığını aldığınız futbolçuların komandanıza gəlməsinə süni əngəllər yaradır. Onda ad çəkməmişdiz, indi həmin şəxslərin kimlər olduğunu deyə bilərsiz?
- Vallah, indi də bilmirəm ki, həmin adamlar kimlərdi. Ancaq var idi belələri. Bu gün hansısa futbolçu ilə danışıb razılaşırdıq ki, sabah Tovuza gələcəksən. Üstündən bir-iki saat keçəndən sonra həmin oyunçu zəng vurub “bağışlayın, Əsgər müəllim, sizin komandada çıxış edə bilməyəcəm. Mənə başqa klubdan daha sərfəli təklif gəlib” söyləyərək, təklifimizi geri çevirirdi. Bundan başqa, bəzi futbolçularımızın “saqqızını oğurlayıb” apardılar. Bütün bunlar istər-istəməz mənə təsir edirdi. Buna baxmayaraq, yenə yolumuza davam edib, nəticə qazanmağı bacarırıq. Bu gün çox sevindirici haldı ki, heyətdə Tovuz futbol məktəbinin 14 yetirməsi çıxış edir. 6 nəfər isə müxtəlif bölgələrdən dəvət olunub.
- Sizi daha çox praqmatik məşqçi kimi tanıyırıq. Yəni Əsgər bəyin çalışdırdığı komandalar çox vaxt “1:0 olsun, mənim olsun” prinsipi ilə meydana çıxıb. Bu gün isə “Turan Tovuz” birinci divizionun ən məhsuldar komandasıdı. Oyun fəlsəfəniz dəyişib, yoxsa başqa səbəblər var?
- Mənim futbola baxışım dəyişməyib. Yenə o fikirdəyəm ki, bir dəfə 5:0 hesabıyla udmaqdansa, 5 oyunda minimal hesabla qalib gəlmək daha yaxşıdı. Bu həm mənə, həm futbolçulara, həm də komandanın turnir cədvəlindəki durumuna faydalıdı.
- Coğrafi cəhətdən Şəmkirlə Tovuz qonşu rayonlardı. “Şəmkir”in güclənməsi sizə necə təsir edir?
- Mənim üçün ilk növbədə öz komandam maraqlıdı. Buna görə də nəinki “Şəmkir”in, birinci dəstədə çıxış edən o biri klubların da düşərgəsində nələrin yaşandığını diqqətdə saxlamıram. Ümumi götürəndə aşağı dəstədə səviyyəli klubların olması futbolumuzun xeyrinədi. Sağlam rəqabət olan yerdə inkişaf da olur. Onlara da qarşıdakı oyunlarda uğurlar arzulayıram.
- Həftəsonu “doğma divarlar” arasında məhz “Şəmkir”i qonaq edəcəksiz. Qərb derbisinə yetərincə marağın olduğunu nəzərə alıb bu sualı verirəm. Onlara qarşı hansısa sürpriz hazırlamısız? Yəqin ki, bu matça xüsusi hazırlıq görürsüz.
- Baş məşqçi kimi heç vaxt rəqiblər arasında fərq qoymamışam. Bizim üçün rəqibin ad-sanı, turnir cədvəlindəki mövqeyi önəmli deyil. bütün oyunlara eyni qaydada hazırlaşırıq.
- Gəlin etiraf edək ki, “Şəmkir” nə “Göyəzən”di, nə də “Energetik”. Hər halda, liderlər qrupunda yer alan komanda ilə autsayderə qarşı hazırlıq planı eyni ola bilməz.
- Bilmirəm, başqa məşqçilər bu məsələyə necə yanaşır. Ancaq mənim çalışdırdığım komandalar heç vaxt rəqibi kriteriyalara bölməyib. Çempion olmaq istəyiriksə, hər qarşılaşmaya sonuncu matç kimi yanaşmalıyıq. Əks halda, bunun acısını çəkə bilərik. Dünənki qalibiyyət artıq statistikadı, qarşıdakı oyunları düşünməliyik. Futbolçulara da hər dəfə bunları xatırladıram.
- Futbol ictimaiyyəti arasında gəzən söz-söhbətlərə inansaq, “Turan Tovuz” elitaya vəsiqə qazansa belə, maliyyə problemləri səbəbindən premyer-liqada çıxış etməyəcək. Baş məşqçi kimi sizin də bu məsələyə münasibətinizi bilmək istərdik.
- Baş məşqçinin və komandanın işi qarşıya qoyulan məqsədə çatmaqdı. Biz çalışıb öhdəmizə düşən işi yerinə yetirməliyik. Digər məsələlərə görə isə klub rəsmiləri cavabdehlik daşıyır. Yaxşı olardı ki, bu sualı rəhbərliyə verəsiz.
- Hər halda, bu söz-söhbətlər futbolçuların da qulağına çatır. Belədə komandanı oyunlara kökləmək sizə çətin olmur?
- Yaxşı deyiblər ki, zaman həm hakimdi, həm də həkim. Kollektiv də üzərinə düşən işi görür. Sonda necə olacağını indidən söyləmək, işləri ehtimallar üzərində qurmaq bizə mane ola bilər.
- Elitaya vəsiqə qazanıb kənarda qalsaz, bunu necə qarşılayacaqsız?
- Bu haqda düşünmək istəmirəm. Hər bir məşqçinin, futbolçunun həyatda müəyyən hədəfləri olur. Kim deyir ki, mən bu günlə yaşayıram, deməli, o insan işləmir. Sadəcə, gününü yola verir. Biz isə çalışırıq hər gün bir yenilik edək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar