05 mar 14:47divizion

“Bəhmən Həsənovun orda olmadığını oyun başlayanda bildim”

“Bəhmən Həsənovun orda olmadığını oyun başlayanda bildim”
“Rəvan”ın nümayəndəsi səhvini etiraf etdi

Bildiyiniz kimi, birinci divizionda 14-cü turun oyunları əlverişsiz hava şəraitinə görə təxirə salınmışdı və qarşılaşmalar fevralın 27-də keçirildi. Turnir cədvəlinin lideri “Turan Tovuz” “doğma divarlar” arasında “Rəvan”ı darmadağın etdi (5:0). Məğlubiyyətlə bağlı ötən sayımıza açıqlama verən paytaxt təmsilçisinin baş məşqçisi Bəhmən Həsənov maraqlı bir məqama toxundu: “Oyundan iki gün əvvəl Türkiyəyə gəlmişəm. Burda oğlum oxuyur. Onun səhhətində müəyyən problemlər var idi, hazırda vəziyyəti yaxşıdı”. Düzdü, “sarı-qırmızılar”ın çalışdırıcısının qardaş ölkəyə yollanmasında qeyri-adi heç nə yoxdu. O, özü də səfərinin səbəbini gizlətməyib. Məsələnin diqqəti çəkən tərəfi Həsənovun qarşılaşmanın baş tutduğu gün ölkədə olmamasına rəğmən, adının oyunun protokoluna salınmasıdı. Halbuki komandanı oyuna köməkçisi Anar Vəliyev çıxarıb.
Görəsən, Tovuza getməyən Bəhmən Həsənovun adı protokola necə salınıb? Sualı “Turan Tovuz” – “Rəvan” görüşünün 4-cü hakimi Rəşad Əhmədova ünvanladıq: “Bəhmən Həsənova PFL tərəfindən lisenziya verilib. Oyundan öncə protokol doldurulanda biz gedib bir-bir hamını yoxlamırıq ki, kim hardadı. Protokolu yazan nümayəndə bizə bütün lisenziyaları təqdim edib gedir. Baş məşqçinin cəzası olarsa və ya departament tərəfindən bizə deyilsə ki, yazılmasın, onda biz onun adını yazmağa qoymuruq və lisenziyasını alıb qarşılaşma başa çatana qədər özümüzdə saxlayırıq. PFL tərəfindən lisenziyası olan istənilən şəxs komandanı oyuna çıxara bilər. Necə ki, həmin oyunda komandanı meydana Anar Vəliyev çıxardı. Mən Bəhmən Həsənovun orda olmadığını oyun başlayanda bildim. Əvvəldən bilsəydim, deyərdim ki, adını yazma”.
Deməli, “Rəvan”ın nümayəndəsi protokolu doldurarkən, baş məşqçinin olmadığını unudub. Bu haqda klubun inzibatçısı Nurlan Məlikovla danışdıq və o, səhvə yol verildiyini etiraf etdi. Yeri gəlmişkən, Bəhmən Həsənov qəzetimizə açıqlamasında “həddən artıq əsəbiyəm. Mənim komandam elə futbol oynamalı deyildi. “Rəvan”ın belə oynaması biabırçılıqdı. Hələ Tovuza getməyən futbolçularımız olub. Hamısını araşdırıb, cəzalandıracam” söyləmişdi. Maraqlıdı, kimlər qərb səfərinə yollanmayıb? Məlikov sualımızı belə cavabladı: “Düzü, hansı futbolçuları nəzərdə tutduğunuzu bilmirəm. Təbii, Tovuza getməyənlər oldu. Komandada 24 futbolçu var. Onlardan “18-liy”ə düşənlər aparılmışdı. Başqa nəsə deyə bilmərəm”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar