03 mar 13:35divizion

Tovuza getməyən Bəhmən Həsənovun adı oyunun protokoluna salınıb

Tovuza getməyən Bəhmən Həsənovun adı oyunun protokoluna salınıb
“Menecerinə zəng etdim ki, mən gələndə onu komandada görməyim”

Son turda liderlər qələbəyə seviniblər. “Turan Tovuz” doğma meydanda “Rəvan”ın qapısından 5, “Şəmkir” isə səfərdə “Şərurspor”un qapısından 4 cavabsız top keçirib. İkinci yerin sahibi “Səbail” evdə “Mil-Muğan”dan minimal hesabla üstün olub. Bununla da İmişli klubunun 7 oyunluq qələbə seriyası qırılıb. Əfqan Talıbovun komandası ardıcıl 3-cü məğlubiyyətini alıb. Elman Sultanovun rəhbərlik etdiyi “Səbail” ardıcıl 5-ci qələbəsini qazanıb. Səfərdə “Göyəzən”in qapısından 3 cavabsız top keçirən “Qaradağ Lökbatan” 5-ci pilləyə yüksəlib. Bu, qəsəbə təmsilçisinin ardıcıl ikinci qələbəsidi. Qışdan sonra özünə bənzəməyən “Zaqatala” Qusarda da büdrəyib. Şaban Şirdanovun komandası “Şahdağ”la heç-heçə oynayıb. Zaqatalalılar ardıcıl üçüncü qarşılaşmada xal itiribsə, qusarlılar fasilədən sonra ilk xalını qazanıb. İndi isə sizi məşqçi fikirləriylə tanış edirik.
Aqil Məmmədov, “Mil-Muğan”ın baş məşqçisi: “Səbail” çox güclü komandadı. Bildiyiniz kimi, onların heyəti qışda çox güclənib. İki-üç futbolçunu çıxmaq şərti ilə, qalan oyunçuların hamısı premyer-liqa təcrübəsi görüb. Yüksək səviyyəli futbolçulara sahibdilər. Amma bu o demək deyil ki, biz uduzmalıydıq. Uduzmaq istəmirdik. Səfərdən ən azı bir xalla qayıtmaq niyyətindəydik. Bir neçə əlverişli vəziyyətimiz də oldu. Lakin yüzfaizlik epizod yarada bilmədik. Hücum xəttində çatışmazlıqlar var idi. Bu üzdən təhlükəli qol epizodu yaratmaqda çətinlik çəkdik. Xal itirsək də, “3-lük”də qərarlaşmaq şanslarımız itməyib. Sona kimi mübarizə aparacağıq. Əsas məqsədimiz yuxarıda qərarlaşmaqdı. Bunu necə bacarağımızı zaman göstərəcək. Mövsümün əvvəlində vacib xallar itirdik. Məsələn, “Rəvan”, “Bakılı” kimi komandalarla qarşılaşmalarda xallar itirməsəydik, indi rahat “3-lük”də olardıq. Ümumiyyətlə, yüksək yer tutmaq üçün bütün komandalara eyni yanaşmalısan”.
Azər Bağırov, “Qaradağ Lökbatan”ın baş məşqçisi: “Rəqib zəif olsa da, çətin oyun oldu. “Göyəzən” ölkənin ən köklü klublarından biridi. Heyətində gənc futbolçular çoxdu. Demək olar ki, birinci divizionun ən cavan komandasıdı. Bu üzdən onlarla oynamaq çətin olur. Çünki fiziki futbol oynayır, dayanmadan sağa-sola qaçırlar. Bir neçə qol imkanı da yaxaladılar. Lakin yararlana bilmədilər. Biz isə öz oyunumuzu oynadıq. Əsasən ehtiyat oyunçular skamyasında əyləşən futbolçuları meydana buraxmışdıq. Onlar üçün belə qarşılaşmalar bir şansdı. Qış fasiləsindən sonra komandanın taktiki sxemini dəyişmişik. Artıq 3-5-2 sxemi ilə oynayırıq. Müəyyən çatışmazlıqlar var. Bunları aradan qaldırmaq üçün hər oyunda əziyyət çəkməliyik. Hazırda 5-ci yerdəyik. Çalışacağıq ki, daha yuxarı qalxaq. Şansımız var, hələ heç nə itirilməyib”.
Kamran Əlibabayev, “Şahdağ”ın baş məşqçisi: “Evdə bir xal qazandıq. Düzünü desəm, nəticədən razı qalmadım. Amma uşaqlar çox yaxşı mübarizə apardılar. Onların çıxışından razıyam. Meydan tam istədiyimiz futbolu oynamağa imkan vermədi. Gecədən yer donmuşdu, səhər də günəş çıxdı. Oyun zamanı meydan palçıq oldu. Bu üzdən komandalar üçün mübarizə aparmaq çətinləşdi. Rəqiblər bir-birinə fiziki cəhətdən uduzmaq istəmirdi. O meydanda qaqib gəlmək üçün gərək futbolçular yüksək texnikaya malik olsun. 1:1 hesab ədalətli nəticədi. Qırmızı vərəqə epizodunu isə şərh etmək istəmirəm. Yəqin ki, “qırmızı” var idi. Komandada vəziyyət yaxşıdı. Psixoloji cəhətdən yaxşı hazırlaşırıq. Hazırda Şirvanovka qəsəbəsində məşq edirik. Bundan öncə maliyyə vəziyyətimiz yaxşı deyildi. İndi bu problem də yoluna qoyulur. Heç bir problem olmayacaq. Çalışacağıq ki, aşağı pillələrdən qurtulaq. Buna imkanımız var”.
Bəhmən Həsənov, “Rəvan”ın baş məşqçisi: “Həddən artıq əsəbiyəm. Mənim komandam elə futbol oynamalı deyildi. Oyundan iki gün əvvəl Türkiyəyə gəlmişəm. Burda oğlum oxuyur. Onun səhhətində müəyyən problemlər var. Hazırda vəziyyəti yaxşıdı. Bu problem bir yana, “Rəvan”ın belə oynaması biabırçılıqdı. Qapıda Omid Mosumi dayanmışdı. O cür qapıda dayamaq olmaz. Utandırıcıdı. Menecerinə zəng etdim ki, mən gələndə onu komandada görməyim. Hələ Tovuza getməyən futbolçularımız olub. Hamısını araşdırıb, cəzalandıracam. Başa düşürəm, 8 saat yol gediblər, yorğun olublar. Amma bu cür oynamaq, sadəcə, fiaskodu. “Turan Tovuz” yaxşı komandadı. Lakin belə uduzmağı “Rəvan”a yaraşdırmadım. Oyunun videoyazısına baxmışam. Heç məhəllə uşaqları elə qollar buraxmaz. Komandanın dirçəlmək üzrə olduğu bir məqamda bu cür darmadağın gözləmirdim. Hər şeyi tapşırıb gəlmişdim. Bakıya qayıdım, toplantı olacaq. Hər şeyə aydınlıq gətirəcəm”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar