28 sen 22:24divizion

“Mehdi Hüseynzadə”də “Sumqayıt-2” sevindi

“Mehdi Hüseynzadə”də “Sumqayıt-2” sevindi
Elbrus Məmmədov: “Nəyə görəsə hakim penalti vermədi”
Borçe Xristov: “U-21-in növbəti toplanışlarında özünüz onları görəcəksiz”

Birinci divizonda 5-ci turun mərkəzi oyunu Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirildi. Adını çəkdiyimiz arenada 4 turdan sonra ilk “üçlük”də qərarlaşan komandalardan ikisi – “Sumqayıt-2” və “Qarabağ-2” üz-üzə gəlirdi. Liderlərin oyununda nələrin yaşandığını qeyd etməmişdən öncə bir məqama toxunmaq istərdik. Bildiyiniz kimi, mövsümün əvvəlində bu haqda məlumat vermişdik, PFL-in təftiş komissiyası “Mehdi Hüseynzadə”ni premyer-liqa qarşılaşmalarının keçirilməsi üçün yararlı saymadığından “kimyaçılar”ın rəhbərliyinin müraciətinə mənfi cavab vermişdi. Ancaq nədənsə PFL rəsmiləri peşəkar status daşıyan birinci dəstənin oyunlarının bu arenada təşkil olunmasına razılıq verib. Belə çıxır ki, istər AFFA, istərsə də PFL birinci divizionu peşəkar gözündə görmür və aşağı dəstəni “bizdə də belə çempionat var” adı altında keçirir. Belə olmasaydı, bayraq dirəkləri və işıqlandırma sistemi olmayan arenaya oyun salınmazdı.
Məsələ ilə bağlı oyundan öncə stadionun direktor müavini Abdulla Məmmədovun fikirlərini öyrənməyi lazım bildik. Ancaq Məmmədov geniş açıqlama verməkdən imtina etdi. O bu haqda klub rəhbərliyindən və oyunun bu arenada keçirilməsinə icazə verən PFL rəsmilərindən fikir öyrənməyi bizə məsləhət gördü. Onun sözlərinə görə, oyunun “Mehdi Hüseynzadə”də keçirilməsini istəyən “Sumqayıt” rəhbərliyi, icazə verən isə PFL-di. Odu ki, bu məsələdə məsuliyyət adı çəkilən klubun və qurumun üzərinə düşür. Onu da qeyd edək ki, dünənki qarşılaşmanın baş tutduğu arena doğrudan da bərbad vəziyyətdədi. Stadionunun ot örtüyü bəlkə də divizion qarşılaşmasını qəbul etməyə imkan verir, ancaq tribunalar...
Dünənki qarşılaşmaya da Sumqayıtda maraq böyük idi. SSRİ dönəmindən qalma sınıq taxta oturacaqlar, pilləkənlərin qəzalı vəziyyəti, VİP-tribunanın acınacaqlı durumu ondan xəbər verirdi ki, AFFA-nın aşağı dəstənin peşəkarlaşması yönündə yürütdüyü siyasət görüntüdən başqa bir şey deyil. Oyun alğı-satqısına görə radikal addımlara əl atan assosiasiya rəhbərliyi yaxşı olardı ki, bu məsələyə də diqqət ayırsın, PFL rəhbərliyi isə bərbad durumda olan stadionda birinci divizionun oyununun keçirilməsinə icazə verməsin. Əks halda, gec-tez “Mehdi Hüseynzadə”də oyun izləyən azarkeşlərdən hansısa biri şəhər xəstəxanasının travmatologiya şöbəsinə müraciət edəcək.
Qarşılaşmaya gəlincə, ilk dəqiqələrdən üstünlüyə yiyələnən meydan sahibləri ardıcıl hücumlarla “Qarabağ-2”ni öz qapısına doğru sıxışdırmağı bacardı. Artıq 3-cü dəqiqədə qonaqların qolkiperi Nicat Mehbalıyev çıxışda inamlı oynayaraq, Fərid Kərimzadənin yaxın məsafədən “çərçivə”yə ünvanlanan zərbəsini kornerə çıxarmağı bacardı. Yeri gəlmişkən, “köhlən atlar”ın “Keşlə”dən 16 min manat qarşılığında transfer etdiyi qolkiper Borçe Xristovun baş məşqçisi olduğu komandada ən yaxşılardan biri idi. Oyunu izləyən mütəxəssislər də Nicatın inamlı təsir bağışladığını, xüsusilə çıxışlarda səhvə yol vermədiyini qeyd etdilər. Mütəxəssislərdən söz düşmüşkən, oyunu izləyənlər arasında U-20-nin baş məşqçisi Zaur Həşimov və U-19-da köməkçi-məşqçi olan Mübariz Orucov da var idi. “Kimyaçılar”ın “ikincilər”inin davamlı hücumları, nəhayət, 28-ci dəqiqədə bəhrə verdi. Əsas komandadan Elbrus Məmmədovun kollektivinə ezam olunan, U-21-in də şərəfini qoruyan Murad Xaçayev standart vəziyyətdən qapı önünə asmanı İbrahimoviç sayağı qapıya göndərdi. Onu da bildirək ki, yolüstü top “Qarabağ-2”nin müdafiəçisinə də toxundu. Qoldan sonra Məmmədovun yetirmələri bir qədər sürəti aşağı saldı ki, bu da “köhlən atlar”ın gənclərinə əl-qol açmağa imkan verdi. Meydan sahiblərinin sakitləşməsi fonunda Xristovun yetirmələri fəallaşdı, “kimyaçılar”ın qapısı önündə təhlükəli vəziyyətlər yaratmaqla yadda qaldılar. Onu da bildirək ki, oyun planında “Qarabağ-2“ daha yaxşı təsir bağışlayırdı. Ağdam təmsilçisinin “ikincilər”i əsas komanda kimi topla rəftarda, düşünülmüş kombinasiyaların qurulmasında meydan sahiblərindən daha üstün idi. Sadəcə, onlar daha yaşlı futbolçulardan qurulmuş sumqayıtlılardan fikizi cəhətdən geri qalırdılar. Və buna görə də ikili mübarizələrdə heyətində 21, 22, hətta Məhəmməd Alıyev kimi 26 yaşı olan meydan sahibləri qalib olurdular. 34-cü dəqiqədə sumqayıtlılar ikinci dəfə qonaqları meydanın mərkəzinə dəvət etdilər. Bu dəfə 20 yaşlı Əli Əliyev standart vəziyyətdən sonra fərqləndi. Bu həm də ilk hissədə vurulan sonuncu qol oldu.
İkinci yarının ilk dəqiqələri qonaqların üstünlüyü şəraitində keçdi. Xristovun komandası hesab arasındakı fərqi azaltmaq üçün çox çalışsa da, buna nail olmadı. Hiss olunurdu ki, daha gənc oyunçulardan qurulan komandada təcrübəli futbolçunun yoxluğu özünü göstərir. “Qarabağ-2” nə qədər fəal oyun sərgiləsə də, növbəti qol da meydan sahiblərindən gəldi. Birinci divizionun bombardiri, meydana ikinci hissədə çıxan Elvin Nəsirov “gənclik şəhəri”nin təmsilçisinin əks-hücumunu dəqiq tamamlayaraq, 5-ci turda 5-ci qolunu vurmaqla bombardirlərin yarışında yerini möhkəmləndirdi. Düzdü, Elvin matçın son dəqiqələrində daha bir qol vura bilərdi. Lakin onun fərqlənməsinə rəqib müdafiəçi imkan vermədi. Forvard cərimə meydançasına daxil olub zərbə vurmaq istəyən anda müdafiəçi ona qarşı aşkar kobud oynadı. Ancaq nədənsə oyunun baş hakimi Nail Nağıyev vəziyyəti simulyasiya kimi qiymətləndirib, bombardiri “sarı” ilə “mükafatlandırdı”. Son dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişmədi və “Sumqayıt-2” 5-ci oyununda 5-ci qələbəsini qazanmaqla liderliyini davam etdirdi.
Matçdan sonra hər iki komandanın baş məşqçisinə yaxınlaşıb, oyunla bağlı fikirlərini öyrəndik. Öncə Elbrus Məmmədovu dinləyək: “Təbii ki, qalib gəlib, liderliyimizi davam etdirdiyimizə görə çox şadıq. Özünüz də gördüz ki, çox çətin, eyni zamanda çox maraqlı oyun oldu. Böyükhesablı qələbə qazanmağımıza baxmayaraq, “Qarabağ-2”nin gözəl oyun nümayiş etdirdiyini qeyd etməliyəm. Çalışacağıq uğurlu seriyanı MOİK-lə görüşdə də davam etdirək. Elvin Nəsibovun son dəqiqələrdə yerdə qaldığı epizoda gəlincə, məncə, həmin an qayda pozuntusu var idi. Ancaq nəyə görəsə hakim penalti vermədi. Bu azmış kimi, futbolçumuza simulyasiyaya görə sarı vərəqə göstərdi. Ümumi götürəndə, hakimlikdən narazı deyiləm”.
“Qarabağ-2”nin baş məşqçisi Borçe Xristov isə komandasının oyunundan razı qaldığını, sadəcə, rəqib komandanın daha yaşlı və təcrübəli futbolçulardan qurulduğunu qabartdı: “Çox maraqlı və gərgin oyuna şahidlik etdik. 0:3 hesabı ilə uduzmağımıza baxmayaraq, yetirmələrimdən razıyam. Çünki “Sumqayıt-2”nin heyətində yer alan oyunçuların yaşı daha çoxdu. Bizdə isə əsasən yeniyetmə futbolçular çıxış edir. Mən həm də U-21-in baş məşqçisinin köməkçisiyəm. Bu oyunda gənclər yığmasına namizədlərin də oyununa xüsusi diqqət yetirdim. Ad çəkmək istəməsəm də, bəyəndiyim oyunçular oldu. U-21-in növbəti toplanışlarında özünüz onları görəcəksiz. Sizə bir söz də deyim. Artıq neçə ildi Azərbaycanda çalışıram və Sumqayıt futbol məktəbinin yetirmələri həmişə diqqətimi cəlb edib. Bu şəhərdə daim istedadlı uşaqlar olub. Şəhərin futbol məktəbi çox güclüdü. Müxtəlif yaş qrupları üzrə millilərdə sumqayıtlılara rast gəlmək mümkündü. Konkret bugünkü qarşılaşmaya gəlincə, geridə qalan 4 turda uduzmamışdıq. Ancaq istənilən idman növündə olduğu kimi, futbolda da qalib olmaqla yanaşı, nə vaxtsa uduzmaq da var. Görünür, bu gün biz rəqibdən zəif oynadıq və bunun nəticəsi kimi 3 xal itirdik. Qələbə münasibəti ilə “Sumqayıt-2”ni təbrik edirəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar