26 sen 22:45divizion

“Sumqayıt-2” 100 min manatı qazanmaq istəyir

“Sumqayıt-2” 100 min manatı qazanmaq istəyir
Rüstəm Məmmədov: “Bu məsələyə əncam çəkilməli, qaydalara bəzi dəyişikliklər edilməlidi”
Birinci divizonda daha bir həftə geridə qaldı. Hesabat turunda MİOK-lə “Sumqayıt-2” növbəti qələbəsini qazanıb 100 faizlik nəticəyə imza atmaqla turnir cədvəlində iki hakimiyyətlik yaradıbsa, “Qarabağ-2” “Şüvəlan”la heç-heçə etməklə liderlərdən 2 xal geri düşdü. 2015/16 mövsümündə aşağı dəstədə çempionluğu bayram edən “Ağsu”nun ölkənin ən köklü klublarından biri olan “Kəpəz”lə birgə turnir cədvəlinin son pillələrində yer alması isə ayrıca söhbətin mövzusudu. Ancaq onu da qeyd edək ki, 4-cü turu gəncəlilər üçün uğurlu saymaq olar. İlk üç turda meydanı məyus tərk edən Etibar İbrahimovun baş məqşçisi olduğu komanda çətin Zaqatala səfərindən bir xalla dönməyi bacarıb ki, bunu gəncəlilərin hesabına uğurlu nəticə kimi yazmaq olar. Mövsümə uğursuz start verən kollektivlərdən biri də daim aşağı dəstədə iddialılar arasında görməyə adət etdiyimiz “Qaradağ Lökbatan”dı. Elçin Dərgahquliyevin komandası da 4 oyuna 4 xal toplamaqla 9-cu pillədə qərarlaşıb.
Bəs görəsən, aşağı dəstədə çıxış edən komandaların çalışdırıcıları 4-cü tur haqda hansı fikirdədilər, onlar nədən razı, nədən narazıdılar? Bu haqda bilgi əldə etmək üçün onlardan bəziləri ilə danışmağı lazım bildik.
Azər Cabbarov (MOİK): “Baş məşqçisi olduğum komandanın bu gün liderlər qrupunda yer alması məni sevindirsə də, hələ ki futbolçularımın çıxışından tam razı deyiləm. Çatlşmazlıqlarımız var və onları aradan qaldırmaq yönündə işləyirik. “Zirə-2” ilə oyuna gəlincə, çox çətin qarşılaşma olduğunu qeyd etməliyəm. Bu komandanın ötən tur “Qarabağ-2” ilə görüşünü canlı izləmişdim. Böyük hesabla uduzmaqlarına baxmayaraq, heç də pis təsir bağışlamamışdılar. Rəqibi təhlil etdikdən sonra güclü və zəif tərəflərini özümüz üçün müəyyənləşdirmişdik və bunun da sayəsində minimalhesablı qələbə qazanıb uğurlu seriyanı davam etdiririk. Başqa komandalar haqda yox, MOİK barədə danışmaq istərdim. Geridə qalan qarşılamlarda – “Turan Tovuz” matçı istisna olmaqla – bir qol vurmaqla qalib gəlmişik ki, bu da məni qane etmir. Hər oyunda minimum 8-10 real qol vəziyyəti yaradırıq. Ancaq təəssüf ki, bundan yararlana bilmirik. Məşqlərdə bunun üzərində çox çalışsaq da, çempionat görüşlərində xoşagəlməz tendensiya davam edir. Növbəti tur İlk “üçlük”də qərarlaşan “Sumqayıt-2” “Qarabağ-2”ni qonaq edəcək. Biz isə heç də pis təsir bağışlamayan “Şüvəlan”la qarşılaşacağıq. Bu oyunların nəticəsindən çox şey asılıdı. Məhz bu tur vahid liderin adına aydınlıq gələ bilər”.
Elbrus Məmmədov (Sumqayıt-2): “Fikrimcə, Ağsu səfəri divizionda mübarizə aparan istənilən komanda üçün çətin olacaq. Açığı, biz də çox əziyyət çəkdik. Bəlkə də kimlərsə hesaba baxıb, asan qələbə qazandığımızı düşünə bilər. Ancaq heç də belə olmadı. Hər iki komandanın fərqlənmək üçün imkanları oldu. Lakin meydan sahiblərindən fərqli, biz yaxaladığımız şansları boşa vermədik. Premyer-liqada hər tur hakim idarəçiliyi ilə bağlı narazılıq yaşandığına şahidlik etsək də, divizionda geridə qalan 4 turda belə xoşagəlməz halla rastlaşmamışıq. Ən azı rəhbərlik etdiyim komandanın oyunlarında ədalət təmsilçiləri normal idarəçiliklə yadda qalıblar. Növbəti turda bizi çox çətin oyun gözləyir. “Qarabağ-2” də çempionata çox iddialı başlayıb. Onları hələ ötən mövsümdən, əvəzedicilərin çempionatından yaxşı tanıyırıq. Son matçlarını da izləyib özümüz üçün müəyyən çıxarışlar etmişik. Ümid edirəm ki, azarkeşlər çox maraqlı oyuna şahidlik edəcəklər. Klub rəhbərliyi əsas komanda kimi, “Sumqayıt-2”yə də diqqət ayırır. Rəsmilərin komandaya münasibətindən şikayətimiz yoxdu. Yüzfaizlik nəticəyə görə mükafatın verilib-verilməməsinə gəlincə, qarşımıza başqa məqsəd qoymuşuq. Əsas hədəfimiz mövsümü çempion kimi başa vurub divizionun qalibinə veriləcək 100 min manata sahib çıxmaqdı. Hələ çempionatdan əvvəl PFL tərəfindən bizə bu haqda məlumat verilib”.
Rüstəm Məmmədov (Zaqatala): “Kəpəz”lə matçda komanda bütün oyunu təkqapı oynasa da, fərqlənə bilmədik. Gəncəlilərin “avtobus taktikası”nı yarmaqda çətinlik çəkdik. Düzdü, qol vurmaq üçün bir neçə imkanımız oldu, ancaq bundan yararlana bilmədik. “Zaqatala”nın 4 turdan sonra 4 xal toplamasının müəyyən səbəbləri var. Öncə onu qeyd edim ki, limitlə bağlı çətinliklə üzləşdik. İkincisi, komanda mövsümlərarası fasilədə gec toplandı. Və ən əsası, oyun təcrübəsi baxımından əziyyət çəkdi. İstənilən qədər yoxlama oyunu keçirə bilmədik ki, bu gün bunun acısını çəkirik. Komandada anşalma istənilən səviyyədə deyildi. Bizə 4-5 tur lazım idi ki, xətlərarası anlaşma istənilən səviyyədə olsun. Azarkeşlər də də etiraf edir ki, turdan-tura “Zaqatala” daha yaxşı təsir bağışlayır. Komandanın cəmi 4 xal qazandığını qabardırsız, ancaq divizion təmsilçilərinin hansı çətinliklə üzləşdiyini vurğulamırsız. Limit bir tərəfdən, əvəzedici komandanın əsas komandadan futbolçu götürməsi bir başqa problem. Bu gün baş məşqçi olduğum kollektivdə 21 oyunçu var. Sabah onlardan 5-i cəza və ya zədə səbəbindən oyunu buraxmalı olsa, məcburam ki, 16 oyunçu ilə meydana çıxım. Premyer-liqa klublarının ikinci komandasında isə belə problem yoxdu. Bundan başqa, mən növbəti tur üçün rəqibi təhlil edirəm və futbolçularıma müəyyən tapşırıqlar verirəm. Ancaq oyun günü məlum olur ki, ikinci komanda elitada çıxış edənlərdən 2-3 futbolçunu həmin oyuna sifariş edib və tam fərqli taktika ilə meydana çıxır. Bu artıq onlar üçün üstünlükdü. Məncə, bu məsələyə əncam çəkilməli, qaydalara bəzi dəyişikliklər edilməlidi. Birinci divizion klubunun elitada komandası yoxdu ki, tez-tez rotasiya etsin. Bu üzdən futbolçularıma da “biz 22 nəfərə yox, 40 nəfərə qarşı hazır olmalıyıq” deyirəm. Çünki premyer-liqa klubunun istənilən futbolçusu sabah bizə qarşı meydana çıxa bilər”.
Elçin Dərgahquliyev (Qaradağ Lökbatan): “Qəzetinizin ötən saylarının birində “Qaradağ Lökbatan”la bağlı gedən yazını oxuyub çox məyus oldum. Bir şeyi başa düşün ki, bizim komanda çempionata sayılı günlər qalmış, demək olar ki, sıfırdan quruldu. Bu gün məhz sizin qəzetinizdə “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanovun açıqlamasını oxudum. O bildirib ki, komanda cəmi 3 aydı qurulub. Bizim kollektiv isə bir neçə həftənin məhsuludu. Heyətdə də ancaq gənclər də yox, yeniyetmə oyunçular top qovur. 4 turdan sonra topladığımız 4 xala görə hələ sevinirəm. Siz bilsəz ki, biz komandaya kimləri dəvət etmişik... “Zirə”dən, “Sumqayıt”dan və başqa klublardan qovulan oyunçularla yola davam edirik. Bunu futbolçulara da demişəm. Çətinliklərimiz çoxdu, buna baxmayaraq, həvəsdən düşmürük. Biz bu gün sabahın komandasını formalaşdırmaq yönündə çalışırıq”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar