02 mar 15:52divizion

Ən yaxşı qolun müəllifini Elman Sultanov bəyənməyib

Ən yaxşı qolun müəllifini Elman Sultanov bəyənməyib
Nurlan Məmmədzadə: “Bu mövsüm 10, 20, 50 manat maaş almışıq”

Birinci divizionda noyabrın ən yaxşı qolunun müəllifi Nurlan Məmmədzadə ilə görüşün fasiləsində söhbət etdik. O, suallarımıza maraqlı cavablar verdi.
- Nurlan, bu nominasiyada qalib olacağını gözləyirdin?
- Düzünü desəm, öncə gözləmirdim. Amma sonradan qollara baxdım və əmin oldum ki, qolum birinci yerə layiq görüləcək. Ruslan Tağızadə də gözəl qol vurmuşdu. Amma onun qolu daha qısa məsafədən vurulduğundan, respondentlər mənə daha çox səs verdilər. Belə maraqlı müsabiqələr təşkil edən PFL-ə təşəkkürümü bildirirəm. Bilirsiz ki, birinci diviziona maraq azdı. Amma bu cür addımlar marağı artırır.
- Hansı hisslər keçirdin?
- Çox sevindim. Hamı təbrik etdi. Adam özü ilə fəxr edir. Amma bu qol karyeramda nəyisə dəyişməyəcək. Bura aşağı dəstədi. Deyərdim ki, bataqlıqdı. Lakin çox çalışmalıyam. Allahın izni ilə hər şey yaxşı olacaq.
- 500 manat mükafat aldın. Bu pulla nə edəcəksən?
- Hədiyyəmin 80 faizini evə verəcəm. Qalanını isə xərcləyəcəm. Çox güman, gedib uşaqlarla hardasa oturub, yeyib-içəcəyik.
- Onda mükafat lap yerinə düşüb.
- Təbii ki (gülür). Pulsuz vaxtda az məbləğ deyil.
- “Bakılı”nın vəziyyəti olduqca ağırdı. Maaşlarınız da verilməyib. Bu haqda rəhbərlik nəsə deyib?
- Əslində bir neçə gün əvvəl almalıydıq. Amma verməyiblər. Onsuz da həmişə “yaxşı olacaq” deyib yola verirlər. Bütün bunlar boş vəd olaraq qalır.
- Ümumiyyətlə, mövsüm ərzində maaş almısan?
- Üç-dörd dəfə pul veriblər. Bu mövsüm 10, 20, 50 manat maaş almışıq. Buna maaş demək doğru olmaz. Burda tam maaş olmur.
- “Bakılı” ilə müqavilən nə vaxta kimidi?
- Ötən mövsüm burda bir dövrə oynadım. Sonra “Şahdağ”a keçdim. Yayda isə “Səbail”in baş məşqçisi Elman Sultanov məni komandaya dəvət etdi. Onların təlim-məşq toplanışına qatıldım. Lakin mövsümün başlamasına 10 gün qalmış mənimlə müqavilə imzalamaqdan imtina etdilər. Baxmayaraq ki, hətta sənədlərimi də götürmüşdülər. Boş qalmamaq üçün yenidən “Bakılı”ya döndüm. Əsas məqsədim formadan düşməməkdi. Müqaviləm birillik idi. Çox güman, yayda burdan gedəcəm.
Matçdan sonra mətbuat konfransına gələn futbolçu jurnalistlərdən birinin oyunun hesabı ilə bağlı sualına belə cavab verdi: “Komandada vəziyyət ağırdı. Biz bura gələndə heç yemək də yeməmişdik. Keks yeyib, çıxıb futbol oynamaq mümkün deyil. Lakin bu o demək deyil ki, 7 qol buraxmalıyıq”. Məmmədzadəyə ünvanlanan “qorxmursan ki, pulunu yolda döyüb əlindən alarlar” sualını PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev cavabladı. O, futbolçuya pulu Ağsuda yox, Bakıya qayıdanda verəcəyini açıqladı. Şahgəldiyevin bu fikri konfrans iştirakçılarının gülüşünə səbəb oldu.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:57 Hakim “bürünc”ü “Qaradağ Lökbatan”ın əlindən alıb? Bu gün, 16:55 4000 tovuzlu və 5 oyuna 27 qol Bu gün, 16:53 Jaba Bal Liqasının ən çox qazanan futbolçularındandı Bu gün, 16:50 Yeni çempion “Qarabağ” oldu! Bu gün, 16:49 Oqtay Abdullayev postunu qorudu Bu gün, 16:47 Şok: əməkdar məşqçi yığmanın hazırlığından uzaqlaşdırılıb Bu gün, 16:46 Bir “bürünc”lə start Bu gün, 16:45 Biraylıq fasilə bitdi Bu gün, 16:43 İddialılar arxayınlığın qurbanı olub Bu gün, 16:41 Ömər Paşayev kubokun finalını haqq edirmi? Bu gün, 16:40 “Qarabağ” da Naxçıvana getmək istəyən azarkeşlərinə kömək edəcək Bu gün, 16:38 Bayılda mükafatçılar müəyyənləşəcək Bu gün, 16:28 Şahin Diniyev AZAL-ın döyüşəcəyinə inanır Bu gün, 16:26 “Leon” uşaq futbolunda öncüllərdən olmaq istəyir Bu gün, 16:25 Prosineçki iki oyunda “yandırdı” Bu gün, 16:24 Avroliqaya sonuncu bilet kimin olacaq? Bu gün, 16:22 Müşahidə Şurası iclas keçirdi, klub saytı xəbəri gizlətdi Bu gün, 16:21 “Sumqayıt” rəhbərliyi əvəzedicilərdən narazıdı Bu gün, 16:07 Klub rəhbərliyi Qriqorçukun xidmətində maraqlıdı Bu gün, 16:04 Qurban Qurbanov: “Quzanlıya getmək fikrimiz var” Bu gün, 16:03 AFFA-nın pulsuzluğu Heydər Əliyevin şərəfinə turnirin baş tutmasını əngəlləyib Bu gün, 16:01 Şəhriyar xal fərqini qorudu Bu gün, 15:59 Sloveniyadakı rəqiblər müəyyənləşib Bu gün, 15:58 Ölkə çempionatı başladı Bu gün, 15:56 BŞH yardım kampaniyası üçün marafona qoşulur Bu gün, 15:54 İslamiada xəbərləri Bu gün, 15:53 Avropa çempionatına ikinci heyət yollanacaq Bu gün, 15:51 Emin “Boavişta”nı tərk etmək istəyir 28-04-2017, 21:17 Təcrübəlilərdən Yaşar Vahabzadənin yekun siyahısına kimlər düşəcək? 28-04-2017, 21:16 Klublar bonus nəzərdə tutmayıb 28-04-2017, 21:15 AFFA-nın UEFA-dan qonaqları var 28-04-2017, 21:14 Abdulbari Gözəlin açıqlaması azarkeşləri məyus edib 28-04-2017, 21:12 “Trabzonspor”un baş məşqçisi “Qəbələ”nin futbolçusunu bəyənib 28-04-2017, 21:00 Fərhad Məmmədov cüdoçulara qadağa qoyub 28-04-2017, 20:59 Şəhriyar dünya çempionunu da diz çökdürdü 28-04-2017, 20:58 Çempion kim olacaq: “Qarabağ”, yoxsa “Qəbələ”? 28-04-2017, 20:56 PFL əvəzediciləri “Bakcell Arena”da mükafatlandıracaq 28-04-2017, 20:55 “Neftçi” “Qəbələ”nin müdafiəçisinə göz dikib 28-04-2017, 20:54 Namiq Məstanov Azərbaycan futbolunun xilas yolunu göstərdi 28-04-2017, 20:50 “Gümüş” “Səbail”in, “bürünc” “Ağsu”nun oldu 28-04-2017, 20:47 Kubokda sensasiya: “Araz”la “Ekol” mübarizəni dayandırdı 28-04-2017, 20:46 U-17 Podqoritsada xala və qola həsrətdi 28-04-2017, 20:37 Xaqani Məmmədovun finalı Ömər Paşayevə tapşırmaq istəyi narazılıq doğurub 28-04-2017, 20:36 “Qəbələ” fanklublarını Naxçıvana aparacaq 28-04-2017, 20:35 “Sumqayıt”da köklü dəyişikliklər olacaq 28-04-2017, 20:33 “CBC Sport” 25 dəqiqəlik icmalla kifayətlənib 28-04-2017, 19:59 Babək Quliyev Qazaxıstanda hakimlik edir 28-04-2017, 19:57 Adı siyahıda olmayan sabiq prezident medal alıb 28-04-2017, 19:56 AFFA Zaur Axundovu “İnter”in Müşahidə Şurasının sədri təyin etdi 28-04-2017, 19:54 AMADA-nın binası istifadəyə verildi 28-04-2017, 19:53 İslamiada xəbərləri 28-04-2017, 19:51 Uesli Sonun anası da ölkəmizə gəlib 28-04-2017, 19:46 Şəmkirlilər evdə qələbə qazandı 28-04-2017, 19:45 “Mauqli” sükuta Türkiyədə son qoyacaq 28-04-2017, 19:44 Millimiz Sloveniyaya yollandı 28-04-2017, 19:42 AÇ üçün heyətlər açıqlandı 27-04-2017, 17:52 İslamiada xəbərləri Bütün xəbərlər
Ən çox oxunanlar