02 mar 15:51divizion

Futbolun sevilmədiyi Ağsu...

Futbolun sevilmədiyi Ağsu...
Üçsaatlıq yolda tarixə səyahət və domino

PFL-in “Topaz”la birgə həyata keçirdiyi səfər bu dəfə Ağsuya idi. 14-cü turdan təxirə salınmış görüşdə meydan sahibi, şəhərin eyniadlı komandası autsayder “Bakılı”nı qəbul edirdi. Səfər ənənəvi olaraq AFFA-nın inzibati binasının qarşısından başladı. Amma bu dəfə böyük avtobusla yox, “sprinter”lə. Bunun da əsas səbəbi səfərə yollanan jurnalistlərin azlığı idi. Belə ki, aşağı dəstənin oyununu işıqlandırmaq üçün yalnız 8 media nümayəndəsi bölgəyə üz tuturdu. PFL-in Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov, qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev və kameramanla fotoqrafı da jurnlalistlərlə eyni avtobusu bölüşürdü. Yolboyu oyunla bağlı müzakirələr aparmasaq da, futboldan xeyli danışdıq. Əsas müzakirə mövzusu tarixə səyahət, daha doğrusu, “Karvan”, “Simurq” və “Bakı” oldu. Təbii ki, 3 saata yaxın yolu oyun oynamadan qət etmədik. Yolu və zamanı qısaltmaqda bu dəfə domino köməyimizə çatdı. Naharı və şamı isə ölkənin ən səfalı və mənzərəli yerlərindən sayılan Ağsu aşırımında yerləşən “Gülüstan” restoranında etdik.

Yüksək şəraitli, amma tablosuz stadion
Ağsu şəhərinin eyniadlı klubunun bazası və stadionu haqda geniş təəssürata malik deyildik. Bilirik ki, ölkəmizdə region futbolunun infrastrukturu deyəndə, bərbad meydan və paltardəyişmə otaqlarından ibarət stadionlar yada düşür. Amma gördüklərimizə heyran olduq. Ağsu şəhər stadionunun ən çox diqqəti çəkən keyfiyyəti heç də premyer-liqa klublarının süni ot örtüyündən geri qalmayan meydan, səliqəli paltardəyişmə otaqları, jurnalistlərin işləməsi üçün yer, internet və furşet oldu. Hətta stadionun istilik sistemi də işlək vəziyyətdə idi. Halbuki regionlarda buna az rast gəlinir. Amma hər şey ideal idi deyə bilmərik. Çünki hesabı əks etdirən tabloya rast gəlmədik. Bundan əlavə, arenanın konfrans salonu təmirli deyildi. Tribunaların tavanındakı plastik isə qırıq-qırıq idi. Lakin bunlar komandanın şəraitinə təsir edəcək nüanslar deyil desək, yanılmarıq.

60-70 azarkeşə 10 polis
Bir neçə mövsüm aşağı dəstədə mükafatçılar sırasına düşən “Ağsu”ya əslində böyük dəstəyin olacağını gözləyirdik. Amma yanıldıq. “Bakılı” ilə matçı izləməyə 60-70 azarkeş gəlmişdi. Halbuki stadion 3144 azarkeş tutumuna malikdi. Azsaylı tərəfdarların təhlükəsizliyini qorumaq üçün 10-a yaxın polis işçisi cəlb olunmuşdu.

“Bakılı”nın futbolçusu 500 manata sahib çıxdı
Matç başlamazdan öncə PFL noyabrın ən yaxşı qolunun müəllifini mükafatlandırdı. Qurumun rəsmi saytında jurnalistlər və azarkeşlər arasında keçirilən sorğuda "Bakılı"nın futbolçusu Nurlan Məmmədzadənin "Səbail"ə vurduğu qol ayın ən yaxşısı seçilimişdi. Start fitindən öncə Zamiq Hüseynov hücumameyilli yarımmüdafiəçiyə xüsusi mükafat və 500 manat təqdim etdi. Maraqlıdı ki, stadionun diktoru olmadığından, mükafat elanını həmkarımız Səbuhi Musayev səsləndirdi.

Nadir Qasımov Quliyevə məsləhət verdi
Qarşılaşmadan sonra “Ağsu”nun paltardəyişmə otağında əməlli-başlı qələbə ab-havası var idi. Klubun rəhbərliyi, məşqçilər korpusu sevinir, futbolçular qələbə mahnısı oxuyurdular. Biabır olan “Bakılı” isə paytaxta qayıtmağa tələsirdi. Hətta Nadir Qasımov həmkarına “ömrünün sonuna kimi bu hesabı unutma” deyərək, paltardəyişmə otağına yollandı. O, cəzalı durumda olduğuna görə mətbuat konfransına dəvət olunmadı. Əvəzində Nurlan Məmmədzadə mətbuat önünə çıxdı.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 18:38 Əvəzediciləri “Neftçi”nin təsəlli yeridi Bu gün, 18:37 Qol vuran qələbə qazandı Bu gün, 18:35 “Qəbələ” 3 xal qazandı, Qriqorçuk hakimlikdən narazı qaldı Bu gün, 18:33 “İmarət Avropa”dan “Vətən”ə cavab gəldi Bu gün, 18:32 Azərbaycanlı azarkeşlərin idmançısının yanında olmaq hüququ yoxdu! Bu gün, 18:31 “Zirə” bostanlıqda “Kəpəz”in dərsini verdi Bu gün, 18:29 Futzal çempionatına iddialı debütantlar gəlir Bu gün, 18:29 Rauf Əliyev “Kukesi”də debüt etdi Bu gün, 18:24 1 yaşlı uşaqdan 80 yaşlı qocaya sillə Bu gün, 18:21 “İnter” 88 dəqiqə dözdü Bu gün, 18:17 “Qarabağ”ı böyük ekranda izləmək üçün 500 nəfər müraciət edib Bu gün, 18:15 Futbol ictimaiyyəti “Neftçi”ni “asıb-kəsdi” Bu gün, 18:14 “Kopenhagen”dən əzmkar qələbə... Bu gün, 18:09 Samit Nuruzadə yenə səbr etməyi məsləhət görür Bu gün, 18:07 Faiq Həsənov susdu! Bu gün, 18:06 Qısa xəbərlər Bu gün, 18:04 Belfor pula qaçır... Bu gün, 18:03 “Şüvəlan” MOİK-i darmadağın etdi 20-08-2017, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir 20-08-2017, 15:26 TRANSFER DOSYESİ 20-08-2017, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı 20-08-2017, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı 20-08-2017, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi 20-08-2017, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb 20-08-2017, 15:15 “Neftçi” yeni kartların satışına başladı 20-08-2017, 15:14 “Parken”də anşlaq gözlənilir 20-08-2017, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu 20-08-2017, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd 20-08-2017, 15:10 Dima qol hesabını açdı 20-08-2017, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq 20-08-2017, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? 20-08-2017, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı 20-08-2017, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi 20-08-2017, 14:00 Almaniyaya səfər ərəfəsində görüş 20-08-2017, 13:59 Bu dəfə Sloveniyaya uduzdular 20-08-2017, 13:58 Ruslan bir pillə irəlilədi 20-08-2017, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? 20-08-2017, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir 20-08-2017, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı 20-08-2017, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək 20-08-2017, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı 20-08-2017, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir 19-08-2017, 19:46 Yığma üzvü zədələnib 19-08-2017, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək 19-08-2017, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi 19-08-2017, 19:39 Yığmamız mövqeyini qorudu 19-08-2017, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi 19-08-2017, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır 19-08-2017, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb 19-08-2017, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir 19-08-2017, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb 19-08-2017, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? 19-08-2017, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi 19-08-2017, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub 19-08-2017, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək 19-08-2017, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq 19-08-2017, 19:02 Şehiç yığmaya dəvət aldı Bütün xəbərlər
Ən çox oxunanlar