01 mar 15:54divizion

Cəmşid Məhərrəmov AFFA-dan xəbər gözləyir

Cəmşid Məhərrəmov AFFA-dan xəbər gözləyir
Ötən il noyabrın 22-də İntizam Komitəsi (İK) oyun alğı-satqısı ilə bağlı “qara siyahı” açıqladı. Bu siyahı, demək olar ki, 2016-ya damğa vuran futbol hadisələrindən oldu. İK oyun alverində şübhəli bilinən 24 nəfəri assosiasiyanın bayrağı altında keçirilən yarışlarda iştirak imkanından məhrum etdi. Bununla belə, dekabrın 13-də şübhəlilərin yarıdan çoxu bəraət qazandı, yekun siyahıda isə 11 nəfərin adı qaldı. Hazırda həmin şəxslərlə bağlı araşdırma davam edir. Prosesin nə vaxt yekunlaşacağı hələ də bəlli deyil. Bu məsələnin uzanması isə hamıdan çox siyahıda adı qalan 11 nəfəri narahat edir. Onlar son qərarı səbirsizliklə gözləyir. Birinci divizionda fasilə bitsə də, araşdırmalar davam edir.
Öncə bu haqda AFFA-nın hüquqşünası Rəmiş Malıyevlə əlaqə saxladıq. Lakin o, telefon zənglərimizə cavab vermədi. Ardınca futbolçulardan biri ilə danışmağı qərara aldıq. “Rəvan”ın üzvü Cəmşid Məhərrəmov hələ gözlədiklərini bildirdi: “Yaxşı ki, zəng edib maraqlanırsız. Biz yanvarda gedib izahat yazmışdıq. Çempionatda fasilə bitənə kimi bu məsələnin yekunlaşacağına söz vermişdilər. Amma baş vermədi. AFFA-ya getməyimizin də mənası yoxdu. İki gündən bir zəng edib maraqlanırıq. Deyirlər ki, gözləyin, xəbər verəcəyik. Biz də səbirsizlənirik. Heç nədən futboldan uzaq qalmaq istəmirik. Günahsız insan olanda adam özünü lap pis hiss edir. Ümid edirəm ki, yaxın zamanda bu məsələyə aydınlıq gələr. Tam bəraət alacağıma əminəm. Çünki heç bir təqsirim yoxdu. Oyun alıb-satmamışam. Özüm də “Rəvan”ın heyətində məşq edirəm. Çünki formada qalmalıyam”.
Xatırladaq ki, hazırda “qara siyahı”da “Şahdağ”ın futbolçuları İqrar Səmədov və Uçe Çukunyere, Qusar klubunun inzibatçısı Rafael Küberov, “Rəvan”ın üzvləri Elvin Əliyevlə Cəmşid Məhərrəmov, “Göyəzən”in oyunçuları Arzuman Vəliyevlə Tunar Şahtaxtinski, “Energetik”in futbolçuları Elvin Əlizadə, Kamran Lalayev və Ruslan Həmidov, o cümlədən hakim Anar Niyazovun adı var.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 01:16 Ayxan Abbasov ehtiyatlı danışdı Dünən, 14:11 Şəhriyar Parisdə beşinci oldu Dünən, 14:09 Kamran “gümüş”lə kifayətləndi Dünən, 14:08 Məğlubiyyət və “sülh” Dünən, 14:06 Voleybol millimiz qələbəyə həsrət qaldı Dünən, 14:05 Nəfəskəsən mübarizədən Rikkyardo qalib ayrıldı Dünən, 14:02 Yığmada ikinci Alesio dönəmi başlayır Dünən, 14:01 Fanklublar “Zirə” ilə “İnter”i dəstəkləməyəcək Dünən, 13:59 Vaqif Sadıqov Məşqçilər Komitəsinin planlarını açıqladı Dünən, 13:58 “Neftçi” bu gün başlayır Dünən, 13:57 “İnter”də nə müqavilələr yenilənib, nə də maaşlar verilib Dünən, 13:54 “Milli Dəstə” iş başında olmayacaq Dünən, 13:52 “Qarabağ” ÇSKA-dan 5 qol “yedi” Dünən, 13:49 Şeydayev darmadağına sevindi Dünən, 13:22 David Manqa “Zirə”ni və Bakını təriflədi Dünən, 13:19 “Zirə” rumın müdafiəçi ilə münasibətləri rəsmiləşdirdi Dünən, 13:18 “Ayntraxt”ın məşqçisi Renatın üstün cəhətlərindən danışdı Dünən, 13:16 AFFA-dan maliyyələşən klublara mayın maaşı verilməyib Dünən, 13:14 “Ölüm sükutu var idi, heç kim ürək edib nəsə demək istəmirdi” Dünən, 13:11 “Qəbələ”dən növbəti transfer Dünən, 13:09 “İstəyirik ki, cəlb edəcəyimiz hücumçu nəinki “Qəbələ”nin, həm də çempionatımızın siması olsun” 25-06-2017, 23:16 AÇ üçün heyət açıqlandı 25-06-2017, 23:15 Ölkə çempionatı başa çatdı 25-06-2017, 23:14 Ukrayna ilə bacarmadıq 25-06-2017, 23:13 Nağı Səfərova yenə etimad göstərildi 25-06-2017, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi 25-06-2017, 23:10 Kamran Şahsuvarlı finalda 25-06-2017, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı 25-06-2017, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı 25-06-2017, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax 25-06-2017, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi 25-06-2017, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi 25-06-2017, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi 25-06-2017, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı 25-06-2017, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib 25-06-2017, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır 25-06-2017, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də 25-06-2017, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq 25-06-2017, 22:33 Yığmamız qrupda qaldı 25-06-2017, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi 25-06-2017, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır 25-06-2017, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi 25-06-2017, 22:09 TRANSFER DOSYESİ 25-06-2017, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı 25-06-2017, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı 25-06-2017, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı Bütün xəbərlər
Ən çox oxunanlar