01 mar 15:48divizion, manset

Nadir Qasımov “Bakılı”nın baş məşqçisi oldu

Nadir Qasımov “Bakılı”nın baş məşqçisi oldu
Rəhbərlik Sumqayıtda yaşayan futbolçuların Bakıya gəlişini təmin edə bilməyib

Birinci divizionun autsayderi “Bakılı”nın ağır günləri davam edir. Qışda, demək olar ki, bütün heyəti dəyişən komandanın mövsümün ikinci yarısında çıxış edib-etməyəcəyi, yəni yaşayacağı belə sual altında idi. Lakin rəhbərlik güclə də olsa, heyət yığa bildi. Buna heyət demək olarsa... İlk dövrədə 7 xal toplayan komanda qış fasiləsindən sonra keçirdiyi hər iki oyunda məğlub olub. “Şərurspor”a 0:1, “Rəvan”a isə 1:5 hesabıyla uduzan paytaxt təmsilçisini bu gün “Ağsu” ilə qarşılaşma gözləyir. Çətin ki, bakılılar səfərdən xalla qayıtsın. Komandanı səfər matçında kimin meydana çıxaracağı da bəlli deyil. Çünki noyabrdan bəri “Bakılı”nın baş məşqçisi yoxdu. Mahir Əliyevlə vidalaşan rəhbərlik onun yerinə kimisə gətirməyə tələsmir. Daha doğrusu, baş məşqçi ilə anlaşmaq üçün pul yoxdu. Deyilənə görə, klubun prezidenti Misir Əbilov futboldan tam küsüb. O heç futbolçuların maaşını da ödəmir. Hətta mövsüm başa çatdıqdan sonra “Bakılı”nın fəaliyyətini dayandıracağı ilə bağlı da söz-söhbət gəzir.
Bütün bunları nəzərə alaraq klubun icraçı direktoru Nadir Qasımovla əlaqə saxladıq. O öncə komandanın uğursuz çıxışını şərh etdi: “Bilirsiz ki, qışda komandadan xeyli oyunçu ayrıldı. Biz də yeni futbolçular cəlb etməyə məcbur olduq. Hazırda komandada vəziyyət çox acınacaqlıdı. Həm maliyyə durumumuz pisdi, həm də futbolçuların vəziyyəti yaxşı deyil. Soyuq havalar kollektivimizə ağır zərbə vurdu. Qarlı günlərdə bir neçə futbolçumuz xəstələndi. Əsas heyətin 4 üzvü Sumqayıtda yaşayır. Onların Bakıya gəlişini təmin edə bilmədik. Bu üzdən komandanın 5 günlük məşqləri baş tutmadı. Nəticədə kollektiv yaxşı çıxış etmir. İkinci dövrədə xal qazana bilməməyimizin səbəbi elə heyətdəki problemlərdi. Nə edə bilərik? Qarşıda bizi “Ağsu” ilə oyun gözləyir. Sabah ora gedəcəyik. Görək, başımıza nə gəlir”.
Baş məşqçi postu ilə bağlı sual verilərkən, Qasımov bu posta təyinat aldığını açıqladı: “Hazırda komandaya mən məşq keçirəm. Yəni baş məşqçi mənəm. Rəsmi olaraq bu posta təyin olunmuşam. Sadəcə, texniki zonada əyləşməyə icazəm yoxdu. Çünki hələ “Şuşa Qarabağ”ın fəaliyyət göstərdiyi dövrdə “Kəpəz”lə görüşdən sonra İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalanmışdım. Həmin cəza davam edir. Bu üzdən texniki zonada yer ala bilmərəm. Amma komandanın baş məşqçisi mənəm. O biri, yəni icraçı direktor postunda da qalıram”.
Nadir bəyin sözlərinə görə, “Ağsu” ilə oyundan sonra ola bilər ki, futbolçulara maa verilsin: “Bizdə müəyyən çətinliklər var. Əslində futbolçulara maaş ayın 18-nə qədər ödənilməliydi. Amma hələ ki verməmişik, gecikmə olub. Sabah (bu gün) Ağsuya səfərimiz var. Ola bilər ki, səfərdən qayıdandan sonra məvaciblər ödənilsin. Biz də gözləyirik”.
“Bakılı”nın dağılacağı ilə bağlı klub rəsmisinin fikirləri belə oldu: “Bu haqda mənə heç kim heç nə deməyib. Xahiş edirəm, maliyyə məsələləri ilə bağlı sualları klub rəhbərliyinə, prezident Misir Əbilova verin. Mənim heç bir məlumatım yoxdu. “Bakılı” indi fəaliyyət göstərir. Gələcəkdə nə olacaqsa, zaman göstərər. Tələsmək lazım deyil. Yəqin ki, bir çarə tapılar”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar