Yazarlar
Amal
Absurdla dolu futbolNurasib Rəhimov
Prezident öz adı ilə bağlı olan qurumlara nəzarət eləmir?Nihat
Həngamə bundan sonradı
Reportaj
KIVDF

Facebook-da biz
Məzənnə
Sorğu

BMM “Futbol+”ə yer verməkdən çəkindi

“Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi

AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı

“Futbol+” kollektivi İlham Əliyevə müraciət etdi

Kamran Ağayevdən növbəti özündənrazı açıqlama

Adil Nadirov vəfat etdi

Bordin toplanışdan və komandasından razıdı

“Kəpəz”in yeni rəhbərliyi məlum oldu

PFL rəsmiləri “Uypeşt”in təklifini geri çevirib

PFL klublarımızın oyunlarını canlı yayınlamaq istəyir

Yaşar Seyidov “Bakı”nın bazasına gedə bilmir

“Aldığımız avadanlıqlara 3 milyondan çox pul xərclədik”

“Xaqani Məmmədov keçmişdəki bəzi səhvlərinə görə kənarda qalıb”

“Aclar” məhəlləsindən çıxan “futbol manyakı”
27 fev 17:47divizion
Musa Qurbanov “Zaqatala”nın son iki yenilgisindən narazıdı

“Şirdanovla yolları ayırmaq istisna olunmur”
Ardıcıl iki qarşılaşmada meydanı məyus tərk edən “Zaqatala”nın düşərgəsində ab-hava korlanıb. Qış fasiləsinə turnir cədvəlinin ikinci pilləsində yollanan “yaşıllar” hazırda eliytaya yüksəlməyə imkan verən 3-cü pillədən də aşağı yuvarlanıb. Əvvəlcə “Turan Tovuz”a 1:2, ardınca eyni hesabla “Şəmkir”ə məğlub olan Şaban Şirdanovun yetirmələri 4-cü pillədə qərarlaşıb ki, bu da klub rəhbərliyini qane etmir. Yayılan söz-söhbətlərə inansaq, klubun İdarə Heyətinin sədri Musa Qurbanov uğursuz nəticələrə görə Şirdanovla yolları ayırmağı düşünür.
Söylənilənlərin həqiqət olub-olmadığını aydınlaşdırmaq üçün Musa bəyi aradıq. Veteran futbolçu bu xəbəri təsdiqləməsə də, təkzib də etmədi: “Fasilədən sonra klubdaxili toplantı keçirmişdim. Həmin görüşdə komandanın qarşısına qoyulan hədəfləri açıq-aydın söylədim. Onu da bildirmişdim ki, qarşıdakı 3 turda bizi iki çətin qarşılaşma gözləyir. Bu oyunlarda planlaşdırdığımız nəticələr olmayacağı halda, sərt tədbirlərə əl atacağımı da demişdim. Ya bu gün axşam, ya da sabah səhər Zaqatalaya yollanacam. Hələ baş məşqçi ilə yolları ayırmamışıq. Amma bu variant istisna olunmur. Əvvəl istəyirəm ki, özüm komanda ilə görüşüm, yerində qərar verim. Hər halda, belə getməz. Son iki turda çempionatın iddialılarına uduzmuşuq”.
Musa bəy Tovuz və Şəmkir səfərlərinə də toxundu: “Tovuzda hesab bərabər olarkən, komanda rəqibin azlıqda qaldığını görüb böyük qüvvə ilə irəli getdi və bunun nəticəsi kimi uşaq səhvindən qapımızda qol gördük. Şəmkirdəki meydanda isə futbol oynamaq qeyri-mümkün idi. Asfaltda oynasaydıq, ondan yaxşı idi. Topla 1 metr hərəkət etmək mümkün deyildi. Hər iki komanda topu hara gəldi vurmağa çalışırdı. Çempionatda indi elə vəziyyət yaranıb ki, istənilən komanda istənilən rəqibə qalib gələ bilər. Baş məşqçini dəyişsək belə, məqsədimiz dəyişməyəcək. Birinci-ikinci yerlər uğrunda sonadək mübarizə aparacağıq. İkinci dövrənin başlamasına az qalmış iki aparıcı futbolçumuzu itirdik. Hacı Əhmədovla Arzuman Nəsibovun zədələnməsi bizim üçün böyük itkidi. Maliyyə durumumuz bir mövqeyə iki eyni səviyyəli futbolçu dəvət etməyə imkan vermədiyindən, aparıcı futbolçuların yoxluğu o dəqiqə hiss olunur”.
Premyer-liqaya iddialı klubun İdarə Heyətinin sədri ilə söhbətdə Zaqatala stadionunun örtüyünün dəyişdirilməsinə də münasibət bildirməsini istədik. Mətbuatda yayılan xəbərlərə görə, klub rəhbərliyi bu məqsədlə AFFA-ya müraciət ünvanlayıb. Qurbanov assosiasiyaya məktub göndərdiklərini və artıq müsbət cavab aldıqlarını etiraf etdi: “Bir neçə ildi Zaqatala stadionunun örtüyünə əl gəzdirilmir. Bu üzdən süni örtüyün bəzi yerləri sıradan çıxıb. Çatışmazlığı aradan qaldırmaq üçün meydana xüsusi rezin dənəciklər səpilməlidi. Növbəti mövsüm elitada çıxış etməyi planlaşdırırıqsa, indidən bu problem həll etməliyik. Bütün bunları nəzərə alıb, baş katib Elxan Məmmədova müraciət ünvanladıq. O da sağ olsun, problemi həll edəcəyinə söz verib. Bildiyim qədər yaxın vaxtlarda AFFA-nın bu sahə üzrə mütəxəssisləri Zaqatalaya gəlməlidi. Özümüz də daxili imkanlar hesabına nəsə etməyə çalışırıq. Örtüyün dəyişdirilməsi daha çox vəsait tələb etdiyindən gücümüz çatmadı”.
RƏŞAD
Şərh yaz