15 avq 23:54divizion

Yeni limit divizion klublarına başağrı olub

Yeni limit divizion klublarına başağrı olub
Azər Bağırov: “Heç bir divizion klubu medallar uğrunda mübarizə aparmaq gücündə olmayacaq”
Birinci divizionun püşkatma mərasimində çıxış edən “Qaradağ Lökbatan”ın baş məşqçisi Elçin Dərgahquliyev PFL prezidenti Ramin Musayevdən çempionata bir həftə gec start verməsini xahiş etmişdi. Elçin bəy bunu divizion təmsilçilərinin heyəti komplektləşdirmək yönündə problemlə üzləşmələri ilə əlaqələndirmişdi. Baş məşqçilər adından danışan, üzləşdikləri problemi qabardan Elçin bəyin xahişi Musayev tərəfindən nəzərə alındı. Və aşağı dəstə təmsilçilərinə işlərini yekunlaşdırmaq üçün əlavə bir həftə də vaxt verildi. Bəs görəsən, bu müddətdə birinci dəstə klubları çatışmazlıqları yoluna qoya biliblərmi? Bu suala cavab tapmaq üçün 7 klubun hər birinin baş məşqçisi ilə danışmağı lazım bildik.
Aqil Nəbiyev (Şüvəlan): “Komandanın çempionatda çıxış edəcəyi son anda məlum olduğundan heyəti vaxtında komplektləşdirə bilməmişik. Gəılən həftə çempionat start götürür, biz hələ 2001 doğumlu futbolçu axtarışındayıq. Elita klublarında bu yaşda istedadlı uşaqlar olsa da, onlar həmin yeniyetməni vermək istəmirlər. Deyirlər ki, özümüzə lazımdı. 1998-ci ildə anadan olan oyunçularla bağlı durum da ürəkaçan deyil. 19-20 yaşı olan oyunçulardan 6-sı meydana çıxacaqsa, bir o qədər də azı ehtiyatda qalmalıdı. Ancaq bu gün limitə uyğun gələn cəmi 8 futbolçumuz var. Yeni tətbiq olunacaq limit işimizi çətinləşdirsə də, düşünürəm ki, gələcəkdə ölkə futbolu bunun faydasını görəcək”.
Rüfət Quliyev (Ağsu): “Divizionda çıxış edəcək əksər klublar kimi, bizim də yeni limitlə bağlı çətinliyimiz var. Bəlkə də komandanın çempionatda çıxış edəcəyi əvvəlcədən dəqiqləşsəydi, işimiz asan olardı, kənardan oyunçu dəvət edərdik. Ancaq indi limitə görə bütün klublar axtarışa çıxdığından 19-20 yaşlı normal oyunçu tapmaq müşkül məsələyə çevrilib. 2001-ci illə bağlı problemimiz yoxdu. Çünki “Ağsu”nun bu yaş qrupu olduğundan, həmin komandadan 5 futbolçunu kollektivə cəlb etmişik. Seleksiya işləri davam edir. İnşallah, çempionatın startına kimi heyəti formalaşdırmağa çalışacağıq. Komanda hazırda Ağsuda toplanış keçir. Bu günə kimi cəmi bir yoldaşlıq oyunu keçirmişik. “Sabah”ın U-19-u ilə qarşılaşmada 3:0 hesabıyla qalib gəlmişik. İstəyirik ki, qarşıdakı günlərdə “Qəbələ”nin eyni yaş qrupu ilə də oynayaq. Ancaq hələ ki onlardan dəqiq cavab almamışıq. “Kəpəz”lə isə artıq danışmışıq. Həftəsonu onlarla yoxlama görüşü olacaq. Bu matçla da toplanışı yekunlaşdıracağıq”.
Rüstəm Məmmədov (Zaqatala): “Demək olar ki, artıq heyəti komplektləşdirmişik. Kollektivin yarıdan çoxunu zaqatalalı yeniyetmə və gənclər təşkil edəcək. Bizim əsas problemimiz yoxlama görüşləri ilə bağlıdı. Toplanış müddətində cəmi bir matç keçirmişik. Avqustun 10-da Region Liqasında çıxış edən “Tufan”la qarşılaşdıq. Avqustun 17-də isə “Qəbələ”nin U-19-u ilə üz-üzə gələcəyik. Hazırlıq dönəmində azı 5 yoxlama oyunu keçirməlisən ki, futbolçular bir-birini başa düşsünlər, xətlərarası anlaşma effektli olsun. Təəssüf ki, divizionda çıxış edən klubların bir çoxu gec toplaşdığından bu alınmadı. Buna görə də daha çox fiziki hazırlıq üzərində çalışmalı olduq”.
Elçin Dərgahquliyev (Qaradağ Lökbatan): “Premyer-liqanın startından öncə qəzetiniz elita təmsilçilərinin məşqçiləri arasında sorğu keçirmiş, rəhbərlik etdikləri komandanın çempionata neçə faiz hazır olduğunu soruşmuşdu. Demək olar ki, hamısı 60-70 faiz deyib, hələ tam hazır olmadıqlarını bildirmişdilər. Hazırlıq üçün iki aydan çox vaxtı olan premyer-liqa klubları 60-70 faiz deyirlərsə, görün biz nə vəziyyətdəyik. Mövsümlərarası fasilədə 30 futbolçu “Qaradağ Lökbatan”ı tərk edib. İndi onların əvəzinə yenilər dəvət olunmalıdı. Limit də bizə əlavə çətinlik yaradır. Yaşlı futbolçulardan yalnız qolkiper Anar Məhərrəmli düşərgədədi. O da “Sumqayıt-2” ilə keçirdiyimiz yoxlama oyununda zədələnib. “Qəbələ”dən 1998/99 doğumlu 5 futbolçunu icarəyə götürmüşük. Axtarışlarımız davam edir. Əvvəl düşünürdük ki, çempionatda U-19 komandası ilə iştirak edək. Ancaq sınaq matçları bir daha göstərdi ki, təcrübəli və yaşlı oyunçular olmasa, nəticələrimiz biabırçı olacaq. Bu isə “Neftçi” İSM-in adına yaraşmır. İstər “Sumqayıt-2”, istərsə də “Sabah-2” ilə keçirdiyimiz yoxlama oyunları bir daha göstərdi ki, yeniyetmələr çox əziyyət çəkirlər. Axtarışlarımız davam edir. İstər klubun idarə heyəti, istər rəhbər şəxslər, istərsə də məşqçilər korpusu gecəni-gündüzə qatıb komandanın formalaşması üçün çalışır. Avqustun 18-də “Tufan”la daha bir yoldaşlıq görüşü keçirəcəyik. Ondan sonra isə artıq bazamızda bir araya gəlib “Neftçi-2” ilə matça hazırlaşacağıq. Durum çətin olsa da, normal komanda yaratmağa çalışırıq”.
Eltay Aslanov (Turan Tovuz): “Birinci dəstənin bütün klublarında yaşanan futbolçu qıtlığı bizdə də var. Düzdü, yayda heyətə 2001/03 doğumlu 10 yeniyetmə dəvət etmişik. Perspektivli olsalar da, təcrübələri yoxdu. Bu günə kimi ikitərəfli oyunlarla yanaşı, “Kəpəz”lə iki yoxlama görüşü keçirmişik. Çalışırıq yeni kompletləşmiş komandaya oyun təcrübəsi qazandıraq. Seleksiya çalışmaları bu gün də davam edir. Bugünlərdə baxşa daha bir neçə futbolçu gəlib. Onların arasında məni qane edəcək səviyyədə oyunçu olsa, müqavilə bağlayacağıq. Çətin də olsa, inanıram ki, mübariz kollektiv yarada biləcəyik”.
Azər Bağırov (Qaradağ Lökbatan): “Açığı, 1998/99 doğumlu futbolçu tapmaqda çətinlik çəkirik. Həmyaşıdlarından bir qədər fərqlənənlər elita klublarının əvəzedici heyətində çıxış edirlər. Nisbətən zəif olanlar isə U-19 komandalarının şərəfini qoruyurlar. Odu ki, düşərgəyə dəvət etdiklərimizin əksəriyyəti kənarda qalanlardı. Doğrudan da bütün birinci dəstə klubları yeni limitlə bağlı çətinlik çəkir. Mövsümlərarası fasilədə çempionatın köhnə limitlə keçiriləcəyini düşünüb, heyətə yaşlı oyunçular dəvət etmişdik. Ancaq yeni qaydalardan sonra məcbur olub onlardan bəziləri ilə vidalaşdıq. Məncə, 2018/19 mövsümündə heç bir divizion klubu medallar uğrunda mübarizə aparmaq gücündə olmayacaq. Əvəzedici heyətlər həm toplanışa bizdən daha tez başlayıb, həm də heyət baxımından üstündülər. Onların artıq oturuşmuş komandası var. Biz isə hələ futbolçu axtarmaqla məşğuluq. Vaxtımız az olduğundan ötən həftə 7 günlük toplanış etdim ki, heç olmasa, komandanın fiziki, funksional durumunu bir qədər yüksəldim. Texniki-taktiki yöndə çalışmaq üçün vaxt yoxdu. Bir neçə yoldaşlıq görüşü keçirmişik. Çempionatın startına qədər daha iki yoxlama matçı keçirəcəyik. Sabah (bu gün) “Qarabağ-2”, ondan sonra isə “Zirə-2” ilə oynayacağıq”.
Etibar İbrahimov (Kəpəz): “Limitlə bağlı çətinlik bizdə də yaşanır. Buna baxmayaraq, çalışırıq bu problemin öhdəsindən gələk. Komanda Şəmkirdə hazırlıq keçir. “Turan Tovuz”la avqustun 11-də keçirilən görüşdən sonra futbolçuları istirahətə buraxmışdıq. Bu gündən artıq komanda məşqləri bərpa edib. Ayın 17-də Region Liqasında çıxış edən “Göyəzən”lə daha bir yoldaşlıq görüşü keçirəcəyik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar