14 avq 19:32divizion

Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu

Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu
“Dabo Bakıya “Qəbələ”nin aldığı biletlə gəlməyib”
“Qəbələ” doğma meydanda “Səbail”i darmadağın etməklə (3:0) mövsümə uğurlu başladı. Oyundan sonra “qırmızı-qaralar”ın vitse-prezidenti Fariz Nəcəfova yaxınlaşıb, həm oyunla bağlı fikirlərini öyrəndik, həm də bizi maraqlandıran başqa suallara cavab aldıq.
- “Səbail”lə oyun haqda fikirləriniz necədi? Bu hesabı gözləyirdiz?
- Ümumuyyətlə, hər çempionatın ilk turunda həmişə eyni mənzərənin şahidi oluruq. Birinci matç çətin keçir. Bunu özünüz də yaxşı bilirsiz, standart bir şeydi. Həm bizim komanda, həm də rəqib üçün. Sözsüz, oyunun çətin olacağını gözləyirdim və səhvlərimiz həmişəki kimi var. Ancaq komanda oyundan-oyuna “artırır” və bu da bizi sevindirir.
- Daha öncə açıqlamalarınızdan birində demişdiz ki, əlavə transferə ehtiyac yoxdu...
- Xeyr, transferə ehtiyac var. Sadəcə, gücümüz buna çatır (gülür). Edilən transferlərdən başqa futbolçu alınmayacaq.
- Transfer edilməməsi sırf maliyyə ilə bağlıdı?
- Bəli, hazırda imkanlarımız buna çatır. Bugünkü heyət büdcəmizə uyğundu və bu, bizə bəs edir.
- Yay fasiləsində Baqali Dabo, Filip Ozobiç kimi bahalı futbolçular komandadn ayrıldı. Daha sonra isə əvəzedici komandanı yarışa buraxmaqdan imtina etməyiniz futbol ictimaiyyətində belə fikir yaradıb ki, başqa klublarımız kimi, "Qəbələ"nin də büdcəsi yavaş-yavaş zəifləyir, "Bakı"nın, "Xəzər Lənkəran"ın aqibətinə doğru gedir. Bu fikirlərə son qoya bilərsiz?
- Kimsə nəsə deyə bilər. Ancaq əvvəl qeyd etmişdim, yenə də deyirəm ki, dünyanın istənilən klubunda, o cümlədən "Qəbələ"də istənilən dəyişiklik ola bilər. Strateji dəyişiklik ola bilər, klub gənclərə, öz yetirmələrinə üstünlük verər. Və yaxud büdcə planında dəyişikliklər mümkündü. Göründüyü kimi, bu mövsüm büdcəmizdə azalma var. Ancaq bu sırf əsas komandanın transfer məsələlərinə aiddi. Futbol Akademiyamız olduğu kimi işini davam etdirir, orda heç bir dəyişiklik yoxdu. Bir mövsümlük büdcəmiz təsdiqlənib və yolumuza davam edirik. Yəni burda elə bir şey yoxdu ki, sizə deyim təhlükə var.
- Əvəzedicilərin yarışdan kənarda qalması necə?
- Əvəzedicilər çəkilməyib. Burda yanlış fikir formalaşıb. Əvəzedicilərin çəkilməsi söhbəti yoxdu. Əvəzedicilərin çempionatı davam edirsə, biz də davam edirik. Bizə birinci divizionda çıxış etmək təklif olundu. Biz də klub olaraq fikrimizi bildirdik ki, orda çıxış etmək istəmirik. Birincisi, ona ehtiyac görmürük. İkincisi, lazım olsaydı, istəsəydik belə çıxış edək, buna imkanımız çatmırdı. Bu təkcə maliyə baxımından yox, təşkilati məsələlərlə də bağlıdı. Yeni bir komanda yaratmalıydıq, ora əlavə işçilər götürməliydik. Əvəzedicilərlə birinci dvizion arasında fərq var. Fərqli stadionlarda oynayırlar, çətin marşrutlarda hərəkət edirlər. Bunlar hamısı bizim üçün bir işdi və bu təşkilati məsələlər həll olunmalıdı. Həm də gecikmişdik, qərar əvvəl qəbul olunsaydı, bəlkə də məsələyə başqa cür yanaşardıq. Ancaq indiki dönəmdə nə vardısa, onu da etdik. Burda başqa bir şey yoxdu. Bir şeyi də deyim. Bəzi yerlərdə oxuyuram ki, guya AFFA-nın qərarının əleyhinə gedirik. Lakin burda heç nə yoxdu. Öz təklifimizi hörmətlə, şifahi şəkildə etdik. Onlar da anlayışla yanaşdılar. Sonra isə rəsmi məktub yazdıq və qəbul olundu ki, çempionatda iştirak etməyək. Burda nə var ki? Ciddi bir şey yoxdu.
- Əvəzedicilərin çempionatda iştirak etməməsi hansısa futbolçuların itirilməsi demək deyil?
- Xeyr, heç bir oyunçu itirilmir. Akademiyadan çıxmış ən yaxşı futbolçuları, sözsüz, özümüzə götürürük. Bu birmənalıdı. Yaxşını heç kimə verən deyilik. Əsas komandamızda yaxşı yetirmələrimiz yer alıb. İkinci mərhələ kimi daha yaxşı komandalara digər oyunçularımızı verdik. Üçüncü mərhələdə digər yetirmələrimizi birinci divizion və başqa komandalara verməkdi. Yəni seçim özümüzə məxsusdu. Bildiyiniz kimi, ölkə xaricində icarədə olan futbolçularımız da var. Biri Çexiyada, digəri Litvada. Çalışırıq ki, başqa yetirmələrimizi də xaricə göndərək. Futbolçunun oynaması, inkşaf etməsi üçün kifayət qədər yer var. Bilirsiz ki, bizdə yerli futbolçu mənasında zəiflik var. Hər gün bizə premyer-liqa, birinci divizion klublarından zənglər gəlir və futbolçularımızı istəyirlər. Bu bizi sevindirir.
- Azarkeşlər Daboya ünvanlanan “oyunçular gedir, kişilər qalır” pankartı açmışdılar. Bu haqda nə deyə bilərsiz?
- Məsələyə peşəkar yanaşmaq lazımdı. Futboldu, hər şey olur. Oyunçular gəlir, gedir. Dabonun məsələsində yalnız bir səhv vardı ki, o, "Qəbələ" ilə tam danışıb məsələni həll etmişdi. Bizi də inandırmışdı ki, "Qəbələ"yə gəlir. Şifahi razılıq da əldə olunmuşdu. Hansı ki, yazışmalar da var. Ancaq Dabo son anda bizi aldatdı və nəticədə görəcəyimiz işləri, planlarımızı pozdu. Bunun Avroliqada çıxışımıza da müəyyən mənada təsiri oldu. Bilirsiz ki, bir keyfiyyətli futbolçu çox şeyi həll edir. Azarkeşə, onun fikrinə hörmətlə yanaşmaq lazmdı. Azarkeş nəsə deyirsə, deməli, buna haqqı var.
- Baqalinin “Qəbələ”nin aldığı biletlə Bakıya gəlib, “Neftçi” ilə anlaşması...
- Bu, yalan söhbətdi. Ona gəlişindən bir gün əvvələ bilet almışdıq. Ancaq Dabo bir gün sonra "Neftçi"nin aldığı biletlə Bakıya, yeni klubuna gəldi.
- “Qəbələ” növbəti turda “Neftçi” ilə qarşılaşacaq. Hər iki komandanın iddiası yüksək yerlərdi. Bu matçdan nə gözləyirsiz?
- Yalnız öz komandamız haqda danışa bilərəm. Dediyim kimi, ilk matçdakı oyunumuz, nəticə məni sevindirir. Gənc baş məşqçimiz var, həvəslidi. Həmçinin futbolçularımız da özlərini sübut etmək istəyirlər. İddiamız davam edir, maksimum bacardığımızı etməyə çalışırıq. "Neftçi"yə də uğurlar arzulayıram. Ancaq bizimlə qarşılaşmada yox, başqa görüşlərdə (gülür).
- Belə önəmli matçlarda mükafat nəzərdə tutulub? Yoxsa mükafat məsələsi yığışdırılıb?
- Əlbəttə, mükafat həmişə var.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar