26 fev 13:51divizion

Mehman Yunusovdan uğurlu debüt, “Mil-Muğan”ın ardıcıl 7-ci qələbəsi

Mehman Yunusovdan uğurlu debüt, “Mil-Muğan”ın ardıcıl 7-ci qələbəsi
“Xanoğlan Xəlilov. Vətən oğlu, Şəmkir səni unutmaz”

Birinci divizionda 17-ci tura yekun vurulub. Dünən tur çərçivəsində daha 4 görüş baş tutub ki, heç şübhəsiz, “Şəmkir” – “Zaqatala” qarşılaşmasına maraq daha böyük idi. Bu, ötən turda “Rəvan”a məğlubiyyətdən sonra baş məşqçi Qəhrəman Əliyevlə yollarını ayıran qərb təmsilçisinin çalışdırıcısı Mehman Yunusov üçün ilk sınaq idi. Şəmkirlilər iddialı rəqibini 2:1 hesabıyla yenməyi bacarıb və bir gün əvvəl əldən verdiyi 3-cü pillədəki mövqeyinə qayıdıb. “Şəmkir” məhz “Zaqatala”nı geri sıxışdırmağa müvəffəq olub. Şaban Şirdanovun komandası isə ikinci dövrəyə pis başlayıb. Zaqatalalılar qış fasiləsindən sonra keçirdiyi 3 oyundan 2-də məğlub olub. Özü də son 8 gün ərzində prinspial rəqiblərinə - “Turan Tovuz”la “Şəmkir”ə uduzublar.
Yeri gəlmişkən, "Şəmkir" meydana üzərində “Xanoğlan Xəlilov. Vətən oğlu, Şəmkir səni unutmaz” yazılmış plakatla çıxıb. Komanda bununla iki gün öncə düşmənlə təmas xəttində gedən döyüşlərdə şəhid olan şəmkirli əsgəri yad edib.
“Mil-Muğan” “Şahdağ”ı böyük hesabla üstələyib. Aqil Məmmədovun komandası qusarlıları 3 cavabsız qolla yenərək, ardıcıl 7-ci qələbəsini qazanıb. Beləliklə, “Mil-Muğan”ın məğlubiyyətsiz oyunlar seriyası 8-ə çatıb. Qeyd edək ki, imişlilər sonuncu dəfə ötən ilin noyabrında “Bakılı”ya məğlub olub. Uğurlu nəticələr turnir cədvəlində ciddi yüksəlişlə müşayiət olunur. Aqil Məmmədovun komandası artıq 5-ci yerdədi və komandanı “üçlük”dən cəmi 3 xal ayırır.
“Rəvan” ardıcıl ikinci qələbəsini qazanıb. Bəhmən Həsənovun yetirmələri “Şəmkir”in ardından “Bakılı”nı da xalsız qoyub. “Sarı-qırmızılar” Misir Əbilovun komandasına divan tutub. “Rəvan”ın 5 qoluna “Bakılı” 1 dəfə cavab verə bilib. Bu nəticədən sonra “Rəvan” turnir cədvəlinin sonuncu pilləsindən “tərpənib”. Əslində 10-11-ci yerdə qərarlaşmalı olan, ancaq FİFA tərəfindən 9 xalı silindiyinə görə 13-cü olan paytaxt təmsilçisi “Göyəzən”i “zirzəmiyə itələyib”.
MOİK isə qış fasiləsindən sonra ilk qələbəsini qazanıb. Ramil Əliyevin yetirmələri “Şərurspor”la qarşılaşmada 3 xalı 1 qolla əldə edib. “Hərbçilər” turnir cədvəlində məhz “Şərurspor”u geridə qoyaraq, 8-ci yerə yüksəlib.
Qeyd edək ki, divizion təmsilçiləri cəmi 3 gün sonra növbəti oyuna çıxacaqlar. Belə ki, fevralın 27-də təxirə salınmış 14-cü turun görüşləri keçiriləcək.
Birinci divizion
2-ci dövrə, 17-ci tur
23 fevral
MOİK – Şərurspor 1:0
Orxan Həsənov, 60.

Mil-Muğan – Şahdağ 3:0
Kamil Nurəhmədov, 4; 36. Raul Yaqubzadə, 40.

Bakılı – Rəvan 1:5
Hayder Faleh, 36 - Elhad Nəziri, 44. Tagim Novruzov, 72; 90. Əlisa İsayev, 76. Orxan Məmmədov, 86.
Şəmkir – Zaqatala 2:1
Qeyrət Qənbərov, 46-p. Ramil Əliyev, 55 - Emin Mehdiyev, 80.
Turun digər oyunlarının nəticələri: Energetik – Turan Tovuz 1:7 (Nicat Əhmədov, 29 - Tuqay Alhüseynli, 10. İlkin Sadıqov, 15; 35. Aqşin Muxtaroğlu, 24; 55. Mehman Behbudov, 54. Rəhman Musayev, 67), Göyəzən – Səbail 0:7 (Bayram Budaqov, 11; 38; 76; 80. Fərid Səmədzadə, 23; 65. Tanrıverdi Məhərrəmli, 87), Qaradağ Lökbatan – Ağsu 3:0 (Əliqulu Manafov, 10; 45+1. Rüfət Məmmədov, 87-p.).
1. Turan Tovuz 16 12 3 1 43-7 39
2. Səbail 16 11 1 4 55-20 34
3. Şəmkir 16 10 1 5 25-14 31
4. Zaqatala 16 10 1 5 49-21 31
5. Mil-Muğan 16 8 4 4 26-19 28
6. Qaradağ Lökbatan 16 9 1 6 35-19 28
7. Ağsu 16 8 3 5 29-17 27
8. MOİK 16 7 3 6 33-20 24
9. Şərurspor 16 7 3 6 31-22 24
10. Şahdağ 15 4 3 8 19-32 15
11. Energetik 16 2 3 11 15-63 9
12. Bakılı 15 2 1 12 20-57 7
13. Rəvan (-9) 16 5 0 11 21-42 6
14. Göyəzən 16 1 3 12 10-58 6
Bombardir: Oruc Balaşlı (Zaqatala) – 20.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar