23 fev 17:24divizion

Diviziona yeni komanda gəlir

Diviziona yeni komanda gəlir
Ramin Musayev: “Farizin "Qəbələ" - "Qarabağ" oyununu idarə edəcəyi 3 tur öncədən bəlli idi”

“CBC Sport” telekanalında yayınlanan “Bizim futbol” verilişinin sonuncu buraxılışında qonaq Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev olub. Qurum rəhbəri 19-cu turun mərkəzi qarşılaşması – “Qəbələ” – “Qarabağ” oyunundakı hakimliklə bağlı maraqlı açıqlamalarla yadda qalıb. O, sabiq beynəlxalq dərəcəli hakim Fariz Yusifovun Qəbələdə reallaşan qarşılaşmaya təyinatının 3 tur öncədən razılaşdırıldığını bildirib: "Oyundan əvvəl ajiotaj yaranmışdı. Bunun səbəbkarı da jurnalistlər idi. Hətta mənə sual edirdilər ki, bu qarşılaşma üçün əcnəbi hakim dəvət etməyi düşünmürsüz? Demişəm və bir daha təkrarlayıram, nə qədər ki PFL rəhbəriyəm, çempionata xaricdən hakim dəvət olunmayacaq! Yalnız hansısa ölkə ilə əldə olunan qarşılıqlı hakim mübadiləsiylə bağlı razılaşma istisnadı.
Fariz Yusifovun "Qəbələ" - "Qarabağ" oyununu idarə edəcəyi 3 tur öncədən bəlli idi. Vacib qarşılaşmaya təyinatla bağlı Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla məsləhətləşmişdik. Fariz hakimlərin Antalyada baş tutan təlim-məşq toplanışında olmamasına baxmayaraq, həm fiziki, həm də psixoloji cəhətdən hazır idi. Belə qərar qəbul etdik ki, bu məsul oyunu məhz bu cür təcrübəli hakimə tapşıraq. Halbuki Farizin bundan xəbəri yox idi. Ona bir tur öncə təyinat verdik və yüksək səviyyədə idarəçiliyi ilə "Qəbələ" - "Qarabağ" matçının öhdəsindən gəldiyinə şahid olduq. Əliyar Ağayevin "Qarabağ"la söz-söhbətləri çıxdığından onu təyin etməyim düzgün olmazdı".
PFL prezidenti "Qəbələ"nin vurduğu ilk qolda Yusifovla yan xətt hakimi Azər Əsgərov arasında olan dialoqa da toxunub: "Qolun ilk olaraq, sayılmadığı həmin epizodda elə düşündüm ki, yan xətt hakimi topun meydandan çıxdığını düşünüb. Ona görə də bayrağını qaldırdı və Fariz qolu saymadı. Ancaq sonradan baş hakimlə köməkçisi arasında söhbətdə məsələyə aydınlıq gətirdilər. Azər Əsgərovu günahlandırmaq düzgün olmazdı. O elə zənn edib ki, top "Qəbələ"nin hücumçusundan gedib və buna görə oyundankənar vəziyyət idi. Ancaq Yusifov topun "Qarabağ"ın futbolçusundan getdiyini bildirərək anlaşılmazlığa son qoydu. Buna görə baş hakimə "çox sağ ol" demək lazımdı".
Ramin Musayev gələn mövsümdən birinci divizionda yeni komandanın mübarizə aparacağını da bildirib. Söhbət "Binə"dən gedir: "İki gənc mənə yaxınlaşdı və belə bir fikirdə olduqlarını bildirdilər. Onlar "Binə" adlı komandanın divizionda mübarizə aparmasını istəyirlər. Məndən bunun üçün hansı sənədlar lazım olduğunu soruşdular. Cavab verdim ki, bank təminatını mənə təqdim edin, qalan sənədləri özüm təşkil edəcəm. Əməkdaşımız Zamiq Hüseynova bu məsələ ilə bağlı xüsusi tapşırıqlarımı vermişəm. Binə qəsəbəsində AFFA-nın balansında olan stadion var. "Binə"nin ev oyunlarını həmin stadionda keçirməsi ilə bağlı AFFA-ya müraciət edəcəm. Həmin stadionun meydançası süni örtük olsa da, keyfiyyətlidi".
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq Dünən, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib Dünən, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi Dünən, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq Dünən, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi Dünən, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu Dünən, 23:14 “Neftçi” Mujekdən də qurtuldu Dünən, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir Dünən, 23:02 “Darmadağınçı” qonaqlar Dünən, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi Dünən, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək Dünən, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı Dünən, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi Dünən, 22:42 Ölkə çempionatı başladı Dünən, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc Dünən, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət Dünən, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı Dünən, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü Dünən, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır Dünən, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” 21-02-2018, 14:38 Ruslan Qurbanov söyüş söyməsinin səbəbini açıqladı 21-02-2018, 14:31 Turun statistikası 21-02-2018, 14:29 Turun məşqçisi 21-02-2018, 14:28 HAKİMLƏRİN MÜHAKİMƏSİ 21-02-2018, 14:26 Turun oyunçusu 21-02-2018, 14:25 Turun sitatı 21-02-2018, 14:24 TURDAN MƏQAMLAR 21-02-2018, 14:03 Bakıda türkmənlər sevindi 21-02-2018, 14:02 Polina “Fənər”in qələbəsinə 24 xalla töhfə verdi 21-02-2018, 14:02 Çempionatda sürpriz lider 21-02-2018, 13:59 VİP intriqanı ölməyə qoymadı 21-02-2018, 13:58 Elçin Məmmədov yenidən iş başında 20-02-2018, 00:52 Ölkə çempionatı başladı 20-02-2018, 00:50 Titula iddialılar qalib gəldi 20-02-2018, 00:48 Rafael Ağayev sözünü Dubayda dedi 20-02-2018, 00:46 Cüdo yığmamız Avstriyada birinci oldu 20-02-2018, 00:45 Stadnik yenə yaponla bacarmadı 20-02-2018, 00:43 Məmmədova sevindi, Poznyak üzüldü 20-02-2018, 00:42 Olimpiyaçımız böyük slalomda yarışmadı 20-02-2018, 00:41 Yeniyetmələr sensasiyaya imza atdı 20-02-2018, 00:40 “Aeroflot Open”də üç şahmatçımız yarışacaq Bütün xəbərlər
Ən çox oxunanlar