22 fev 14:43divizion

Şaban Şirdanov: “Əslində “Turan Tovuz” uduzmalıydı”

Şaban Şirdanov: “Əslində “Turan Tovuz” uduzmalıydı”
Aşağı dəstənin ikinci dövrəsində mübarizə gərginləşir. Liderlərin duelində “Turan Tovuz” evdə “Zaqatala”nı məğlub edib. Bununla da Tovuz klubu ən yaxın izləyicisindən 5 xal aralanıb. Digər maraqlı görüş çempionluq uğrunda mübarizə aparan “Səbail”lə mükafatçılar sırasına düşməyə can atan “Qaradağ Lökbatan” arasında keçirilib. “Aslanlar” 3:1 hesabıyla qalib gələrək, ardıcıl qələbələrin sayını 3-ə çatdırıb. Lökbatanlıların isə 3 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb. Qızıl medallar uğrunda yarışan “Şəmkir” bu dəfə gözlənilməz zərbə alıb. Sonuncu pillədə qərarlaşan “Rəvan” bölgə klubunu 2:1 hesabıyla məğlub edib. Hətta bu məğlubiyyət Qəhrəman Əliyevin “Şəmkir”dən ayrılması ilə nəticələnib. “Uçan aslanlar” 3 xal qazanmaqla yanaşı, 6 oyunluq məğlubiyyət seriyasına son qoyub. Ortababların mübarizəsində MOİK səfərdə “Ağsu”ya minimal hesabla uduzub. Bu, “hərbçilər”in fasilədən sonra ardıcıl ikinci yenilgisi olub. Səfərdə “Şərurspor”u yenən “Mil-Muğan”ın da uğurlu seriyası davam edir. İmişli komanda ardıcıl 6-cı qələbəsini qazanıbsa, məğlubiyyətsiz seriyanı 7-yə çatdırıb. Ən maraqlı oyunlardan biri autsayderlər arasında reallaşıb. “Energetik” ilk yarıda “Göyəzən”in qapısından 3 top keçirib. Lakin qonaqlar ikinci yarıda eyni sayda qol vurmaqla məğlubiyyətdən qurtulub. Meydan sahibləri 7, qonaqlar isə 3 oyunluq məğlubiyyət seriyasına son qoyub. Xatırladaq ki, ötən tur baş tutmalı olan “Şahdağ” – “Bakılı” matçı əlverişsiz hava şəraiti səbəbindən reallaşmayıb. İndi isə sizi bəzi məşqçilərin fikirləriylə tanış edirik.
Şaban Şirdanov, “Zaqatala”nın baş məşqçisi: “Oyunun əvvəlləri rəqibin üstünlüyü şəraitində keçdi. Bu, bizim üçün gözlənilməz oldu. Nəticədə müdafiədə kobud səhvlər buraxdıq. Bir səhv daha kobud oldu. Rəqib heç nədən penalti qazandı. Oyunçumuz lazımsız anda qaydanı pozdu və 11 metrlik cərimə zərbəsindən “Turan Tovuz” önə keçdi. Sonra isə özümüzə gəldik. İlk yarının qalan dəqiqələrində və ikinci hissədə üstünlük tam bizim tərəfdə oldu. Hesab bərabərləşəndən sonra da rəqibdən daha yaxşı oynadıq. Qələbə topunu vurmaq istəyirdik. Hətta rəqib azlıqda da qaldı. Oyunun axarı elə idi ki, 3-4 qol vəziyyətindən mütləq yararlanmalıydıq. Udmaq imkanımız real idi. Amma əks-hücum zamanı rəqibin oyunçusu fərdi ustalığı sayəsində komandasını önə keçirdi. Futbolda belə şeylər olur. Əslində “Turan Tovuz” uduzmalıydı. Ancaq biz xalsız geri döndük. Ruhdan düşməməliyik. Qarşıda xeyli oyun var. Komandanın potensialı onu deməyə əsas verir ki, çempionluq uğrunda sona kimi mübarizə aparacağıq. Hələ heç nə bitməyib. Rəqib futbolçu qırmızı vərəqə aldığı epizodda çox aqressiv idi. Roini həmin vaxt ciddi zədə də ala bilərdi. Amma xoşbəxtlikdən hər şey onun üçün yaxşı qurtardı”.
Bəhmən Həsənov, “Rəvan”ın baş məşqçisi: “Zaqatala” ilə oyundan öncə komandamıza maaş verilmişdi. Həmin matçda yaxşı oynadıq. Amma uzun yol getmişdik deyə, ilk hissədə passiv idik. “Şəmkir”lə oyuna da futbolçular böyük ruh yüksəkliyi, motivasiya ilə çıxşmıdı. Futbolçunu motivasiya edən iki şey var. Birincisi, futbolçunun kluba, rəmzlərə bağlılığıdı. Məsələn, mənim kimi. İkincisi isə məvacibdi. Başqa heç cür mümkün deyil. Bizim uşaqlarda kluba bağlılıq yoxdu. Çünki onlar bir gün burdadılar, sabah başqa yerdə. Mən onları qınamıram. Çünki aldıqları maaş elə ayın ortasında bitir. Yazıqlar nə etsin? Bunun gedib-gəlməyi, yeməyi, butsu var. Onları başa düşmək lazımdı. Futbolçular az maaş alanda belə, çıxıb meydanda canlarını qoyurlar. Hətta məşqdə də fəaldılar. İndi məşqlərdən özüm ləzzət alıram. “Şəmkir”lə görüşdə daha ağıllı oynadıq. İmkanlarımızdan lazımınca istifadə etdik. Oyun baxımından rəqibi üstələdik. Heç bir baş məşqçi istəməz ki, komanda sonuncu yerdə olsun. Biz mövsümün əvvəlində UEFA ilə münasibətlərimizi həll edib, heyəti qoruyub yenidən premyer-liqaya yüksəlmək istəyirdik. Ancaq bu mümkün olmadı. İstəyirik ki, vəziyyəti düzəldək. Bunun üçün çox yaxşı imkanlarımız var. Nə bacarırıqsa, onu edəcəyik. Maaş normal olsa, hər şey yaxşı olacaq. Bu günə kimi heç nədən şikayətçi deyilik”.
Elxan Muradov, “Göyəzən”in baş məşqçisi: “0:3 məğlub durumda olsaq da, vəziyyəti düzəltdik. Vəziyyətimiz o qədər yaxşı deyil. Müdafiə xətti ilk yarıda çox kobud səhvlər etdi. Oyundan öncə uşaqlara demişdim ki, ilk hissədə qol buraxmayaq, ikinci yarıda yaxşı oynayıb, sərfəli nəticə qazana bilərik. Amma gözləmədiyimiz halda ardıcıl 3 qol buraxdıq. Müdafiəçilər elə bil yatmışdılar. Fasilədə uşaqlara dedim ki, hamı irəlidə oynasın, arxada heç kimi görməyim. Lap 0:7 uduzsaq belə, hücumda oynamağı tapşırmışdım. Bu da xeyrimizə oldu, hesabı bərabərləşdirdik. Sonda qalib də gələ bilərdik. Amma əla imkanı boşa verdik. Maaş məsələsinə gəlincə, əvvəl vəziyyət necə idisə, indi də elədi. Bəzi yerlərdə oxuyuram ki, güya oyunu qumara qoymuşuq. Balamın canına and olsun, nə mənim, nə də komandamın elə işi yoxdu. Elə şey olsa, özüm ilk növbədə burdan gedərəm. Başqa komandalar nə edir, nə etmir, mən bilmirəm. Biz heç vaxt oyunumuzu qumara qoymuruq. Qumar olsaydı, indi turnir cədvəlində bu yerdə olmazdıq. “Şərurspor”la oyunda qələbə qazanmışdıq, yenə söz qoşdular. İnanırsız, bütün bunlar absurd məsələlərdi. Biz kişi kimi oynayırıq, uduzanda da, udanda da”.
Azər Bağırov, “Qaradağ Lökbatan”ın baş məşqçisi: “İlk 25 dəqiqədə yaxşı oynadıq. Həmin ana kimi işlərimiz qaydasında gedirdi. Amma adi səhvdən gözlənilməz qol buraxdıq. Qoldan sonra uşaqlar tam ruhda düşdü. Amma hesabı bərabərləşdirmək üçün şanslarımız oldu. İkinci hissəyə yaxşı başladıq. Lakin tez qol buraxdıq. Bu da komandanı sındırdı. Oyunun sonlarına yaxın uşaqlar özünə gəldi, 1 qol da vurdular. 1:3-dən sonra bir sıra qol vəziyyətlərimiz oldu, yararlana bilmədik. Hər bir işdə xeyir var. Növbəti oyunlara ciddi hazırlaşıb, bu məğlubiyyəti unutmalıyıq. Turnir cədvəli sıxdı. Qarşıda isə bir neçə tur var. İki-üç qələbə bizi mükafatçılar sırasına sala bilər. Hazırda komandamızda iki zədəli var - Nicat Əsgərov və Məhəmməd Bədəlbəyli. Birincinin dabanında, digərinin isə qasıq nahiyəsində problem var. Ümid edirəm ki, onlar da tez sağalıb, bizə kömək edəcəklər”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 15:30 Ramil Quliyevin ilk məşqçisi onun geri dönməsini istəyir Bu gün, 15:26 TRANSFER DOSYESİ Bu gün, 15:25 Şarples mərkəzi arenada gördüyü işin sirrini açıqladı Bu gün, 15:23 Vaif Əsədov Sadiqovun ittihamları ilə razılaşmadı Bu gün, 15:19 “Qəbələ” əvəzedicilərinə qalib gəldi Bu gün, 15:18 Ayxan Abbasov “Kəpəz”in qərarının səbəbini anlamayıb Bu gün, 15:15 “Neftçi” yeni kartların satışına başladı Bu gün, 15:14 “Parken”də anşlaq gözlənilir Bu gün, 15:12 “Qarabağ” mövqeyini ortaya qoydu Bu gün, 15:11 Danimarkadakı “Vətən” Cəmiyyətinin sədrindən şok vəd Bu gün, 15:10 Dima qol hesabını açdı Bu gün, 15:09 Yığma “cırtdan”la “Bakcell Arena”da qarşılaşacaq Bu gün, 14:13 Höccət Hacıyev Lənkəran stadionunda dondurma satır? Bu gün, 14:08 Azərbaycanlı agentlər Rauf Əliyevlə bağlı danışdı Bu gün, 14:01 Ən güclü gimnastlar müəyyənləşdi Bu gün, 14:00 Almaniyaya səfər ərəfəsində görüş Bu gün, 13:59 Bu dəfə Sloveniyaya uduzdular Bu gün, 13:58 Ruslan bir pillə irəlilədi Bu gün, 13:56 Tofiq Heydərov fikrindən daşınıb? Bu gün, 13:55 AMKF yeni sponsorun yolunu gözləyir Bu gün, 13:54 “Turan” rəsmisi PFL-in iradları ilə razılaşdı Bu gün, 13:52 Norveç səfirliyi viza vermədi, "Qarabağ" azarkeşləri piket keçirəcək Bu gün, 13:50 "Traktorsazi" ilk qələbəsini qazandı Bu gün, 13:49 Ölkə çempionu Şahmat Federasiyasına etiraz edir Dünən, 19:46 Yığma üzvü zədələnib Dünən, 19:44 Yığmanın baş məşqçisi mətbuat konfransı keçirəcək Dünən, 19:41 “Xəzər Lənkəran” mərkəzi stadionu “Masallı”ya verildi Dünən, 19:39 Yığmamız mövqeyini qorudu Dünən, 19:36 Federasiya klublarla çempionatı müzakirə etdi Dünən, 19:32 “Qarabağ” rəsmisi qazondakı problemləri problem saymır Dünən, 19:30 “Qarabağ” rəhbərliyi ilə AFFA prezidenti arxa qapıdan yararlanıb Dünən, 19:27 AFFA-nın gözü yol çəkir, Prosineçki vətənindən əl çəkmir Dünən, 19:25 Yol polisi Rəşadın maşınını əlindən alıb Dünən, 19:22 “Qəbələ” “Qalatasaray”la oynayacaq? Dünən, 19:16 “Mil-Muğan”da köhnə-yeni baş məşqçi Dünən, 19:13 Elmar Vəliyev stadiona görə Yevlaxın icra başçısına zəng vurub Dünən, 19:11 Yeni yaradılan “Xəzər” birinci divizionda çıxış edəcək Dünən, 19:07 “Qarabağ” “Parken”də dəstəksiz qalmayacaq Dünən, 19:02 Şehiç yığmaya dəvət aldı Dünən, 18:56 “Qarabağ” səfərdə nə etməlidi? Dünən, 18:52 “Qarabağ” iki gün əvvəl gedir Dünən, 16:41 Əsasnamənin havadan asılı qalan müddəaları Dünən, 16:39 “Fikrimcə, ikili müqavilələr tək “İnter”də yox, başqa klublarda da var” Dünən, 16:32 Ramil yenə meydana çıxmadı Dünən, 16:29 Kəmaləddin Heydərov postunda qaldı Dünən, 16:25 AQF saxta konfrans keçirib, Yaşar Məmmədovu neytrallaşdırdı Dünən, 16:22 Dünya mətbuatı Ramil Quliyevdən yazır Dünən, 16:14 UEFA “Kopenhagen”in Maksimlə bağlı şikayətini rədd etdi 17-08-2017, 20:09 Sloveniyanı udduq 17-08-2017, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi 17-08-2017, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi 17-08-2017, 20:05 AMKF bəyanat yaysa da... 17-08-2017, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi 17-08-2017, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı 17-08-2017, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” 17-08-2017, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər 17-08-2017, 19:52 Məhsuldar başlanğıc Bütün xəbərlər
Ən çox oxunanlar