20 fev 17:14divizion

“Mil-Muğan”ın da hədəfi premyer-liqadı

“Mil-Muğan”ın da hədəfi premyer-liqadı
Aqil Məmmədov: “Ramin Musayev heç vaxt bizə görə öz imicini zərbə altında qoymayıb”

Mövsümün əvvəlində PFL prezidenti Ramin Musayev “birinci dəstədə mübarizə aparan “Mil-Muğan” mənim nəzarətim altındadı” söyləyərkən, mətbuat, futbol ictimaiyyətinin nümayəndələri arasında “deməli, növbəti “futbol ili”ndə elitaya yüksələn komandalardan biri İmişli təmsilçisi olacaq” səpkili söz-söhbətlər yayıldı. Lakin aşağı dəstədə çempionata start veriləndən sonra “ağ-yaşıllar”ın inamsız oyun sərgiləməsi, ard-arda xallar itirməsi Aqil Məmmədovun komandasına inamı azaltdı. Həmin ərəfədə bir çoxları PFL prezidentinin kurasiyasında olan komandanın heç nəyə nail olmayacağını düşündü. Uğursuz nəticələrdən sonra artıq heç kim İmişli futbolçularının elitaya yüksəlmək uğrunda vuruşacağını düşünmürdü. Ancaq necə deyərlər, sən saydığını say, gör Aqil Məmmədov və yetirmələri nə sayır. İlk dövrənin sonuna yaxın qələbələri sıralayan “ağ-yaşıllar” qış fasiləsindən sonra da meydana çıxdığı hər iki qarşılaşmanı zəfərlə başa vurmaqla kiçik sürprizə imza atmağı bacarıblar. Ardıcıl 6 oyundu məğlubiyyət acısı dadmayan komanda ilə ilk “dördlüy”ü qapayan arasında xal fərqi artıq 3-ə enib. “Ağ-yaşıllar”ın yüksəlişinin kökündə nəyin durduğunu, qarşıya hansı məqsədin qoyulduğunu aydınlaşdırmaq üçün İmişli təmsilçisinin çalışdırıcsı ilə danışmağı lazım bildik.
- Son oyunlarda “Mil-Muğan” inanılmaz yüksəliş əldə edib. Halbuki start çox zəif alınmışdı. Uğura aparan yolun sirrini bilmək istərdik?
- Burda heç bir sirr, qeyri-adi heç nə yoxdu. Hər sahədə olduğu kimi, futbolda da uğur qazanmaq üçün çalışmaq lazımdı. Gərgin əmək, əzmkarlıq və istək uğura paran yolun bünövrəsidi. Rəhbərlik etdiyim komanda da məhz bunun sayəsində ardıcıl qələbələr qazanmağı bacarıb.
- Çox maraqlıdı ki, mövsümün əvvəli sizin üçün o qədər də uğurlu alınmamışdı...
- Bu hardasa qəbul olunandı. Səbəb isə komandanın çempionatın startı ərəfəsində, mövsümlərarası fasilədə bir qədər gec bir araya gəlməsidi. Birinci divizionun əksər klubları təlim-məşq toplanışına başlayarkən bizim komandada kimlərin çıxış edəcəyi hələ məlum deyildi. Cəmi 18 gün hazırlıq keçə bildik və bu üzdən futbolçuların fiziki durumu, xətlərarası anlaşma istənilən səviyyədə deyildi. Turdan-tura qeyd etdiyim çatışmazlıqları aradan qaldırmaq yönündə səy göstərdik, gecə-gündüz komandanın uğur qazanması üçün çalışdıq. Şükür Allaha, bu gün az-çox nəyəsə nail olmuşuq. Çalışacağıq növbəti turlarda uğurlu çıxışın davamını gətirək.
- İlk vaxtlar İmişli azarkeşi nə sizi, nə də komandanı qəbul etmək istəyirdi. Hətta bir ara azarkeşlərlə aranızda insident də yaşanmışdı. Bu gün vəziyyət necədi?
- Uzun illər ölkənin iddialı klublarının şərəfini qorumuşam, məşqçi kimi ilk addımlarımı elita klubunda atmışam və bu üzdən azarkeşin nə istədiyini yaxşı başa düşürəm. Həmişə deyiblər ki, kafeyə, restrorana gələn müştəri, davranışından asılı olmayaraq, həmişə haqlıdı. Eyni sözləri azarkeş barədə də söyləmək mümkündü. Azarkeş həmişə istəyir ki, dəstək verdiyi komanda uğur qazansın. Bunun əksi baş verəndə, onlar da etiraz edirlər. Oktyabr, noyabr ayında “Mil-Muğan” uğursuz nəticələrlə imişliləri küsdürmüşdü və onlar da haqlı olaraq ev oyunlarında etiraz səslərini ucaldırdılar. Ancaq bu xoşagəlməz tendensiya çox çəkmədi. Komanda qələbələri sıraladıqca azarkeşlər də bizimlə barışdı, dəstəklərini əsirgəmədilər. Bu gün artıq İmişli camaatı şəxsi vəsaiti hesabına “Mil-Muğan”ın səfər oyunlarına da gəlir ki, bu da futbolçulara əlavə motivasiya verir.
- Bəlli büdcəyə malik “Mil-Muğan”da qələbəyə görə futbolçulara mükafat verilir?
- Yalandan deyə bilmərəm ki, biz hər 3 xala görə komanda üzvlərinə mükafat veririk. Sizə bir olay danışmaq istəyirəm. Son turda səfərdə “Şərurspor”u məğlub etdikdən sonra uşaqlar paltardəyişmə otağında “mükafat, mükafat” deyə qışqırıb, qələbəyə görə əlavə bonus tələb etdilər. Mən də həmin an “yerli uşaqlara mükfat düşmür, çünki onlar öz rayonlarının adına görə futbol oynayırlar” söylədim və ardınca “kənardan gələn futbolçular isə...” deyincə, gördüm hamının gözü dörd olub. Həmin an bütün kollektiv fikirləşdi ki, kənardan gələnlərə mükafatın məbləğini söyləyəcəm. Ancaq söylədiklərimin arxasınca “kənardan gələnlər də İmişi futbolunun yüksəlişinə töhfə vermək üçün burdadılar və onlara da mükafat düşmür” söylədim. Bu fikirlərim xoş zarafat kimi qəbul olundu və heç kim mükafat olmadığına görə incimədi. Komandada maliyyə problemi yoxdu. Hamı vaxtında maaşını alır. Mükafat isə mövsümün sonunda olacaq. Çempionatı ilk “üçlük”də başa vursaq (buna çox inanıram), futbolçulara əlavə bonus veriləcək.
- Qış fasiləsində cəmi bir yoldaşlıq görüşü keçirən komandanın çempionatda yüksək səviyyəli oyun sərgiləyəcəyinə inananların sayı az idi. Necə oldu ki, oyun təcrübəsinin azlığından əziyyət çəkən “Mil-Muğan” bu çatışmazlığın öhdəsindən gəldi?
- Hər şey qarşılıqlı inamdan asılıdı. Bizim komanda da bəzən ictimaiyyətə məlum olmayan problemlərlə üzləşir. Ancaq kollektivdə o qədər sağlam mühit formalaşıb ki, heç kim bu haqda kənara söz ötürmür. Futbol kollektiv oyundu və meydanda olduğu kimi, kənarda da hamı bir nöqtəyə vurursa, artıq-əskik danışmırsa, deməli, artıq uğura aparan yolun bünövrəsi düzgün qoyulub. Bu yöndə xüsusilə təcrübəli futbolçulara minnətdaram. Gənclər isə onlardan öyrənir. Vaxtilə mən top qovduğum klublarda da belə olub.
- Mövsümün əvvəlində Ramin Musayevin məlum açıqlamasından sonra çoxları elə düşünürdü ki, hakimlər PFL prezidentinin kurasiyasında olan komandaya dəstək olacaqlar. Belə söz-söhbət sizi narahat etmirdi?
- Kimin nə deməsinə, haqqımızda səslənən dedi-qodulara heç vaxt fikir verməmişəm. Birincisi, Ramin Musayev heç vaxt istəməz ki, adı hansısa xoşagəlməz olayda hallansın. İkincisi, məni tanıyanlar bilir ki, heç vaxt kiməsə arxayın olub məsuliyyət altına girməmişəm. İstər futbolçu, istərsə də məşqçi kimi həmişə öz gücümə arxayın olub mqaviləyə qol çəkmişəm. Zaman da göstərdi ki, Musayev heç vaxt bizə görə öz imicini zərbə altında qoymayıb. Fürsətdən istifadə edib bütün futbol ictimaiyyətinə demək istəyirəm ki, “Mil-Muğan” bu günə qədər nə edibsə, bundan sonra da nə edəcəksə, hamısı gərgin zəhmətin bəhrəsidi. Gücümüz çatacaq, ilk “üçlük”də yer alıb elitaya vəsiqə qazanacağıq, çatmayacaq, hamı kimi kənarda qalacağıq.
- Bu gün premyer-liqaya vəsiqə qazanmaq üçün təkcə birinci divizionda mükafatçılar sırasına düşmək yetərli deyil. Bunun üçün klub lisenziyalaşdırmanın tələblərinə də cavab verməlidi. Bu yöndə İmişli təmsilçisində vəziyyət necədi?
- Adını qeyd etdiyiniz komissiya məsələ ilə bağlı bizə müraciət edib. Klub rəhbərliyi də lizensiyalaşdırmanın tələblərini yerinə yetirmək yolunda lazım olan addımları atır. Stadionumuz, 6 yaş qrupu üzrə komandalarımız var. Səhv etmirəmsə, elitada çıxış etmək üçün 8 yaş qrupu tələb olunur. Yaxın vaxtlarda İmişlidə daha iki yaş qrupu fəaliyyətə başlayacaq. Başqa tələbləri də yerinə yetirəcəyik. Əsas odu ki, bu gün İmişlidə azarkeşlər yenidən komandaya inanmağa başlayıb və rayon əhalisi oyun günlərini səbirsizliklə gözləyir. Bu artıq ondan xəbər verir ki, nəyəsə nail olmuşuq. Ümid edirəm ki, rayonun imkanlı şəxsləri də gələcəkdə “Mil-Muğan”ın uğur qazanması üçün dəstəyini əsirgəməyəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar