16 fev 16:27divizion, manset

Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər”

Bəhmən Həsənov: “PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər”
İkiaylıq fasilədən sonra start götürən birinci divizionda 15-ci tur liderlərin uğurlu çıxışı ilə yadda qalıb. İlk 5 pillədə qərarlaşan komandaların hamısı həftəni 3 xalla başa vurub. “Zaqatala” evdə qışda tam dəyişən “Rəvan”ı 3:1 hesabı ilə məğlub edibsə, “Turan Tovuz” səfərdə autsayder “Göyəzən”in qapısından 4 cavabsız top keçirib. Qarşıya çempion olmaq məqsədi qoymuş və qış təlim-məşq toplanışını Antalyada keçən “Səbail” MOİK-i 2 qolla yenib. Türkiyəyə yollanan digər aşağı dəstə təmsilçisi “Şəmkir” isə qışda heyətinə xeyli oyunçu cəlb edən “Şahdağ”ı minimal hesabla üstələyib. Mükafatçılar sırasına düşməyə iddialı “Ağsu” səfərdə “Mil-Muğan”a 0:2 hesabıyla uduzub. İmişli təmsilçisi qış fasiləsində cəmi bir yoxlama matçı keçirsə də, rəsmi görüşdə gücünü ortaya qoymağı bacarıb. Digər autsayderlər - “Bakılı” və “Energetik” də turu məğlubiyyətlə başa vurublar. İndi isə sizi məşqçi fikirləri ilə tanış edirik.
Aqil Məmmədov, “Mil-Muğan”ın baş məşqçisi: “Ağsu”ya qarşı oynamaq çox çətin idi. Çünki komanda 2 ay ərzində cəmi bir oyun keçirmişdi. Uşaqların oyun praktikası yoxdu. Toplanış zamanı cəmi 1 yoxlama matçı keçirmişdik. Bu da bizə müəyyən çətinliklər yaratdı. Meydan amili də oyunumuza təsir etdi. Havalar pis keçir, meydan yaxşı deyildi. Orda gözəl oyun nümayiş etdirmək olmurdu. Rəqib də elə-belə komanda deyildi. Onlar üçün də ağır oyun oldu. Qonaqların heyətində topu özündə saxlamağı bacaran, texnikalı oyunçular var. Bəxtimiz onda gətirdi ki, qol imkanlarından vaxtında istifadə etdik. Bu amil xeyrimizə işlədi. Ümumilikdə oyunumuz ideal deyildi. Çox da razı qalmadım. Nəticəyə gəlincə, hesabımıza 3 xal yazdırdıq. Bu cür meydanda qələbə qazanmışıqsa, razı qalmalıyıq. Bəzi çatışmazlıqlar olsa da, hansısa mövqedə rəqibdən aşağı səviyyədə çıxış etdiyimizi deməzdim. Mövsümün ikinci yarısına nə dərəcədə hazır olduğumuzu zaman göstərəcək. Bir oyunla nəsə demək çətindi”.
Əsgər Abdullayev, “Turan Tovuz”un baş məşqçisi: “Uzun fasilədən sonra ilk rəsmi oyun keçirdik. Qazaxda “Göyəzən”ə qarşı oynadıq. Nə qədər autsayder olsalar da, iddialı idilər. Həvəsli çıxış etdilər. Xal qazanmaq istəyirdilər. Uşaqlara həmişə deyirəm ki, bizim üçün rəqibin hansı pillədə qərarlaşması vacib deyil. Əlimizə düşən imkanlardan vaxtında yararlandıq. Sürətli oynadıq. Meydan əla vəziyyətdə olmasa da, qarı tam təmizləmişdilər. Uşaqlar üçün oynamaq ağır idi. Lakin biz bundan şikayətlənməməliyik. İndidən komandanın yüksək səviyyədə olduğunu demək doğru olmaz. Özü də elə meydanda oynanılan qarşılaşmadan sonra. Bir neçə futbolçu ilə qışda vidalaşdıq. Cəmi 3 futbolçu ilə gücləndik. Buna baxmayaraq, iddiamızdan geri çəkilməmişik. Yeni gələnlər də, demək olar ki, uyğunlaşıblar. Premyer-liqaya çıxıb-çıxmayacağımızı zaman göstərəcək. Zaman həm həkimdi, həm də hakim. Məqsədimiz çempion olmaq, sona kimi 1-ci yeri qorumaqdı. Elitaya buraxılmaq məsələsi haqda fikir söyləməyim doğru olmaz. Mənə aid olan komandadı”.
Bəhmən Həsənov, “Rəvan”ın baş məşqçisi: “Oyun çox gözəl alındı. “Zaqatala” çox yaxşı komandadı. Sürətli və nizamlı futbol oynayırlar. Rəqibin oyunu bizə məlum idi. Buna baxmayaraq, uduzduq. Heyətimizə yeni qatılan futbolçular etimadı doğrultmadılar. Çox zəif oynadılar. Cinahlarımız, ümumiyyətlə, işləmirdi. Bu üzdən xal itirdik. Amma şanslarımız oldu. Komandada həm də yorğunluq var idi. Fiziki durumumuz çox yaxşıdı. Sadəcə, taktiki cəhətdən çatışmazlıqlar var. Zaqatalaya oyun günü getmişdik. Matçın başlamasına bir saat qalmış ora çatdıq. Bir az istirahət etsəydik, daha yaxşı olardı. 6 saat yol getməyimiz ilk hissədə problemlərə səbəb oldu. PFL-in saytında oyun epizodlarını birtərəfli yerləşdirirlər. Sanki biz heç hücum etməmişik. Əslində 2 dəfə oyunçularımız təkbətək qalıb. Hansı komanda qalib gəlibsə, onların epizodlarını yerləşdirirlər. MOİK - “Səbail” oyununun kadrlarına baxıram. Fikirləşdim ki, deyəsən, MOİK heç oyuna gəlməyibmiş. Ümumiyyətlə, epizod qoymamışdılar. Hətta “Qarabağ” kimi komandaya qarşı oynasan belə, ən azı 5 dəfə hücum edirsən. Mən onlardan incik deyiləm. Əksinə, qoy “Şəmkir”in, “Səbail”in, “Zaqatala”nın hücumlarının hamısını versinlər. Mənim üçün təhlil etmək daha asan olur. Futbolçularımızın hamısı maaşını alıb. Ayın 5-6-da hamısına məvacib verilib. Hətta rəhbərlik “Zaqatala” ilə oyuna mükafat da qoymuşdu. Bu üzdən hansısa problem yoxdu. İndi qalır yaxşı oynamaq və nəticə qazanmaq. İnanıram ki, heyətdəki problemlərimiz tükənər. Cəmşid və Elvinin qadağası var. Onların da bağışlanacağına ümid edirəm”.
Azər Bağırov, “Qaradağ Lökbatan”ın baş məşqçisi: “Autsayderə qarşı oynadıq. Buna baxmayaraq, işimiz çətin idi. Uşaqları oyuna tam kökləmişdik. Bu qarşılaşma bizim üçün “Səbail”lə oyun ərəfəsində məşq xarakteri daşıyırdı. Hər şeyi doğru etməliydik. İlk yarıda bu o qədər də yaxşı alınmadı. Çoxdan uşaqlar rəsmi oyuna çıxmırdılar. Yəqin ki, ilk hissədə cəmi 1 qol vurmağımızın səbəbi budu. İkinci hissədə isə daha rahat və sürətli oynadıq. 5 qol vursaq da, əlavə də xeyli imkanımız oldu. Rəqibin də imkanları var idi. “Səbail”lə oyunda işimiz daha çətin olacaq. Həmin matçda bütün imkanlardan yararlanmalıyıq. Hazırda komandada itki yoxdu. Hər şey yaxşıdı. Yeni gələn oyunçuların, demək olar ki, hamısı komandaya uyğunlaşıb. Nəyə qadir olduğumuzu “Səbail”lə oyun göstərəcək”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-07-2017, 16:56 Tahir Baxşıyev yorğunluqdan gileyləndi 19-07-2017, 16:53 Nazim Babayev yenə Avropa çempionu oldu 19-07-2017, 16:51 Qadınlar Astarada toplanış keçir 19-07-2017, 16:48 Ölkə kubokunun qalibləri müəyyənləşdi 19-07-2017, 16:42 Dünya çempionu xanıma əl qaldırıb? 19-07-2017, 16:42 Eltac Səfərli dünya ulduzları arasında 19-07-2017, 16:35 Yığmada dağıstanlı futzalçı 19-07-2017, 16:33 AFFA hakimlərin Bolqarıstan toplanışını ləğv etdi 19-07-2017, 16:32 “Fola” – “İnter” matçı 29 yaşlı hakimə tapşırıldı 19-07-2017, 16:31 “Qarabağ” Nikaraqua millisinin üzvünə 400 min təklif edib 19-07-2017, 16:26 “Qəbələ” Polşada dəstəksiz qalmayacaq 19-07-2017, 16:24 Yığma üzvü “Zirə”nin potensial rəqibini seçdi 19-07-2017, 16:23 Dəniz Yılmaz “Bursaspor”da qaldı 19-07-2017, 16:21 Yordanesku Abbasovu qabaqlayacaq 19-07-2017, 16:14 Şəfizadə Braziliyada gördüklərini “Futbol+”lə bölüşdü 19-07-2017, 16:11 “Sumqayıt” Bolu toplanışına məğlubiyyətlə başladı 19-07-2017, 16:06 Orxan Hüseynzadə “Neftçi” haqda gizli heç nə saxlamadı 19-07-2017, 16:02 “Kəpəz”in legionerləri gəldi 19-07-2017, 16:00 Göyçə mahalı divizionda təmsil olunacaq 19-07-2017, 15:59 “Forza Neftçi” rəhbərliyi və məşqçilər korpusunu istefaya səslədi 17-07-2017, 23:43 Rəsul Çunayev yenidən dünya lideridi 17-07-2017, 23:42 BŞH beş könüllünü İtaliyaya göndərəcək 17-07-2017, 23:40 Teymur Rəcəbov Cenevrədə “partladı” 17-07-2017, 23:38 Millimizdə yeni braziliyalı 17-07-2017, 23:37 “Kəpəz” Türkiyədədi, yeni transferi Bakıda 17-07-2017, 23:29 Finalın hakimi “Qarabağ”ın oyununda 17-07-2017, 23:27 Tərlan Əhmədov diviziondan aldığı üç təklifi geri çevirib 17-07-2017, 23:25 Tiflisdə “Qarabağ”ın oyununa maraq azdı 17-07-2017, 23:24 “Sumqayıt” superliqa təmsilçisinə qarşı 17-07-2017, 23:22 “Qəbələ” artıq Polşadadı 17-07-2017, 23:21 Fanatları “Qarabağ”a Tiflisdə möhtəşəm dəstək vəd etdi 17-07-2017, 23:19 “Zirə” – “Astra” matçı üçün 6400 bilet 17-07-2017, 23:17 “Qarabağ” kubokla erkən vidalaşdı 17-07-2017, 22:31 “Səbail” meydana çıxa bilmədi 17-07-2017, 22:30 “Qarabağ”lılar “Ayaks”da və “Qalatasaray”da 17-07-2017, 22:28 TRANSFER DOSYESİ 17-07-2017, 22:26 Oqtay Dərəlioglu “qızıl oyun”u yada saldı 17-07-2017, 22:25 Vüqar Latviyada dubl etdi, Renat isə ABŞ-da fərqləndi 17-07-2017, 22:23 “Qaradağ Lökbatan” beş yoxlama oyunu keçirəcək 17-07-2017, 22:22 Antonov “Çernomorets”ə qayıtdı 17-07-2017, 22:20 “Ölkəmdən imtina edənlərdən ikisi də biz olduq” 17-07-2017, 22:16 “Neftçi” “Binə”yə bir qol vurdu 16-07-2017, 16:56 Elməddin Məmmədov Qırğızıstandan “Səbail”ə baxışa gəlməyə razı olmayıb 16-07-2017, 16:53 Gürcüstan mətbuatı: “Kalkulyatorun hesablaya bilmədiyi nəticə - 0:5” 16-07-2017, 16:51 Təmsilçilərimiz növbəti mərhələdəki rəqiblərini tanıyır 16-07-2017, 16:49 BFL-in təsisçisi həyəcan vəd edir 16-07-2017, 16:48 “İnter”dən yubiley qələbəsi və rekord 16-07-2017, 16:38 Heç-heçə Fariz Nəcəfovu təəccübləndirməyib 16-07-2017, 16:36 Teymur yenidən vahid lider oldu 16-07-2017, 16:35 “Zirə” ikinci yarıda çökdü 16-07-2017, 16:32 “Bakcell Arena”da “Neftçi”nin loqosu örtüldü 16-07-2017, 16:30 Reynaldo Türkiyəni İsveçrəyə dəyişir 16-07-2017, 16:28 Reaksiyalar 16-07-2017, 16:25 “Qəbələ”dən təhlükəli start 16-07-2017, 16:23 Qriqorçuk cavab görüşündə yaxşı oynayacaqlarına ümid edir 16-07-2017, 16:20 Mamrot şansları bərabər sayır 16-07-2017, 15:20 “Kəpəz”ə məğlubiyyət Elxan Abdullayevi narahat etməyib Bütün xəbərlər
Ən çox oxunanlar