10 may 18:52divizion

Arif Əsədovun taleyi rəhbərliklə görüşdən asılıdı

Arif Əsədovun taleyi rəhbərliklə görüşdən asılıdı
“Elxan müəllimin “bizə komanda yox, klub lazımdı” sözü ilə mən də razılaşıram”
Futbol ictimaiyyəti böyük səbirsizliklə AFFA İcraiyyə Komitəsinin mayın 11-də keçiriləcək iclasını gözləyir. Toplantıda bir çox məsələlərlə yanaşı, növbəti mövsümdə elitada neçə komandanın iştirak edəcəyinə də aydınlıq gələcək. Ötən saylarımızın birində 2017/18 mövsümündə aşağı dəstədə çempion olmağı bacaran “Xəzər” rəhbərliyinin mövqeyini sizlərə çatdırmışdıq. Qısaca xatırladaq ki, çempionun rəsmiləri 2018/19 “futbol ili”ndə premyer-liqada mübarizə aparmağa, hətta bu məqsədlə Qubaya köç etməyə belə hazır olduqlarını bildiriblər. Ancaq premyer-liqa yolunda onlara yol yoldaşı tapılmadığından, daha doğrusu, Lisenziyalaşdırma Komissiyasının tələblərinə cavab verən 10-cu komanda olmadığından “Xəzər”in məsələsi düyünə düşüb. Təxminən 15 gün əvvələ kimi isə kuluarlarda tam başqa söhbətlər danışılır, “Xəzər”lə yanaşı, “Sabah”ın da elitaya yüksələcəyi bildirilirdi. Onu da qeyd edək ki, vergilər naziri Mikayıl Cabbarovun nəzarətində olan “tələbələr”in şansları daha yüksək idi. Aşağı dəstənin debütantının müxtəlif yaş qrupları, təlim-məşq toplanışı keçmək üçün Zaqulbada bazasının olması onların üstünlüyüdü. Ancaq nə baş verdisə, klub rəhbərliyi son anda premyer-liqa iddiasından əl çəkmək fikrinə düşdü. Problemin nədən qaynaqlandığını, “Sabah”ın geri çəkilməsinin səbəbini bilmək üçün “tələbələr”in baş məşqçisi Arif Əsədovla söhbətləşdik.
- Komandanın durumu necədi?
- Normal. Gündəlik məşqləri davam etdirib, mövsümün son oyununa hazırlaşırıq.
- Bir ara “Sabah”ın növbəti mövsümdən premyer-liqada çıxış edəcəyi haqda söz-söhbət dolaşsa da, indi fərqli fikirlər səslənir. Nəyə görə elitada çıxış etmək istrəmədiz?
- Fikrimcə, bu sual mənə aid deyil. Biz iş icraçısıyıq. Belə qərarlar rəhbərlik səviyyəsində verilir. Ancaq onu da bildirim ki, bu komanda yığılan vaxt qarşımıza “mütləq elitaya yüksəlməlisiz” məqsədi qoyulmamışdı. Sadəcə, bizə gələcək üçün komanda formalaşdırmaq deyilmişdi. Yenə deyirəm, biz icraçıyıq və bizə nə desələr, ona əməl edirik.
- Rəhbərliklə görüşüb bu haqda söhbət etmisiz?
- Rəhbərliklə istər oyundan əvvəl, istərsə də sonra müntəzəm görüşürük. Müəyyən səbəblərdən görüş alınmayanda telefonla danışırıq. Elita variantı gündəmdə olmadığından bu məsələ ətrafında heç bir müzakirə aparmamışıq. Amma gələcəklə bağlı söhbətlərimiz olub. Bəzi məsələlərə görə mənim də fikirlərim onlar üçün maraq kəsb edib. İnşallah, mövsüm başa çatandan sonra, yəqin ki, bir daha görüşüb fikir mübadiləsi aparacağıq. Həmin toplantıda klubun gələcək strategiyasını müəyyənləşdirəcəyik.
- Sözlərinizdən belə başa düşmək olar ki, “Sabah” növbəti mövsüm elitada olmayacaq və yeni “futbol ili”ndə də birinci dəstədə çıxış edəcək.
- Sabah nəyin necə olacağını deyə bilmərəm. Ancaq hazırkı durum bundan xəbər verir. Çempionat başa çatandan sonra klubun gələcək fəaliyyəti barədə danışmaq olar.
- Həm çalışdırdığınız komanda, həm də siz ilk dəfə birinci divizionun həyəcanını yaşadız. Aşağı dəstə haqda hansı fikirdəsiz?
- Öncə özümlə bağlı danışmaq istərdim. Bildiyiniz kimi, məşqçi kimi yığmada və elitada çalışmışam. Ancaq cari mövsümdən etibarən məşqçi karyeramda ilk dəfə birinci divizionda işlədim. Bəribaşdan deyim ki, bu mənim üçün çox böyük təcrübə oldu. Ola bilsin, aşağı dəstədə peşakarlıq premyer-liqadan bir qədər geri qalır. Ancaq mübarizə baxımından gərginlik son həddə olub. Fikrimcə, elitada top qovmaq istəyən bütün gənc futbolçular “bərkimək” üçün mütləq birinci divizion təcrübəsi keçməlidi. Bəzən elə matçlar oldurdu ki, son saniyələrə qədər meydanda “vuruşmaq” lazım gəlirdi. Bu da istər-istəməz futbolçuda xarakterin formalaşmasına yardım edir. Çempionatın ümumi səviyyəsinə gəlincə, 6 komandanın mükafatçılar sırasına düşmək üçün sona qədər mübarizə aparması çox şeydən xəbər verir. Düzdü, “Sabah” bir qədər qeyri-sabit çıxışla yadda qaldı. Buna baxmayaraq, komandamın çıxışını normal qiymətləndirə bilərəm.
- Mükafatçılar sırasına düşməyi bacarmayan komandanın çıxışını normal dəyərləndirirsiz?
- Unutmayın ki, “Sabah” çempionatın startına 15-20 gün qalmış yığılan komandadı. Buna görə də ilk dövrədə bəzi çətinliklərlə üzləşdik. Nəticələrimiz o qədər də ürəkaçan olmadı. Liderlər qrupundan çox aralı düşmüşdük. Ancaq qış fasiləsində heyəti gücləndirdik və ikinci dövrədə toplanan xalları nəzərə alsaq, ilk “üçlük”dəyik. Bundan da yaxşı ola bilərdi. Ancaq yeni transferlərimiz ikinci dövrənin startına bir həftə qalmış komandaya qoşulduğundan oyun planında bir qədər axsadıq. Bu yöndə çatışmazlıqlar turdan-tura aradan qalxınca, uğurlu nəticələrə imza atmağa başladıq.
- Qışdan sonra rənglərinizə bağladığınız futbolçuların, demək olar ki, hamısı elita təcrübəsi olanlar idi. Mövsüm başa çatandan sonra heyəti qoruyacaqsız, yoxsa yeni oyunçular axtarışına çıxacaqsız?
- Növbəti mövsüm üçün qarşıya ciddi məqsəd qoyulsa, heç şübhəsiz, indiki heyətin əksər üzvlərini saxlayacağıq. Artıq düşündüyüm komandanın 60-70 faizi qurulub. Bəzi axsayan mövqelər var ki, onu da mövsümlərarası fasilədə gücləndirib çempionluq uğrunda mübarizə aparmaq olar. Ancaq yenə deyirəm: bu məndən asılı olan məsələ deyil. Hər şey rəhbərliyin verəcəyi qərarlardan asılıdı.
- Rəhbərlik iddialı yox, ortabab komanda görmək istəsə, Arif Əsədov “Sabah”da qalmağa üstünlük verəcək, yoxsa qarşısına daha ciddi hədəflər qoyan klubu çalışdırmaq istəyəcək?
- Gəlin hadisələri qabaqlamayaq. Mövsüm başa çatandan və rəhbərliklə görüşdən sonra bu haqda danışa bilərik. İndi nəsə desəm, bu reallıqdan çox ehtimallara söykənəcək. Növbəti mövsüm üçün məqsəd, hədəf məlum olandan sonra mən də mövqeyimi ortaya qoyacam. Eyni sözlər bu gün komandanın düşərgəsində yer alan, premyer-liqa təcrübəsi olan futbolçulara da aiddi.
- Cari mövsümdə “Xəzər” çempionluğu bayram etsə də, premyer-liqaya yüksəlməsi sual altındadı. Sizcə, idman prinsiplərinin pozulması düzgündü?
- Əvvəlcə fürsətdən istifadə edib “Xəzər”in rəhbərliyini, məşqçilər korpusunu və futbolçularını çempionluq münasibəti ilə təbrik edirəm. Onlar inanılmazı gerçəkləşdirməklə hamını yaxşı mənada təəccübləndirdi. O ki qaldı idman prinsiplərinin pozulmasına, AFFA-nın baş katibi Elxan Məmmədovun bu mövzuda açıqlaması ilə tanışam. AFFA ölkədə futbolun inkişafında, normal çempionatın keçirilməsində maraqlıdı. Xatırlayırsızsa, bir neçə il öncə “Araz Naxçıvan” premyer-liqaya vəsiqə qazansa da, ikinci dövrənin əvvəlində çempionatdan imtina etdi. Bu isə Azərbaycan futbolu adına heç də müsbət hal sayıla bilməz. UEFA belə məsələlərə həssas yanaşır. Odu ki, Elxan müəllimin “bizə komanda yox, klub lazımdı” sözü ilə mən də razılaşıram. Bununla “Xəzər”in əməyini kiçiltmək istəmirəm. Onlar layiqli çempion oldular. Ancaq baş katibin sözündə həqiqət var.
- Növbəti mövsümdən əvəzedici komandaların birinci divizionda çıxış etməsi ideyasına da münasibət bildirməyinizi istərdik.
- Bu haqda indidən hansısa fikir bildirmək tezdi. Hələ ortada konkret heç nə yoxdu. Olsa belə, bunu normal qarşılayacam. Çünki bu təcrübə Avropanın aparıcı futbol ölkələrində sınaqdan keçirilib və effektli olduğunu göstərib. Gənclərin “böyüməsi” üçün əla imkandı. Yuxarıda qeyd etdiyim kimi, qarşısına elitada top qovmaq məqsədi qoyan gənclər və yeniyetmələr üçün birinci divizion əsl sınaq meydanıdı. Burda futbolçudan ağıl və texnika ilə yanaşı, əzmkarlıq, cəsarət də tələb olunur. Elə oyunlar olur ki, bacardığından artığını ortaya qoymalısan. Yeri gəlmişkən, onu da bildirim ki, əvvəlki illərdən fərqli cari mövsümdə birinci divizionda xoşagəlməz söz-söhbətlərə yer olmadı. Xüsusilə qışdan sonra hər bir komanda xal uğrunda sona qədər mübarizə apardı. Bu da “yuxarılar”ın aşağı dəstəyə daha çox diqqət ayırmasından irəli gəldi. Belə davam edəcəyi təqdirdə ölkə futbolu zərərli mikroblardan təmizlənəcək və inkişaf edəcək.
RƏŞAD
cipla cialis online <a href="http://cialisonl.com/#cialis-for-daily-use">cialis online</a>
cialis generic cialis online
silagra <a href="http://viagravipsale.com/ ">Viagra uk</a>
buy cheap generic viagra Viagra generika
acheter du cialis a geneve http://cialisonl.com/
viagra dosage http://viagrayosale.com/#viagra-5mg

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi 23-05-2018, 11:02 Mövsümün son turu qonaqları güldürdü 23-05-2018, 11:00 Qurban Qurbanov 27 futbolçuya dəvət göndərdi 23-05-2018, 10:59 Çempion kubokuna qovuşdu 23-05-2018, 10:57 “Qarabağ”ın “qızıl”ı penaltiylə ağır gəldi 23-05-2018, 10:54 “Qarabağ” “Cümhuriyyət turniri”nin qalibi oldu 23-05-2018, 10:52 “Alfa Liqa”nın qalibi üçün kubok İtaliyada hazırlanıb 22-05-2018, 16:42 Yığmanın sabiq üzvü ev tikib satmaqla məşğuldu 22-05-2018, 16:40 “Araz-Naxçıvan” finaldan kənarda qaldı 22-05-2018, 16:39 “İmarət Tayfa” “Qəbələ” ilə oyuna xüsusi hazırlaşmayıb 22-05-2018, 16:37 Adil Nadirov “Qarabağ”dan inciyib 22-05-2018, 16:35 Ayxan Abbasov “Zirə”də qalacaq 22-05-2018, 16:31 Samir Abasov istefa verdi 22-05-2018, 16:28 Sumqayıtlıların Avroliqa arzusu puç oldu 22-05-2018, 16:21 “Keşlə”ni sevindirən mənasız qələbə 22-05-2018, 16:18 “Sumqayıt” strategiyanı dəyişməyəcək 22-05-2018, 16:16 Ömər Paşayevin sağlıq durumunda ciddi problem var 22-05-2018, 16:15 Amit Kosovo çempionu oldu 22-05-2018, 16:11 “Bürünc” “İçəri Şəhər”in oldu 22-05-2018, 16:08 AHF prezidenti Qlazqoya yollanacaq 22-05-2018, 16:06 MOİK Moskvada uğurlu çıxış etdi Bütün xəbərlər
Ən çox oxunanlar