30 apr 14:17divizion

“Xəzər” 19 xallıq fərqi əridib zirvəyə yüksəldi

“Xəzər” 19 xallıq fərqi əridib zirvəyə yüksəldi
“Quba, gözlə, gəlirik”
Birinci divizionun 25-ci turunda bütün diqqətlər “Qaradağ Lökbatan” – “Xəzər” matçına yönəlmişdi. Meydan sahibləri qələbə qazanacağı təqdirdə çempionluq yolunda önəmli addım atacaqdı. Qonaqlar isə 3 xal əldə edəcəyi halda qəsəbə təmsilçisini taxtdan salacaqdı.
Hər iki komandanın oyuna ciddi yanaşdığı ilk dəqiqələrdən hiss olunurdu. Risk etmək istəməyən rəqiblər matçın ilk 10 dəqiqəsini “kəşfiyyata ayırıb”, qarşı tərəfin zəif mövqelərini üzə çıxarmağa çalışırdı. Bunu isə qonaqlar daha tez bacardı. Elşad Əhmədovun yetirmələri meydan sahiblərinin sol cinahının axsadığını görüb hücumları daha çox bu istiqamətdən qurmağa başladı. Artıq 12-ci dəqiqədə Ağaseyid Qasımovun qoruduğu qapı önündə təhlükəli epizod yaşandı. Novruz Məmmədov rəqib müdafiəçidən sıyrılıb cərimə meydançasına ötürmə etsə də, komanda yoldaşlarından heç kim topa toxuna bilmədi. Oyuna nəzarəti ələ keçirən qonaqlar vaxt ötdükcə meydan sahiblərinə daha gərgin anlar yaşatmağa başladı. 26-cı dəqiqədə müdafiəçilərin köməyinə gələn Sabir Allahquliyev təhlükəli cərimə zərbəsini dirəyin yaxınlığından uzaqlaşdırmaqla yadda qaldı. Qonaqların üstünlüyü şəraitində keçən ilk yarıda qəsəbə təmsilçisinin daha çox əks-hücumlara bel bağladığını görmək olardı. Lökbatanlılar bilirdilər ki, “Xəzər” qol vurmaq üçün irəli atılacaq və bundan da yararlanıb onları cəzalandırmaq mümkündü. Ancaq meydan sahiblərinin məşqçilər korpusu deyəsən, onu nəzərə almamışdlar ki, əks-hücum heyətdə sürətli oyunçular yer alanda səmərəli olur. “Qırmızı-qaralar”da isə belə futbolçular gözə dəymədi. Əvəzində 32-ci dəqiqə “Xəzər” hesabı açmağa müvəffəq oldu. Novruz Məmmədovun cinahdan növbəti asması zamanı müdafiəçilərin boş buraxdığı Elvin Rəhimzadə topu sinəsi ilə saxlayıb ram etdikdən sonra qüvvətli zərbə ilə toru silkələdi. Məyus olan Ağaseyid isə komanda yoldaşlarına olan qəzəbini dirəkdən çıxdı. Qolkiper ayağı ilə dirəyə elə zərbə vurdu ki, stadiona toplaşan azarkeşlər belə həmin səsə reaksiya verdilər. Qapısında qol görən meydan sahibləri artıq geri çəkilməyin mənasının qalmadığını görüb, bir qədər fəallaşdılar. Bu da bəhrəsini verdi. 40-cı dəqiqədə “qırmızı-qaralar”ın “vuran ayağı” olan Allahquliyev mövsümdə 11-ci qolunu vurmaqla yadda qaldı. Bu yerdə onu da qeyd edək ki, Sabir fərqlənən zaman açıq-aşkar oyundankənar vəziyyətdə idi. Ancaq nədənsə, laysman “Xəzər”in müdafiəçisindən azı yarım metr öndə olan forvardın mövqeyini düzgün qiymətləndirmədi. Beləliklə, ilk yarı “sülh”lə başa çatdı.
Fasilədən sonra isə artıq meydan bir komanda var idi. Oyunun əsas qəhrəmanı olan Bəxtiyar Soltanov və yoldaşları Həbib Ağayevin komandasına əsl futbol dərsi keçdi desək, yanılmarıq. Novruz Məmmədov – Bəxtiyar Soltanov tandemi lökbatanlılara əsl başağrı olmuşdu. Düzdü, bir saatın tamamında meydan sahibləri Ruslan Tağızadə ilə hesabda önə çıxmağa yaxı oldu. Elvin Adışirinli ideal ara ötürməsi ilə Ruslanı Tərlan Əhmədli ilə duelə yollansa da, ikincinin inamlı oyunu Tağızadənin qol arzusunu ürəyində qoydu. Bir dəqiqə sonra oxşar vəziyyət “qırmızı-qaralar”ın qapısı önündə yaşandı ki, bu dəfə Ağaseyid Bəxtiyarın fərqlənməsinə imkan vermədi. Buna baxmayaraq, 63-cü dəqiqədə qonaqlar növbəti dəfə meydan sahiblərini meydanın mərkəzinə dəvət etdilər. Bəxtiyarın qapıya paralel ötürməsini Rəhimzadə bir toxunuşla tora qovuşdurdu. Geriqə qalan turlarda cəmi bir dəfə adını tabloya yazdıran 21 yaşlı futbolçu dubl etməklə çox vacib qarşılaşmada diqqət mərkəzinə düşməyi bacardı. İkinci qoldan sonra da həmlələrini davam etdirən Əhmədovun komandası 5 dəqiqə sonra hesab arasındakı fərqi artıra bilərdi. Ancaq Tural Qürbətovun zərbəsi əvvəlcə müdafiəçiyə, ardınca isə dirəyə tuş gəldi. Matçın son dəqiqələrində bütün komanda ilə irəli atılıb, heç olmasa heç-heçə etmək istəyən “Qaradağ Lökbatan” müdafiəni unudunca bunun acısını çəkdi. Əsas vaxta artırılmış dəqiqələrdə Bəxtiyar oyunda son nöqtəni qoydu – 3:1.
Bu qələbə ilə zirvəyə yüksələn “Xəzər” bəlkə də bundan sonra Azərbaycan futbolu tarixində heç bir komandanın bacarmayacağı ilkə imza atmış oldu. Belə ki, komandalar qış fasiləsinə yollananda həmin an lider olan Lökbatan təmsilçisi ilə arada 19 xallıq fərq var idi. Ancaq göründüyü kimi, Elşad Əhmədovun yetirmələri çempionatın ikinci yarısında inamlı oynamaqla nəinki fərqi aradan qaldırmağı, hətta sona iki tur qalmış taxta çıxmağı bacardı. Yeri gəlmişkən, “Xəzər”in premyer-liqaya yüksələcəyi halda Qubanı təmsil edəcəyi xəbəri komandanın azarkeşlərinin də marağına səbəb olub. Bu üzdən Lökbatanda baş tutan qarşılaşmada azarkeşlər üzərinə “Quba, gözlə, gəlirik!” yazılmış pankart açdılar.
Matçdan sonra “Xəzər”in baş məşqçisi Elşad Əhmədov jurnalistlərə açıqlamasında bunları deyib: “Qış fasiləsinə kimi "Qaradağ Lökbatan" bizdən 19 xal irəlidə idi. Sonradan bu komandada nə baş verdiyini bilmirəm. Ümumilikdə komanda kimi oynayırlar, oyun görünür. Sadəcə, rəqibdə də bəxtsizlik özünü göstərir. Sağ olsun futbolçularımız, meydanda sonadək mübarizə apardılar. Fikirləşdiklərimizi 85-90 faiz həyata keçirdilər. Nəticədə qalib gəldik. Azarkeşlərimizi təbrik etmək istəyirik. Bizə dəstək olan bütün "Xəzər"sevərləri təbrik edirəm. Bilirdik ki, "Qaradağ Lökbatan" təzyiq edəcək. 1:0 hesabıyla qalib gəldiyimiz ilk qarşılaşmada da rəqib ikinci hissədə təzyiq etmişdi. Onların pressinqi güclü idi və bundan çıxa bilmirdik. Ancaq 2 gün bunun üzərində işlədik və arxadan oyunu qurmuşduq. Futbolçularla söhbətimiz oldu. Söz verdik ki, çıxıb qalib gələcəyik. Futbolçularımız deyirdilər ki, 3:1 hesabıyla qalib gələcəyik. Onlardan soruşa bilərsiz, deyirdilər ki. 2 top vuracağıq, narahatlığa əsas yoxdu. Son oyunlarımızın ən maraqlısı ikinci hissədə oldu. Meydanın bərbad olması müdafiədən oyun qurmağımıza problem yaradırdı. Qapıçızmız da qazona görə topun tullandığını dedi. Ev oyunlarını keçirdiyimiz "İnter Arena"da belə problemlə üzləşmədiyimizdən, rahat oynaya bilirik. Bu gün meydandan narazı qalıdm. Ancaq maraqlı futbol oldu. Sonda qalib gəldik, komandamı təbrik edirəm. Biz yığışanda "Qaradağ Lökbatan"a çatmağı yox, fikirləşirdik ki, premyer-liqa üçün normal komanda düzəldək. Ancaq bu o demək deyil ki, bütün işlərimiz normaldı, elita üçün yüz faiz hazırıq. Liderə çatmaq, yer tutmaq haqda düşünmürdük. Yolumuza davam edirik. Allahın köməyi, futbolçularımızın səyi ilə son 2 oyunu da uğurla başa vuracağımıza inanıram”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
15-06-2018, 14:55 Yığmanın daha bir üzvü A seriyasında 15-06-2018, 14:53 “Neftçi”də oynamaq Turalın uşaqlıq arzusu imiş 15-06-2018, 14:51 Türk Hava Yolları “Neftçi”nin sponsoru olacaq 15-06-2018, 14:50 Əsgər Abdullayev yenidən “Araz Naxçıvan”da 15-06-2018, 14:48 Maksimov dörd yeni legioner tələb edir 15-06-2018, 14:14 “Kəpəz”də maaş gecikməsi və dağılmaqda olan uşaq komandaları 15-06-2018, 14:12 “Qarabağ” Qurban Qurbanovsuz başladı 15-06-2018, 14:11 Eldəniz Yusifov "Keşlə"də 15-06-2018, 14:10 Yığmanın sabiq baş məşqçisi İtaliya çempionu oldu 15-06-2018, 14:09 “Heydər Əliyev kuboku”na start verildi 15-06-2018, 14:07 Legionerlərimizin 2017/18 mövsümü 15-06-2018, 14:04 Yeni mövsümün ilk püşkü atıldı 15-06-2018, 14:03 Nail Kərimov U-15 və U-17-nın çıxışını dəyərləndirdi 15-06-2018, 14:00 “Sumqayıt” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü 15-06-2018, 13:58 Ötən mövsümün “dil pəhləvanları” 15-06-2018, 13:54 “Çaynataun” mundial üçün şərhçiləri bir araya gətirdi 15-06-2018, 13:52 “Xan Lənkəran”ın Direktorlar Şurası yaradıldı 15-06-2018, 13:50 “Qəbələ” Qəbələdə hazırlığa başladı 14-06-2018, 00:18 Taekvondo yığmamızın əcnəbiləri böyük pullar qazanır 14-06-2018, 00:15 “Neftçi” yeni təyinatları açıqladı 14-06-2018, 00:13 “Keşlə” Kamranla Vaqifi də razı saldı 14-06-2018, 00:04 Şəmsəddin Abbasov səfər təəssüratını bölüşdü 14-06-2018, 00:02 Yığma Millətlər Liqasına nə dərəcədə hazırdı? 14-06-2018, 00:00 Mütəxəssislər favoritlərini açıqladılar 13-06-2018, 23:59 FİFA iyuldan yenilik edəcək 13-06-2018, 23:58 “Qəbələ” Sloveniyaya yollanacaq 13-06-2018, 23:56 Nazim Süleymanov özünə köməkçi tapa bilmir 13-06-2018, 23:54 Kərim Diniyev son 6 ayı özü üçün itirilmiş sayır 13-06-2018, 23:53 Samir Əliyev Ukraynadan döndü 13-06-2018, 23:51 Elnur Həmidov “Sabah”ın mətbuat katibi oldu 13-06-2018, 23:50 "Səbail" Ruslan Qurbanovu transfer etdi 13-06-2018, 23:49 Yığma üzvü İtaliya klubuna keçir 13-06-2018, 23:48 Yana DÇ-də millinin əsas heyət üzvü olmaq istəyir 13-06-2018, 23:47 Sponsorların havaya sovrulan pulları rəqəmlərin gözündə 13-06-2018, 23:45 Daha 6 iştirakçı müəyyənləşdi 13-06-2018, 23:44 "Zirə" Bolunu seçdi 13-06-2018, 23:42 Ramin Musayev kubokun finalına çəkilən xərci “Futbol+”ə açıqladı 12-06-2018, 00:29 Famil Ağayev Sofiyada qazanılmayan setə görə təəssüflənir 12-06-2018, 00:25 Zəkiyyə Həsənovadan növbəti rekord 12-06-2018, 00:24 Samir Abasov iki elita klubunun təklifini geri çevirib 12-06-2018, 00:21 “Keşlə” iyunun 23-də Türkiyəyə gedəcək 12-06-2018, 00:19 Patelaynen yetirmələrinin qüsurlarını sadaladı 12-06-2018, 00:18 Yığma qazaxlara məğlubiyyəti Riqada unutdurdu 12-06-2018, 00:16 Vüqar Əsgərovu məşqçisi və komanda yoldaşları təbrik edib 12-06-2018, 00:14 “Milli dəstə” yığmadan razı, bəzi futbolçulardan narazı qalıb 12-06-2018, 00:06 Doroşev yığmamızı “Real”a bənzətdi 12-06-2018, 00:04 “Mən özüm də kiminsə yerinə gəlmişdim” 12-06-2018, 00:03 Slavik Alxasov millidə oynamamasının səbəbini bilmir 11-06-2018, 23:50 "Traktorsazi"də Toşak dönəmi başladı 11-06-2018, 23:44 “Haqlı hesab etmirdisə, topu çölə vurmaq olardı” 11-06-2018, 23:42 Rəşad Sadıqov toplanışa yekun vurdu 11-06-2018, 23:40 Şehiç Türkiyə superliqasında? 11-06-2018, 23:39 Nazarov əlavə vaxt istəyəcək 10-06-2018, 13:39 Avropa Liqasından çıxan nəticə 10-06-2018, 13:37 Ramil Quliyev Norveçdə hamını qabaqladı 10-06-2018, 13:35 Eldəniz Yusifov da "Neftçi"dən getdi 10-06-2018, 13:34 “Neftçi” Bordini ictimaiyyətə təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar