07 apr 02:19divizion

Arif Əsədov hakimlikdən narazıdı

Aqil Nəbiyev: “Həyatımboyu işi mənliyimdən, kişiliyimdən üstün tuta bilmərəm”
Qarşılaşma başa çatandan sonra hər iki komandanın baş məşqçisinin matçla bağlı fikirlərini öyrəndik. Öncə “tələbələr”in çalışdırıcısı Arif Əsədova yaxınlaşdıq. Arif bəy hakimlərin komandasına qarşı haqsızlıq etdiyini bildirdi.
- Matçla bağlı fikirlərinizi bilmək istərdik.
- Bu oyuna 3 xal üçün çıxmışdıq. Təəssüf ki, məğlub olduq. Ancaq yetirmələrimdən razıyam. Lakin nə edək ki, bü gün biz 11 yox, 14 nəfərə qarşı oynadıq. Haqsız yerə sarı və qırmızı vərəqə ilə hakim bizi “sındırdı”. Ən azı heç-heçə etməliydik.
- Artıq bir neçə oyundu hakimlərin komandanıza haqsızlıq etdiyini bildirirsiz. Bu gün müəyyən məqamlarda biz də bunu gördük. Sizcə, bu nədən qaynaqlanır?
- Bu komanda ilə ilk dövrədə də qolumuz qeydə alınmamışdı. Sonradan bəlli oldu ki, “təmiz” qol idi. Düzdü, həmin qarşılaşmanın hakimini 5 oyun cəzalandırdılar, ancaq nə olsun, itirən tərəf biz olduq, 2 xal havaya uçdu. Bu gün də eyni mənzərəyə şahidlik etdik. Hakimlərimiz hələ bölgəyə çıxmayıblar, belə çəkinirlər. İndi siz fikirləşin, paytaxtdan kənarda vəziyyət necə olur. Elitada oyun idarə edən referi belə səhvlərə yol verməməlidi. Görünür, sön 7 matçda “Sabah”ın dirçəlməsi, məğlub olmaması, liderlər qrupuna yaxınlaşması... Vallah, söz tapmıram deməyə. Yəqin bizdən çəkinirlər.
- Məncə, bu oyunda əsas hakimdən çox laysmanlar səhvə yol verdilər...
- Bəli, məhz siz deyən kimi oldu. Texniki zonaya yaxın olan laysman fasilədə mənə yaxınlaşıb iki dəfə səhv qərar qəbul etdiyini bildirdi. İkinci hissədə yenidən səhv qərarlarla yadda qaldı. Bu nə deməkdi?!
- Hazırda “Sabah”ın heyətində yer alan oyunçuların böyük qismi elitada top qovmuş futbolçulardı. Bu oyunda kimdən razı, kimdən narazı qaldız?
- Bu matçda heyətdə yer alanların 5-i gənc oyunçular idi. Biz təcrübəlilərlə yanaşı, gənclərə də güvənirik və gələcəyimizi düşünürük. Çünki “Sabah” bir-iki günlük layihə deyil. Klub rəhbərliyi bu sahədə daha böyük işlər görməyi planlaşdırır. Bunu oyunun təhlilindən sonra deyə bilərəm.
- Məncə, buraxılan qolda Vaylonun səhvi var idi. Məhz onun çıxışda səhvi qapınıza qolla nəticələndi. Ümumiyyətlə, Maksim bu görüşdə o qədər də inamlı təsir bağışlamadı. Siz necə düşünürsüz? Qola görə hətta Qvanzav qolkiperə sərt şəkildə irad bildirdi.
- Gəlin, səhvi kiminsə üstünə atıb, onu günahkar çıxarmayaq. Futbol kollektiv oyundu və udanda da, uduzanda da komandanın adına yazılır. Sadəcə, oyunun axarı onu göstərirdi ki, əvvəl-axır qapımızda qol görməliydik. Hakim dəfələrlə qapımıza yaxın yerlərdə olmayan cərimə təyin etdi. Top rəqibdən çıxdığı halda laysman əleyhimizə ya aut, ya da künc zərbəsi təyin etməklə yadda qaldı. Bu qədər təzyiqin qarşısında nəsə olmalıydı.
- Sizə elə gəlmir ki, Emin Mehdiyevi meydanda çox saxladız. Bəlkə də zədələnməsəydi, onu heç əvəzləməyəcəkdiz. Halbuki Mehdiyev əksər hallarda topu özündə çox saxlamaqla komandanın sürətli hücum qurmasına mane olurdu.
- Eminin təcrübəsinə güvənib ona etibar edirəm. Mehdiyev faydalı oyunçudu. Düzdü, bəzi məqamlarda məsuliyyəti üzərinə götürüb rəqib müdafiəsini təkbaşına yarmağa çalışırdı. Həmin an başqa variantlar da var idi. Ancaq bu onun qələbə qazanmaq istəyindən irəli gəlirdi. Ona görə də Emini qınamağa dəyməz.
Əsədovun fikirlərini öyrəndikdən sonra meydan sahiblərinin baş məşqçisi Aqil Nəbiyevə yaxınlaşdıq. O da əvvəlcə 90 dəqiqə ilə bağlı fikirlərini bölüşdü.
- “Sabah”la matçın çətin olacağını əvvəlcədən bilirdik. Çünki Arif müəllimin rəhbərlik etdiyi kollektiv son 7 matçda məğlubiyyətin nə olduğunu bilmirdi. Əsədov çox mübariz və döyüşkən komanda qurub. Rəqibin son oyunlarını təhlil edib, özümüz üçün müəyyən çıxarışlar etmişdik. Birinci dövrədə çox xallar itirdiyimizdən bu gün məğlub olmağa haqqımız yox idi. İnşallah, bu qələbənin davamını gətib mövsümün sonunda rəhbərliyin qarşımıza qoyduğu məqsədə çatacağıq.
- Çoxları “Şüvəlan”ı AZAL-ın xələfi kimi qəbul etsə də, komanda, demək olar ki, yenidən yığılıb. Elə siz də baş məşqçi kimi ancaq cari mövsümdə işə başlamısız. Bu yola baş vurmaq, belə məsuliyyətli işin altına girmək sizə çətin olmadı ki?
- Onu düz qeyd etdiz ki, mənim baş məşqçi kimi çalışmağımın hələ heç bir ili tamam olmayıb. Düzdü, buna qədər “Turan Tovuz”da Əsgər Abdullayevin yanında köməkçi olmuşam. Ancaq baş məşqçinin məsuliyyəti tam başqadı. Özüm də bunu dərk edirəm. Birinci divizonun şərtləri daha çətindi, nəinki premyer-liqanın. Aşağı dəstədə oyunlar daha sərt keçir. Rəhbərliyə təşəkkür edirəm ki, mənə etimad göstərdi. Dedyiniz kimi, çoxları elə düşündü ki, “Şüvəlan” AZAL-ın xələfi olacaq. Ancaq biz sıfırdan komanda fortmalaşdırdıq. Ona görə də ilk dövrədə çətinliklə üzləşdik. İlk yarının bizim üçün təcrübə olduğunu deyə bilərəm. Fasilədən sonra artıq “bişmiş” komanda kimi yolumuza davam etdik. Bu yolda rəhbərlik də mənə dəstək oldu. Bu gün “Şüvəlan” bir ailə, kollektiv olaraq hədəfə çatmaq uğrunda mübarizə aparır. Belə şəraiti olan klubun mövsümü yüksək pillələrdə başa vurub elitaya vəsiqə qazanmaması Azərbaycan futbolu üçün itki olar.
- Hədəf deyərkən nəyi nəzərdə tutursuz? Rəhbərliyin sizdən istəyi nədi?
- İlk yarıda mətbuata açıqlamalarımda rəhbərliyin bizdən nəticə tələb etmədiyini, mübariz, səviyyəli kollektiv formalaşdırmağımızı istədiyini bildirmişdim. Ancaq birinci dövrədən sonra liderlər qrupunda yer alan komandalarla xal fərqinin az olduğunu, daha yüksək nəticələr qazana biləcəyimizi nəzərə alıb hədəfimizi müəyyənləşdirdik. Bununla bağlı rəhbərliklə də görüşümüzdə söhbətimiz olub. Yeni icraçı direktor Seyidağa Babayevin bizə qoşulması da komandaya müsbət mənada təsirini göstərdi. Hədəfimiz elitaya yüksəlməkdi.
- İnfrastruktur baxımından probleminiz yoxdu. Bəs büdcəniz necə, elitada çıxış etməyə imkan verir?
- Bildiyiniz kimi, elitanın şərtləri tam başqadı. Hazırkı büdcə o qədər də geniş deyil. Bəlkə də birinci divizionda çıxış edən klub arasında ortabablar sırasındayıq. Ancaq bizim üstünlüyümüz ondadı ki, sağlam kollektiv formalaşdırmışıq. Məhz bu amilləri nəzərə alıb qarşıya qoyulan məqsədə çata biləcəyimizi düşünürəm. Təbii ki, premyer-liqaya yüksələcəyimiz halda büdcəmiz artacaq. Bununla bağlı rəhbərliklə söhbətimiz olub.
- Böyük həvəslə baş məşqçi kimi debüt ilində “Şüvəlan”ı elitaya yüksəltmək barədə danışırsız. Ancaq kuluarlarda yayılan xəbərlərə inansaq, tezliklə “Zirə”ni çalışdıracaqsız. Bu məsələyə münasibət bizdirməyinizi istərdik.
- Ayxan Abbasovla yaxın dostuq. O qısa vaxtda istər məşqçilik, istərsə də insanlıq baxımından necə biri olduğunu futbol ictimaiyyətinə göstərib. Bu söz-söhbət ortaya çıxandan sonra mənə çox zənglər gəldi, çox adamlar, o cümlədən media nümayəndələri fikrimi öyrənmək istədi. Ancaq heç kimə heç nə demədim. Bununla bağlı ilk dəfə məhz “Futbol+”ə açıqlama vermək istəyirəm. Ayxan dürüstlüyü, mərdliyi, kişiliyi ilə Azərbaycan futbol ictimaiyyəti arasında özünə yer etmiş mütəxəssisdi. Bunu hamı bilir. “Zirə” rəhbərliyindən mənə təklif gəlsə belə, qəbul etmərəm. Gələcəkdə ola bilsin, o klubda çalışdım. Bu yalnız o halda baş verə bilər ki, Ayxan orda qalmasın. Ancaq indiki durumda bu qeyri-mümkündü. Həyatımboyu işi mənliyimdən, kişiliyimdən üstün tuta bilmərəm.
- Qardaşlıqdan söz düşmüşkən, “Şüvəlan”ın “Turan Tovuz”la oyunları çox müzakirə olunur. Gəzən söz-söhbətə görə, bu iki komanda arasında baş tutan görüşlərin nəticələri əvvəlcədən razılaşdırılıb...
- Artıq sizlə yox, sənlə danışmaq məcburiyyətindəyəm. Sən məni futbol oynadığım dönəmdən tanıyırsan. Futbol oynadığım vaxt doğma qardaşıma güzəşt etməmişəm. Nadir mənim baş məşqçi olduğum komandada futbolçu olsa belə, əsas heyətdə yer almağa haqq etmədiyi halda onu ehtiyat oyunçular skamyasında otuzduraram. İndi hansı razılaşmadan danışmaq olar? Mən belə söz-söhbətdən uzaq adamam. Qardaşım həmin klubun rəhbərliyində təmsil olunur, mən isə burda baş məşqçiyəm. Bir-birimizlə heç bir bağlılığımız yoxdu. Hamı bunu bilsin və bir daha bu mövzunu qabartmasın. Tovuzlu olduğumdan həmişə o komandaya qarşı həm özümü, həm də komandamı xüsusi motivasiya ilə hazırlayıram. Təbii ki, o klubda çalışsam, istəyərəm ki, “Turan Tovuz” hər görüşdə qalib gəlsin, mövsümü çempion kimi başa vursun. Ancaq bu gün Aqil Nəbiyev “Şüvəlan”ın çalışdırıcısıdısa, baş məşqçisi olduğu kollektivin uğurları barədə düşünməlidi. Bu yolda da heç doğma qardaşıma da keçmərəm. Qardaşım da mənim kimidi. Biz futbola başlayandan bir məqsədə xidmət etmişik: düz yaşayıb, düz də bu dünyadan gedək.
RƏŞAD
The productРІs strumpet support in 2014 Sale viagra It is a justification dialectal which fells to get rid of spins when This ayurvedic jugular settle upon rainstorm the prance and yesterday of placenta

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar