07 apr 02:17divizion

“Sabah” layiq olmadığı məğlubiyyətə üzüldü

“Sabah” layiq olmadığı məğlubiyyətə üzüldü
Raul Yaqubzadə laysmanı təhqir etdi
Dünən birinci divizionda 22-ci tura start verildi. Şüvəlandakı “AZAL Arena” da eyniadlı komanda “Sabah”ı qəbul edirdi. Hesabat turuna kimi 3-cü pillədə qərarlaşan “təyyarəçilər” qələbə qazanacağı təqdirdə birgünlük də olsa, 2-ci yerdə olan “Xəzər”i qabaqlamağı bacaracaqdı. Elə “tələbələr”ə də qələbə hava-su kimi lazım idi. Arif Əsədovun yetirmələri bu oyundan öncə 7-ci pillədə olmalarına baxmayaraq, “Şüvəlan”la aralarında fərq cəmi 4 xal idi. Liderlər qrupundan uzaq düşməmək üçün “tələbələr”in də meydana qələbə üçün çıxacağı gözlənilirdi. Onu da qeyd edək ki, “Sabah” son 7 turda məğlub olmamaqla elitaya iddiasını ortaya qoymağı bacarmışdı.
Oyuna gəlincə, ilk yarıda, demək olar ki, qapılar önündə yaddaqalan qol vəziyyəti yaranmadı. Ehtiyatlı oyuna üstünlük verən hər iki tərəf daha çox topa nəzarət etməyə çalışırdı. Yalnız hissənin sonlarına yaxın, daha dəqiq desək, 44-ci dəqiqədə qonaqların hücumçusu Raul Yaqubzadənin təxminən 25 metrdən zərbəsi dirəyə tuş gəldi ki, bunu da ilk hissənin ən real qol şansı kimi dəyərləndirmək olar. Ümumiyyətlə, ilk yarıda qonaqlar meydan sahibləri ilə müqayisədə daha istəkli görünürdülər.
Fasilədən sonra isə boş tribunalar qarşısında baş tutan qarşılaşmada canlanma yaşandı. İlk 45 dəqiqədə qorxaq futbola üstünlük verən komandalar artıq hücuma atılmaqdan çəkinmir, rəqib qapısına doğru daha kəsərli həmlələr edirdilər. Ancaq bu hücumların hamısı kor-koranə qurulurdu. Səviyyə baxımından aşağı dəstə ilə elita arasında kəskin fərqin olduğu açıq-aşkar sezilir. Daim birinci diviziondan premyer-liqaya çıxış olmadığını tənqid edib, idman prinsiplərinin pozulduğunu qeyd etmişik. Ancaq aşağı dəstənin iki iddialı komandasının oyununu izləyəndə, istər-istəməz AFFA və PFL rəhbərliyinin düzgün addım atdığını düşünürsən. Baxmayaraq ki, dünən meydana çıxan futbolçuların 80 faizi ötən il və ya ondan əvvəlki mövsümlərdə elita təmsilçilərinin heyətində top qovublar. “Sabah”ın qapısını qoruyan, dünən çıxışlarda çoxsaylı səhvlərlə yadda qalan, artıq çəkidən əziyyət çəkdiyi aşkar görünən Maksim Vaylo, bir neçə il öncə ölkənin ən perspektivli gənclərindən biri sayılan Elşad Manafov, “Neftçi”də və müxtəlif yaş qrupları üzrə yığmalarda çıxış etmiş Emin Mehdiyev, bir çox iddialı klubların şərəfini qoruyan Əziz Quliyev, AZAL-da inamlı oyunu seçilən Qvanzav Maqomedov, vaxtilə “Sumqayıt”da ulduzu parlayan, “Neftçi” və “Kəpəz”də oynayan Məhəmməd Qurbanov “tələbələr”in, Hüseyn Axundov, Orxan Səfiyaroğlu, Elvin Həsənəliyev, Eşqin Quliyev, Nuqzar Kvirtiya kimi oyunçular isə meydan sahiblərinin uğurları üçün tər töksələr də, gözlənilən, premyer-liqaya iddialı komandaları görə bilmədik. Əvəzində matçboyu aşağı dəstənin səviyyəsinə uyğun olaylara şahidlik etdik. Məsələn, qış fasiləsinə qədər premyer-liqada “Səbail”in şərəfini qoruyan, hazırda qeyd etdiyimiz kimi “Sabah”da çıxış edən Raul epizodların birində yerdə qalsa da, hakim davam işarəsi verdi. Buna qəzəblənən forvard üzünü laysmana tutaraq “suka, görmürsən ki, məni yıxdı” deyib, narazılıq etdi. Əslində Yaqubzadə narazılıq etməkdə haqlı idi, çünki həmin an doğrudan da rəqib futbolçu ona qarşı kobud oynamışdı. Ancaq bu əsas vermir ki, futbolçu hakimi təhqir etsin. Sonda onu da qeyd edək ki, 66-cı dəqiqədə matçın baş hakimi İnqilab Məmmədov qonaqları azlıqda qoydu. Əziz ikinci “sarı”ya görə meydandan qovuldu. Onu da bildirək ki, həmin an referi Quliyevə vərəqə verməyə də bilərdi. Çünki yarımmüdafiəçi o qədər də kobud oynamamışdı. Rəqibin azlıqda qalmasından yararlanan meydan sahibləri matçın sonuna yaxın qələbə qolunu vurmağa nail oldu. Kornerdən qapı önünə edilən asma zamanı Vaylonun kobud səhvindən yararlanan Elnur Səmədov toru silkələməyi bacardı.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 14:32 “Qarabağ” iyulun 14-də Qəbələyə yollanır Bu gün, 14:29 “Keşlə” Şamaxıya 11 günlük gedir Bu gün, 14:26 Kənarda qalanlar da məşqlərə başlamaq istəyir Bu gün, 14:24 Rövşən Binnətli “Yeni klinika”da müalicə alır Bu gün, 14:09 Firuz Abdulla “Tofiq Bəhramov”da Lövü itiribmiş... Bu gün, 14:05 “Sabah” Aleksey İsayevi transfer etdi Bu gün, 13:56 Lənkəranlı futbolsevərlər üçün acı və xoş gün Bu gün, 13:52 “Neftçi” “Qafqaz Sport”u seçdi Bu gün, 13:47 Xaricdəki legionerlərimiz: hərə bir şeyin dalınca qaçıb 10-07-2020, 15:16 “Şahdağ”ın prezidentinin futboldan anlayışı yoxdu 10-07-2020, 15:12 Kamran Ağayev Elxan Məmmədovla telefonda danışıb 10-07-2020, 15:10 Vaqif Sadıqov: “Namizədlər arasında yerli məşqçilərin adının olmasını məqsədəuyğun sayıram” 10-07-2020, 14:51 Böhranın BOS-a aidiyyatı yoxdu 10-07-2020, 14:49 Ruslanla “Keşlə” arasında qırğın davam edir 10-07-2020, 14:48 Üçü hazırdı, “Keşlə” fikrə dalıb 10-07-2020, 14:46 PFL dünən 90 medal təqdim etdi 10-07-2020, 14:44 “Avropaya yollanmaq variantı olsa, dəyərləndirəcəm” 10-07-2020, 14:41 Kamal Quliyev onu futbola qaytaranlara təşəkkür etdi 10-07-2020, 14:37 “Universitatya” Sezarın yolunu gözləmir 9-07-2020, 11:45 Rəhbərlik “Şahdağ”ın futbolçularının maaşını vermir 9-07-2020, 11:41 “Keşlə”nin Ruslan Qurbanova borcu yoxdu 9-07-2020, 11:40 Klublar Bakını tərk edəcəklər 9-07-2020, 11:38 Avrokuboka qatılanlar avqustda hazır olmalıdı 9-07-2020, 11:36 Avrokubok iştirakçıları önündə “yaşıl işıq yandırıldı” 9-07-2020, 11:34 Tural Bayramlı “Keşlə”dən pula görə ayrılıb 9-07-2020, 11:28 Prosineçkinin uğur formulu 9-07-2020, 11:27 Mahir uçacaq? Ay uçdu a... 9-07-2020, 11:24 Qəbələ avrokubok təmsilçilərini qarşılamağa hazırdı 9-07-2020, 11:21 “Sumqayıt”ın ispan məşqçisi vətəninə getmək istəməyib 9-07-2020, 11:19 “Zirə” gözləmə mövqeyindədi 9-07-2020, 11:17 Messi, “Real”, Nicat və ...acgöz bizimkilər 7-07-2020, 21:20 “Zirə” Turalla Şəhriyarı istəyir 7-07-2020, 21:18 “Qarabağ” rəhbərliyi ispanlara yardım əlini uzadıb 7-07-2020, 21:17 Bu gedişlə yığmanı yerli mütəxəssis çalışdıracaq 7-07-2020, 21:16 KİVDF-nin qərarı narazılıq doğurdu 7-07-2020, 20:53 “Təslim olsaq, bizim üçün faciə yaşanacaq” 7-07-2020, 20:50 “Sabah” Sopiçi yola saldı 7-07-2020, 20:49 İsayevə ən çox pul təklif edən “Sabah”dı 7-07-2020, 20:48 Zaur Həşimovun gedişi Məqsədi pis vəziyyətdə qoyub 7-07-2020, 20:46 “Keşlə” Ruslan Qurbanova çatacaq pulu vermir 7-07-2020, 20:44 Elmar Baxşıyev büdcənin təsdiqlənməsini gözləyir 7-07-2020, 20:41 Nicat ikinci qolunu vurdu 7-07-2020, 20:40 Şəmkirdə “Kəpəz”in futbolçularına yuxu dərmanı veriblər 7-07-2020, 20:37 AFFA və PFL əməkdaşları işə çıxa bilmirlər 4-07-2020, 12:32 Ramiz Mirzəzadə "İdman TV"ni "CBC Sport"a dəyişdi 4-07-2020, 12:24 “Azərbaycanda futbol öldü, qızım” 4-07-2020, 12:18 Məşqçilər Komitəsi Kinin namizədliyindən xəbərsizdi 4-07-2020, 12:14 “Keşlə”nin adı gələndə tüklərim biz-biz olur” 4-07-2020, 12:07 “Çempionatdakı nəticələr və Avroliqaya vəsiqə qazana bilməməyimiz qərarda rol oynamadı” 4-07-2020, 12:03 Miçel və Romero qardaşları İspaniyaya uçdu 4-07-2020, 09:23 “Sumqayıt” gərək “çox sağ ol, koronavirus” desin” 4-07-2020, 09:18 PFL təqvimin bir neçə variantı üzərində işləyir 4-07-2020, 08:55 “Futbol+”in “rəmzi yığma”sına 105 futbolçu düşüb 4-07-2020, 08:48 “Sumqayıt” Türkiyədən maska sifariş edəcək 4-07-2020, 08:45 “Forza Neftçi” Geryeyə ismarıc göndərdi 4-07-2020, 08:40 “Qarabağ”la anlaşan Gerye azarkeşlərə səsləndi 4-07-2020, 08:37 “Vəziyyət belə davam etsə, avrokuboklarda bizi son 10 ildə görmədiymiz uğursuzluq gözləyir” Bütün xəbərlər
Ən çox oxunanlar