07 yan 19:35divizion

“Zaqatala”nın yeni baş məşqçisi növbəti mövsümü hədəfləyib

“Zaqatala”nın yeni baş məşqçisi növbəti mövsümü hədəfləyib
Rüstəm Məmmədov: “Rayonda futbola əvvəlkitək maraq yoxdu”
Birinci divizionda mübarizə aparan “Zaqatala” hazırda 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Həqiqətən də ürəkağrıdan mənzərədi. Azərbaycan futboluna Qurban və Musa Qurbanov qardaşlarını, İlkin Qırtımov, Rüstəm Məmmədov, Aleksandr Şemonayev, Vüqar Mustafayev, Hacı Əhmədov kimi futbolçuları bəxş edən rayonun komandası bütün rəqiblərinə aşağıdan yuxarı baxır. Həmin bölgə ki, oranı təmsil edən “Simurq” 3 il əvvələ kimi premyer-liqanın nəhənglərinə başağrı sayılırdı. Hətta 2009-cu ilin yayında ölkəmizi UEFA kubokunda təmsil etməyə də imkan tapmışdı. Bəli, məhz “Simurq” dağılandan sonra Zaqatalada futbol məhv oldu. Olan-qalan 3-5 futbolçu da başqa komandalara üz tutdu.
Deyilənlərə inansaq, klub rəhbərliyi növbəti mövsümdən etibarən büdcənin artırılmasını, hədəfin böyüməsini planlaşdırır. Hətta bununla bağlı işlər indidən başlayıb. Dekabra qədər baş məşqçi olan İlqar Aslanovu əslən zaqatalalı, “Qəbələ”nin akademiyasında çalışmış Rüstəm Məmmədov əvəzləyib. Avqustda 34 yaşı tamam olacaq mütəxəssis birinci divizionda ən gənc məşqçi sayılacaq. Bu isə böyük məsuliyyət deməkdi. Dünən Məmmədovla söhbətdə həm özü, həm də “Zaqatala”nın gələcək planları ilə bağlı suallara cavab axtardıq.
- Baş məşqçi kimi çalışacağınızı bilirik. Təyinat rəsmiləşib?
- Bəli, rəsmiləşdi. Yanvarın 2-də klub rəhbərliyi ilə görüşdə bir çox suallara aydınlıq gətirdik, dünən isə müqaviləyə imza atdım. Artıq “Zaqatala”nın baş məşqçisiyəm.
- “Qəbələ”nin Futbol Akademiyasında çalışdığınızı bilirdik. Hansı yaş qrupuna cavabdehlik daşıyırdız?
- U-11-də idim.
- Sizcə, 11 yaşlılardan birbaşa birinci diviziona yüksəlmək riskli addım deyil?
- “Zaqatala”da oynayan-məşqçi idim, həm də uşaq futboluna nəzarət edirdim. Sonradan sırf məşqçiliyə başladım. Təxminən bir il idi “Qəbələ”də çalışırdım. Təkcə aşağı yaş qruplarında yox, təcrübəli komandada da müəyyən təcrübəyə sahibəm. Futbolçu olduğum dönəmdə Roman Pokora, Qyoko Hacievski, Georgi Çixradze kimi təcrübəli məşqçilərlə çalışmışam. Pis-yaxşı nələrisə öyrənmişəm, baş məşqçiliyin nə olduğunu bilirəm. Ona görə də hansısa ciddi risk görmürəm. “Qəbələ”də 11 yaşlılarla çalışırdım. Birinci diviziona yüksəlmək üçün pillə-pillə irəliləməliydim ki, bu da azı 4-5 il vaxt tələb edirdi. Həm də Zaqatala doğma rayonumdu. Burdakı işlərə, futbolçuların psixologiyasına bələdəm. Mənim üçün əla imkan yaranıb. Bundan sonra hər şey öz əlimdədi. Ən sevindirici məqam rəhbərliyin mənə olan inamı və dəstəyidi.
- “Qəbələ” rəhbərliyi “Zaqatala”ya keçidinizə qarşı çıxmadı?
- Xeyr, qətiyyən. Sağ olsunlar, vəziyyəti anlayışla qarşılayıb, gələcək karyeramda uğurlar arzuladılar.
- Hansı kateqoriyaya sahibsiz?
- B kateqoriyasına.
- B kateqoriyalı mütəxəssis baş məşqçi işləyə bilər ki?
- Birinci divizionda olar. Premyer-liqada isə minimum A kateqoriyası olmalıdı.
- Qarşınıza hansı hədəf qoyulub?
- Bu gün üçün bir nömrəli hədəf komandada olan futbolçuları növbəti mövsümə hazırlamaqdı. Onsuz da sonuncu pillədəyik, cəmi 4 xalımız var. Bundan sonra çempionluğa idda etmək mümkün deyil. Bu komandanı əlimizdəki “material”la gələn il üçün hazır vəziyyətə gətirməliyik.
- Sırf yerli futbolçularla?
- Bu dəqiqə komandada olanların 15 nəfəri yerli uşaqlardı, 4-5 nəfər də kənardan gələnlərdi. Belə deyim, 70-80 faizi zaqatalalılardı.
- Bu ay ciddi transferlər gözlənilir?
- Açığı, inanmıram. Bugünkü büdcə imkan vermir. Əsas məqsədim növbəti mövsümdə yaşı limitə uyğun gələn futbolçular arasında seçim etmək, “artırmalarına” kömək etməkdi. Gənc futbolçularla 6 ay işləyib nəsə etmək olar. Əsas problem limitlə bağlıdı. Maddi durum bir az yaxşılaşandan sonra təcrübəliləri dəvət etmək olar.
- Zaqatalalı gənclərin durumu necədi? Gələcəyə ümid etməyə dəyər?
- Qısaca belə deyim ki, rayonda futbola əvvəlkitək maraq yoxdu. Övladlarını futbola qoyan valideynlərin sayı azalıb. Bu da “Simurq”un tarixin yaddaşına köçməsinə görə oldu. Əvvəl valideynlər övladlarını böyük futbolda görmək istəyirdisə, premyer-liqada Zaqatala təmsilçisinin olmaması vəziyyəti qəlizləşdirib. “Simurq” dağılandan sonra “Daşqın” fəaliyyət göstərdi. Orda da şəraitsizlik, imkansızlıq idi. Həftədə 2-3 dəfə məşq etməklə futbolçunun yetişməsi gözlənilən effekti verə bilməz. Vəsait yox idi deyə, olan-qalan perspektivlilər də “Qəbələ”nin akademiyasına üz tutdu. Bu dəqiqə “Qəbələ”də 10-a yaxın zaqatalalı uşaq yetişir. Ən yaxşıları seçib aparıblar, ortababları hazırda bizdədi. Çalışıb onları yetişdirməliyik. Onların üstündə lazımi səviyyədə işləsək, yaxşı futbolçu olacaqlar. Klub rəhbərliyi həm də uşaq futboluna xüsusi diqqət yetirməli olduğumu da tapşırdı. Musa Qurbanov sağ olsun, uşaq futbolunun inkişafına şərait yaradır, xüsusi diqqət ayırır. AFFA-dan ayrılan vəsaitin əsasən uşaq futboluna xərclənməsinə çalışır.
- Yeri gəlmişkən, dekabrda Musa Qurbanov qəzetimizə verdiyi müsahibədə “Zaqatala”dan ayrılmaq istədiyini, hətta məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdüyünü də demişdi.
- Musa müəllimin hansı qərar verməsindən xəbərsizəm. Getmək istəyi ilə bağlı xəbəri də “Qəbələ”də işlədiyim vaxt mətbuatdan oxumuşdum. Ola bilsin, komandanın turnir cədvəlindəki mövqeyi onu özündən çıxarıb. Musa müəllimdi, həmişə lider olmağı, uduzmamağı xoşlayıb. “Zaqatala”dan ayrılacağına inanmaram. Onun gedişi Zaqatala futbolu üçün ciddi itki olar.
- Təyinatınızdan əvvəl Qurbanovla görüşdüz?
- Əlbəttə. Dəvət edən elə Musa müəllimin özü oldu. Oturub danışdıq, gələcək planlar haqda söhbət etdik. Bu gün də klubun rəhbəri odu.
- Köməkçiləriniz kimlər olacaq?
- Nəsib Əliyevlə Vüsal Uluxanov.
- Bəs qapıçılarla kim çalışacaq?
- Düzü, qapıçılarla işləyən məşqçi yox idi.
- Bu necə olur?
- Bu yöndə işlər görülür. Vaxtilə “Simurq”da, “Zaqatala”da oynamış Amil Ağacanovu qapıçı-məşqçi kimi dəvət etmək istəyirik. Həm komandaya kömək edər, həm də növbəti mövsümdən sırf məşqçiliyə başlayar. Ola bilsin, yaxın günlərdə onunla müqavilə bağlandı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar