17 dek 15:36divizion

MOİK rəhbərliyi Aqil Məmmədovun fikrini soruşmadan üç futbolçunu qovdu

MOİK rəhbərliyi Aqil Məmmədovun fikrini soruşmadan üç futbolçunu qovdu
“Klubda qalıb-qalmayacağım məlum deyil”
Premyer-liqada olduğu kimi, birinci dəstədə də qış fasiləsi başlayıb. Çempionatda yaranan fasilə isə baş məşqçilər üçün əla fürsətdi. Təxminən iki aya yaxın davam edəcək boşluqdan istifadə edən “sükan arxasında” olanlar rəhbərlik etdikləri komandaların axsayan mövqelərini gücləndirmək, fasilədən sonra daha güclü kollektiv formalaşdırmaq üçün heyətə əl gəzdirməyi düşünürlər. Necə ki bunu MOİK edir.
Çempionatın startı ərəfəsində əksər mütəxəssislər “hərbçilər”i birinci divizionda favoriti görürdü. Hamıya məlumdu ki, 2018-ci ildə Azərbaycan ordusunun yaranmasının 100 illiyi qeyd olunacaq. MOİK rəhbərliyi də yubiley ilində komandanın qarşısına çempionluq hədəfi qoyub. İlk turlarda Ramil Əliyevin rəhbərliyi altında mübarizə aparan “hərbçilər” istənilən nəticəni əldə etməyincə, ordu klubunun rəhbərliyi onu Aqil Məmmədovla əvəzləməyı qərara aldı. Dəyişiklik etməkdə əsas məqsəd komandanı yeni səviyyəyə çatdırmaq, liderlər qrupunda yer almaq idi. İlk vaxtlar komanda Aqil bəyin rəhbərliyi altında uğurlu nəticələrə imza atsa da, sonradan vəziyyət dəyişdi. Son turlarda ard-arda məğlub olan komanda lider “Qaradağ Lökbatan”dan uzaq düşməklə yanaşı, ikinci pillədəki mövqeyini əldən verməklə yadda qaldı. Uğursuzluğun səbəbini futbolçularda görən klub rəhbərliyi fasilə başlar-başlamaz üç futbolçunu – Qərib İbrahimov, Bilal Abbaszadə və Tofiq Mikayılovu komandadan uzaqlaşdırmaq qərarına gəlib. Adını çəkdiklərimizlə artıq yollar ayrılıb. Fasilə dönəmində “hərbçilər”in heyətinə yeni futbolçuların cəlb olunacağı gözlənilir.
Qarşısına çempionluq hədəfi qoyulan komandada başverənlər və fasilə dönəmindəki hazırlıq planı ilə bağlı ətraflı bilgi almaq üçün “hərbçilər”in baş məşqçisi Aqil Məmmədovla əlaqə saxladıq. Ancaq Məmmədovdan eşitdiklərimiz bizi şoka saldı: “Adını qeyd etdiyiniz üç futbolçu mənim yox, sırf rəhbərliyin qərarı ilə düşərgədən uzaqlaşdırılıb. Odu ki, bu məsələ ilə bağlı rəhbərliyin fikrini öyrənin. O ki qaldı komandanın qış hazırlıq planına, klubda qalıb-qalmayacağım məlum deyil. Bildiyiniz kimi, futbolçu kimi uzun illər ölkənin aparıcı klublarının şərəfini qorumuşam, sayılıb-seçilən məşqçilərin rəhbərliyi altında top qovmuşam. Məşqçi kimi həm premyer-liqada, həm də birinci divizionda iş təcrübəm var. Hələ bu günə kimi belə halla rastlaşmamışam ki, rəhbərlik baş məşqçinin rəyini nəzərə almadan kimlərisə komandadan uzaqlaşdırsın”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar