15 dek 22:16divizion

Həbib Ağayev təbrikləri qəbul etməyə tələsmir

Həbib Ağayev təbrikləri qəbul etməyə tələsmir
“Bu uşaqlar U-21-i gücləndirə bilər”
Birinci divizionda bu mövsüm gərgin mübarizəyə şahidik. Təsadüfi deyil ki, 2-9-cu yerdə qərarlaşan komandaları cəmi 6 xal ayırır. Yəni bir qələbə ilə bu və ya digər iştirakçı turnir mövqeyini nəzərəçarpan dərəcədə yaxşılaşdıra, mükafatçılar sırasına yüksələ bilir. Yalnız “Qaradağ Lökbatan” bu mübarizəyə “kölgə salır”. Qış fasiləsinə qədər keçirdiyi 13 oyunda məğlubiyyət acısı dadmayan lider ən yaxın izləyicisini 14 xal qabaqlayır. Beləliklə, fasiləyə böyük xal fərqi ilə yollanan lökbatanlıların baş məşqçisi Həbib Ağayevlə görüşüb həm uğurlu çıxışın sirrlərini, həm də ikinci dövrə ilə bağlı planlarını öyrənməyə çalışdıq. Yeri gəlmişkən, bu, Həbib bəyin baş məşqçi kimi mətbuata verdiyi ilk müsahibədi. Hər halda, özü bu faktı diqqətimizə çatdırdı.
- “Qaradağ Lökbatan”ı artıq çempionluq münasibəti ilə təbrik etmək olar?
- Hələ tezdi. Kuboku başımızın üzərinə qaldırmayana qədər təbrikləri qəbul etmək olmaz. Düzdü, “qış çempionu” olduq, fasiləyə böyük fərqlə yollandıq. Amma bizi qarşıda çətin oyunlar gözləyir. Mövsümün ikinci yarısında mübarizə daha gərgin keçəcək.
- Sizi çempionluqdan nə məhrum edə bilər?
- Arxayınlıq. Qətiyyən “boşalmaq” olmaz. İrəli baxmalı və hər oyuna final görüşü kimi yanaşmalıyıq. Özünüz də görürsüz ki, çempionatda rəqabət artıb. Rəqiblərimiz bir-birini daban-dabana təqib edir. Hamısı eyni səviyyəli rəqiblərdi. Hamı bir-birindən xal ala bilir.
- Sualı belə qoyaq: sizi kim dayandıra bilər? Hansı komandadan daha çox çəkinirsiz?
- (fikirləşir) Heç kimdən çəkinmirik, sadəcə, rəqiblərə hörmət edirik. İnanırsız, “Mil-Muğan”ı 4:1 hesabıyla yendiyimiz oyunun son 15 dəqiqəsində elə proseslər yaşandı ki, hətta 4:4 də ola bilərdi. “Şüvəlan”la oyunumuz çətin keçib, uduzduğumuz matçda son 5 dəqiqədə qollar vuraraq 3 xalı əldə etdik. Hətta turnir cədvəlində sonuncu yerdə qərarlaşan “Zaqatala”nı da çətinliklə yendik. Rəqib qapısına cəmi 1 qol vura bildik, onu da standart vəziyyətdən. Odu ki, hansısa komandanı asan yenmək düşüncəsindən uzağıq. Ancaq fikrimcə, qış fasiləsindən sonra 2 komanda xüsusilə güclənəcək. Bunlar “Sabah” və “Xəzər”di. O birilər yayda heyətini böyük ölçüdə formalaşdırıb, fasilədə bir-iki transfer edə bilərlər. Adını çəkdiyim komandalar isə çempionatın startı ərəfəsində yığışdılar, həm seleksiya, həm də hazırlaşmaq üçün az vaxtları oldu. Bununla belə, potensialları güclüdü. Düşünürəm ki, “transfer pəncərəsi” dövründə güclü oyunçularla anlaşacaqlar. “Sabah”la “Xəzər”in baş məşqçiləri də təcrübəlidi. Hətta özümüzə təsəlli veririk ki, “Sabah”la 3 görüşdən ikisini oynamışıq. Mövsümün ikinci yarısına da uğurlu start vermək vacibdi. Bu mənada “Zaqatala” ilə oyuna ciddi hazırlaşacağıq.
- Divizionun səviyyəsini necə təsəvvür edirdiz?
- Bu yarış mənə yad deyil. Divizionda məşqçi işləmişəm, təcrübəm var. “Neftçala”da Kamal müəllimin (Kamal Quliyevi nəzərdə tutur) köməkçisi olmuşam, “Şərurspor”da da qısa müddət çalışmışam. Amma tam səmimi deyirəm: bu, gördüyüm, izlədiyim ən çətin çempionatdı. Turnir cədvəli də onu göstərir. Bundan başqa, bütün komandalarda sabit büdcə, normal meydanlar var. Hamı futbolçularına normal maaş verir. Halbuki ötən illərdə nəinki autsayderlər, ortabablar da bu baxımdan şikayətlənirdi. Buna görə də bütün komandalar vuruşur.
- “Qaradağ Lökbatan” ən çox qol vuran, ən az top buraxan komandadı. Sizin oyun fəlsəfəniz nəyə söykənir: hücum futboluna, yoxsa müdafiəyə?
- Komandama aşılamağa çalışıram ki, topa daha çox yiyələnək, hücum xəttində pressinq edib müdafiəyə yük düşməsinə mane olaq. Futbolun 4 fazası var: müdafiə, hücum, müdafiədən hücuma və hücumdan müdafiəyə keçid. Yaxşı komandalar bunların hamısında oynamağı bacarır. Biz də belə oynamağı öyrənməliyik. Hələ ki pis alınmır. Ancaq əsas üstünlüyü hücum futboluna veririk, çünki qarşımıza çempion olmağı məqsəd qoymuşuq.
- “Qaradağ Lökbatan”ın baş məşqçisi postunu mövsümün startı ərəfəsində təhvil aldız və heyətdə ciddi dəyişiklik də olmadı. Belə çıxır, sələfiniz sizə yaxşı komanda qoyub gedib?
- Sözsüz. Düzdü, mən də komandadaydım, məşqçilər korpusunda idim. Yəni bu heyət mənə yad deyildi. Ancaq komandanı Azər Bağırov formalaşdırmışdı, seleksiyanı o həyata keçirmişdi. Ölkə xaricində olmasına baxmayaraq, indi də Azər müəllimlə əlaqə saxlayırıq. “Qaradağ Lökbatan”ın uğurunda onun da əməyi danılmazdı. Əziyyəti az olmayıb.
- “Qarabağ”la kubok oyunu komandanıza nə verdi?
- Divizionda qələbələri sıralayanda heç kim bizi yada salmırdı. Ancaq “Qarabağ”la oyundan sonra zəng vurub təbrik edənlər çox oldu (gülür). Halbuki məğlub olduq, 2 top fərqiylə uduzduq. Görünür, yaxşı mübarizə aparmışıq ki, futbol ictimaiyyətinin xoşuna gəlib. Yeri gəlmişkən, Qurban Qurbanova həmin qarşılaşmadan sonra komandam haqda dediyi xoş sözlərə görə təşəkkürümü çatdırıram. “Qarabağ” brenddi, bizim onları mübarizədən kənarlaşdırmağımız mümkünsüzdü. Ancaq liderlə görüşdə səviyyəmizə bələd olduq. Bizim öz oyun üslubumuz var. Çalışırıq ki, müsbət keyfiyyətlərimizi daha da inkişaf etdirək.
- Əslində “Qaradağ Lökbatan” əvvəlki mövsümlərdə də iddialı olub, mükafatlar uğrunda mübarizə aparıb, hətta çempion da olub. Ancaq premyer-liqaya buraxılmayıb. Komanda qızıl medallara yaxındı, bəs bu dəfə lisenziya ala biləcəksiz? Bu yöndə nə iş görülür?
- Mənim işim komandamın meydandakı hazırlığına cavabdehlik daşımaqdı. Əlbəttə, yüksək liqada oynamağı hər birimiz arzulayırıq. Ancaq mövsümün sonunda necə olacaq, bunu deyə bilmərəm. Təşkilatçılıqla bağlı məsələlər rəhbərliyə aiddi. Belə baxanda, aşağı yaş qruplarımız var, lisenziya tələblərinə cavab veririk. Görək AFFA nə qərar verəcək...
- Qışda komandada dəyişikliyə ehtiyac duyacaqsız?
- Prinsipcə, buna ehtiyac yoxdu. Qalib heyəti dəyişməzlər. Ancaq az oynayan uşaqlardan getmək istəyənlər olacaq. Onların yerini doldurmaq lazım gələcək. Üstəlik, bir-iki təcrübəli futbolçu transfer edəcəyik.
- Bildiyimə görə, Bakı Kəndlər Futbol Federasiyasının çempionatında iştirak edən “Ələt”in üzvlərini də diqqətdə saxlayırsız.
- “Ələt” də Qaradağı təmsil edir, orda bir-iki yaxşı uşaq olduğunu çatdırıblar. Onları qış hazırlığına dəvət edəcəm. Bundan başqa, U-19 komandamızdan 3 nəfəri məşqlərə cəlb etmişəm. Rəhbərlik “Qaradağ Lökbatan”ın yetirmələrinin üzə çıxarılmasına, onların tədricən əsas komanda səviyyəsinə çatdırılmasına üstünlük verir.
- U-21 yığmamızda baş məşqçi dəyişikliyi oldu, bundan sonra gənclər millisini Rəşad Sadıqov çalışdıracaq. “Qaradağ Lökbatan”da U-21-i gücləndirəcək futbolçu var?
- Bizdə 1997 təvəllüdlü 3 futbolçu var. Ağaseyid Qasımovı tanıyırsız, aşağı yaş qruplarından ibarət yığmaların qapısını qoruyub. Bundan başqa, Samir Musayevlə Elmar Mirzəyevi Rəşada məsləhət görə bilərəm. Samir yarımmüdafiəçi, Elmar isə mərkəz müdafiəçisidi. Bu uşaqlar bir neçə ay ərzində çox “artırıblar”. Üçü də yığmanı gücləndirə biləcək uşaqlardı.
- Təlim-məşq toplanışını harda keçirəcəksiz?
- Hələ dəqiqləşməyib. Rəhbərlik texniki məsələlərlə məşğuldu. Bir neçə günə hər şeyə aydınlıq gələcək. Ölkə xaricinə yollanmaq istəyirik, ancaq hələ məsələ dəqiqləşməyib.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar