14 dek 17:55divizion

Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir

Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir
“Büdcədə dəyişiklik olsa və qarşımıza hansısa ciddi məqsədlər qoyulsa, başqa məsələ”
İki il əvvəl “Simurq” tarixə qovuşanda zaqatalalılar bununla barışa bilmirdi. Lakin çox keçmədən məlum oldu ki, Zaqatala futbolsuz qalmayacaq. Elitada olmasa da, birinci dəstədə rayonu təmsil edən eyniadlı komanda olacaq. Üstəlik, kluba AFFA maliyyə ayıracaq. Vaxtilə premyer-liqada oynamış Amil Ağacanov, Ruslan Tağızadə, Vadim Abdullayev, Kənan Müslümov, Hacı Əhmədov, Emin Mehdiyev kimilər “yaşıllar”la müqavilə bağladı. Hətta bir neçə afrikalı futbolçu da cəlb olundu. Hədəf mükafatçı yerləri tutub, premyer-liqaya vəsiqə qazanmaq idi. Lakin tədricən həmin oyunçular komandanı tərk etdikcə, hədəflər də itdi. Odu ki, bu gün əsasən yerli gənclərin ümidinə qalan “Zaqatala” 10 oyundan sonra hesabına cəmi 4 xal yazdırmaqla aşağı dəstədə sonuncu pillədə qərarlaşıb. Məlum durum klubun İdarə Heyətinin rəhbəri Musa Qurbanovu razı sala bilməz. Elə dünən özü ilə söhbətdə buna əmin olduq. Qurban Qurbanovun böyük qardaşı “Zaqatala”dan ayrılmaq niyyətindədi.
- “Zaqatala”nın turnir cədvəlindəki adına yaraşmayan mövqeyini nə ilə əlaqələndirirsiz?
- Bunun bir sıra səbəbləri var. Konkret nə iləsə bağlamaq olmaz. Məsələyə kompleks yanaşsaq, maliyyə ilə əlaqələndirərdim. Mövsümün əvvəlində məşqçilər heyəti ilə məsləhətləşmələr apardıq və qərara gəldik ki, premyer-liqaya yüksəlmək hədəfi qoyulmasın. Ona görə də əsas diqqətin uşaq futboluna ayrılmasını məsləhət gördük. Bir var premyer-liqaya can atıb, sonda ortabablar arasında yer almaq. Bir də var yerli gənclərin və yetişməkdə olan uşaqların inkişafına nail olmaq. Fikrimcə, ikinci variant daha məqsədəuyğundu. Çoxu zaqatalalı uşaqlardı, az sayda kənar bölgələrdən gələnlər var. Burda söhbət təkcə əsas komandadan getmir. Aşağı yaş qruplarından ibarət komandaların və məşqçilərin sayını artırdıq. Bu gün “Zaqatala” deyəndə ağla təkcə birinci divizionda mübarizə aparan komanda gəlməməlidi. Çünki 6 müxtəlif yaş qrupu da mövcuddu. U-15 ölkə çempionatında oynayır, digər 5 kollektiv zona yarışlarında mübarizə aparır.
- Yəni əsas komanda sırf təcrübəsizliyə görə bu vəziyyətdədi.
- Həm təcrübəsizlik var, həm də komandada yer alan futbolçuların böyük əksəriyyətinin səviyyəsi birinci divizionda oynamağa imkan vermir. Ötən mövsüm kənardan gələnlərin sayı təxminən 10 nəfər idi. Buna rəğmən, elitaya vəsiqə qazanmaq mümkün olmamışdı. Mövsüm pis alınmamışdı, sadəcə, sona yaxın müəyyən “axsamalar” oldu.
- Bu il təcrübəli futbolçular cəlb etmək olmazdı?
- İlk növbədə qarşımıza məqsəd qoymadıq. Düzdü, büdcəmiz ötən il olduğu kimi qaldı. Ötən mövsüm qarşımıza məqsəd qoyduğumuz üçün kənardan müəyyən qədər maddi kömək olurdu. Bu il də var. Sadəcə, kimdənsə pul alıb, onu boşuna xərcləmək də düzgün deyil. Premyer-liqa hədəfi yoxdusa, bunu artıq sayıram. Ötən il bir futbolçunun yeməyinə aylıq 200 manat xərcimiz çıxırdısa, indi bu 300-350 manat təşkil edir. Məskunlaşma və nəqliyyat xərcləri də çoxalıb. Ölkədəki iqtisadi durum istər-istəməz qiymətlərə də təsir göstərir. Bundan başqa, uşaq məşqçilərinin sayı da çoxalıb. Xərclər artıb, ancaq büdcə əvvəlkidi. Kənardan təcrübəli futbolçunun cəlb olunmasını deyirsiz. O cür oyunçunu Zaqatalada qalması, maaşı, qidalanması və məskunlaşması azı 1500 manat edir. Bəzən bu məbləği keçir də. 6-7 futbolçu gətirəndə 10 min manat onlara gedir. Qalan pulla həm əsas komandadakı digər futbolçulara, məşqçilərə, inzibati heyət işçilərinə maaş verməli, həm də uşaq komandalarını saxlamalıyıq. Bunun zədələrin müalicə xərci də var axı. Heç cür alınmır.
- Rayon rəhbərliyi kömək etmir?
- Xeyr.
- Müraciət etmisizmi?
- İşə yeni başlayanda müraciətimiz olmuşdu, nəticə çıxmadı. Onları da yaxşı başa düşürəm. Dövlətdən ayrılan büdcə ilə addım atan adamlardı. Rayonun, kəndlərin o qədər böyük problemləri var ki. Hərənin özünə görə çətinliyi var.
- Bakıdakı şirkiətlərlə necə, anlaşmaq mümkün deyil? Məsələn, hansısa avtomobil şirkəti, yaxud bank, tibb mərkəzi. Televiziya verilişlərində o qədər reklamlar görürük ki. Lap elə götürək Zaqataladakı iş adamlarını.
- Zaqatalada bir neçə iş adamına müraciət etmişdik, nəticə çıxmadı. Bakıdakı şirkətlərə gəlincə, AFFA rəhbərliyi kifayət qədər geniş əlaqələrə sahibdi. Sponsor olsaydı, bu gün Zaqatalanı, yaxud digər klubları SOCAR yox, həmin şirkətlər maliyyələşdirərdi. Bu mənada Avropadan geri qalırıq. Şirkətlər nədənsə futbola, klublara pul xərcləmək istəmir.
- Belə başa düşdüm ki, bundan sonrakı əməyinizi, vaxtınızı Zaqatalanın uşaq futboluna həsr edəcəksiz.
- Açığı, fikrim istefa verməkdi. Daha doğrusu, bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşmüşəm də. Bu vəziyyətdə işləmək istəmədiyimi söyləyib, getmək istəyimin nəzərə alınmasını xahiş etdim. Komanda sonuncu pillədədi, hər il nəyinsə xətrinə qalıb işləmək də düz gəlmir. Büdcədə dəyişiklik olsa və qarşımıza ciddi məqsədlər qoyulsa, başqa məsələ. Stadion, baza da özümüzün deyil ki, adam rahat olsun. Kluba məxsus baza, stadion olsaydı, işə girişib gələcək üçün nəsə etmək olardı. Bir stadion var, süni örtüklü, o da klubun deyil. Çox çətindi.
- AFFA rəhbərliyi “yox” desə, necə olacaq?
- Onsuz da Elxan Məmmədovla ilk danışığımızda baş katib istefamı qəbul etmədi. İlin sonuna qədər səbr etməyi məsləhət gördü. Baş katibin təkbaşına verə biləcəyi qərar deyil, məsləhətləşməlidi. Özüm də yenə maraqlanacam, çünki bu durumda işləmək çox çətindi.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Bu gün, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Bu gün, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Bu gün, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Bu gün, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Bu gün, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Bu gün, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Bu gün, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Bu gün, 18:55 Yarım mövsümün rəqəmli tablosu Bu gün, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Bu gün, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Bu gün, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Bu gün, 18:49 Məkan və saat dəqiqləşdi Bu gün, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Bu gün, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Bu gün, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Bu gün, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Bu gün, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Bu gün, 18:37 "Keşlə"də daha bir ukraynalı Bu gün, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Dünən, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü Dünən, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı Dünən, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi Dünən, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Dünən, 18:48 Seqoviya haqq yoluna gəlir Dünən, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu Dünən, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” Dünən, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub Dünən, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı Dünən, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb Dünən, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı Dünən, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib Dünən, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! Dünən, 18:21 Vitali Borisov məşqlərə qoşuldu Dünən, 18:19 Liderlər sürprizə imkan vermədi Dünən, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular Dünən, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə Dünən, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi Dünən, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi Dünən, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu 16-01-2018, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi 16-01-2018, 15:08 Araz 89 dəqiqə oynasa da... 16-01-2018, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir 16-01-2018, 15:04 Fasiləyə iki liderlə 16-01-2018, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bütün xəbərlər
Ən çox oxunanlar