11 dek 23:56divizion

Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi

Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi
“Bütün bacarığımı bura xərcləyəcəm”
Tanınmış jurnalist və teleaparıcı Emin Abbasov “Şüvəlan”da icraçı direktor funksiyasını yerinə yetirirdi. O bu işə ötən yaydan başlamışdı. Ancaq həmkarımız artıq fəaliyyətini başqa klubda davam etdirəcək. Emin bəy bundan sonra birinci divizionun debütantı “Xəzər”in icraçı direktoru kimi çalışacaq.
Dünən Abbasovla əlaqə saxlayıb, “Şüvəlan”ı “Xəzər”ə dəyişməsinin səbəbini öyrəndik: “Xəzər”dən təklif almışdım. Klubun rəhbərliyi ilə oturub söhbət etdik. Gördüm ki, çox ciddi iddiaları var, ciddi klub yaratmaq istəyirlər. Böyük planları var. Onların istəyi bu idi ki, icraçı direktor qismində enerjili, sağlam düşüncəli, yeni fikri olan, futbolda inkişaf etmək istəyən, öz meyarları ilə davranışı, həyata baxışı uyğun gələn biri olsun. Sağ olsunlar, o obrazda məni görüblər. Təklif etdilər ki, idarəçi qismində sən olasan, bizə kömək edəsən, bu işi aparasan. Çox götür-qoy etdim, özüm üçün təhlillər apardım, fikirləşdim və baxdım ki, “Şüvəlan” artıq oturuşmuş klubdu. AZAL-ın davamçısıdı, infrasturkutu var, iş mexanizmi bəllidi, yaxşı komandası mövcuddu. Baxmayaraq ki, hazırda 4-cü pillədədi, 2-ci yerdən cəmi 2 xal geridədi. Yəni orda böyük işlər görmüşük. Ona görə məsləhətləşdim, “Şüvəlan” rəhbərliyinə də niyyətimi dedim. Anlayışla qarşıladılar və ordan ayrıldım. Sabah (bu gün) rəsmən “Xəzər”də icraçı direktor kimi fəaliyyətə başlayacam. Dediyim kimi, planlar, hədəflər böyükdü. “Şüvəlan”dan fərqli, burda çox iş var. Gərək sıfırdan başlayıb bir klub quraq. Görüləsi işlər həddən artıqdı. Amma mən bu işə böyük istək, həvəs və zövqlə başlayıram. Bura artıq elə bir yerdi ki, gərək bütün bacarıq, ideya, bir sözlə, əlindən gələni əsirgəməyəsən. Çünki bizə sanki bir yol açılıb, futboldakı idarəçilikdə nəyə qadir olduğumuzu göstərməliyik. Futbol haqda hamı danışır, ancaq bu ağır sahədi. Orda nəsə qurmaq, yaratmaq çox çətindi. “Xəzər” də sıfırdan yaradılan klubdu. Burda çox şey qurmalıyıq. Harda olmuşamsa, bir sıra məsələlərə diqqət yetirmişəm. İstər akademiyanın qurulması, istər infrastrukturun yaradılması, istərsə də komandanın güclənməsi olsun. Bu işlərlə ciddi şəkildə məşğul olacağıq. Təbii, elə məsələlər var, birdən-birə olmur, zaman lazım gəlir. Odu ki, səbirlə yanaşmaq, bu işləri zamanla görmək lazımdı. Əlimdən gələni edəcəyimə inanıram. Rəhbərlik də bu işdə mənə güvənir. Həm insan kimi necə biri olduğumu, həm də işimə necə yanaşdığımı bilirlər. Eləcə də futbol funksioneri kimi mənim burda öz bacarığımı ortaya qoymağımı və təcrübə qazanmağımı çox istəyirlər. Mən də bu işdə varam”.
Emin bəy “Şüvəlan”nı hansısa narazılıq üzündən tərk etmədiyini söylədi: “Şüvəlan”da hər hansı problem yaşamağımdan söhbət gedə bilməz. İstər işimdə, istərsə də həyatda elə insanam ki, hamıya hörmətlə yanaşıram. Sadəcə, bilirsiz, “Xəzər”i nəyə bənzədirəm? 2007-ci ildə “Xəzər” telekanalına gedəndə Ceyhun Rzayev mənə deyirdi ki, gəl bu işi sıfırdan quraq, burda heç nə yoxdu. Bura yenidən yaranır və nə vaxtsa yeni səviyyəyə qalxsa, artıq sırf bizim zəhmətimizin bəhrəsi olacaq. İllər keçdi, orda nəsə yarandısa, bizim əməyimizin nəticəsidi. Bu illər ərzində nəsə qurduq, yaratdıq. Orda olmasam da, “Futbol saatı”na baxanda çox sevinirdim ki, insanlar baxır, auditoriya toplaya bilib. Çünki Azərbaycanda belə bir futbol verilişi yaratmışdıq. Əlimizdən gələn şəkildə bir məhsul ortaya qoyduq. Kimin üçün isə ideal olmaya bilər, ancaq futbol aləmində yeni bir ideya idi. Bu üzdən “Xəzər” klubu da mənə əhəmiyyətli gəlir. Belə ki, burda bütün ideyalarımı gerçəkləşdirmək üçün imkan var. Hər şeyi sıfırdan qururam. Elə bil buranın, belə deyim, yaradıcısı, qurucusu olmaq fürsətim var. Əlbəttə, rəhbərliyin də bu məsələlərə öz baxışı var, onlar da müəyyən istəklərini ortaya qoyacaqlar, tələbləri də olacaq. Bu da normaldı. Amma ən azı bir icarçı kimi mənim də öz əməyim olacaq. Elə buna görə də bu iş mənə çox cəlbedici gəlir. “Şüvəlan” formalaşmış bir klubdu, onu idarə etmək lazımdı. “Xəzər”də isə qurmaq lazımdı və bu mənə çox maraqlıdı. İnsanlar var, qərar verəndə çox şeyi nəzərə alırlar. Tutaq ki, düşünürlər “5 ay burdayam, keçim o biri kluba, sonra kənardan nə deyərlər”. Lakin mənim həyata baxışım bir az fərqlidi. Harda mənə cəlbedicidisə, uyğundusa, harda daha lazımlıyamsa və ideyalarımı da gerçəkləşdirə bilərəmsə, orda olmağı üstün tuturam. Ona görə də “Xəzər” variantı ürəyimcə oldu. Təbii, götür-qoy etdim, məsləhətləşdim. Hamı normal qarşıladı. Çalışacam ki, burda keyfiyyətli bir iş qurum. İşin içində olmayanlar üçün kənardan asan gəlir. Həvəsli və ümidliyəm. Bütün bacarığımı bura xərcləyəcəm”.
Görəsən, Abbasov “CBC Sport”la əməkdaşlığı davam etdirəcək? Həmkarımızı dinləyək: “Demək olar, son vaxtlar “CBC Sport”da şərhlərdə yoxam. “Şüvəlan”a keçəndən sonra onsuz da ölkə çempionatının oyunlarını şərh etmirdim. Xarici çempionatlarda bu işi görürdüm. Ancaq son vaxtlar işimin çoxluğundan şərhlərə qatılmıram. Ekspert kimi verilişlərə hərdən dəvət alıram. Hələ ki “CBC Sport”dakı fəaliyyətim bundan ibarətdi. O da tez-tez yox, ayda bir-iki dəfə olur. Buna da rəhbərlik tərəfindən elə bir etiraz yoxdu. Orda da futboldan danışırıq, bu sahənin içindəyik. “Xəzər” premyer-liqaya vəsiqə qazansa, yəqin ki, onu da etməyəcəm. Hazırda isə birinci divizion premyer-liqadakı mübarizədən kənarda olduğundan, ekspert qismində danışmaqda problem yoxdu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı Bu gün, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi Bu gün, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi Bu gün, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi Bu gün, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır Bu gün, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək Bu gün, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı Bu gün, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı Bu gün, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər Bu gün, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi Bu gün, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu Bu gün, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bu gün, 15:09 “Sumqayıt”ın əvəzediciləri “Xəzər”i üstələdi Bu gün, 15:08 Araz 89 dəqiqə oynasa da... Bu gün, 15:06 Rafael Abdulov komandasının çıxışını orta qiymətləndirir Bu gün, 15:04 Fasiləyə iki liderlə Bu gün, 15:03 “Velveyk” Ozancanı U-21-ə buraxmadı Bu gün, 15:01 “Qayıtmaq üçün Rauf bizə müraciət edib, biz onu axtarmamışıq” Bu gün, 14:59 Ruslan Abışov səviyyəli legionerlər arzulayır Bu gün, 14:57 Məqsəddən “Neftçi”yə iki sillə Dünən, 15:11 Avropa Liqasının təqvimi müəyyənləşdi Dünən, 15:09 Faiq Qarayev həmkarının müdafiəsinə qalxdı Dünən, 15:00 Bir nömrə iddiasında olan Mahir Şükürov Dünən, 14:44 Aslan Kərimov Kamal Quliyevlə görüşə hazırdı Dünən, 14:43 “Qarabağ” bundesliqa klubuna qalib gəldi Dünən, 14:34 Rauf Əliyev Zaur Axundovun “tələsinə düşmək” istəmir Dünən, 14:32 Maksimov Məhəmməd Qurbanovu yola saldı, Tçamini bəyəndi Dünən, 14:31 Qvanzavla iranlı getdi, Dieqo Qusmao komandaya qoşuldu Dünən, 14:29 Yığmamızın Gürcüstanla oyunu ləğv olundu Dünən, 14:28 “Vikipediya”da əksini tapan informasiyaya görə klub məsuliyyət daşımır” Dünən, 00:43 “Cavanlığımı xatırladan uşaqları görürəm” Dünən, 00:41 “Qəbələ” Araz Abdullayevin satışında uduzmadığını düşünür Dünən, 00:39 Ermənilər “Qarabağ”ın uğurunu təkrarlayacaqlarına inanmırlar Dünən, 00:38 Renat Dadaşov üçüncü bundesliqada oynaya bilər Dünən, 00:37 "U-17 liqası həddən artıq zəifdi" Dünən, 00:35 Anar Nəzirov yığmada Kamranı əvəzləməyə hazırdı Dünən, 00:33 Ayxan Abbasov yığmaların toplanışını problem saymır Dünən, 00:31 "Zirə" əvəzedicilərinə rəhm etmədi Dünən, 00:25 Firdovsi Umudov millidə fəaliyyətini davam etdirəcək Dünən, 00:23 “CBC Sport” AÇ-ni yayınlamaq üçün danışıq aparır Dünən, 00:22 Vitalinin komandası Serbiyada 7 min avro qazandı Dünən, 00:20 U-21 üçün daha bir rəqib Dünən, 00:17 TRANSFER DOSYESİ Dünən, 00:15 Ölkə çempionatının bombardiri qida sənayesində çalışır 14-01-2018, 12:45 Fərid Qayıbov UEG-in üzvlərinə səsləndi 14-01-2018, 12:44 Masallıda cüdo mərkəzi açıldı 14-01-2018, 12:43 İdmançı “feysbuk”da gileyləndi, vitse-prezident cavabını verdi 14-01-2018, 12:41 Baba Əsgərov “Neftçi”dən “bismillah” deməmiş ayrıldı 14-01-2018, 12:40 Aslan Kərimov Kamal Quliyevə baş məşqçi olmağa imkan vermədi 14-01-2018, 12:39 Əli Hüseynovun cəzalandırdığı AFFA nümayəndələri narazıdı 14-01-2018, 12:37 Yığma üzvü “Gənclərbirliyi”nə keçdi 14-01-2018, 12:35 Mütəxəssislər peşəkarlığı yox, yığmanın maraqlarını əsas tutdu 14-01-2018, 12:34 U-21-in 18 günlük hazırlığına izah tapmaq çətindi 14-01-2018, 12:32 İnsident iştirakçıları susmağa üstünlük verdi 14-01-2018, 12:30 "Keşlə"nin legionerləri Maksimovu və komandanı təriflədi 14-01-2018, 12:29 “Foqtsa, Prosineçkiyə uduzanda heç nə demirdizsə, Qurban müəllimə də dəstək olmalısız” 14-01-2018, 12:27 Yuri Maksimov Rauf Əliyev haqda müsbət fikirdədi Bütün xəbərlər
Ən çox oxunanlar