18 yan 14:03divizion, manset

AFFA icra başçısına görə “Turan Tovuz”dan üz döndərib

AFFA icra başçısına görə “Turan Tovuz”dan üz döndərib
Əsgər Abdullayev: “Əsas məqsədimiz elitaya vəsiqə verən yeri tutmaqdı”

“Neftçi”dən ayrılandan sonra bir müddət işsiz qalan Əsgər Abdullayev ötən ilin martında “Turan Tovuz”un baş məşqçisi təyin olundu. Həmin vaxt birinci divizionun ortabablarından olan klubun mövsümün sonunda premyer-liqaya gələcəyi deyilirdi. Abdullayevin birbaşa AFFA tərəfindən bölgə təmsilçisinin “sükanı arxasına” göndərildiyi bəlli məsələ idi. Çünki “Neftçi”dən ayrılandan sonra mütəxəssis yenidən Məşqçilər Komitəsinə (MK) qaytarılmadı. Əsgər bəy aşağı dəstə təmsilçisini qəbul etdi və işləməyə başladı. Lakin komanda mövsümün sonunda elitaya yüksəlmədi. Xeyli xəbərlər dolaşsa da, “Turan Tovuz” aşağı dəstədə qaldı. Cari mövsümün əvvəlində isə komanda qarşısına premyer-liqaya yüksəlmək məqsədi qoydu. Komandanın ilk dövrədəki çıxışını nəzərə alsaq, bu çox real görünür. Çünki qərb təmsilçisi 13 turdan sonra 30 xalla birinci divizionun vahid lideridi. 9 qələbə qazanan Abdullayevin yetirmələri 3 heç-heçə edib və cəmi bir qarşılaşmadan məğlub ayrılıb.
Fasiləyə kimi işlər yaxşı getsə də, dekabr-yanvar aylarında “Turan Tovuz”dan səs-səmir yoxdu. Yanvarın 8-də təlim-məşq toplanışına başlayan komanda hələ heç kimi transfer etməyib. Halbuki komandanın birinci diviziondakı əsas rəqiblərindən “Şəmkir” və “Səbail” heyətini xeyli gücləndirib və bu yöndə işlərini davam etdirir. “Turan Tovuz”a gələnlər olmasa da, dörd nəfər komandadan ayrılıb. Bunlar Elmin Çobanov, Elnur Sultanlı, Əlimirzə Daşzərini və Vüsal Qarayevdi. Komandanın təlim-məşq toplanışına gec start verməsi, 4 futbolçu ilə yolları ayırması və heç kimi almaması, təbii ki, ikinci yarıda liderin fasiləyəqədərki səviyyədə çıxış edəcəyinə dair şübhələrə yol açır. Əldə etdiyimiz məlumata görə, bütün bunların kökündə maliyyə problemi dayanır. AFFA-dan pulu kəsilən klubda böhran baş qaldırıb. Hətta komandanın neçənci yerı tutmasından asılı olmayaraq, elitaya buraxılmayacağı deyilir. Həm də rayon rəhbərliyi ilə AFFA arasında münasibətlərin soyuduğu haqda xəbərlər dolaşır. Deyilənə görə, Tovuzun icra başçısı Tofiq Zeynalov komandanı assosiasiyanın kurasiyasına vermək istəmir. AFFA-nın maliyyəni kəsməsinin əsas səbəbi də məhz budu.
Bütün başverənlər haqda danışmaq üçün Əsgər Abdullayevlə əlaqə saxladıq. O, komandanın yaxınlarda güclənəcəyini bildirdi: “Komanda məşqlərini davam etdirir. Kollektivdə ab-hava yaxşıdı, mövsümün ikinci yarısına hazırlıq yüksək səviyyədə gedir. Komandanı 4 oyunçu tərk edib. Onlar öz seçimlərini ediblər. Kimsə getmək istəyirsə, mən onun qarşısını kəsən deyiləm. Əlimin altında yalnız bizi bəyənənlər oynayacaq. Kim istəmir, gedəcək. Yaxın günlərdə komanda güclənəcək. Bizim də transferlərimiz olacaq”.
Təcrübəli mütəxəssisin sözlərinə görə, klubda maliyyə problemi yoxdu: “Bizdə maliyyə problemi yoxdu. Planauyğun təlim-məşq toplanışı keçirik. Ayrılıqların pula heç bir aidiyyatı yoxdu. Kimsə bundan narahat olmasın. Rəqiblərimizin güclənməsinə gəlincə, Allah xeyir versin. Bu o demək deyil ki, biz ikinci yarıda mübarizə aparmayacağıq, əllərimizi aşağı salıb rəqibləri izləməklə vaxtımızı keçirəcəyik. Biz də sona kimi oynayıb, birinci pillədəki yerimizi qorumalıyıq”.
Abdullayev “Turan Tovuz”un premyer-liqaya yüksəlməyəcəyi ilə bağlı xəbərləri isə belə şərh etdi: “Mövsümün əvvəlində qarşımıza premyer-liqaya çıxmaq məqsədi qoymuşuq. Çıxıb-çıxmayacağımızı isə zaman göstərəcək. Əsas məqsədimiz elitaya vəsiqə verən yeri tutmaqdı. Heyəti komplektləşdirib, yayda da müəyyən transferlər gerçəkləşdirəcəyik. Hələlik komandanı yüksək dəstəyə hazırlaşdırırıq. Yer tutsaq, sənədlərimizdə hansısa problem olmasa, niyə də elitada oynamayaq?!”
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb Bu gün, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır Bu gün, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” Bu gün, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır Bu gün, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq Bu gün, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır Bu gün, 00:05 Turun oyunçusu Bu gün, 00:04 TURUN SİTATI Bu gün, 00:02 Məhsuldarlıq rekord vurdu Bu gün, 00:01 Turun statistikası Dünən, 23:59 TURUN MƏŞQÇİSİ Dünən, 23:58 Turdan məqamlar Dünən, 23:56 16 medalın izi ilə... Dünən, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu Dünən, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi Dünən, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi 18-09-2018, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda 18-09-2018, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı 18-09-2018, 22:08 UEFA “Sportinq”i cəzalandırdı 18-09-2018, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək 18-09-2018, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş 18-09-2018, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir 18-09-2018, 21:48 Samir Abasovun əziyyəti hədər getdi 18-09-2018, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu 18-09-2018, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq 18-09-2018, 21:43 Volkan Üst infarkt keçirib 18-09-2018, 21:42 “Keşlə” Bosançiçi göndərdi 18-09-2018, 21:40 Rahid formada olmadığını etiraf etdi 18-09-2018, 21:37 Bayılda qarşılıqlı qollar 18-09-2018, 21:16 Deviç vurur, “Sabah” udur 18-09-2018, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək 18-09-2018, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi 18-09-2018, 21:10 Startda “sülh” olmadı 18-09-2018, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır Bütün xəbərlər
Ən çox oxunanlar