01 dek 20:03divizion

Baş məşqçilər səviyyə fərqini qabartdı

Baş məşqçilər səviyyə fərqini qabartdı
Arif Əsədov: “Divizion klubları kubokda “ayağını yorğanına görə uzadır”
Kubokda mübarizəni dayandıran divizion təmsilçilərinin bəzilərinin baş məşqçilərinin fikirlərini öyrəndik. Demək olar, onların hamısı əsas səbəb kimi səviyyə fərqini qabartdı.
Xaliq Mustafayev (Mil-Muğan): “Reallıqla barışmalıyıq. Bir məqamı nəzərinizə çatdırım. Komandamızda 24 futbolçu var, onlardan cəmi 7-si gəlmədi, qalanı isə yerli uşaqlardı. Yaxşı bilirsiz ki, “Qəbələ”nin heyətində kimlər top qovur, hansı ölkələrdən legionerləri var. Səmimi danışsaq, onların bir futbolçusunun aldığı məvacib bizim büdcədən çoxdu. Çempionluğa iddialı komandadı. Oyunun ilk yarımsaatında yaxşı mübarizə apardıq. Bu müddətdə imkanlarımız onlardan çox oldu. Ancaq sonda səviyyə fərqi özünü göstərdi. Məqsədimiz o idi ki, futbolçularımız təcrübəli oyunçulardan nəsə götürsünlər, gələcəkdə qarşılaşanda çəkinməsinlər. O da futbolçudu, sən də futbolçusan. Tutaq ki, “Qarabağ” “Atletiko” ilə oyunlarda rəqibin adından, kimliyindən çəkinmədi. Aydın məsələdi ki, kubokda çox da irəli gedə bilməyəcəyik. İlk mərhələdə “Ağsu”nu keçdik, lakin bu dəfə rəqib güclü “Qəbələ” düşdü. Onların da səviyyəsini gördük. Yalnız ilk yarımsaatdan razı qaldım. Penaltidən sonra komanda sındı. Deyə bilmərəm ki, hakim səhv etdi, ya yox. Hər halda, ondan sonra vəziyyət dəyişdi, nəticə də belə oldu. Adi bir müqayisə aparım. Rəqibdə təcrübə o qədər yüksəkdi ki, bilir top auta çıxır, qaçmır. Lakin 200 manat alan uşaq qaçır ki, çatacam, amma top meydanı tərk edir. Yəni onlar gücünü qorumağı bacarır. Standart vəziyyətlərdəın təhlükəlidilər, ucaboy oyunçuları çoxdu. Bütün detallarda üstündülər. Lakin bu məğlubiyyət komandaya psixoloji zərbə olmayıb. Kubokda iştirak özü də üstünlükdü. Uşaqlar da müəyyən təcrübə qazandı. Artıq “Turan Tovuz”la oyuna hazırlaşırıq. Belə qarşılaşmada gücünü sınamaq hər bir futbolçuya lazımdı. Nə bilmək olar, bəlkə də hansısa premyer-liqa klubunun diqqətini çəkə bildilər”.
Aqil Nəbiyev (Şüvəlan): “Oyuna çox ciddi hazırlaşmışdıq. Mərhələni adlamaq istəyirdik. “Səbail” premyer-liqa iştirakçısı olsa da, onlardan geri qalmırdıq. Daha istəkli idik, ilk qolu da biz vurduq. Bundan sonra da fərqlənmək üçün imkanlarımız oldu. Ümumilikdə komandadan razı aldım, amma nəticədən yox. İstəkli, əzmkar çıxış etdik. Penalti epizodları oldu. Həm bizim, həm də rəqibin cərimə meydançasında. Qapımıza 11 metlrik cərimə zərbəsi təyin edildi. Hakimin qərarıdı, bu barədə danışmağı xoşlamıram. Qərarları onlar verir, ancaq qaydaların uyğun olub-olmadığını bilmirəm. Epizodu görmüsüz, onların qapısına penalti verilmədi, ancaq bizim qapıya təyin edildi. Ola bilər, hakim haqda nəsə deyərəm, lakin qaydalarla uyğun gəlməz. Yalnız onu deyə bilərəm ki, komanda olaraq daha keyfiyyətli oynadıq. Oyundan sonra onların məşqçiləri də bizi təbrik etdi ki, çox gözəl komandadı, istəkli idilər. Samir Əliyevin də işi göz qabağındadı, yaxşı kollektiv formalaşdırıb. Get-gedə inkişaf edirlər, Əliyev də işi ilə gələcəyin ən yaxşı məşqçilərindən biri olacağını göstərir. İnanmıram ki, hakim premyer-liqa iştirakçısı olduğuna görə “Səbail”in qapısına penalti vermədi. Elə bir şey olsaydı, kuboka birinci divizion təmsilçilərini niyə dəvət edirdilər, elə özləri oyanayardı da. Hansısa epizodda hakimin bilmədən səhvə yol verməsi mümkündü. Oyundan sonra videotəkrara da baxmışam, hakim bizim əleyhimizə səhvlər edir. Lakin qərəz olduğuna inanmıram. Meydana çıxan hər bir oyunçu səhv edirsə, hakim də insandı, o da yanlışlığa yol verə bilər. Hansısa psixoloji sarsıntı söhbət mövzusu deyil. Əslində çempionat oyunlarını da bu cür oynayırıq, sadəcə, hücumda problemlərimiz var. İmkanlarımız olur, ancaq dəyərləndirə bilmirik. Elə “Səbail”ə oyunda da iki standart vəziyyətdən qapımızda qol gördük. Ən böyük problemimiz “standartlar”la bağlıdı. Ruh düşkünlüyü deməzdim, ancaq layiqli oyun göstərdiyimiz halda, mərhələni adlaya bilmədik. Buna üzüldük”.
Arif Əsədov (Sabah): “Təbii, hər oyuna uğurlu nəticə üçün çıxırsan. Komandanı da məhz buna kökləyirsən. Ancaq bəzi reallıqlar var ki, onlarla barışmalıyıq. Reallıqlar odu ki, bu gün çempionatda belə futbolçu qıtlığı yaşayırıq. Üstəlik, 3 gündən bir oyun keçirdik. Bizim komanda çempionata bir ay qalmış yığıldı. Bu baxımdan bünövrə də yaxşı qoyulmayıb. İstər-istəməz bütün bunlar təsir edir. İlk hissədə komandam verilən taktiki sxemi qoruyurdusa, ikinci yarıda artıq “Sumqayıt”ın təcrübə sözünü dedi. Bu üzdən futbolçulara irad tutmaq da çətindi. Ümumilikdə pis oynamadılar. Kubok matçına bir imtahan kimi yanaşsaq, futbolçular özlərini premyer-liqa təmsilçisinə qarşı sınadılar. “Sumqayıt” güclü idi və haqq etdiyi qələbəni qazandı. Məncə, burda fiziki hazırlıq amili də rol oynayır. Bu gün birinci divizion komandaları 3 gündən bir keçirilən oyuna hazır deyil. Ehtiyat qüvvə də premyer-liqa təmsilçilərindən fərqlidi. İlk hissədən sonra dəyişməyə oyunçu tapmırıq. Zədəlilər də var. “Sumqayıt”da isə Tural Axundovla Rəşad Eyyubovun meydana daxil olmasından sonra hiss edirsən ki, komandaya yeni nəfəs gəldi. Ümumiyyətlə, divizion klubları kubokda “ayağını yorğanına görə uzadır”. Lakin əsas səbəb kimi premyer-liqada çıxış edən futbolçuların təcrübəsini qabardardım. Məncə, birinci divizion klubları heyətini bir qədər gücləndirsə, daha ciddi müqavimət göstərə bilər. Bu gün bir hissə dözən komanda sabah oyunu əlavə vaxta daşımağı bacarar. Düşünmürəm ki, bu məğlubiyyət biz də daxil olmaqla, divizion klublarına psixoloji təsir edib. Şəxsən bizdə ehtiyat qüvvə olsaydı, onlara da şans verərdim. Onların təcrübəsi artsın, hər zaman meydana çıxmağa hazır olsunlar. Deməli, əlinin altında lazımi “material” olmalıdı. Hər halda, uşaqlar premyer-liqanın nə olduğunu gördülər. Bu onlar üçün stimul rolunu oynamalıdı, elitaya can atmalıdılar”.
İlqar Aslanov (Zaqatala): “Düzü, daha yaxşısına ümid edirdim. Uşaqların daha yaxşı vuruşacağına inanırdım. Ancaq səviyyə fərqi özünü göstərdi. Düşünürdüm ki, 0:2 və ya 1:3 ola bilər. Komandamın qorxduğunu deməzdim. Ola bilər, az da olsa, rəqibin adından çəkindilər. Hər halda, ölkənin flaqmanı ilə qarşılaşırdılar. Artıq həmin oyunu unudub çempionat matçına hazırlaşırıq. Bilirsiz, “səviyyə fərqi” deyib, bəhanə gətirmək istəməzdim. Lakin bu fərq həddən artıq böyükdü. Divizionla elitanın səviyyəsi müqayisəyə gəlməz. Məncə, əsas səbəb budu. Başqa problemlər də təsir edir. Maaş məsələsi var, digər detalları da sadalamaq olar. Lakin dediyim kimi, əsas məqam məhz liqalar arasındakı fərqdi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar