01 dek 20:01divizion

“Birincilər” yenə 1/4 finaldan kənarda qaldı

“Birincilər” yenə 1/4 finaldan kənarda qaldı
Ölkə kubokunun 1/8 final mərhələsi divizion klubları üçün uğursuz alındı. Bütün cütlərdə premyer-liqa iştirakçıları aşağı dəstə təmsilçilərini məğlub etdi. Bu isə o deməkdi ki, ardıcıl 4-cü mövsüm divizion klubları 1/4 finalda təmsil olunmayacaq. Özü də 7 oyunda elita iştirakçıları “quru” qələbə qazandı. Yalnız “Şüvəlan” bu mənada 2-ci liqanın “üzünü ağartdı”. Kubok oyunlarının futbolun təbliğinə, kütləviliyin artmasına xidmət etdiyini dəfələrlə vurğulamışıq. Hətta həvəskar komandaların da bu yarışa maraq göstərməsinin vacibliyini bildirmişik. Lakin bizdə divizion klublarını “ikinci cəbhə”də mübarizə aparmağa güclə razı salmaq olur. Hərçənd 1/8 final oyunlarının yeri püşklə müəyyənləşir. Halbuki bu mərhələdə püşkü kənara qoyub, oyunları mümkün qədər bölgələrə salmaq lazımdı. Tutaq ki, “Qəbələ” İmişliyə, “Neftçi” Zaqatalaya səfər etsəydi, bu qarşılaşmalara maraq daha yüksək səviyyədə olardı. Bəlkə də lazımi şərait olsaydı, təşkilatçılar püşkün hökmü ilə yox, bölgələrdə futbolun təbliği naminə addım atardı.
Yalnız “Şüvəlan” mərhələ adlamağa yaxın oldu
Bu mərhələdə “Mil-Muğan” 8 cavabsız qolla məğlub oldusa, “Zaqatala” ondan 3 top az buraxdı. “Xəzər”, MOİK, “Binə” və “Sabah” eyni hesabla (0:3) uduzdular. Birinci divizionun lideri “Qaradağ Lökbatan” isə “Qarabağ”la görüşdə darmadağın olmadı. Ümumiyyətlə, əksər divizion klubları məhz ikinci yarıda “təslim oldu”. Yalnız “Şüvəlan” mərhələni adlamağa yaxın idi. Yuxarıda qeyd etdiyimiz kimi, aşağı dəstə komandaları adına bu mərhələdə yeganə qol da məhz qəsəbə təmsilçisinin hesabınadı. Hətta hesab 1:1 olarkən Fariz Yusifov “Səbail”in qapısına əllə oyuna görə penalti təyin etməliydi. Lakin sabiq FİFA referisi həmin epizodda fitini səsləndirməsə də, daha sonra “Şüvəlan”ı 11 metrlik cərimə zərbəsi ilə cəzalandırdı. Beləliklə, divizon klublarından heç biri yarımfinal uğrunda mübarizə aparmayacaq.
Bu cür diqqəti cəlb etmək olmaz
Əslində kuboku birinci divizion təmsilçiləri üçün fürsət də adlandırmaq olar. Bu oyunlarda elita iştirakçılarının diqqətini cəlb etmək istəyən futbolçular əllərindən gələni etməlidi. Özü də cəmi bir aydan sonra fasilə yaranır və premyer-liqa klubları heyətlə bağlı çalışamalara başlayır. Belə bir vaxtda premyer-liqa təmsilçilərinin maraq dairəsinə düşmək üçün futbolçular mübarizədən belə asanlıqla qopmamalıdı. Dəfələrlə qeyd etmişik ki, yığma məşqçiləri birinci diviziondakı oyunları da izləməlidi. Ancaq 1/8 finaldan irəli gedə bilməyən komandalara belə diqqətin ayrılacağı inandırıcı görünmür. Yaxşı olar ki, aşağı liqa klublarının qarşısına konkret hədəf kimi 1/4 final qoyulsun. Həmçinin kubokda irəli getmək ölkənin futbol başbilənlərinə “premyer-liqada oynamağa hazırıq” ismarıcını göndərmək deməkdi. Lakin bu cür mübarizə ilə diqqəti cəlb etmək çətin məsələdi.
Son 8 mövsümdə cəmi 2 dəfə
Ardıcıl 4-cü mövsümdü ki, birinci divizion klubları 1/4 finalda təmsil olunmur. Halbuki digər ölkələrdə aşağı liqa komandaları elita iştirakçılarına əməlli-başlı başağrı olur. Bizdə isə son 8 mövsümdə cəmi iki dəfə birinci divizion klubu 1/8 finalı uğurla dəf edə bilib. 2010/11 mövsümündə “Abşeron” 1/4 final yolunda “Simurq”u penalti seriyasında yolundan kənarlaşdırsa da, növbəti mərhələdə onun “böyük qardaşı” “İnter”ə yenilmişdi (0:1, 0:0). 2013/14 mövsümündə isə “Araz Naxçıvan” 1/8 finalda yenə də “Simurq”u, yenə də penalti seriyasında üstələdi. Lakin naxçıvanlıların bundan artığına gücü çatmadı. 1/4 finalda “Xəzər Lənkəran”la iki oyunun nəticəsinə (1:1, 0:1) görə uduzan Muxtar Respublika təmsilçisi kubokla vidalaşdı. Göründüyü kimi, son 8 mövsümdə cəmi iki divizion klubu 1/4 finala adlasa da, bundan artığına gücü çatmayıb.
Cütlərdən üçü dəyişməyib
Artıq növbəti mərhələ haqda düşünməyə dəyər. Məlum olduğu kimi, 1/4 finalın ilk görüşləri dekabrın 10-11-də, cavab görüşləri isə 14-15-də gerçəkləşəcək. Yarımfinal yolunda güzəştsiz mübarizəyə şahidlik edəcəyimizi indidən deyə bilərik. Bu oyunlardan “Zirə” ilə “Neftçi”nin duelləri xüsusi maraq doğurur. Ötən mövsüm məhz bu mərhələdə qəsəbə təmsilçisi ilə flaqman üz-üzə gəlmişdi. Həmin vaxt “qartallar”ı Adil Şükürov, “ağ-qaralar”ı isə Elxan Abdullayev çalışdırırdı. Maraqlıdı ki, indiyədək “Neftçi” “Zirə”ni çempionat çərçivəsində məğlub edə bilməyib. Qəsəbə təmsilçisi ölkənin ən köklü klubu üçün arzuolunmaz rəqib sayılır. Ancaq məhz kubokun 1/4 finalını uğurla dəf edən tərəf “ağ-qaralar” oldu. Səfərdə 3 cavabsız qolla qalib gələn “Neftçi” doğma meydanda uduzmasına (1:2) baxmayaraq, mərhələ adladı. Xüsusən həmin vaxt Abdullayevin cavab görüşü haqda danışarkən “Zirə” kimə 4 top vurub ki, bizə də vursun” deməsi aradakı prinsipiallığı bir qədər də artırmışdı. Hazırda hər iki komandanın baş məşqçiləri fərqli olsa da, qarşılaşma ciddi mübarizə vəd edir. Ötən mövsümlə daha bir bənzərlik “Qarabağ”la “Sumqayıt”ın yenə eyni mərhələdə qarşılaşmasıdı. Xatırladaq ki, bu iki komandanın hər iki duelində “köhlən atlar” böyükhesablı (6:0, 5:2) qələbələr qazanmışdı. Ancaq 2016/17 mövsümündəki 1/4 cütünə oxşarlıq bununla da bitmir. Düzdü, artıq “İnter” adı tarixə çevrilib və komanda “Keşlə” adlanır. Paytaxt təmsilçisi bu dəfə də yarımfinala adalmaq üçün “Kəpəz”i keçməlidi. Necə ki ötən mövsüm bunu bacarmışdı (2:0, 0:0). “Qəbələ” isə “Səbail” səddini dəf etməyə çalışacaq. Bu baxımdan “qırmızı-qaralar”ın işi o qədər də çətin görünmür.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar