27 okt 11:26divizion

Aqil Məmmədov MOİK-i çalışdıra bilər

Aqil Məmmədov MOİK-i çalışdıra bilər
“Hərbçilər” “Turan Tovuz” önünə baş məşqçisiz çıxacaq
Mövsüm başlamamış MOİK-in adı birinci divizionun iddialıları arasında çəkilirdi. Axı, 2018-də ordunun yaranmasının yüzilliyi qeyd olunacağından Müdafiə Nazirliyinə tabe klub yubiley ilində qarşısına aşağı dəstədə çempion olmağı məqsədi qoyub. Mövsümlərarası fasilədə heyətini yetərincə gücləndirən “hərbçilər” ilk turda “Qaradağ Lökbatan”a məğlub olsa da, növbəti 3 görüşün ikisində qalib gəlib, birində isə heç-heçə edib. Hazırda turnir cədvəlinin 4-ci pilləsində qərarlaşan, liderdən 3 xal geri qalan MOİK ölkə kubokunda da mübarizəni davam etdirir. Bütün bunlara baxmayaraq, son günlər “hərbçilər”in düşərgəsində narazılığın baş qaldırdığını eşidirik. Yayılan söz-söhbətə inansaq, baş məşqçi Ramil Əliyev rəhbərliyin bəzi qərarları ilə razılaşmayaraq, istefa ərizəsini təqdim edib. Ötən saylarımızın birində bu məsələyə toxunsaq da, sonradan klubdan verilən açıqlamaya görə MOİK-in rəisi, polkovnik-leytenant Rəşad Quliyev Ramil bəyin ərizəsini qəbul etməyib və mütəxəssisə işini davam etdirmək göstərişi verilib.
Görünür, Əliyev çiynində poqon daşımadığından və əmrlə işləməyə öyrəşmədiyindən MOİK rəisinin tapşırığına əməl etməyib. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, artıq neçə vaxtdı Əliyev komandanı başsız qoyaraq düşərgədən ayrılıb. “Şüvəlan”la matçda texniki zonada gözə dəyməyən mütəxəssis məşqlərdə də iştirak etmir.
Onun bu addımından narazı qalan MOİK rəhbərliyi isə artıq yeni baş məşqçi axtarışına çıxıb. Deyəsən, artıq tapıb da. Kluba yaxın mənbələrdən bizə ötürülən bilgiyə inansaq, “hərbçilər”in rəsmiləri ötən mövsüm “Mil-Muğan”ı çalışdırmış Aqil Məmmədovla danışıqlara başlayıb. Mövsümlərarası fasilədə öz istəyi ilə İmişli klubundan ayrılandan sonra işsiz olan 45 yaşlı mütəxəssislə Rəşad bəyin görüşdüyü də məlumdu. Deyilənə görə, sabah keçiriləcək MOİK – “Turan Tovuz” oyunundan sonra Məmmədov “hərbçilər”in “sükanı arxasına” keçəcək. Söylənilənlərə ayadınlıq gətirmək üçün Aqil bəylə əlaqə saxlamağa çalışsaq da, zənglərimizi cavabsız qoydu.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi 8-12-2018, 01:31 “Sumqayıt” məşqçilərini “Altınordu”ya göndərir 7-12-2018, 22:45 Avropa Liqasında noyabr ayının qalibi açıqlandı 7-12-2018, 17:21 Ozobiç yığmamızı xorvatlar üçün incələdi 5-12-2018, 13:22 “Red Black Army” 3 yaşını qeyd etdi 5-12-2018, 13:21 Bakı İdman Sarayında zirvə savaşı 5-12-2018, 13:18 “Alyans” zirvədə möhkəmləndi 5-12-2018, 13:15 UEFA zəiflər üçün yeni turnir yaradır 5-12-2018, 13:12 "Atletiko Baku" "Ajara Cup 2018"də qalib oldu 5-12-2018, 13:05 Yığmanı gözləyən 8 ay 5-12-2018, 13:02 Slovakiyalılar iddalı və ehtiyatlıdı 5-12-2018, 12:59 Tounkara: “İnanıram ki, layiq olduğumuz yeri tutacağıq” 5-12-2018, 12:56 Sənan Qurbanov Adeniyinin yoxluğunu qabartdı 5-12-2018, 12:53 Qəbələdə iki günə qol vurulmadı 5-12-2018, 12:51 Tərlan Əhmədov hamıdan narazı qalıb 5-12-2018, 12:49 “Qarabağ” “Sportinq”in acığını “Keşlə”dən çıxdı 5-12-2018, 12:47 “Olimpik Star”da başladı, Bakı İdman Sarayında bitəcək 5-12-2018, 12:45 Qurban Qurbanovun oğlu növbəti qolunu sabiq komandasına vurdu 5-12-2018, 12:44 Gələcəyə hesablanmış layihə 5-12-2018, 12:42 “Zirə”nin şikayəti rədd olundu 5-12-2018, 12:41 Olaylar və qollar ilə zəngin nəhs tur 3-12-2018, 22:17 Yığmamız 5 komandalı, DÇ-nin finalçısının yer aldığı qrupda! 3-12-2018, 22:11 Dabo simulyasiya etmədiyini deyir 3-12-2018, 22:07 “Əlincə savaşı”nı “Neftçi” qazandı 3-12-2018, 22:04 U-19 – 9:1! 3-12-2018, 21:54 “Neftçi” hakimdən şikayət etdi 3-12-2018, 21:53 “Əlincə Arena”da 150-yə yaxın oturacaq sındırılıb 3-12-2018, 21:51 "Neftçi" bəyanat yaydı, azarkeşlərinə səsləndi 3-12-2018, 21:49 PFL-dən yeni dəb: çempionat xeyir-şər liqasına çevrilir! 3-12-2018, 21:48 “Sumqayıt” “yuva”ya dönüşünü qələbə ilə “yudu” 3-12-2018, 21:32 Həftənin idman proqramı 3-12-2018, 21:31 “Sumqayıt” ölkə xaricində çıxış edən üç azərbaycanlı ilə maraqlanır 3-12-2018, 21:29 Şəhriyar mövqeyini qorudu 3-12-2018, 21:28 AMADA-dan növbəti cəzalar 3-12-2018, 21:26 Yığma 8-ci, Eltac birinci oldu 3-12-2018, 21:25 Qəbələ dumana “təslim oldu” 3-12-2018, 21:22 BKFF payız-yaz birinciliyinə start verir 3-12-2018, 21:21 “Qarabağ” 10 milyona yaxın qazanıb 3-12-2018, 21:18 Dəniz Yılmaz coşdu Bütün xəbərlər
Ən çox oxunanlar