11 yan 20:23divizion, manset

“Zaqatala” Tağızadəni saxlaya bilmədi

“Zaqatala” Tağızadəni saxlaya bilmədi
Ayyarımdan çoxdu birinci divizionda komandalar dövrələrarası fasiləyə yollanıb. Artıq onların çoxu ikinci dövrənin hazırlıqlarına start verib. Lakin elə komandalar var ki, onlardan səs-soraq yoxdu. Məsələn, MOİK, “Bakılı”, “Şərurspor”, “Ağsu” və başqaları. Dünən həmin klubların qış hazırlıq planları ilə bağlı detalları öyrənməyə çalışdıq.

Milli üzvü 1 il MOİK-də oynayacaq
İlk yarıda elə də parlaq çıxışı ilə seçilməyən və hətta bir ara uğursuz oyunlar seriyası səbəbindən baş məşqçi Müşfiq Qəmbərovla yolları ayıran MOİK hazırda 21 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Nəzərə alsaq ki, lider “Turan Tovuz”un 30 xalı var, “hərbçilər” çempionatın ikinci yarısında mübarizə aparıb, mövqeyini yaxşılaşdırmaq şansına sahibdi. Bəs ikinci dövrəyə hazırlıq necə gedir? Klubdan aldığımız məlumata görə, Ramil Əliyevin rəhbərlik etdiyi komanda yanvarın 3-də bir araya gəlib. Lakin bu, təlim-məşq toplanışı üçün deyil. Sadəcə, məşqçilər korpusu heyəti optimallaşdırmaq üçün seleksiya xarakterli məşqlər keçir. Bu məşqlər 10 gün davam edəcək. Ardınca isə bakılılar ikihəftəlik təlim-məşq toplanışına başlayacaq. Komanda hər gün 2 dəfə məşq edəcək. Bu müddət ərzində MOİK üç yoxlama oyununda qüvvəsini sınayacaq. Komandanın ilk rəqibi “Səbail” olacaq. Görüş bu gün “Bayıl Arena”da baş tutacaq. Digər iki rəqibin adına və qarşılaşmaların baş tutacağı tarixlərə hələ ki aydınlıq gəlməyib. Qış fasiləsində komandada müəyyən dəyişikliklər də olub. Düşərgəni iki nəfər tərk edib. Bunlar müdafiəçi Müşfiq Teymurovla hücumçu Məhəmməd Bədəlbəylidi. Komandaya isə premyer-liqada mübarizə aparan AZAL-ın futbolçusu Ruslan Nəsirli qoşulub. 21 yaşadək futbolçulardan ibarət millimizin hücumçusu 1 illik əsgərlik müddətində MOİK-in şərəfini qoruyacaq. Komandaya yeni futbolçuların qoşulacağı, o cümlədən gedənlərin olacağı istisna deyil.

“Bakılı”nın gələcəyi qeyri-müəyyəndi
Xəbər-ətər olmayan, daha doğrusu, qeybə çəkilən digər komanda “Bakılı”dı. Birinci dövrədə keçirdiyi 13 oyunda cəmi 7 xal toplayan və 12-ci pillədə qərarlaşan paytaxt təmsilçisi həm də ilk yarıda oyun alğı-satqısı ilə gündəmə gəldi. Fasiləyə az qalmış isə komandanın baş məşqçisi Mahir Əliyev istefa verdi. O, ardıcıl məğlubiyyətlərə görə belə addım atdığını açıqladı. Sonradan bu post komandanın sabiq oyunçusu Əli Hüseynova tapşırıldı. Komandanın ikinci dövrəyə necə və harda hazırlaşdığı haqda məlumat almaq üçün klubun icraçı direktoru Nadir Qasımovla əlaqə saxladıq. O, klubun gələcəyinin qeyri-müəyyən olduğunu bildirdi: “İş-güc? Heç nə yoxdu. Hamımız oturub gözləyirik. Düzdü, hazırda “Bakılı”dayam. Amma öz gələcəyim də dəqiq bilinmir. Komandaya baş məşqçi təyin olunmayıb. Kollektiv bir araya gəlməyib. Necə olacağını bilmirik. Yaxşı olar ki, siz klubun prezidenti Misir Əbilovla əlaqə saxlayasız. O dünən (srağagün) mənə zəng etmişdi ki, toplaşmaq lazımdı, “İnter Arena”nın yardımçı meydançasını icarəyə götürmək istəyir. Amma ondan sonra mənə nəsə deməyib. Özünə zəng edib soruşsaz, daha yaxşı olar”. Ardınca Əbilovu aradıq. Lakin o, “mənim vaxtım yoxdu, bir azdan zəng edərsiz” deyərək, telefonunu qapatdı. Sonrakı zəglərimiz isə cavabsız qaldı.

“Şərurspor”da ərəb futbolçu
Çempionatın ortabablarından olan “Şərurspor”un da ikinci dövrə hazıqlıqları nədənsə gecikib. 21 xalla 8-ci yerdə qərarlaşan komandanın qış təlim-məşq toplanışı haqda məlumat almaq üçün baş məşqçi Əfqan Talıbovla əlaqə saxladıq. O, komandanın bu gündən bir araya gələcəyini açıqladı: “Artıq bizim üçün istirahət yekunlaşır. Sabahdan (bu gündən) komanda toplaşır və ikinci dövrənin hazırlıqlarına başlayırıq. İraqdan bir hücumçu gətirmişik. 1996 doğumludu, ərəbdi. Adı Şixmani Əlikamaldı. O cümlədən komandaya 1996 təvəllüdlü qapıçı Samir Quliyevi dəvət etmişik. Hücum xəttinə bir futbolçu da “Neftçi”dən gəlir. Bundan əvvəl klubun əvəzedici komandasında oynayan Rəsul Babazadə bizdə icarə əsasında çıxış edəcək. Əlavə olaraq hardasa iki-üç nəfər də transfer edəcəyik. Bütün bunlar limitlə bağlıdı. Çünki limitə görə müəyyən problemlərlə üzləşmişik. Fərmayıl Əliyevin komandadan gedişindən sonra bir hücumçu ilə qalmışıq. Bu da çempionatda bizə problemlər yarada bilərdi. Komandadan Fərmayıldan başqa futbolçu ayrılmayıb”.
Talıbovun sözlərinə görə, komanda ayın 15-dən sonra birhəftəlik hazırlıq keçəcək: “Təlim-məşq toplanışı “Ruslan-93”də baş tutacaq və bir həftə davam edəcək. Toplanış yanvarın 15-i başlayacaq. Gündə iki dəfə məşq edəcəyik. Toplanışdan əvvəl isə yanvarın 13-ü və ya 15-də iki yoxlama oyunumuz baş tutacaq. “Neftçi”nin əvəzedici komandası ilə qarşılaşacağıq. Digər sınaq görüşü keçirəcəyimiz rəqib hələ bəlli deyil. Birhəftəlik toplanış zamanı da iki yoxlama oyunumuz olacaq”.

“Ağsu” iki yoxlama oyunu ilə başa vuracaq
24 xalla 5-ci pillədə qərarlaşan, hər il olduğu kimi, bu mövsüm də mükafatlar uğrunda mübarizə aparan “Ağsu” da ikinci dövrənin hazırlıqlarına başlayıb. Komandanın toplanışı ilə maraqlanmaq üçün baş məşqçi Rüfət Quliyevlə əlaqə saxladıq. Rüfət bəy toplanışın birinci mərhələsinin başa çatmaq üzrə olduğunu bildirdi: “İkinci yarıya hazırlıqlara yanvarın 3-dən başlamışıq. Təlim-məşq toplanışımız iki hissədən ibarət olacaq. Artıq ilk hissə başa çatmaq üzrədi. Hazırda uşaqların güc yığması üçün daha çox fiziki çalışmalara üstünlük veririk. Sabah (bu gün) və yanvarın 12-də yoxlama oyunlarımız var. Sabah Qəbələdə yerli komandanın əvəzedici heyəti ilə oynayacağıq. 12-də isə doğma meydanımızda “Zaqatala” ilə gücümüzü sınayacağıq. Ardınca uşaqlara ikigünlük istirahət verəcəyik. İstirahətdən sonra toplanışın ikinci mərhələsi start götürəcək. Orda da bir-iki yoxlama matçı keçirməyi planlaşdırmışıq”.
Quliyevin sözlərinə görə, üç yeni futbolçu baxışa çağırılıb: “Heyətdə ciddi dəyişikliklər yoxdu. Komandadan heç kimi göndərməmişik. Elə köhnə heyətlə davam edəcəyik. Amma 3 cavan futbolçu dəvət etmişik. Onları yoxlanışdan keçiririk. Adlarını açıqlamaq istəmirəm. Özlərini doğrultsalar, müqavilə bağlayacağıq”.

“Zaqatala” Ruslanı “Səbail”ə buraxdı
Çempionatda olduqca yaxşı mübarizə aparan “Zaqatala”nın yanvarın 5-dən təlim-məşq toplanışına başlayacağı haqda ötən saylarımızın birində məlumat vermişdik. Toplanışın detalları və komandadakı dəyişiklikləri öyrənmək üçün baş məşqçi Şaban Şirdanovla danışmağı lazım bildik. O, toplanışın ikinci mərhələsinin Bakıda keçiriləcəyini söylədi: “Hazırlıqlara yanvarın 5-dən start vermişik. Toplanışımız iki hissədən ibraət olacaq. İlk mərhələ 15-nə kimi davam edəcək. Sonra isə paytaxta üz tutacağıq. Bakıda harda qalacağımızı bilmirik. Yaxın günlərdə rəhbərlik bu məsələni həll edəcək. Əsas məqsədimiz isə həmin müddətdə Bakıda qərarlaşan premyer-liqa təmsilçiləri ilə yoxlama oyunu keçirmək və komandanın gücünü sınamaqdı”.
Təcrübəli mütəxəssis komandanı bir oyunçunun tərk etdiyini dedi: “Komandada elə də ciddi dəyişiklik yoxdu. Bizdən yalnız Ruslan Tağızadə ayrıldı. O, “Səbail”ə keçdi. İki futbolçu transfer etmişik. Bunlar İlyas Səfərzadə və Ramil Rəhimzadədi. Ola bilər ki, bundan sonra da hansısa oyunçu ilə müqavilə bağladıq”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür 9-12-2018, 14:12 Yığma üçün yoxlama oyunları planlaşdırılmayıb 9-12-2018, 14:10 “Neftçi” üç yoxlama oyunu planlaşdırıb 9-12-2018, 13:55 Mikayıl Nərimanoğlu yeni işdə 9-12-2018, 13:54 Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir 9-12-2018, 13:42 Lider autsayderlərə rəhm etmədi, "Şərq" oyuna gəlmədi 9-12-2018, 13:40 İlk dueli “Xəzər Cənub” qazandı 9-12-2018, 13:38 2018-in son turunda “qütblərarası savaş” 9-12-2018, 13:32 Baş məşqçilər uçurumun səbəblərini açıqladı 9-12-2018, 13:30 “Birincilər” bu dəfə də 1/8-dən “sağ çıxmadı” 9-12-2018, 13:19 Limit dəyişdirilsə, Rəhman bombardir olacaq 9-12-2018, 13:13 “Qəbələ”nin iki rəqibi məlumdu 9-12-2018, 13:12 “Qarabağ” oteli dəyişdi 9-12-2018, 13:10 “Frans Futbol”un seçiminə fərqli yanaşma 9-12-2018, 13:06 İki klubumuz eyni oteldə qalacaq 8-12-2018, 01:42 Ağır Atletika Akademiyasında üç saat 8-12-2018, 01:33 U-19 üç gündə iki oyuna çıxacaq 8-12-2018, 01:32 Derbini "Araz" qazandı, "Neftçi" üçüncü pilləyə gerilədi Bütün xəbərlər
Ən çox oxunanlar