04 okt 19:15divizion

Birinci divizionda mövsümöncəsi mənzərə

Birinci divizionda mövsümöncəsi mənzərə
Debütantlar daha iddialıdı
Bu gün birinci divizionda yeni mövsümə start veriləcək. Yeni “futbol ili”ndə aşağı dəstədə ən diqqətçəkən məqam komandaların sayı ilə bağlıdı. Belə ki, ötən mövsümlərdə 14, 16 komandanın iştirakı ilə baş tutan çempionatda bu dəfə cəmi 10 kollektiv təmsil olunacaq. Bu komandalardan biri ötən mövsüm premyer-liqadan düşən, 6-sı keçən il də aşağı dəstədə çıxış edın, 3-ü isə yeni yaradılandı. Maraqlıdı ki, iştirakçılardan yalnız dördü bölgə klublarıdı. Birinci divizionda mövsümlərarası fasilə uzun çəksə də, klublar hazırlığa gec başladı. Xüsusən də AFFA tərəfindən maliyyələşən “Turan Tovuz”, “Mil-Muğan” və “Zaqatala”. Buna səbəb assosiasiyanın klublara gec maliyyə ayırması oldu. Yeni mövsümdə komandalardan gözləntilər nə olmalıdı? Hansı klublar çempionluğa iddialıdı? Bu və başqar suallara cavab tapmaq üçün komandaları təhlil etməyə çalışdıq.
Şüvəlan
Adı çəkilən klub ötən mövsüm premyer-liqadan düşən AZAL-ın sələfidi. Qəsəbəni təmsil edən komanda “AZAL Arena”da məskunlaşıb. Yəni birinci divizionun bir sıra klublarından fərqli, “Şüvəlan”ın bazası, sabit büdcəsi var. Elə bu səbəbdən adı dəyişən gündən klubun qarşısına növbəti mövsümdə aşağı dəstədə çempion olmaq və yenidən elitaya qayıtmaq məqsədi qoyulub. “Şüvəlan”a əvvəllər “Zirə”nin 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi, “Turan Tovuz”da isə baş məşqçinin köməkçisi işləmiş Aqil Nəbiyev başçılıq edir. Gənc mütəxəssis fasilədə yaxşı kollektiv formalaşdıra bilib. Komanda premyer-liqa təcrübəsi olan Nüqzar Kvirtiya, Orxan Səfiyaroğlu, Tural Nərimanov, Mirkamil Həşimli və əvvəllər aşağı dəstə klublarında top qovmuş təcrübəli oyunçulardan qurulub. Odu ki, “Şüvəlan” aşağı dəstənin əsas favoritidi.
Turan Tovuz
Ötən mövsüm birinci divizonda çempion olan bölgə klubu premyer-liqaya yüksələ bilmədi. AFFA-nın himayəsində olan klub hətta dağılmaq təhlükəsi ilə üzləşmişdi. Çünki son ana kimi assosiasiyanın “Turan Tovuz”a maliyyə ayırıb-ayırmayacağı bəlli deyildi. Klubun futbolçulara hələ ötən mövsümdən borcu qalmışdı. Avqustun əvvəllərində isə AFFA aşağı dəstədə himayə etdiyi klublarla bağlı qərar verdi və əvvəlki mövsümlərdəki büdcəni saxladı. Yalnız bundan sonra “Turan Tovuz”un yaşayacağı təsdiqləndi. Baş məşqçi postunda isə Əsgər Abdullayev qaldı. AFFA-nın gec qərar verməsi, təbii ki, komandanın hazırlığına da mənfi təsir etdi. Bir neçə futbolçunun heyətdən ayrılması azmış kimi, kollektiv çox az sayda yoxlama oyunu keçirdi. Bu da yeni mövsümdə Abdullayevə başağrı ola bilər. Hazırda “Turan Tovuz”un xeyrinə olan yeganə məqam Əsgər bəyin təcrübəsi və gənc futbolçularla işləmək bacarığıdı. Hələ ötən mövsümün startında çox az adam bölgə təmsilçisinin çempionluğuna inanırdı. Lakin tovuzlular çox da güclü olmayan heyətlə sonda “qızıl” qazana bildi. Bir sözlə, Abdullayev həmişə sürprizlərə imza ata bilir. Görək, cari mövsümdə bizi nə gözləyir?
Ağsu
Rüfət Quliyevin rəhbərlik etdiyi kollektiv uzun illərdi birinci divizionda çıxış edir. Bu komandanın qarşısına heç vaxt premyer-liqaya yüksəlmək hədəfi qoyulmayıb. Rəhbərlik həmişə gənc futbolçuların yetişdirilməsinin əsas məqsəd olduğunu xüsusi qeyd edib. Amma “Ağsu”, demək olar ki, hər mövsüm sabit çıxış edir və mükafatçılar sırasına düşə bilir. "AzQranata"nın sponsorluq etdiyi klubla bağlı yay fasiləsində müəyyən xoşagəlməz informasiyalar yayıldı. Belə ki, şirkətin maliyyə ayırmaqdan imtina etdiyi və klubu bazadan çıxardığı deyildi. Birinci məqam təsdiqlənməsə də, komandanın bazadan çıxarılması xəbəri düz çıxdı. Bundan sonra futbolçular bazada yox, kirayə evlərdə qalacaq. Lakin büdcə əvvəlki kimi saxlanılıb və futbolçuların qida və yol xərcləri sponsor tərəfindən qarşılanır. Heyət baxımından da “Ağsu”da ciddi dəyişiklik baş verməyib. Quliyev üçün yeganə itki Elnur Səmədovun “Turan Tovuz”a getməsi olub. Əvəzində çalışdırıcı aşağı yaş qruplarından 3 futbolçu cəlb edib. Hazırlığa avqustun 1-də start verən komanda bu müddətdə üç yoxlama oyunu keçirib. Kollektiv bu qarşılaşmaların ikisində qalib gəlib, birində isə heç-heçə oynayıb. “Ağsu” hər zaman aşağı dəstənin gizli favoritlərindən olub. Qarşısında elitaya yüksəlmək məqsədi olmayan komandanın yeni mövsümdə də medalçılar sirasına düşəcəyini təxmin etmək olar.
Qaradağ Lökbatan
Paytaxt təmsilçisi də elitaya buraxılmayan komandalardandı. Buna səbəb klubun maliyyə meyarlarına cavab verməməsi oldu. Yay fasiləsində hamıdan əvvəl hazırlığa start verən qəsəbə klubunun olduqca yaxşı heyəti var. Komandada Pərvin Mədətov, Sabir Allahquliyev, Emin Mustafayev, Pərvin Paşayev, Coşqun Süleymanov, Vüsal Qarayev, Ruslan Poladov kimi futbolçular cəmləşib. Düzdü, bu oyunçuları çox yüksək səviyyəli saymaq doğru deyil. Amma “Qaradağ Lökbatan”ın heyəti artıq oturuşub və yay fasiləsində xeyli sayda yoxlama oyunlarında qüvvəsini sınayıb. Ötən mövsüm komandanın yaxşı çıxış etməsində böyük əməyi olan baş məşqçi Azər Bağırov idi. Kollektivi yeni mövsümə də məhz Azər bəy hazırladı. Lakin bir neçə gün əvvəl “Qaradağ Lökbatan” heç də yaxşı olmayan xəbər aldı. Belə ki, Bağırov yeni mövsümdə komandanı çalışdırmayacaq. Onun əvəzinə köməkçisi Həbib Ağayev gətirildi. Bağırov açıqlamalarında komandanın qarşısına çempion olmaq məqsədi qoyulduğunu deyirdi. Görəsən, onun gedişindən sonra Ağayev bu vəzifənin öhdəsindən gələcəkmi?
MOİK
Bildiyiniz kimi, 2018-ci ildə Silahlı Qüvvələrimizin 100 illik yubileyi qeyd olunacaq. Ordumuzu təmsil edən MOİK-in də qarşısına əsas hədəf kimi birinci divizionda çempion olmaq və yenidən premyer-liqaya vəsiqə qazanmaq məqsədi qoyulub. Düzdü, komanda yay fasiləsində ölkədən kənarda toplanış keçmədi. Buna baxmayaraq, MOİK-in hazırlığını yüksək səviyyədə dəyərləndirmək olar. Bir neçə yoxlama oyunu keçirən “hərbçilər” yay fasiləsində premyer-liqa təcrübəsi olan Cəmil Hacıyev, Ayaz Mehdiyev, Rəhman Musayev və Ruslan Nəsirli kimi futbolçuları heyətincə cəlb etdi. Bundan əlavə, kollektivdə xeyli sayda aşağı dəstə təcrübəsi olan oyunçular var. Üstəlik, rəhbərlik klubun büdcəsini də müəyyən qədər artırıb, futbolçular məvaciblərini vaxtında ala bilirlər. Komandanın vahid bazası olmasa da, ev oyunlarını “Bakı”nın bazasında keçirəcəyi bəllidi. Baş məşqçi isə ötən mövsümdə olduğu kimi Ramil Əliyevdi. O da açıqlamalarında əsas məqsədin komandanı çempion etmək olduğunu vurğulayıb.
Mil-Muğan
Xatırlayırsızsa, birinci divizionda ötən mövsümün püşkü atılarkən PFL prezidenti Ramin Musayev aşağı dəstə təmsilçilərinin normal idarə olunmadığını bildirmişdi. O, “Mil-Muğan”ı himayəsinə götürdüyünü demişdi. Üstəlik, futbol ictimaiyyətinə “bundan sonra görərsiz birinci divizionda klub necə idarə olunmalıdı” mesajını vermişdi. Amma mövsümün gedişində “Mil-Muğan”dan bunu görmədik. Komanda mövsümü 7-ci pillədə başa vurdu. Yay fasiləsində isə bölgə təmsilçisindən səs-soraq yox idi. Avqustun ortalarına kimi. AFFA tərəfindən maliyyələşən “Mil-Muğan”ın yaşaması məhz assosiasiyanın “yardım əli uzadırıq” qərarından sonra bilindi. Amma komandada ciddi dəyişikliklər oldu. Baş məşqçi Aqil Məmmədov klubda çalışmayacağını bildirib, postundan ayrıldı. Onun əvəzinə sabiq çalışdırıcı Xaliq Mustafayev gətirildi. Fasilədə “Mil-Muğan” yoxlama oyunları keçirməkdə də çətinlik çəkdi. Buna səbəb sınaqçı-rəqiblərin tapılmaması oldu. Üstəlik, əvvəlki heyətdən bir neçə oyunçu komandanı tərk etdi. “Mil-Muğan”dan hələlik cəmi bir transfer xəbəri var. Çempionatın başlamasına sayılı günlər qalmış komandaya həvəskarlar liqasının qalibi olan Sumqayıt "Uğur"undan qapıçı Vurğun Həsənov transfer olunub. Mustafayevin əlində olan materialla yüksək nəticəyə imza atacağı inandırıcı deyil. Çox güman, “Mil-Muğan” autsayderlər sırasında yer alacaq.
Zaqatala
Yayda taleyi qaranlıq olan klublarından biri də “Zaqatala” idi. Ötən mövsüm aşağı dəstənin ən güclülərindən olan və premyer-liqaya çıxmaq arzusu ilə alışıb-yanan komanda sonda bunu bacarmadı. Maliyyə problemi səbəbindən elitaya buraxılmayan komanda yenə birinci divizionda mübarizə aparacaq. Son ana kimi AFFA-nın himayədarlıq etdiyi klubun yaşayıb-yaşamayacağı bilinmirdi. Lakin assosiasiyanın yandırdığı “yaşıl işıq”dan sonra “Zaqatala”nın fəaliyyət göstərəcəyi təsdiqləndi. Komandanın “sükanı arxasına” yenidən Şaban Şirdanov gətirildi. Komandanın yayda ən böyük itkiləri ötən mövsüm aşağı dəstədə bombardir olan Oruc Balaşlı və qapıçı Amil Ağacanov oldu. Rəhbərlik Ağacanovun yerinə komandaya həvəskarlar liqasının qalibi olan Sumqayıt “Uğur”unun qolkiperi Samir Quliyevi gətirdi. Komanda əsasən yerli futbolçulardan qurulub. Güclü olmayan heyətlə “Zaqatala”nın necə təsir bağışlayacağı maraqla gözlənir. Hər halda, komanda ötən mövsüm daha güclü heyətlə 5-ci oldusa, yeni “futbol ili”ndə bundan yaxşı nəticə gözləməyə dəyməz.
Binə
Birinci divizionda debüt edəcək komanda ən iddialılardan biridi desək, yanılmarıq. Yenicə əsası qoyulub, olduqca yaxşı şəraitə malikdi. Heç şübhəsiz, “Binə”nin yay hazırlıq dönəmində Gürcüstana gedib təlim-məşq toplanışı keçən yeganə aşağı dəstə təmsilçisi olması da bundan xəbər verir. Rəhbərlik kluba hər cür şərait yaradıb. Büdcəsi yüksək olan “Binə” yay “transfer pəncərəsi”ndə aşağı dəstə üçün yaxşı sayılan transferlərlə yadda qaldı. Komandaya Amil Ağacanov, Emin Cəfərquliyev, Kamil Hüseynov, Bəxtiyar Soltanov, Elmin Çobanov kimi premyer-liqa təcrübəsi olan futbolçular cəlb olundu. Komandanın digər oyunçuları da birinci divizionda sayılıb-seçilənlərdəndi. Adicə ötən mövsüm “Şəmkir”də oynamış Ture Moriferenin adını çəkmək kifayətdi ki, bu futbolçu ilə bəzi elita təmsilçiləri də maraqlanırdı. Komandanın baş məşqçisi gənc mütəxəssis Mehman Əliyevdi. Əliyev yay hazırlıq dönəmində kollektivi xeyli sayda matçda yoxlaya bilib. O, komandanın qarşısına çempionluq məqsədinin qoyulmadığını, layihənin 3 il üçün nəzərdə tutulduğunu söyləsə də, daha yaxşı çıxış edib, medalçılar sırasına düşməyə çalışacaqlarını söyləmişdi. Niyə də olmasın?! “Binə” üçün yaxşı idarəçilik, normal büdcə və sayılıb-seçilən oyunçularla ilk “3-lüy”ə düşmək problem olmamalıdı.
Sabah
Bu komandanın birinci divizionda iştirak edəcəyi son anda bilindi. “Vətən” kimi fəaliyyətə başlayan klubun adı püşkatmaya bir neçə gün qalmış dəyişərək “Sabah” oldu. Taleyi kimi, adı da maraqlıdı. Komanda yeni olsa da, baş məşqçi Arif Əsədovun təcrübəsi böyükdü. Nəzərə alsaq ki, “Sabah” gənc futbolçulardan təşkil olunub, Əsədovun yaxşı kollektiv formalaşdıracağına inanmaq olar. Arif bəyin işini çətinləşdirən əsas məqam Təhsil Nazirliyi tərəfindən maliyyələşən klubun cəmi bir ay əvvəl çempionatda iştirak edəcəyinin bəlli olmasıdı. Bu da hazırlıq prosesinə təsir etdi. Normal seleksiya işi aparmaq və sınaqçı-rəqiblər tapmaq mümkün olmadı. Özü də açıqlamalarında bu amillərin mövsümün gedişində çətinliklər yaradacağını söyləmişdi. Amma “Sabah”ın qarşısına yüksək hədəflər uğrunda mübarizə aparmaq məqsədi qoyulmayıb. Yəni yeni mövsüm həm Əsədov, həm də komandası üçün sınaq olacaq.
Xəzər
Paytaxtı təmsil edən “Xəzər”in də taleyinin “Sabah”la oxşarlığı var. Bu kollektivin də aşağı dəstədə iştiak edəcəyi son anda bilindi və heyəti gənc oyunçulardan qurulub. Komandanın baş məşqçisi gənc mütəxəssis Rövşən Qasımovdu. O, ötən mövsüm “Səbail”də baş məşqçi Elman Sultanovun köməkçisi işləyib. “Xəzər”in birinci divizionda əsas məqsədi isə, sadəcə, təmsil olunmaq yox, növbəti mövsümlər üçün yaxşı komanda hazırlamaqdı. Görək, debütant nə ilə yadda qalacaq…
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar