01 okt 21:09divizion

“Turan Tovuz” evdə “Qardabani”yə uduzdu

“Turan Tovuz” evdə “Qardabani”yə uduzdu
Adil Mahmudov Gürcüstanın elita klublarından təklif alıb
Birinci divizionda yeni mövsümün başlamasına sayılı günlər qalıb. İştirak edəcək 10 komanda isə hazırlığı davam etdirir. Ötən mövsümün çempionu, lakin premyer-liqaya yüksələ bilməyən “Turan Tovuz” yenidən aşağı dəstədə çıxış edəcək. AFFA tərəfindən maliyyələşən Əsgər Abdullayevin komandası mövsümöncəsi son yoxlama oyununda qüvvəsini sınayıb. Bölgə klubunun rəqibi Gürcüstanın aşağı liqa təmsilçisi “Qardabani” olub. Bildiyiniz kimi, bu klubun prezidentinin müşaviri və baş məşqçi əvəzi həmyerlimiz, son olaraq “Şahdağ”ı çalışdırmış Adil Mahmudovdu.
Tovuz şəhər stadionunda baş tutan qarşılaşmada bir qol qeydə alınıb. Qonaqlar “Turan Tovuz” üzərində 1:0 hesablı qələbə qazanıblar. Qarşılaşmada yeganə qolu Baço Mikeladze vurub.
Matçla bağlı “Turan Tovuz”un baş məşqçisi Əsgər Abdullayevin fikirlərini öyrənmək istəsək də, buna nail ola bilmədik. Ona görə ki, Əsgər bəy bütün fasilə dönəmində olduğu kimi, bu dəfə də telefon zənglərimizə cavab vermədi. Ardınca Mahmudovla danışmağı lazım bildik. O, həm görüş haqda danışdı, həm də “Turan Tovuz”u təriflədi: “Öncə bizi yada saldığı üçün “Futbol+” kollektivinə minnətrdarlığımı bildirirəm. Siz hər zaman bizimlə maraqlanırsız. “Turan Tovuz” rəhbərliyi ilə danışıqlarımız müsbət yekunlaşdı və yoldaşlıq görüşü baş tutdu. Klub rəhbərliyinə buna görə təşəkkür edirəm. Bizi Tovuzda çox gözəl qarşıladılar. Hətta sərhəddə qarşımıza çıxmışdılar. Hər şey yüksək səviyyədə idi. Ötən mövsüm bu komanda birinci divizionda çempion olub. Düzdü, yayda kollektivdə bəzi dəyişikliklər reallaşdı. Amma “Turan Tovuz” əvvəlki kimi güclü komandadı. Bu da Əsgər Abdullayevin zəhmətinin nəticəsidi. O, Azərbaycanın öndə gedən məşqçilərindən biridi. Əsgər müəllimin böyük təcrübəsi var. Oyun olduqca gərgin və qarşılıqlı hücumlar şəraitində keçdi. Düzdü, 1:0 hesablı qələbə qazandıq. Amma onların da qol vurmaq üçün xeyli şansları oldu. Bizim də qol vəziyyətlərimiz var idi. Hər iki komanda üçün xeyirli bir matç keçdi. Bizim üçün xarici ölkə komandası ilə görüş təcrübəsi oldusa, “Turan Tovuz” da mövsümöncəsi yüksək səviyyəli hazırlıq oyunu keçirdi. Abdullayevin komandasının yenidən mükafatçılar sırasına düşəcəyinə inanıram”.
Mahmudovun sözlərinə görə, “Qardabani”nin hazırda əsas məqsədi yüksək liqaya çıxmaqdı: “Biz birinci dəstədə pley-off mərhələsinə vəsiqə qazanmışıq. Bu isə o deməkdi ki, yüksək liqaya vəsiqə qazanmaq şansımız var. Heyətimiz çox yaxşı oyunçulardan təşkil olunub. “Qardabani”yə İspaniya, Fransa və Yunanıstan kimi ölkələrdən gürcü əsilli oyunçular cəlb olunub. Onların sayəsində uğur qaznacağımıza inanıram”.
Sonda Adil bəy Gürcüstanın yüksək liqa klublarından təklif aldığını da söylədi: “Bu mövsüm əsas məqsədim komandanı aşağı dəstədə saxlamaq idi. Bu vəzifənin öhdəsindən layiqincə gəldik. Pley-off mərhələsinə vəsiqə qazandıq. Bu isə o deməkdi ki, büdcəyə xeyli vəsait daxil oldu. Yüksək liqaya çıxsaq, növbəti mövsüm çempionluq üçün çalışacağıq. Ola bilər ki, növbəti mövsüm yüksək liqada başqa komandanı çalışdırdım. Çünki hazırda bəzi klublardan təkliflər almışam, danışıqlar gedir”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 12:54 BMM “Futbol+”ə yer verməkdən çəkindi Bu gün, 12:53 Azərbaycanın idman ictimaiyyətinə müraciət Bu gün, 12:51 “Sumqayıt” “Keşlə”nin aqibətini yaşadı Bu gün, 12:48 Türkiyənin heyəti və yoldaşlıq görüşlərinə təyinatlar açıqlandı Bu gün, 12:47 Miloş Velebit kimdi? Bu gün, 12:45 “Yumşaq” Yurçeviç xaricdə fiasko vəd edir Bu gün, 12:44 Musa Qurbanlıdan poker, U-19-dan darmadağın Bu gün, 12:40 Sansone “Neftçi”də 600 min manat qazanacaq Bu gün, 12:39 Stuxlikin yeniliyinə fərqli münasibət Bu gün, 12:37 Klublar Komitəsinin rəhbərsiz qalması AFFA-nın ürəyincə deyil Bu gün, 12:36 “Səbail”də argentinalı forvard: 13 ildə 13 (?!) klub dəyişib Bu gün, 12:27 Qış fasiləsinin diqqəti çəkən 5 olayı Bu gün, 12:25 Stuxlik Xorvatiyaya gedəcək Bu gün, 12:23 “Red Black Army” narahatdı Bu gün, 12:22 Prinsipial rəqiblərin 50-ci dueli Bu gün, 12:18 “Çempionatda limiti ləğv etmişdilər, hamı legioner gətirib, pul “yeyirdi” Bu gün, 12:13 Amit Quluzadə “Çelik”də 22 gün qalıb və geri qayıdıb 14-02-2019, 23:21 “Karlsen, demək olar ki, səhv etmir” 14-02-2019, 23:18 Günay Məmmədzadə - 9 oyuna 8,5 xal toplayan çempion! 14-02-2019, 23:07 Denis “Sumqayıt”la oyuna dönüş nöqtəsi kimi baxır 14-02-2019, 23:05 Stuxlikin “islahatı” liqalarda narazılıq doğurub 14-02-2019, 23:03 U-21 martda 10 günlük toplanış keçəcək 14-02-2019, 22:54 Yığma penaltini qaçırdı və İspaniyaya uduzdu 14-02-2019, 22:51 “Avropa çempionatında iştirak etmək üçün vuruşacağıq” 14-02-2019, 22:41 Yurçeviçin təyinatına premyer-liqadan baxış 14-02-2019, 22:39 Xorvatlar Yurçeviçin 300 min avro qazanacağını iddia edir 14-02-2019, 22:37 Üç il əvvəlki duelə damğa vuran FİFA referisi 14-02-2019, 22:36 “Tofiq Bəhramov”da növbəti “döyüş” 14-02-2019, 22:34 Divizionda təcrübəli adlar: İmanxan Sultani, Ramil Diniyev, Əliyar Ağayev, İnqilab Məmmədov… 14-02-2019, 22:32 “Xəzər Lənkəran” yenə məhkəməyə gəlmədi 14-02-2019, 22:30 “Səbail” Antalyaya yollanıb 14-02-2019, 22:29 Asif Əsgərov ECA-nın toplantısının detallarını açıqladı 14-02-2019, 22:27 Kluba kəsilən cəriməni “Ağsu”nun futbolçuları ödəyəcək 14-02-2019, 22:26 İntizam Komitəsi daha iki komandaya texniki məğlubiyyət verdi 14-02-2019, 22:25 “Qəbələ”nin sabiq məşqçisi və idman direktoru uğursuzlar arasında 14-02-2019, 22:23 Baş katib BOS-da qonaqlarla görüşdü 13-02-2019, 13:35 Hacı Əliyev: "Hələ optimal formada deyiləm" 13-02-2019, 13:33 AFFA yığmanı Nikola Yurçeviçə tapşırdı 13-02-2019, 13:30 Yığmanın yeni çalışdırıcısını Məşqçilər Komitəsinin üzvlərindən uzaq tutublar 13-02-2019, 13:29 UEFA nümayəndələrinin Bakıya son səfəri 13-02-2019, 13:28 Səyavuş Əliyev “İdman Azərbaycan”ın direktoru olacaq 13-02-2019, 13:22 U-21-in heyəti ilə bağlı növbəti narazılıq dalğası 13-02-2019, 13:21 Aqil Məmmədov zədələnib 13-02-2019, 13:20 “Neftçi”nin bazasında işlər davam etdirilir 13-02-2019, 13:14 “Keşlə” Vaqif Cavadovdan qurtuldu 13-02-2019, 13:11 Almeyda “Qarabağ”dan ayrıldı 13-02-2019, 13:09 “Salam, “Çelsi”, nətərsən?” 13-02-2019, 13:05 Moldova futboluna azarkeşlik edən rus təqaüdçü 13-02-2019, 12:59 Turun statistikası 13-02-2019, 12:56 Turun məşqçisi 13-02-2019, 12:56 Turun oyunçusu 13-02-2019, 12:55 Turun sitatı 13-02-2019, 12:54 Cənub zonasında havaya görə təxirəsalma 13-02-2019, 12:50 Hakimlərin mühakiməsi 13-02-2019, 12:48 “Banişevski kuboku”nda 6 komanda mübarizə aparacaq 13-02-2019, 12:47 “Zirə”dən 6 aylıq icarə və növbəti transfer 13-02-2019, 12:45 Turdan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar