09 yan 20:06divizion

Cəzası bitməyən Kamran Əlibabayev yenidən “sükan arxasında”

Cəzası bitməyən Kamran Əlibabayev yenidən “sükan arxasında”
“Mənim üçün tribunada və ya texniki zonada olmağın fərqi yoxdu”
Ötən ilin aprelində AFFA İntizam Komitəsinin qərarı ilə birilliyə futboldan uzaqlaşdırılan Kamran Əlibabayev yenidən iş başına dönüb. “Şəmkir”dən ayrılandan sonra mövsümlərarası fasilədə adı bir ara “Şərurspor”la yanaşı hallanan mütəxəssis yenidən “Şahdağ”ı çalışdıracaq. Xatırladaq ki, Əlibabayev qərb təmsilçisinə üz tutmamışdan öncə də Qusar klubunun “sükanı arxasında” olmuşdu. Cəzası başa çatmayan məşqçinin yenidən texniki zonada görünməsi, heç şübhəsiz, qeyri-mümkündü. Bəs görəsən, belə olan halda Kamran bəy rəsmi oyunlarda komandanı necə idarə edəcək? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün dünən onunla söhbətləşdik.
- Yenidən “Şahdağ”ın “sükanı arxasına” keçdiz. Sizcə, son illər maliyyə burulğanında boğulan, futbolçuya maaş verə bilməyən klubla nəyəsə nail olmaq olar?
- Son illlər Qusar ölkə futboluna görün nə qədər səviyyəli futbolçu bəxş edib? Bir-bir ad çəksəm, xeyli vaxtınızı almış olaram. Bu onu göstərir ki, klubda normal iş qurulsa, yerli futbolçuların hesabına çempionatda uğur qazamaq mümkündü. Sadəcə, işə düzgün yanaşmaq, yerli potensialdan düzgün istifadə etmək lazımdı.
- Sözlərinizdən belə aydın oldu ki, yalnız qusarlı futbolçularla yola davam etmək fikrindəsiz.
- Heyət, demək olar ki, 90 faiz yerlilərdən təşkil olunacaq. Ola bilsin, kənardan bir-iki futbolçu dəvət etdik. Ancaq bu o qədər də inandırıcı görünmür.
- Heç kimə sirr deyil ki, “Şahdağ” hazırda maliyyə təminatı baxımından ölkənin ən zəif üç klubundan biridi. Aylarla maaş üzünə həsrət qalan futbolçularla işləmək çətin olmayacaq?
- Təklifi dəyərləndirməmişdən öncə klubun sponsoru AZENCO şirkətinin rəsmiləri ilə görüşümüz olub. Onlara da bildirdim ki, futbolçu çəkdiyi zəhmətin bəhrəsini görməli, maaşını vaxtında almalıdı. Əks halda onlardan heç nə tələb etmək olmaz. Qarşı tərəf də bildirdi ki, ikinci dövrədə vəziyyət yaxşılığa doğru dəyişəcək. Çalışacaqlar ki, maaşlarda gecikmələr olmasın. Bu gün reallıq bundan ibarətdi ki, pul olmadan nəyəsə nail olmaq çətindi. Futbolda romantika dövrü uzaq keçmişdə qalıb. Hər kəs zəhmətinin əvəzini görmək istəyir. Adicə ailədə bir uşaq evdə o biri qardaş-bacılarından daha çox iş görəndə, yemək zamanı daha böyük tikənin ona verilməsini istəyir. Bununla razılaşmaq lazımdı.
- Bəs köhnə borcların taleyi necə olacaq? Birinci dövrədə futbolçular, demək olar ki, maaş üzünə həsrət qaldılar.
- Bu artıq mənim səlahiyyətimdə olan məsələ deyil. Mən rəhbərliklə görüşdə işləyəcəyim dönəmi müzakirə etmişəm. Ancaq söhbət əsnasında köhnə borclar məsələsinə də toxundum. Bildirdilər ki, tədricən bütün problemləri həll etməyə çalışacaqlar. İndi əsas məqsəd əl-ələ verib “Şahdağ”ı xoşagəlməz durumdan çıxarmaqdı.
- Məşqlərə başlamısız?
- Yanvarın 7-dən komanda bir araya gəlib. Gündəlik məşqlərimiz davam edir. Hazırda komanda rayondakı “Ümid “otelində məskunlaşıb. Qidalanma və məskunlaşma ilə bağlı heç bir problem yoxdu. Futbolçu üçün də əsas odu ki, qalmaqla və yeməklə bağlı çətinlik çəkməsin. Artıq hazırlıq dönəmində qarşılaşacağımız iki rəqibin adı məlumdu. Əvvəlcə AZAL-ın U-19 komandası, ardınca isə “Sumqayıt”ın əvəzedici heyəti ilə qüvvəmizi sınayacağıq. Daha iki görüş keçirməyi də planlaşdırırq. Ancaq hələ ki rəqib axtarışındayıq.
- İndi isə keçək əsas məsələyə. İntizam Komitəsi tərəfindən sizə verilən cəzanın müddəti hələ bitməyib. Belə çıxır ki, siz yalnız komandaya məşq keçəcəksiz. Rəsmi oyunlarda isə ordu sərkərdəsiz qalacaq.
(müsahibə tam halda qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar