28 sen 22:43divizion

“Göyəzən” qərar verib, başqaları sponsordan cavab gözləyir

“Göyəzən” qərar verib, başqaları sponsordan cavab gözləyir
Elbrus İsmayılov: “Mingəçevir kimi ənənələrə malik şəhərin futbolsuz qalmasına razı olmazlar”
Bu ildən AFFA Region Liqası adlanacaq yeni birincilik keçirməyə qərar verib. Yarımhəvəskar status daşayacaq bu yarışa həvəskar komandalarla yanaşı, birinci divizona buraxılmayan klubların qatılacağı söylənilir. Yeni çempionatın hansı formatda keçiriləcəyi və neçə komandanın iştirak edəcəyini bilmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq. Mikayıl bəy bütün suallara yaxın günlərdə aydınlıq gələcəyini bildirdi: “Hazırda bu yöndə işlər görülür. Yaxın günlərdə Region Liqası ilə bağlı layihə AFFA İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunacaq. Məhz bundan sonra ictimaiyyətə bu məsələ ilə bağlı geniş açıqlama veriləcək”.
Xatırladaq ki, birinci divizionun püşkatma tədbirində PFL prezidenti Ramin Musayev yeni liqanın AFFA tərəfindən təşkil olunacağını bildirmiş, yarışa marağı artırmaq üçün birinci yerin sahibinə 30-40 min manat civarında mükafat vermək təklifini irəli sürdüyünü söyləmişdi.
Bəs görəsən, yeni mövsümdə birinci divizionda iştirakına qadağa qoyulan klublar Region Liqasında iştirak etmək perspektivinə necə münasibət göstərir? Bu suala aydınlıq gətirmək üçün öncə “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayevlə əlaqə saxladıq: “Şahdağ”ın Region Liqasına qatılıb-qatılmayacağı klubun əsas sponsoru olan AZENCO rəhbərliyindən asılıdı. Onlar komandanın yeni yaranmış liqada iştirakına razılıq versə, oynayacağıq, əks halda “Şahdağ” birincilikdən kənarda qalacaq. Bundan başqa, Region Liqasının hansı formatda keçirilməsindən də çox şey asılıdı”.
AFFA və PFL-in birgə komissiyasının “radarına düşənlərdən” biri də “Göyçə”di. Görəsən, bu yay fəaliyyətini bərpa edərək aşağı dəstədə çıxış etmək istəyən klubun gələcəklə bağlı hansı planları var? “Göyçə”nin idman direktoru Zamin Əsədullayev sualımızı belə cavabladı: “Hələ ki yeni yaradılacaq liqanın hansı formatda keçiriləcəyi məlum deyil. Şərtlər açıqlanandan sonra klubdaxili toplantı keçirib, mövqeyimizi bildirəcəyik. Bu gün üçün ümumi fikri belədi ki, Region Liqasına qatılaq. Yayda heyətimizə qatdığımız əksər futbolçularla vidalaşdıq. Heç şübhəsiz, yeni liqaya qatılacağımız halda büdcəmizdə də dəyişiklik olacaq. Bu yarışda daha çox gənclərə bel bağlayacağıq”.
Aşağı dəstənin daimi sakinlərindən olan “Energetik” də uzun illərdən sonra peşəkar liqadan uzaqlaşdırıldı. Mingəçevir təmsilçisinin vitse-prezidenti Elbrus İsmayılov bizimlə söhbətdə komissiyanın bank təminatı ilə bağlı tələbini yerinə yetirə bilmədiklərinə görə çempionata buraxılmadıqlarını bildirməklə yanaşı, AFFA-nın yeni layihəsi ilə bağlı da fikirlərini bölüşdü: “Həmişə çalışmışıq ki, Mingəçevirdə futbol olsun. Təəssüf ki, “Energetik” 2017/18 mövsümündə aşağı dəstədə çıxış edə bilməyəcək. Bank təminatı ilə bağlı tələbi yerinə yetirə bilmədik. Region Liqasına gəlincə, hər şey kluba sponsorluq edən şirkət rəsmilərinin verəcəyi qərardan asılıdı. Yaxın günlərdə onlarla görüşüb müsbət cavab almağa çalışacam. Yəqin ki, Mingəçevir kimi ənənələrə malik şəhərin futbolsuz qalmasına razı olmazlar”.
“Göyəzən”in vitse-prezidenti Mehdi Salmanov Region Liqasında iştirak edəcəklərini söylədi: “Maliyyə çatışmazlığına görə birinci divizonda iştirakımıza icazə verilmədi. Buna baxmayaraq, komanda bu gün də məşqləri davam etdirir. Region Liqasında iştirak edəcəyimiz dəqiqdi. Dünən (srağagün) AFFA ilə əlaqə saxlayıb, yeni liqanın nə vaxt start götürəcəyi ilə maraqlandım. Bildirdilər ki, İcraiyyə Komitəsi razılıq verən kimi çempionat start götürəcək. Odu ki, AFFA-dan xəbər gözləyirik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 12:24 Bəhram Mürvətov qalmaqallı görüşün iç üzünü açdı Dünən, 12:18 “Telekom”un sabiq üzvü millimizi güclü rəqib sayır Dünən, 12:17 Damaçımız Avropa çempionu oldu Dünən, 12:16 Vasif ermənini üstələyib qalib oldu Dünən, 12:07 Region Liqasında növbəti mövsüm payızda start götürəcək Dünən, 12:06 Kubokun finalının biletləri satışa çıxarıldı Dünən, 12:05 Bezotosnı müqavilə müddətini uzatdı, Kone “Göztəpə”yə qayıdır Dünən, 12:02 Qarabağ” 9 futbolçu ilə yolları ayırdı Dünən, 12:01 “Neftçi” rəsmisindən qəribə açıqlama Dünən, 11:59 Daim sevgiylə xatırlanacaq Riçi Dünən, 11:02 “Qarabağ”a görə efirdə ağlayan “MATÇ TV”nin azərbaycanlı şərhçisi Dünən, 10:57 Premyer-liqanın statistik mənzərəsi Dünən, 10:55 “Marafon”un üzvü də limitin tərəfdarıdı Dünən, 10:47 "Qarabağ"ın uğuru özü üçün problemə çevrilib” Dünən, 10:46 U-20 üstünlüyünü qoruya bilmədi Dünən, 10:41 Samir Abasov “Sumqayıt”a dönməyəcək Dünən, 10:40 Dadaşov mövsümü dublla başa vurdu Dünən, 10:37 Amit Quluzadə “Drita”dan ayrıldı Dünən, 10:36 UEFA BOS-da keçiriləcək oyunların tarixini açıqladı Dünən, 10:35 Yığma “Tofiq Bəhramov”da hazırlaşır 25-05-2018, 14:03 “Qəbələ”nin futbolçularına 100 min manat “atıblar” 25-05-2018, 14:02 “Qarabağ” bayrama bayram qatmışdı 25-05-2018, 13:51 Turun statistikası 25-05-2018, 13:43 Turun məşqçisi 25-05-2018, 13:38 Turdan məqamlar 25-05-2018, 13:36 AÇ-yə rekord sayda idmançıyla qatılacağıq 25-05-2018, 13:35 Şəhriyar Məmmədyarov üçün ciddi sınaq 25-05-2018, 13:33 Gimnastımız Macarıstanda fərqləndi 25-05-2018, 13:32 DÇ-yə hazırlıq başladı 25-05-2018, 13:30 Futbolçular Cavid İmamverdiyevi seçdi 25-05-2018, 13:25 Yığma yenə ilk setdən sonra ayıldı 25-05-2018, 01:06 Sumqayıtın təsəllisi Region Liqası oldu 25-05-2018, 01:04 DÇ-nin “elçiləri” Rövnəq Abdullayevlə görüşdü 25-05-2018, 01:02 Elxan Məmmədov “Kəpəz”lə bağlı son nöqtəni qoydu 25-05-2018, 01:00 Moskvadan gələn var... 25-05-2018, 00:57 “Keşlə”ni növbəti mövsümdə də Maksimov çalışdıracaq 25-05-2018, 00:55 “Səbail” Samir Əliyevlə yollarını ayırdı 25-05-2018, 00:54 Samir Abasov tələsik qərar verdiyinə görə peşman olub 25-05-2018, 00:53 PFL medalçıların siyahısını açıqladı 25-05-2018, 00:51 “Marafon” “Uğur”a yerini göstərdi 25-05-2018, 00:49 Turun oyunçusu 25-05-2018, 00:48 Turun sitatı 25-05-2018, 00:46 Hakimlərin mühakiməsi 25-05-2018, 00:45 Amit Quluzadə Kosovoda pul xərcləyə bilmirmiş 25-05-2018, 00:41 Cavid Hüseynov 3 oyunluq cəzalandı 25-05-2018, 00:40 Cümhuriyyətin yubileyini "sülh"lə qeyd etdilər 25-05-2018, 00:38 Transfer dövləri açıqlandı 24-05-2018, 23:58 Kənan Hacıyev İtaliyadan kubokla qayıtdı 23-05-2018, 12:21 Makedoniyada güləşçimizin çempionluğunu əlindən aldılar 23-05-2018, 12:19 “Sumqayıt”ın üzvləri baş məşqçiyə etiraz etmədi 23-05-2018, 12:15 Samir Abasov Roman Qriqorçuku əvəzləyəcək 23-05-2018, 12:10 “Sumqayıt” kapitanı saxladı 23-05-2018, 12:06 Portuqaliyalı agentlər İmamverdiyevi izləmək üçün Sumqayıta gəlib 23-05-2018, 12:05 “Uğur” Region Liqasının qalibi olmağa köklənib 23-05-2018, 11:07 Miya “Neftçi”ylə “Zirə”də oynamağa qarşı deyil 23-05-2018, 11:05 Nağıyev “Qarabağ”a qələbə qazandırdı 23-05-2018, 11:04 Antirekordla bitdi Bütün xəbərlər
Ən çox oxunanlar