26 sen 13:46divizion

Birinci divizionda 10 komanda çıxış edəcək

Birinci divizionda 10 komanda çıxış edəcək
Baş katiblə PFL prezidenti Niftiyevi başa saldı, AZENCO “Şahdağ”ı yoxlayır
AFFA və PFL-in birgə komissiyasının “Şahdağ”ı birinci divizona buraxmamasından xəbərdarsız. Komissiyanın məlum qərarı ilə razılaşmayan Qusar təmsilçisinin rəhbərliyinin ötən həftə ölkə başçına müraciət ünvanladığını da sizlərin diqqətinə çatdırmışdıq. Onu da bildirmişdik ki, qusarlılar AFFA yanında fəaliyyət göstərən Apellyasiya Komissiyasına da ərizə yazıblar.
Ötən həftənin son iş günü, daha dəqiq desək, cümə günü komissiya üzvləri şimallıların və başqa klubların məsələsini yenidən araşdırmalı və son qərarı açıqlamalı idi. Ancaq komissiyanın toplantısı baş tutmayıb. Bununla belə, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, artıq qərar məlumdu və yeni mövsümdə aşağı dəstədə 10 klubun mübarizə aparacağı dəqiqləşib. Mənbəmizin sözlərinə görə, Qusar təmsilçisinin ölkə başçısına müraciəti AFFA-nın yuxarı dairələrini “çalxalayıb”. PFL prezidenti Ramin Musayev, ardınca isə baş katib Elxan Məmmədov “Şahdağ”ın prezidenti Ərəstun Niftiyevlə telefon əlaqəsi saxlayıblar. Söhbət əsnasında klub prezidentinə bu il yeni yaranacaq Region Liqasında oynamaq məsləhət olunub. Baş katib Niftiyevə onu da bildirib ki, yeni liqanın qalibinə pul mükafatı verilməsi də nəzərdə tutulub. Bundan başqa, yarımhəvəskar status daşıyacaq turnirin qalibi ölkə xaricində təşkil olunacaq yarışlara qatılmaq imkanı da qazanacaq. Tərəflər arasında baş tutan telefon danışığından sonra Ərəstun bəy geri çəkilib və “Şahdağ”ın aşağı dəstədə çıxış etməməsi ilə barışıb.
Mənbəmiz Niftiyevlə bağlı daha bir maraqlı məlumatı diqqətimizə çatdırdı. Belə ki, klub adından ölkə başçısına müraciət ünvanlanandan az sonra “Şahdağ”ın əsas sponsoru olan AZENCO şirkəti kluba yoxlama göndərib. Maliyyə sənədlərinin təftiş olunması, AFFA-dan gələn zənglər, danışıqlar zamanı ötən mövsümün bəzi məqamlarının xatırlanması Ərəstun bəyi Qusarın futbol ictimaiyyətinin xəbəri olmadan AFFA-nın şərtlərini qəbul etməyə sövq edib. Söylənilənlərlə bağlı Niftiyevlə danışmağı lazım bildik. Ərəstun bəy əvvəlcə deyilənləri təkzib etsə də, sonradan faktlar qarşısında qaldığından hər şeyi açıb danışdı.
- Deyəsən, növbəti mövsümdən aşağı dəstədə 10 komandanın iştirak edəcəyi dəqiqləşib. “Şahdağ” çempionatdan kənarda qaldı.
- Hələ heç nə məlum deyil. Sabah (bu gün) Apellyasiya Komissiyasının qərarı açıqlanacaq. Biz də sizin kimi xəbər gözləyirik.
- Bizdə olan məlumata görə, cümə günü AFFA-nın baş katibi Elxan Məmmədov və PFL prezidenti Ramin Musayev sizinlə telefonla danışıb və “Şahdağ”ın aşağı dəstədə çıxış etməyəcəyi dəqiqləşib.
- Zəng başqa, rəsmi sənəd başqa. İndi siz də mənimlə telefonla danışırsız. Telefonda deyilən hər sözü rəsmi qərar kimi qəbul etmək nə dərəcədə düzdü?
- Hər halda, məqsədsiz zəng olmaz. Bu günə kimi baş katib sizə zəng vurmuşdu? Bizdə olan bilgiyə görə, Elxan bəy sizə Region Liqasında oynamağı məsləhət görüb. Onu da bildirib ki, qalibə pul mükafatı veriləcək. Bundan başqa, liqanın qalibi kimi yenidən birinci divizionda çıxış edə biləcəyinizi də vurğulayıb. Siz də baş katibin söylədikləri ilə razılaşmısız...
- Bəli, aramızda belə söhbət olub. Bütün bunlar telefon danışığı zamanı müzakirə olunub. Birinci gün AFFA-ya gedib daha ətraflı söhbət edəcəm.
- AZENCO-nun klubu yoxlamağa başlaması da düzdü?
- Klubun fəaliyyətini yoxlayırlar.
- Sizcə, təftişin məhz bu ərəfəyə təsadüf etməsi şübhəli deyil?
- Nə deyim, vallah.
- “Şahdağ”ın aşağı dəstəyə buraxılmayacağı məlum olanda çox əl-ayağa düşdüz, çox qapıları döydüz, hətta ölkə başçısına müraciət etdiz. Bütün bunlardan sonra iki zəngə və yoxlamaya görə geri çəkilməyiniz bir qədər qəribə görünür. Belə tez təslim olacaqdızsa, niyə bu qədər hay-küy saldız? Siz də “Energetik” kimi ilk gündən mövqeyinizi ortaya qoyardız.
- Biz əlimizdən nə gəldisə, onu da etdik. Mənə deyirlərsə reallıq budu, nəyə görə kimlərləsə dalaşmalıyam, ortalığı qatmalıyam? Mənə hər şeyi başa saldılar. Dedilər gedin, infratrukturu qaydasına salın.
- Özünüz də əvvəlcədən bilirdiz ki, Qusar stadionunun şəraiti birinci dəstədə oynamağa imkan vermir. Buna baxmayaraq, yenə apellyasiya şikayəti verdiz. Belə çıxır ki, ya özünüz özünüzü aldadırdız, ya da ictimaiyyəti?
- Qərar verən onlardı, mən yox. Apellyasiya verəndə düşünürdük ki, bəlkə güzəşt olundu. Ancaq bizə cavab gəldi ki, müraciətiniz mənfi cavablandı və komanda birinci dəstəyə buraxılmadı. Baş katiblə telefon danışığımız zamanı mənə sual verdi. Soruşdu ki, komanda Region Liqasında oynamağa hazırdı? Mən də bununla bağlı sponsorun, yəni AZENCO-nun fikrini öyrənməyin vacib olduğunu bildirdim. Əsas himayədar razı olsa, yeni liqada çıxış edəcəyik, razı olmasa, yox. Burda nə var ki? 10 komandalı çempionat keçiriləcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar