09 yan 19:39divizion, manset

“Şərurspor”un prezidenti gözaltına alınıb

“Şərurspor”un prezidenti gözaltına alınıb
Sərdar Bağırov vergidən yayınmaqda ittiham olunur
Uli Höness, Vensan Labryun, Bernar Tapi, Xesus Xill, Xose Mariya del Nido, Əziz Yıldırım, Luçano Mocci, Vittorio Çekki Qori, Cici Bekali - bu adlar sizə nəsə deyir? Bəlkə də dünya futbolu ilə yaxından maraqlananlar üçün hər şey aydındı. Bilməyənlərə isə xatırladaq ki, adını çəkdiyimiz hər bir şəxs Avropanın sayılıb-seçilən klublarının ya hazırkı preizdentidi, ya da nə vaxtsa bu fəxri postu tutub. Ancaq onların hamısını ortaq bir cəhət birləşdirir. İstər “Bavariya”nın prezidenti Höness, istər “Marsel”in sabiq rəhbəri Tapi, istərsə də azərbaycanlı futbolsevərlərin yaxından tanıdığı “Fənərbaxça”nın preizdenti Yıldırım olsun, hamısı vaxtilə ya məhbus həyatı yaşayıblar, ya da barələrində məhkəmənin həbs qərarı olub. Bütün qitənin tanıdığı futbol funksionerləri arasında kimlərsə istintaqın gedişində günahsız olduğunu sübut edərək, dəmir barmaqlıqlar arxasına düşməkdən xilas ola bilib, bəziləri isə müəyyən müddətə də olsa, azadlıqdan məhrum olub. Ancaq bütün bunlara baxmayaraq, onların rəhbərlik etdikləri klublar çıxışlarını davam etdiriblər, hətta aralarında böyük nailiyyətlərə imza atanlar da olub. Hönessin “Bavariya”sının, Bekalinin “Styaua”sının öz ölkələrində hansı nüfuza malik olduğunu, daim çempionluq uğrunda mübarizə apardığını xatırlamaq yersizdi. Hələ Tapinin prezidenti olduğu “Marsel”in ötən əsrin sonlarında, daha dəqiqi, 1993-cü il mayın 26-da Çempionlar Liqasının finalında ulduzlar toplusu “Milan”ı minimal hesabla yenməklə Fransa klub futbolu tarixində ilk dəfə zirvəni fəth etməsini demirik.
Bəlkə də sizlər üçün bu mövzuya toxunmağımız qəribə gələcək və fikirləşəcəksiz ki, yaxın keçmişdə “köhnə qitə”nin top-klublarında yaşananları yada salmaq nəyə və kimə lazımdı. Bütün qeyd etdiklərimizi bugünlərdə əldə etdiyimiz bir xəbərə keçid kimi dəyərləndirmək olar.
Etibarlı mənbədən bizə ötürülən bilgiyə görə, adı daha çox qalmaqallarda hallanan, personası ətrafında miflər dolaşan “Şərurspor”un prezidenti Sərdar Bağırov gözaltına alınıb. Əslən naxçıvanlı olan iş adamı vergidən yayınmaqda ittiham olunur və hazırda Kürdəxanıdakı müvəqqəti saxlanma təcridxanasındadı. Mənbəmizin sözlərinə görə, hazırda Sərdar bəyin vəkilləri onun heç bir qeyri-qanuni işlərlə məşğul olmadığını, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar. Bizə məlumat ötürən şəxsin sözlərinə inansaq, günahsız olduğunu sübuta yetirməyə çalışan “Şərurspor”un prezidenti yaxın günlərdə azadlığa qovuşacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
"Neftçi" yubiley tədbirində jurnalistləri görmək istəmir! 23:22“80 yox, 100 yaşı da olsa, mənim gözümdə uşaq kimi qalacaq” 14:54“Zirə”lilər “Qarabağ”la oyuna adi yanaşır 14:50“Kəpəz” azarkeşlərə Novruz hədiyyəsi etmək istəyir 14:48Superkubok da “Şəfəq”in oldu 14:46“Xəmsə” yeni loqosunu təqdim etdi 14:40“Zirə”dən İslam Həmrəyliyi Oyunlarına dəstək 14:39Kamerun vətəndaşlarının meyidləri ölkələrinə göndərildi 14:37“Futbolda mümkünsüz heç nə yoxdu” 15:05Azərbaycanlı qapıçı Qırğızıstan klubunda 15:02“Zaqatala” iki qolla ikinci yerə qalxdı 14:59Almanlarla oyuna 19 min bilet satılıb 14:47“Sektor 11” ilə “Milli dəstə” ayrı-ayrı sektorlarda olacaq 14:44Avropanın nəhəng klublarının üzvləri ölkəmizə səfər edəcək 14:41Robert Prosineçkinin 26 nəfərlik fəlsəfəsi 14:38Almaniya: son 10 ildə iki dəfə 14:34Azadlığa çıxan Sərdar Bağırov Rövnəq Abdullayevin ətrafını “topa tutdu” 14:18Olimpiya stadionu UEFA-nın qərarını gözləyir 14:12“Lokomotiv”in borclarını AVF ödədi 14:07Hakim haqsızlığı “klassiklər”i kubokdan məhrum etdi 14:02Sumqayıtda voleybol klubu yaradıla bilər 13:55Baraban çalmaqdan vitse-prezidentliyə gedən yol 11:51"Səbail" büdrədi, Kvaratsxeliya üzüldü 11:43AFFA-nın Konfransından geriyə qalanlar... 11:32“Neftçi” mühafizə məsələsində rəqiblərlə razılığa gəlir 11:24UEFA İcraiyyə Komitəsinə can atan Elxan Məmmədovun seçki platforması 11:20AFFA “Şərurspor”la “Rəvan”ın “başını kəsdi” 11:12Futbolçular İK-nın qərarını ədalətsiz sayır 11:09“Rəvan”la “Şərurspor” AFFA-nın qərarı ilə barışmır 11:05“Böyük Dəbilqə”nin qəhrəmanı uğurunu davam etdirmək əzmindədi 11:00“Klassiklər”dən Dünya Kubokuna uğurlu start 10:55Oleq Stepko da Azərbaycanı tərk etdi 10:49“Zirə” Zirədə məktəblilərlə görüşdü 10:35Sərdar Bağırov azadlığa çıxan kimi "Futbol+"ə danışdı 00:50“Turan Tovuz” bəyanat yaydı 13:35Atletlər “Fəcr kuboku”na üç “bürünc”lə başladı 13:33Yığmamız “Böyük Dəbilqə”də ikinci oldu 13:32Üçhakimiyyətlilik davam edir 13:29Rüfət Dadaşov 8-ci qolunu vurdu 13:27Divizionun iddialıları, demək olar, hazırdı 13:24Mübariz Mənsimovun milyonlarını “yeyən” əcnəbi məşqçilər 13:21Mikayıl Nərimanoğlu jurnalistləri günahkar çıxardı 13:17“Əl-Sadd” stadionuna buraxılmayanlar “Futbol+”ə danışdı 13:16“Təyyarəçilər” intizamsız futbolçu ilə yolları ayırdı 13:13Maşallah Əhmədovun şikayətinə baxılacaq 13:10AVF reqlamenti niyə dəyişib? 13:09Kamil Nurəhmədov İmişlidə darıxır 11:46Şirdanov komandasını AZAL və “Kəpəz” səviyyəsində görür 11:44Mahmud Qurbanov yığmanın çıxışını dəyərləndirdi 11:37Elçin Məmmədov ad çəkmədi 11:36Mikayıl Nərimanoğlu doğum gününü yığmanın düşərgəsində qeyd edib 11:34Lənkəranlıları ölkə futboluna bəxş edə bilməyən “Xəzər Lənkəran” 11:31Kvekveskiri Apellyasiya Arbitraj Tribunalına təşəkkür etdi 11:29Rafael Ağayev uğurunun sirrini açıqladı 11:28“Azərreyl” sindromu qırsa da... 11:26Çempionatda mübarizə qızışır 11:24İlk gündə qazancımız bir “bürünc” oldu 11:23 Bütün xəbərlər
Ən çox oxunanlar