06 sen 12:51divizion

Vaqif Əliyev “Şəmkir”in prezidentinin sözünü təsdiqlədi

Vaqif Əliyev “Şəmkir”in prezidentinin sözünü təsdiqlədi
“Görülən işlərin qarşılığında komanda bu mövsüm premyer-liqada mübarizə aparmalıyldı”
Fəaliyyətini dayandırmış “Şəmkir”in sabiq prezidenti, külli miqdarda borcu olduğuna görə ölkədən qaçdığı deyilən Elvin Səfərlinin Türkiyədə olduğunu ötən sayımızda xəbər vermiş, adı oyun alğı-satqısında, bukmeker kontorları ilə işbirliyində hallanan prezidentlə müsahibəni sizə təqdim etmişdik. Səfərli ikiqat ölkə çempionunun premyer-liqaya yüksəlməsinə AFFA-nın baş katibi Elxan Məmmədovun mane olduğunu bildirməklə yanaşı, klubun Lisenziyalaşdırma Komissiyasının bütün tələblərini yerinə yetirdiyini söyləmişdi: “Komandanı götürən ilk gündən bu sahəyə çox diqqət ayırdıq. Bunun üçün hətta “Simurq”da çalışmış Vaqif Əliyevi də komandaya dəvət etdik. Bununla bağlı Vaqif müəllimlə də danışa bilərsiz. Bütün sənədləşmə tələb olunan formada hazırlanmışdı. Aprelin sonuna kimi bizə deyirdilər ki, bütün sənədləriniz qaydasındadı, elitada çıxış etməklə bağlı problem yoxdu”.
Elvin bəyin səsləndirdiyi fikirlərin doğru olub-olmadığını müəyyənləşdirmək üçün Vaqif Əliyevlə danışmağı lazım bildik. Əliyev Səfərlinin söylədiklərini təsdiqlədi: “Elvin müəllimin müsahibəsi ilə tanışam və orda səsləndirdiyi fikirləri mən də təsdiqləyirəm. Lisenziyalaşdırmanın bütün şərtlərini, demək olar ki, yerinə yetirmişdik. Yalnız maliyyə meyarı ilə bağlı bəzi çatışmazlıqlar var idi ki, onu da aradan qaldırmaq problem deyildi. Zəmanət məktubunu da təqdim edə bilərdik, audit yoxlamasının rəyini də. Sadəcə, sonradan proseslər elə məcrada davam etdi ki, həmin sənədlərə ehtiyac qalmadı. Çünki “Şəmkir”in premyer-liqaya yüksəlməyəcəyi bəlli oldu”.
Vaqif bəy bizimlə söhbətdə “qırmızı-ağlar”ın elitada çıxış etməyə layiq olduğunu da vurğulamağı unutmadı: “Mən ora gəldiyim ilk gündən rəhbərliyin komandaya necə diqqət göstərdiyinin şahidi oldum. Məndən əvvəl də “Şəmkir”in premyer-liqada oynaması üçün rəsmilər tərəfindən müəyyən işlər görülmüşdü. Fikrimcə, görülən işlərin qarşılığında komanda bu mövsüm premyer-liqada mübarizə aparmalıydı. Təəssüf ki, müəyyən səbəblərdən bu alınmadı. Elvin Səfərlini axırıncı dəfə aprelin sonunda görmüşəm. Çempionatın son turundan sonra onun ölkə xaricinə yollandığı xəbəri yayıldı. O gündən bu yana nə onunla telefonla danışmışıq, nə də bir araya gəlmişik”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:25 Faiq Cabbarovun məhkəməsi təxirə salınıb Dünən, 23:23 BOS-a iynələr vasitəsilə süni qazon əkilir Dünən, 23:21 “Qəbələ”də də maaşlar gecikir Dünən, 23:19 Vüqar məlum uğura görə Qurban Qurbanova zəng edib Dünən, 23:15 Nazarov qələbəyə sevindi Dünən, 23:14 “Araz” daha bir braziliyalı transfer etdi Dünən, 23:09 “Binə” iki qolla sevindi Dünən, 23:07 Elçin Məmmədov “Mançester Yunayted”in oyununda Dünən, 23:06 AFFA rəsmisi Göyçayda uşaqları sevindirdi Dünən, 23:05 Azərbaycanlı səfir “Atletiko”nun prezidenti ilə görüşdü Dünən, 22:57 “Rəhmətlik həmin vaxt ağır xəstə idi, çətinliklə danışırdı” Dünən, 22:46 “Qarabağ” cəmi 17 dəqiqəyə “Sumqayıt”a yerini göstərdi 23-09-2017, 00:46 Alı Alıyev “İnter”i çətin vəziyyətdən çıxara bilər 23-09-2017, 00:43 “Sumqayıt” Nicata vəkil tutmayıb 23-09-2017, 00:42 “İnter”də maaşlar ödənildi! 23-09-2017, 00:41 İsgəndər Cavadov Futbol Akademiyası yaratdı 23-09-2017, 00:39 “Kəpəz” Adil Məmmədovun ad günündə “Xəmsə”ni yendi 23-09-2017, 00:38 UEFA-nın qərarı ciddi müzakirələrə səbəb oldu 23-09-2017, 00:37 AMADA yalnız “Zirə”nin düşərgəsində problemlə üzləşib 23-09-2017, 00:35 PFL oyunların yerini dəyişdi, klubları razı saldı 23-09-2017, 00:34 “Vətən” Ruslan Tağızadə ilə maliyyədə anlaşa bilmədi 23-09-2017, 00:33 “Roma” Bakıya 500 nəfərlik “ordu” ilə gəlir 23-09-2017, 00:31 “Araz”dan əzmkar qələbə 23-09-2017, 00:28 Mikayıl Cabbarov AQF-yə yeni zal bağılşayıb 23-09-2017, 00:26 Ehiosun yenidən “Qəbələ”də 23-09-2017, 00:24 Tərlan Əhmədov ünsiyyətdən qaçır 23-09-2017, 00:23 PFL Apellyasiya Komissiyasının cavabını gözləyir 23-09-2017, 00:22 Dəniz Yılmaz dubl etdi 23-09-2017, 00:21 “Futbol+”: 20 yaşa bir ay qalmış... 22-09-2017, 23:59 Şahin Diniyev Coşquna görə “Terek”i ataraq Bakıya qayıdıb 22-09-2017, 23:56 “Qran-pri” üçün heyət açıqlandı 22-09-2017, 23:55 Yeni prezident fransız oldu 22-09-2017, 23:54 Nazir Belarusa yollandı 21-09-2017, 20:42 FİFA Aqolliyə görə “Qarabağ”a təzminat ödəməlidi 21-09-2017, 20:41 UEFA Avroliqanın finalını Bakıya verdi! 21-09-2017, 20:38 “Araz” təbrizlilərə rəhm etmədi 21-09-2017, 20:36 Bu gün Faiq Cabbarovun məhkəməsi olacaq 21-09-2017, 20:35 “Qaradağ Lökbatan”ın baş məşqçisi Kanadaya getmək istəyir 21-09-2017, 20:33 “Binə”dən heç-heçə və iki müqavilə 21-09-2017, 19:33 Qılıncoynatma Federasiyasında Nazim İbrahimov erası başa çatdı 21-09-2017, 19:31 Kamranın ayağı düşərli oldu 21-09-2017, 19:29 Emin Mahmudov qələbəyə köklənib 21-09-2017, 19:28 Rakitiç Prosineçki olmaq istəyirmiş 21-09-2017, 19:27 “Sumqayıt” Ağamusa Bağırovun yubileyini qeyd etdi 21-09-2017, 19:21 “İnter” “Zirə” ilə oyuna çıxmaya bilər 21-09-2017, 19:19 Ölkəni tərk edən məşqçilər bu gün qayıdır 21-09-2017, 19:16 Çempion turnir cədvəlini baş-ayaq salıb 21-09-2017, 19:14 "Səbail" bir kasetə 400 manat ödəyəcək 21-09-2017, 19:13 “CBC Sport” rəsmisi Türkiyə superliqasını nə vaxt yayınlayacaqlarını bilmir 21-09-2017, 19:11 “Şüvəlan”dan növbəti qələbə 21-09-2017, 19:04 Nicat Muxtarov 3 aylıq həbs olundu 20-09-2017, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi Bütün xəbərlər
Ən çox oxunanlar