27 avq 17:49divizion

Arif Əsədov 60-dan çox futbolçunu sınaqdan keçirib

Arif Əsədov 60-dan çox futbolçunu sınaqdan keçirib
“Bizim Təhsil Nazirliyi kimi dayağımız var”
Hələ ki birinci divizionda iştirak edəcək komandaların sayı tam dəqiqləşməyib. Yeni komandalar – “Binə, “Göyçə” və “Vətə”nin aşağı dəstədə oynayacağı isə məlumdu. İlk ikisinin hazırlığıyla bağlı ötən saylarımızda ətraflı məlumat vermişdik. “Vətən” isə cəmi 5 gündü toplaşıb. Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin bazasında yaradılıb. Bildiyiniz kimi, “Vətən”in aşağı yaş qrupları üzrə komandaları uğurlu çıxış edir. Əsas komandanın baş məşqçisi isə Arif Əsədovdu. Klubun birinci divizionda iştirak edəcəyi bu yaxınlarda bilinsə də, artıq “Vətən” bir yoxlama görüşündə də qüvvəsini sınayıb. Komanda aşağı dəstədə çempionluğu hədəfləyən MOİK-lə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub. “Vətən” bir araya gec gəldiyinə görə mövsümün ilk oyunlarında çətinlik çəkəcəyi bəllidi. Çünki qısa müddət ərzində heyəti formalaşdırmaq hətta Əsədov kimi təcrübəli mütəxəssis üçün də çətin olacaq. Amma Arif bəyin bu vəzifənin öhdəsindən gələcəyinə şübhəmiz yoxdu. Odu ki, “Vətən”in heyəti, hazırlığı, ev oyunlarını harda keçirəcəyi və başqa məsələlər haqda çalışdırıcıyla danışmağı lazım bildik.
- Arif bəy, yayılan məlumata görə, artıq komandanı yığmısız.
- Hələ heyəti tam yığmamışıq. Futbolçular cəlb etməkdə davam edirik. Komandanın cəmi 50 faizi formalaşdırılıb. Qarşıdakı günlərdə bu prosesi yekunlaşdırmaq istəyirik.
- Düşərgədə neçə futbolçu var?
- Bilirsiz ki, cəmi 5 gündü yığışmışıq. Düşərgəyə gəlib-gedənlər həddən artıq çoxdu. Təxminən 60 nəfərdən çox oyunçunu baxışdan keçirmişik. Onlar arasında ələk-vələk etmişik. Dünən 12 oyunçunu saxlamağı qərara aldıq. Bunlar bizi qane edən futbolçulardı. Lakin onların da hamısının “Vətən”də qalacağı 100 faiz dəqiq deyil. Çünki seçimlər davam edir. Gördüklərimizin ən yaxşılarını saxlayacağıq.
- Belə çıxır ki, birinci divizionda iştirakınız tam dəqiqləşib.
- Bəli, bütün planlarımızı buna uyğun qurmuşuq. PFL birinci divizionda iştirakımıza razılıq verib. Bank təminatı və bütün başqalazımi sənədlər quruma təqdim edilib. Bu işlərlə rəhbərlik məşğul olur. Bilirsiz ki, bizim klub Təhsil Nazirliyinin nəzdindədi. Özüm də nazirlikdə görüşdə olmuşam, bütün detalları müzakirə etmişəm. Bu işlər yuxarı instansiyalar səviyyəsində görülür.
- Heyətdə premyer-liqa təcrübəsi olanlar varmı?
- Bəli, əvvəllər premyer-liqada oynamış bir neçə oyunçumuz var. Lakin hazırki durumları bizi qane etmir. Çünki uzun müddətdi məşqsiz qalıblar. Formalarının bünövrələri belə yoxdu. Bizdə də vaxt sıxlığı var. Çempionatın başlamasına çox az qalıb. Düşünürəm ki, çempionatın əvvəlləri bizim üçün çətin olacaq. Birhəftəlik təlim-məşq toplanışında çalışacağıq ki, heyəti heç olmasa, ayağa qaldıraq. Fiziki və texniki çatışmazlıqları taktiki gedişlərlə kompensasiya etməliyik. Yoxsa birinci dövrədə xeyli əziyyət çəkərik.
- Yəqin ki, istədiyiniz oyunçuları cəlb etməyə limit də mane olur.
- Bəli, bu məsələ də var. Amma mənim “Vətən”də olduğumu eşidib komandaya gəlmək istəyənlər çoxdu. Mən də lazım olanları saxlayıram. Bir sözlə, hər şeyə diqqət edirik.
- Vaqif Cavadov, Ruslan Əmircanov kimi oyunçular klubsuz qalıb. Hansısa təklif və ya maraq olubmu bu futbolçulara?
- Adını çəkdiklərin yaxşı oyunçulardı. Amma onlarla maraqlanmamışıq, təklif göndərməmişik. Bilirsiz, bizdə futbolçuların yaş məsələsi də var. Əsasən istəyirik cavanlara daha çox şans verək, onları üzə çıxaraq.
- Heyətdə “Vətən”in akademiyasından uşaqlar varmı?
- Var. Təəssüf ki, sayları çox deyil. “Vətən”in U-17 və U-19 komandaları var. “Vətən”in birinci dəstədə oynayacağı bilinmədiyindən, ötən mövsümün sonunda gənc oyunçuların çoxu “Səbail”ə verilib. Demək olar ki, hamısının müqavilələri var. Onları geri qaytarmaqda çətinlik çəkirik.
- Kimisə qaytara bilmisiz?
- İstədiklərimizi qaytara bilmirik. Orda yaxşı uşaqlar var. Amma hamısı müqavilə ilə çıxış edir. Bilirik ki, “Səbail” onları buraxmaz. Kiçik zədə ilə bağlı problemi olanları isə geri qaytarırıq ki, heç olmasa, komandaya uyğunlaşsınlar, müəyyən vaxtdan sonra bizə kömək etsinlər.
- Yaxşı olardı ki, “Vətən”in birinci divizionda iştirak edəcəyi yayın ortalarında bilinərdi. Bu halda işiniz daha rahat olardı…
- Təbii ki, biz də bunu istərdik. Heç olmasa, iki ay əvvəl bilsəydik, yaxşı olardı. Seleksiya işləri görərdik və heyəti yığandan sonra təlim-məşq toplanışı keçərdik. Hər şey planlı şəkildə olacaqdı. Lakin indi vəziyyət elədi ki, çempionata az qalıb, futbolçuları da yükləmək olmur. İndi hər detala fikir verib, az-az artırmaq, kompleks şəkildə çalışmaq lazımdı.
- Komanda lazımi inventarla təmin olunub?
- Bəli, hər şeyimiz var. Bütün inventarlarla təmin olunmuşuq. Sentyabrın 4-də toplanışa başlayacağıq. Həmin toplanışda maksumum gücümüzü ortaya qoyub, komandanı formalaşdırmalıyıq.
- Komanda ev oyunlarını harda keçirəcək?
- Hələ dəqiq deyil. Danışıqlar davam edir. Rəhbərlik bu işlə məşğul olur. “Bakı”nın bazasına köçəcəyimiz haqda yayılan məlumatlar doğru deyil. Amma bu variantlardan biri ola bilər. Hazırda məşqlərimizi “Vətən”in akademiyasında keçirik. Toplanışa kimi stadion da bəlli olacaq.
- MOİK-ə qarşı yoxlama oyunu haqda nə deyə bilərsiz?
- Dediyim kimi, bəzi mövqelər üzrə futbolçuları artıq dəqiqləşdirmişik. Çox hissəsi qalıb. Komandada saxladığım futbolçular etimadımı doğrultdular. 5 günün komandasıdı. Heç kim normal məşq etməyib. Hazır deyillər. Sadəcə, oyunçularla fərdi söhbətlər etmişik, lövhə ilə sistemi anlatmağa çalışmışıq. Bütün bunları nəzərə alsaq, MOİK-ə qarşı ilk yarıda yaxşı oynadıq. Bilirsiz ki, onlar artıq formalaşmış komandadı. Bir neçə vaxtdı məşq edir, yoxlama oyunları keçirirlər. İkinci yarıda isə dəyişikliklər etdik. 10 dəqiqədən bir baxışa gələnləri yoxladıq.
- Klubu konkret Təhsil Nazirliyi aliyyələşdirir, yoxsa əlavə sponsor da var?
- Bu suala dəqiq cavab verə bilmərəm. Çünki mənə uyğun deyil. Dediyim kimi, nazirlik tərəfindən bizə büdcə ayrılıb və ona uyğun hərəkət edirik. Mənim işim komanda yığmaqdı. Normal heyət formalaşdırmalı, təlim-məşq toplanışı keçməliyəm.
- Büdcə təxminən nə qədər olacaq?
- Rəqəmi söyləyə bilmərəm. Birinci divizion klubu üçün yaxşı büdcəmiz var. Məni qane edir. Digər komandalarda necə, bizdə də elə. Bir məsələ də var ki, büdcənin sabitliyi baxımından problem yaşamayacağıq. Bizim Təhsil Nazirliyi kimi dayağımız var. Bu çox vacib məqamdı. Həm məşqçi, həm də futbolçular üçün. Maliyyə az olsun, amma vaxtında olsun.
- Birinci divizionda komandanın əsas məqsədi nə olacaq?
- Bu ilk mövsümümüzdü. Qarşımıza premyer-liqaya çıxmaq və ya ilk “3-lüy”ə düşmək məqsədi qoyulmayıb. Əsas məqsədimiz yaxşı komanda formalaşdırmaq, istedadlı oyunçuları üzə çıxarmaqdı. Gələcəkdə isə hədəflərimiz böyüyəcək. Təbii ki, elitaya çıxmaq məqsədimiz olacaq.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:44 "Qəbələ" sürprizə imkan vermədi 19-09-2017, 16:04 “Cəhənnəm”də “sülh” 19-09-2017, 15:59 “Neftçi” ümid verib, uduzdu 19-09-2017, 15:50 "Kəpəz"dən başqa hamı qol vurdu 19-09-2017, 15:49 Superliqanın “CBC Sport”da yayını gecikir 19-09-2017, 15:46 Coşqun yenə atasını məyus etdi 19-09-2017, 15:41 Debütantlar yoxlama matçında “sülh bağladı” 19-09-2017, 15:38 5 və 10 manatlıq biletlər tükəndi 19-09-2017, 15:37 “Roma” ilə oyunu “skayboks”dan izləmək istəyənlər azdı 19-09-2017, 15:36 “Neftçi”nin azarkeşi vəfat etdi 19-09-2017, 15:35 Kamran yenə ehtiyatda qaldı 19-09-2017, 15:33 “Şahdağ” İlham Əliyevə müraciət etdi 19-09-2017, 15:31 Ramazan Abbasov Ramin Musayevlə görüşün detallarını açıqladı 19-09-2017, 15:28 “Araz” “Ekol”u da yendi, sırada İranın vitse-çempionudu 19-09-2017, 15:26 Sabiq "Xəzər Lənkəran"lı "Neftçi"ni məyus etdi 19-09-2017, 15:25 Cüdoçular Mariborda tarix yazdı 19-09-2017, 15:21 Millimiz Bakıda italyanlara uduzdu 19-09-2017, 15:20 Lunyov mövqeyini qorudu 19-09-2017, 15:18 Paraşütçülər ilk “10-luq”dan kənarda qaldı 17-09-2017, 16:04 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? 17-09-2017, 16:02 Üçqat dünya çempionu yeni hədəflərini açıqladı 17-09-2017, 15:56 Birinci divizionun debütantları hədəflərdən danışdı 17-09-2017, 15:55 Birinci divizionda limit dəyişdirildi 17-09-2017, 15:54 AFFA ilə “Qarabağ”dan birgə addım 17-09-2017, 15:51 Tərlan Əhmədovla Rəşad Sadiqovun “Zirə”ylə “haqq-hesab”ı var 17-09-2017, 15:50 “Qəbələ” qonşularının startına tamaşa edəcək 17-09-2017, 15:43 “Qarabağ” “Azərsun Arena”nı yükləmək istəməyib 17-09-2017, 15:41 Əliyar Ağayev cəmi bir “sarı” ilə kifayətləndi 17-09-2017, 15:40 Şehiç cəzalandırılmayıb 17-09-2017, 15:36 Qriqorçuk Ukrayna mətbuatına danışdı 17-09-2017, 15:34 "Neftçi"nin məşqi rəhbərlik üçün maraqlı deyil 17-09-2017, 15:32 “Energetik”dən başqa hamı narazılıq edir 17-09-2017, 15:29 Nazarovun komandasını darmadağın etdilər 17-09-2017, 15:27 Tərlan Əhmədov Elxan Abdullayevdən halallıq alacaq 14-09-2017, 17:28 Rəşad Sadıqovun komandası bir hissə dözdü 14-09-2017, 17:25 “Stemford Bric”də azərbaycanlı azarkeşlərlə mühafizəçilər arasında mübahisə yaşanıb 14-09-2017, 17:24 Turalın komandasından uğurlu nəticə 14-09-2017, 17:22 “Qarabağ”da fotoqraf ştatı yoxdu 14-09-2017, 17:20 “Qarabağ”ın məğlubiyyəti sosial şəbəkədə qarşıdurmaya səbəb oldu 14-09-2017, 17:18 UEFA nümayəndələri BOS-la tanış oldu 14-09-2017, 17:16 İlk duellər favoriti göstərmədi 14-09-2017, 17:15 Həmyerlilərimiz Almaniyada klub yaratdı 14-09-2017, 17:14 “Qırmızı”sız tur! 14-09-2017, 17:08 “Qarabağ”ın debütü qara gəldi… 14-09-2017, 17:04 Rəşad Sadiqov karyerasını bitirmək istəyirmiş 14-09-2017, 17:00 İntizam Komitəsi Ayxan Abbasova xəbərdarlıq etdi 14-09-2017, 16:59 Ozobiç ən az biraylıq sıradan çıxıb 14-09-2017, 16:58 Dünya üçüncüsü olan güləşçilər vətənə qayıtdı 14-09-2017, 16:56 Yığma üzvü mükafatlandırıldı 14-09-2017, 16:55 Stolüstü tennisçilərin AÇ sınağı 14-09-2017, 16:53 Nekrasova Macarıstanda birinci oldu 14-09-2017, 16:52 Cavid Qurbanov yığmanın medal qazanacağına inanır 14-09-2017, 16:51 Fərid Qayıbov UEG-in prezidenti olacaq? 14-09-2017, 16:49 Hacı Əliyev Toğrul Əsgərovun çəkisinə keçir 10-09-2017, 18:45 Ronaldinyo Futbol Akademiyasının açılışı 2018-ci ilin aprelinə nəzərdə tutulub 10-09-2017, 18:43 Yusif Nəbiyev “Qəbələ”yə qarşı oynamayacaq 10-09-2017, 18:35 “CBC Sport” texniki detalları həll edir Bütün xəbərlər
Ən çox oxunanlar